Erməni diasporuna son "hədiyyə" .....                     "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." .....                     "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.." .....                     Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq .....                     Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ .....                     “Welcome back Trump”: .....                     Fransanın gizli təlimi: .....                     Qanlı 20 Yanvar faciəsindən 35 il ötür .....                     Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb .....                     Samir Abasov yenə öz ampluasında .....                     "25 min manat verdilər getmədim" .....                     Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI .....                     "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm" .....                     Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi .....                     "Həmin şəxslər ora təhrik edilərək gətirilib" .....                     Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi .....                     İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü .....                     Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi .....                     Ermənistan maşınları yolda qaldı .....                     Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən .....                     "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." .....                     Ermənistan ordusu qadınların ümidinə qalır .....                     Professor Nizaməddin Şəmsizadə komaya düşüb .....                     Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır .....                     İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib .....                     Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada .....                     Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... .....                     Obamanın etdiyi vicdansızlıq idi .....                     HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR .....                     İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... .....                     "Yas mərasimi üçün kredit götürürlər" .....                     Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? .....                     Pezeşkian ondan elə bir şey xahiş etdi ki... .....                     AYNA-nın yaratdığı xaos BÖYÜYÜR .....                     Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır .....                     "Space"nin keçmiş rəhbərinə vəzifə verildi .....                     İrana zərbə halında Tehranın cavabı necə olacaq? .....                     "Bu hökumət belə bir addım atsa..." .....                     Tramp hamının planını pozub... .....                     ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb .....                 

Eldar Mahmudovun AzTV-dəki qohumu niyə toxunulmazdır? - İDDİA
Tarix: 10-12-2016, 09:13 | Çap et
Eldar Mahmudovun AzTV-dəki qohumu niyə toxunulmazdır?
Hurriyyet.org-da və “Hürriyyət” qəzetində “AzTV-dən narazılar dilə gəldi” başlıqlı yazının dərcindən sonra redaksiyamıza çoxlu zənglər edilir, elektron poçtumuza imzası bəlli olan-olmayan giley-güzarlar yazılır. Xüsusən korifey sənətkar Rəşid Behbudovun yeganə varisi, klassik musiqilərin özünəməxsus ifaçısı Rəşidə Rəşidin “AzTV-dən getməyimin təşəbbüskarı Nadir Axundovdur” narazılığından sonra bu gileylər daha da artdı. Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Musiqi və əyləncəli proqramlar redaksiyasının 2010-cu ilə qədər baş redaktoru, hazırda “Mədəniyyət” telekanalının direktor müavini olan Nadir Axundovdan narazılar yazırlar ki, bir çox məşhur müğənnilərin AzTV-dən işdən çıxarılmasında onun əli olub. İşdən çıxarılanlarla bağlı redaksiyaya təqdim edilən siyahıda xalq artistləri Nisə Qasımova, Brilliant Dadşova, Faiq Ağayev, Ağadadaş Ağayev, hətta mərhum xalq artisti İlhamə Quliyevanın da adı var.

İşlərini itirən ali kateqoriyalı tanınmışlar - Nisə Qasımova, Brilliant Dadaşova, Faiq və Ağadadaş Ağayevlər...

2009-cu il mayın 1-dən əmək müqaviləsinə xitam verilən və işdən azad edilən 29 televiziya işçisi bunlardır: Kamil Quliyev - Qapalı Səhmdar Cəmiyyətin İdarə Heyətinin katibi, Babək Göyüşlü, Təmsil Hacıyev, Allahverdi Şirbabayev, Gülüstan Vəkilova - Uşaq və gənclik proqramları redaksiyasının baş və böyük redaktorları, Nərgiz Cabbarlı (Musiqi və əyləncəli proqramlar redaksiyasının I kateqoriyalı rejissoru ), Xanım Muradxanlı (rejissor assistenti), Sevinc İsmayılova (Musiqi və əyləncəli proqramlar redaksiyasının redaktoru), Vüqar Abbasov (inzibatçı), Nəzakət Abbasova (rejissor), ali kateqoriyalı vokalçılar - Faiq Ağayev Ağadadaş Ağayev, Eldar Axundov, Nurlan Əzizbəyli, Rəşidə Behbudova, Nisə Qasımova, Ruhəngiz Quliyeva, İlhamə Quliyeva, Nüşabə Ələsgərli, Brilliant Dadaşova, Zülfiyyə İbadova, Mətanət İsgəndərli, Könül Kərimova, Nərgiz Kərimova, Niyaməddin Musayev, Səttar Nəsirov, Elmira Rəhimova, Səid Rüstəmov adına xalq çalğı alətləri ansamblında ali kateqoriyalı balaban ifaçısı Zülfiqar İbrahimov, vido çəkiliş üzrə operator Zahid Rəhimov.
Siyahıda adı çəkilənlər arasında mətbuatda cəsarətli çıxışları ilə tanınan, AzTV rəhbərliyi ilə məhkəmə çəkişmələrinin nəticəsindən narazı qalan telerejissor Nərgiz Cabbarlının Hurriyyet.org-a bildirdiyinə görə, onun şikayəti ötən ay Avropa Məhkəməsində baxılmaq üçün qəbul edilib.

Onun xanımı Eldar Mahmudovun qohumudur

Nərgiz Cabbarlı da hesab edir ki, AzTV rəhbərliyindən narazılıqlarda Nadir Axundovun xüsusi rolu olub: “Onun kimliyini onunla bir yerdə çalışanlar gözəl bilir. Nadir Axundovun musiqi sahəsində hansı xidmətləri olub ki, Musiqi proqramının da baş redaktoru olsun? 2006-cı ildə onu AzTV-yə təyin etdilər. “Muğam müsabiqəsi”ndəki maliyyə maxinasiyasına görə onu o vaxt “Speys”dən uzaqlaşdırmışdılar. O, 1991-ci ilə qədər də AzTV-də işləyib, Xəlil Qeysərov onu işdən çıxardı. Lap əvvəllər o, rəhmətlik Gülarə Əliyevanın “Dan ulduzu” ansamblında qaboyçalan olub. Gülarə Əliyeva onu “bezdarnıy muzıkant” adlandırırdı. Deyirdi ki, Nadir heç düz-əməlli qaboy da çala bilmir, onun yerinə Kamil Cəlilov ifa edir. Onun xanımı Yeganə Axundova keşmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun qohumdur. Mətbuat da bunu dəfələrlə yazıb. İstedadı, indiyədək bir partiturası, bir əsəri olmayan bu adam kimin hesabına bu vəzifəni tuta bilər?”

“Alışanova dedim, iş var ki, rüşvət də ola?”

AzTV-də baş verən qanunsuzluqlardan danışan telerejissor bildirdi ki, bu televiziya rəhbərliyilə 3 il davam edən məhkəmə çəkişməsində çox faktları üzə çıxarıb. Lakin Azərbaycanda müstəqil məhkəmə olmadığından onun iddiası obyektiv araşdırılmayıb: “Nadir Axundov məni və digərlərini, neçə ilin ştatlı işçisu ola-ola, müqavilə bağlamağa məcbur edirdi. O, bizim redaksiyaya təyin olunduğu vaxtdan işimiz kəsilməyə başladı. 2007-ci ildə Alışanov bizi kabinetə yığdı. Gördüm sədrdən qorxub geridə oturanlar çoxdu, qabaq cərgələr boşdu. Mən də gedib irəlidə oturdum. Alnım açıq, üzüm ağ, rüşvət almıram, kimdən qorxacam?! Orda Alışanov çıxış elədi ki, indi burda deyəcəklər heç kim rüşvət almır. Mən də sakit dayana bilmədim, qayıtdım ki, iş var ki, rüşvət də ola?
Əgər bizimlə müqavilə bağlanırsa, bizə gərək iş verilə ki, biz də iş görüb, müqabilində maaş alaq. “Speys”dən, ordan-burdan işçi gətirir, 1-2 ay işlədir, çox az maaş verir, o da bezib gedir, yenisini dəvət edirlər”.

“AzTV-yə 54 milyon manatın ayrılması haqda yazılanlar öz təsdiqini tapır”

Sonra illərlə maaşsız qalan telerejissor maaşının məbləğini öyrənmək üçün başqa bir üsula əl atır: “Alacağım maaşın məbləğini öyrənmək üçün mağazadan kreditə mal götürdüm, İşdən arayış aparanda baxdım ki, aylıq maaşım160 manat yazılıb. Baş mühasib, mühasib, kadrlar şöbəsinin imzası ilə yazılmış sənədi əldə etdim.
Təəccübləndim ki, əgər bizim konkret maaşımız varsa, ştatlı işçiyiksə, niyə bizimlə 2-3 aydan bir müqavilə bağlanır, sonra da Nadir Axundov deyir iş də yoxdu, maaş da. İşçiləri də əmək müqaviləsilə tez-tez dəyişir, çünki pullarını yeyirlər. Deməli, mətbuatda AzTV-yə 54 milyon manatın ayrılması və bu pulların mənimsənməsi haqda yazılanlar öz təsdiqini tapır”.

Nazir məhkəməyə nümayəndə göndərdi

Nərgiz Cabbarlı bildirir ki, 3 il davam edən məhkəmə prosesində də maaş cədvəlinin məhkəməyə gətirildiyini tələb edib: “Dəfələrlə tələb etdim, görüm mən nə qədər əməkhaqqı almışam. Rəsmi sənəd gətirmədilər ki, ekspertizaya verilsin. Mənim imzam olmayan 3 kağız gətirdilər, hər dəfə də müxtəlif rəqəmlər yazdılar. Nazir Səlim Müslümova müraciət etdim. Əmək müfəttişi göndərildi. O da məhkəməyə gəldi, təsdiq etdi ki,mənim əmək hüququm pozulub. Əgər mən müqavilə ilə işə götürülmüşəmsə, niyə ştat üzrə işçiyəm?!

Müğənni Eldar Axundovu çərlədib öldürdülər

30 ilin peşəkar rejissorunu müqavilə ilə işə götürərlər? İlhamə Quliyeva, Brilliant Dadaşova, Ağadadaş Ağayev xalq artistidir. 2 aydan bir xalq artsiti tapıb, yenidən müqavilə bağlayıb, işə götürmək olar? Eldar Axundov kimi müğənni bunlarla məhkəmə çəkişməsinə dözmədi, ürəyi partladı. Onun başına müsibətlər gətirildi. Rejissor assistenti Xanım analıq məzuniyyətinə çıxıb, özündən xəbərsiz onu işdən çıxarıblar. Analıq məzuniyyətində olan ananı necə işdən çıxarmaq olar?! Bu televiziyanın 3 min işçisini işindən edib, cəmi iki yüzünü saxladılar”.
Ötən yazıda AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasım Nərgiz Cabbarlının ittihamlarına cavab verərəkən bildirmişdi ki, yaxşı, istedadlı, qabiliyyətli işçidən hansı müəssisə rəhbəri imtina edər?! Əksinə, ona iş şəraiti yaradar.

“O qədər maddi sıxıntı çəkdim ki, övladım xəstələndi”

1974-cü ildən AzTV-də çalışdığını deyən telerejissor bildirdi ki, iş prosesində ən məşhur müğənnilər onun quruluş verdiyi proqramlarda iştiraka həvəs göstəriblər: “Maaş məsələsini qaldıranda, “adı mənim, dadı sənin” prinsipilə işləməkləri faktını üzə çıxardım, o vaxtdan oldum pis işçi. Ali kateqoriyalı işçi, neçə illik iş təcrübəm olduğu halda 160 manat maaş təyin etsinlər, onu da verməsinlər. O qədər maddi sıxıntı çəkdim ki, qanazlığından qızımın həyatı təhlükəyə düşdü, evimin nə əşyası vardı, satdım. Axı öz potensialımı bilirəm, niyə işsiz qalmalıyam?! Özümüz pisik, səs yazılarımız yaxşıdır? Niyə bizim səs yazılarından istifadə edilir?
Mənim necə işçi olmağımı bəstəkar Ramiz Mirişli, Vüqar Əhməd bilirdi. Ramiz Mirişli kimi bəstəkarı, Vüqar Əhmədi kimi alimi, Mailə Muradxanlı kimi söz adamını işdən çıxardılar”.

Məşhur sənətçilər efirə həsrət qalıb

Telerejissor onu da dedi ki, bu gün bir çox tanınmış sənət adamları var ki, onlar AzTV-nin efirinə buraxılmır: “Kəmalə Rəhimli, Süleyman Zeynalov, Zeynəb Dostəliyeva, Təranə Vəlizadə və daha kimlər dövlət televiziyasının efirinə həsrət qalıblar. Nadir Axundovun işinə biganəliyi üzündən Rübabə Muradovanın bacısı Tahirə xanımı studiyaya çağırıblar, çəkiliş aparıblar, amma efirə buraxmırlar”.

“Nadir müəllim bu suallara cavab verməyəcək...”

Nadir Axundovla əlaqə saxlamağa cəhd etdik. Mobil telefonuna etdiyimiz zənglərə cavab almadıq. Mesaj yazdıqdan sonra telefonu qaldırdı. Cavab verən şəxs bildirdi ki, Nadir Axundov harasa çıxıb, nə sözünüz varsa, çatdırarıq.
Musiqi və əyləncəli proqramlar redaksiyasından 29 işçinin nə səbəbdən çıxarılması ilə bağlı soruşmaq istədik, telefonun o başından belə cavab aldıq: “Nadir müəllim bu suallara cavab verməyəcək. Mətbuat Xidmətinə müraciət edin”.
Mətbuat xidmətinin rəhbəri Xatirə Qasımın da cavabı qısa oldu: “Biz iddiası məhkəmənin yekun qərarı ilə təmin olunmayan şəxsin söylədiklərinə münasibət bildirmirik”.

İnternet üzərindən Nadir Axundovla bağlı kiçik araşdırma apardıq. Orada da ondan xeyli gileylər var. http://anl.az/down/meqale/movqe/2011/aprel/168459.htm Bu linkdə vaxtilə populyar olan müğənni Süleyman Zeynalov müsahibə verib. O da Nadir Axundovdan şikayətlənib.
Bildirib ki, Nadir Axundov onun da efirə çıxmasına imkan vermir: “Ramiz Mirişlinin dövründə həmişə AzTV-də olmuşam. Nadir Axundov gələndən sonra mənə o kanala çıxmaq yasaq olub. O, mənim çıxışıma imkan vermir, amma dövlət kanalında saat yarım Tünzalənin konsertini verir. Onun kefi nə istəyir, onu da edir. İşçiləri qanunsuz yerə işdən çıxarır. Nadir Axundov "bezdarnı" qaboyçalandır.
Həmişə "Dan ulduzu" ansamblının rəhbəri, rəhmətlik Gülarə Əliyeva Nadir Axundovdan giley edirdi. Deyirdi ki, Nadiri bütün dünyanı gəzdirsəm də, heç vaxt çalmağı bacarmadı”.
Bu linkdə isə http://www.qafqazinfo.az/medeniyyet-10/eldar-mahmudovun-yeznesi-aztv-den-cixarildi-128890 14.11.2015-ci ildə Eldar Mahmudovun yeznəsinin işdən çıxarıldığı bildirlir.

Nigar, Hurriyyet.org
P.S. Səslənən ittihamlarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20
"Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18
"Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15
Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12
Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05
“Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03
Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02
Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00
Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26
Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24
"25 min manat verdilər getmədim"
Dünən, 22:22
Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19
"Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36
Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35
"Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33
Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Dünən, 16:31
İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Dünən, 16:29
Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Dünən, 13:59
Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Dünən, 13:55
Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Dünən, 13:48
"O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Dünən, 13:44
Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Dünən, 13:39
Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Dünən, 13:34
Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Dünən, 13:02
İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Dünən, 12:52
Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Dünən, 12:15
Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Dünən, 12:13
Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Dünən, 12:02
HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Dünən, 11:59
İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Dünən, 11:57
"Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Dünən, 11:43
Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Dünən, 11:41
Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Dünən, 10:49
AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Dünən, 10:45
Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Dünən, 10:35
"Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 10:33
İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Dünən, 10:28
"Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Dünən, 10:25
Tramp hamının planını pozub... - "Washington Post"
Dünən, 10:02
ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Dünən, 09:59
Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Dünən, 09:40
"İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:37
Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Dünən, 09:16
Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Dünən, 09:14
"Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Dünən, 09:10
ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Dünən, 09:07
“Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Dünən, 07:11
İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Dünən, 07:08
Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Dünən, 07:05
Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Dünən, 01:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru