Yeni virus öldürücüdür? .....                     ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? .....                     İxtisarlarla bağlı məlumat doğru deyil .....                     Araik Harutyunyan məhkəmədə üzr istədi .....                     "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" .....                     Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir .....                     Şadlıq sarayında Renkaya qarşı kobudluq .....                     Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib .....                     İran Ermənistanı belə cəzalandıracaq .....                     "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, .....                     Paşinyan dalana dirəndi: .....                     Prosesin uzanması Ermənistan üçün itkidir .....                     Erməni deputatdan sərsəm iddialar .....                     "Bu savaş tezliklə bitməyəcək" .....                     Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi .....                     “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” .....                     İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? .....                     Azərbaycanda növbəti super nazirlik yaradılır? .....                     Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir .....                     Prokuror 7 il 10 ay 15 gün iş istədi .....                     ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb .....                     Prokuror məşhur tiktokerə .....                     Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir .....                     "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." .....                     İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin .....                     Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? .....                     "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" .....                     Azərbaycan USAİD-i niyə istəmir? .....                     Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? .....                     “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib .....                     Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? .....                     "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" .....                     “Qara qutu” Rusiyanın əlinə keçib? .....                     Ermənistan məsələni səhv məcradan təqdim edir: .....                     Hamınıza tezliklə cavab verəcəyəm .....                     Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... .....                     “Toplum TV” işi üzrə istintaq yekunlaşıb .....                     Azərbaycanda mənzillər 10 % bahalaşıb .....                     Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi .....                     Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? .....                 

Beyləqanda icra başçısı dəyişikliyi gözlənilir... - Vaqif Abdullayevdən "yuxarılar" da narazıdır...
Tarix: 1-07-2015, 12:45 | Çap et
Beyləqanda icra başçısı dəyişikliyi gözlənilir...
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevlə bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. Adının açıqlanmamasını istəyən rayon sakininin verdiyi məlumatda bildirilir ki, icra başçısının həyata keçirdiyi qanuna zidd işlərin nəticəsində Beyləqanda sosial problemlər bir-birini əvəz etməyə başlayıb: "Beyləqan sovet vaxtı Azərbaycanda təsərrüfat və yeyinti məhsulları verən əsas rayonlardan biri olub.

Bu rayonun sosial-iqtisadi bazası genişdir. 2012-ci ilin aprel ayından etibarən rayonda durğunluq dövrü başlayıb. Vaqif müəllim icra başçısı vəzifəsinə təyin olunanda ona bəslənən ümidlər böyük idi, hamı köhnə problemlərin mərhələli şəkildə həll ediləcəyini gözləyirdi. Amma icra başçısı əhalinin ona bəslədiyi etimadı doğrulda bilmədi. Üçüncü ildir rayona rəhbərlik edən məmur nəinki köhnədən qalan problemləri həll edib, əksinə daha yeni və ciddi problemlərin əsasını qoyub. Bir vaxtlar inkişafına görə ölkənin ən qabaqcıl rayonlarından hesab edilən Beyləqan haqda indi həmin sözləri demək çox çətindir. Respublika üzrə regionların sosial-iqtisadi inkişafında irəliləyişlər nəzərə çarpsa da, bunu Beyləqanda müşahidə etmək olmur. Söz yox ki, ölkə başçısı regionların sosial-iqtisadi inkişafına xüsusi diqqət göstərir, rayonların abadlaşması üçün büdcədən mütəmadi olaraq pul ayırır. Beyləqanın sosial-iqtisadi inkişafı məqsədilə də bir neçə dəfə külli miqdarda vəsait ayrılıb. Buna baxmayaraq, rayonda heç bir irəliləyiş hiss olunmur. Yerli sakinlər, habelə rayona yolu düşənlər bunu təsdiqləyə bilərlər. Hazırda ölkəmizin əksər rayonlarında yol infrastrukturu yenilənir, sıradan çıxmış yollar təmir edilir. Rayonun bərbad yollarının təmiri məqsədilə dövlət büdcəsindən bir neçə dəfə irihəcmli vəsait ayrılıb. Yollar isə hələ də bərbad gündədir. Kənd yolları tamamilə acınacaqlı vəziyyətdədir". Verilən məlumata görə, Beyləqanın mərkəzinə uzaq məsafədə yerləşən kəndlərdə insanların yaşayış səviyyəsi çox aşağıdır: "Məsələn, mavi yanacaq kəndlərdə əsas problem olaraq qalır. Qaz xətləri ancaq rayon mərkəzinə çəkilib. O da hamıya yox, ancaq imkanlı şəxslərə. Rayonda içməli su problemi də var. Camaat su maşınlarının ümidinə qalıb. Su maşınlarla daşınır və camaat vedrə ilə su alır. Elektrik enerjisinin verilişində də müəyyən fasilələr mövcuddur. Sakinlər üzləşdikləri problemlərlə bağlı rayon icra hakimiyyətinin rəsmilərinə yazılı və şifahi şəkildə şikayət etsələr də, heç bir xeyri yoxdur. İcra başçısı camaatın problemi ilə maraqlanmır. Ümumiyyətlə, Vaqif müəllim kabinetindən nadir hallarda çıxır. O vaxtının əsas hissəsini şəxsi işlərinə sərf edir. Bəzi kəndlərdə əhali onu tanımır, sadəcə adını eşidiblər". Diqqətinizə çatdırmaq istəyirik ki, Beyləqanın icra başçısı həm də sahibkarlara qarşı sərgilədiyi aqressiv münasibətə görə dəfələrlə diqqət mərkəzinə düşüb. Özünü sahibkarların "dostu” kimi tanıdan və hətta bir müddət əvvəl Qarabağ əlili olan sahibkarlardan biri ilə yumruq davasına çıxdığı iddia olunan məmur iş adamlarına münbit şərait yaratmır: "Başçı heç bir xəbərdarlığa məhəl qoymur. Rayon rəhbəri əlinə düşən hər fürsətdə sahibkarları incidir, onlardan nəysə umur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər ona deyirlər ki, bu könüllülük əsasında olmalıdır. Yəni hansı sahibkar özü istəsə, rayonda gedən abadlıq işlərinə dəstək verə bilər. Məcburiyyət olmamalıdır. Lakin Beyləqanda vəziyyət fərqlidir. Başçı iş adamlarını rayonda görülən abadlıq işlərinə məcburi şəkildə cəlb edir. Məmur həmçinin kənd təsərrüfatı sektorunun inkişafına süni şəkildə əngəl yaradır. Dövlətin fermerlərə ayırdığı subsidiyalar ünvanına çatmır. Məlumat üçün deyim ki, rayonun 35 kəndindən 25 bələdiyyənin balansında 200 hektardan çox torpaq sahəsi var. İcra başçısı icra nümayəndələrinə göstəriş verir ki, bələdiyyə torpaqlarında taxıl əkilməsi ilə bağlı aqrar şöbəyə arayışlar versinlər. Kənd icra nümayəndələrinin aqrar şöbəyə verdikləri arayışı başçının göstərişi ilə şöbə müdiri Xaliq Məmmədov təsdiq edərək Kənd Təsərrüfatı Nazirliyinə göndərir. Bildirilir ki, aqrar şöbənin təsdiq etdiyi arayışlar yerli icra nümayəndələrinə yaxın olan şəxslərin adlarına verilir. Kənd Təsərrüfatı Nazirliyi isə aqrar şöbənin göndərdiyi arayışları təsdiq edərək ildə bir neçə dəfə bələdiyyənin saxta torpaqlarına yüz min manatlarla vəsait ayırır. Aqrar şöbə icra nümayəndələrinin saxta taxıl əkilməsi ilə bağlı təqdim olunan torpaq sahələrinin 6 min hektardan çox olduğu bildirilir. Beləliklə, külli miqdarda büdcə vəsaiti havaya sovrulmuş olur". Rayonda cərəyan edən neqativ hallar və yerli məmurların səbəb olduğu özbaşınalıqlarla bağlı araşdırmalarımız davam edir. Gələn saylarımızda "Cənnət bağı"nda təşkil edilən məclislər, dəbdəbəli qonaqlıqlar və 5 min manatlıq şuba ilə bağlı böyük yazı dərc edəcəyik. Bizi izləyin.
\\gundelik-baku.com\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Bu gün, 22:42
ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Bu gün, 22:38
İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Bu gün, 22:14
Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Bu gün, 22:12
"Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Bu gün, 21:45
Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Bu gün, 20:43
Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Bu gün, 20:36
Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Bu gün, 20:30
İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Bu gün, 19:16
"Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Bu gün, 19:02
Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Bu gün, 19:00
Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:58
Erməni deputatdan sərsəm iddialar - KİV
Bu gün, 18:09
"Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Bu gün, 18:07
Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Bu gün, 18:04
“Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Bu gün, 17:54
İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Bu gün, 17:52
Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Bu gün, 17:49
Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Bu gün, 17:44
Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Bu gün, 17:39
ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Bu gün, 17:36
Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Bu gün, 17:34
Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Bu gün, 17:32
"Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Bu gün, 17:18
İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Bu gün, 17:09
Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Bu gün, 17:08
"Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 17:05
Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Bu gün, 17:01
Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Bu gün, 16:57
“Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Bu gün, 16:53
Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Bu gün, 16:51
"Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Bu gün, 16:48
“Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Bu gün, 16:42
Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Bu gün, 16:37
Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Bu gün, 16:31
Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Bu gün, 16:28
“Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Bu gün, 16:19
Azərbaycanda mənzillər 10 % bahalaşıb
Bu gün, 16:18
Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:01
Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Bu gün, 15:58
Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Bu gün, 15:41
Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Bu gün, 15:39
“Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Bu gün, 15:36
London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Bu gün, 15:34
Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Bu gün, 15:32
Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Bu gün, 15:26
“İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Bu gün, 15:23
Ziya Məmmədovun bacısı vəzifəsindən azad edildi - SƏBƏB
Bu gün, 15:19
Rusvari rüsvayçılıq – Kremlin “üzr”ü qəbahətindən betər oldu
Bu gün, 15:17
ABŞ-lə strateji tərəfdaşlıq sazişi imzalayan Ermənistan Ukraynadan nəticə çıxarmalıdır
Bu gün, 15:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru