İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? .....                     Azərbaycanda növbəti super nazirlik yaradılır? .....                     Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir .....                     Prokuror 7 il 10 ay 15 gün iş istədi .....                     ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb .....                     Prokuror məşhur tiktokerə .....                     Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir .....                     "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." .....                     İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin .....                     Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? .....                     "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" .....                     Azərbaycan USAİD-i niyə istəmir? .....                     Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? .....                     “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib .....                     Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? .....                     "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" .....                     “Qara qutu” Rusiyanın əlinə keçib? .....                     Ermənistan məsələni səhv məcradan təqdim edir: .....                     Hamınıza tezliklə cavab verəcəyəm .....                     Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... .....                     “Toplum TV” işi üzrə istintaq yekunlaşıb .....                     Azərbaycanda mənzillər 10 % bahalaşıb .....                     Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi .....                     Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? .....                     Həbsdə olan idmançıların şikayəti təmin edilməyib .....                     Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi .....                     “Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi .....                     London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar .....                     Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır .....                     Paşinyanla Putin telefonla danışdı: .....                     “İstəyirsən proses tez-bazar bitsin” .....                     Ziya Məmmədovun bacısı vəzifəsindən azad edildi .....                     Rusvari rüsvayçılıq .....                     ABŞ-lə strateji tərəfdaşlıq sazişi imzalayan Ermənistan .....                     Bayden-Blinken duetinin fəlakətli siyasəti: nəticələr çox ağırdır .....                     "Rusiya müşahidə edir, nəyisə nizama salmağa çalışır..." .....                     “Ölü” yiyələri də dilə gəlirlər: onu basdırmağın zamanıdır .....                     Paşinyan güman edir ki, Qərb ona daha çox dəstək verəcək... .....                     Yeni qayda test üsulunu ləğv edəcək? .....                     Kadırovçular azərbaycanlını əsirlikdən xilas etdilər .....                 

Hacı İbrahimi həbsə aparan 125 milyard dollarlıq əfsanə... - oliqarxdan tələb olunur ki, borcu dərhal və birdəfəlik bağlasın
Tarix: 27-05-2015, 13:42 | Çap et
Hacı İbrahimi həbsə aparan 125 milyard dollarlıq əfsanə...
Beynəlxalq Banka kredit borcu olan iş adamlarının həbsi və bir-birinin ardınca istintaqa cəlb olunması ilə müşayiət olunan “oliqarxgeyt” qalmaqalının personajlarından biri də məşhur oliqarx Hacı İbrahim Nehrəmli oldu.

Virtualaz.org saytının xəbər verdiyi kimi, oliqarx mayın 12-də iri məbləğdə kredit dələduzluğu işi üzrə ifadə vermək üçün DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (“Bandotdel”) çağırılıb və bir daha geri qayıtmayıb.

Ən azından bu yazı hazırlanarkən Hacı İbrahim hələ də “Bandotdel”də idi. Hərçənd ki, ona qarşı rəsmi ittihamın elan edilmədiyi və barəsində məhkəmə tərəfindən həbs-qətimkan tədbiri seçilmədiyi bildirilir.

Bəs cəmi 4 il əvvəl Xəzərdə süni adalar yaradıb üzərində 1 milyon adamın yaşaya biləcəyi şəhər salmaq iddiasını ortaya atan, bu fantastik layihəsini reallaşdırmaq üçün elə fantastik səylərlə işə başlayan Hacı İbrahimi “Bandotdel”ə aparan səbəblər nədir? 125 milyard dollarlıq layihəni irəli sürən iş adamı niyə müflis oldu və onun banka kredit borcunun həcmi doğrudanmı fantastik məbləğlərdədir? Oliqarxın əfsanəvi “Khazar İslands” layihəsinin sonrakı aqibəti necə olacaq?

Bu və ya digər suallara cavab tapa bilmək üçün Hacı İbrahimi “Bandotdel”ə aparan “Xəzər adaları”ına üz tutduq.

Bir vaxtlar hər gün yüzlərlə ağırtonnajlı maşının daş-torpaq daşıyıb dənizə tökdüyü, minlərlə işçinin, tikinti texnikasının işlədiyi süni adalara indi sükut çöküb.

Layihənin məsul şəxsləri deyirlər ki, işlərin intensivliyi onsuz da son vaxtlar maliyyə problemləri ilə bağlı səngimişdi. Hacı İbrahim saxlanılandan sonra isə işlər demək olar ki, dayanıb.

Dəqiqləşdiririk ki, işlər dayanana qədər “Xəzər adaları”ında hər gün 2000-2500-ə yaxın adam işləyirdi. İndi isə mühafizəçilər, bir də “Xəzər adaları”ında ötən il açılan restoranın tək-tük müştəriləri gözə dəyir...

2011-ci ildə - neftin barelinin 150 dollara satıldığı bir vaxtda irəli sürülən bu fantastik layihə Hacı İbrahimin xarici mediada apardığı PR sayəsində çox məşhurdur. İnternetdə dünyanın ən hündür binası barədə axtarış aparsan, qarşına dərhal “Xəzər adaları” layihəsi və orada tikilməsi planlaşdırılan 1050 metrlik “Azerbaijan Tower” barədə məlumat çıxacaq.

Baxmayaraq ki, Hacı İbrahimin Nehrəmli 1050 metr hündürlükdə binanın penthausuna çıxmaq xəyalları indi kədərli görünə bilər. Axı bu fantastik hündürlükdə binanı tikmək istəyən iş adamı indi onun layihəsinin təxmini smeta dəyəri ilə müqayisədə tamamilə qəpik-quruş kimi görünən məbləğ üzündən “Bandotdel” müstəntiqlərinin qarşısında oturmalı olub.

Bəli, Hacı İbrahimin Beynəlxalq Banka olan kredit borcu 125 milyard dolların fonunda dənizdə damla sayıla bilər - cəmi 57 milyon dollar. Hərçənd ki, “oliqarxgeyt” qalmaqalı təzə başlayanda fantastik borc məbləği haqda məlumatlar gəlirdi. Hacı İbrahimin borcunun 850 milyon dollara yaxın olduğu deyilirdi.

“Xəzər adaları” layihəsinin rəhbəri Qurban Əhmədov Hacı İbrahimin maliyyə məsələləri haqda detallı məlumatlara malik deyil. Ancaq borcun belə fantastik məbləğdə olduğu haqda deyilənləri rədd edir.

“Hacının borcu faizlərlə birlikdə 70 milyon dollara yaxındır” - o deyir.

Axı necə oldu ki, bu cür fantastik layihəni həyata keçirmək iddiasında olan iş adamının belə “cüzi” məbləğə ehtiyacı yarandı? Məgər Hacı İbrahim Xəzərdə süni adalar yaradıb üzərində şəhər salmaq ideyasını irəli sürərkən ümidini ancaq bank kreditlərinə bağlamışdı?

Hacı İbrahim həbs olunmazdan cəmi bir neçə həftə əvvəl jurnalistlərə demişdi ki, aparılmış son dəqiq hesablamalara əsasən indiyə qədər “Xəzər adaları”ına 1 milyard 157 milyon dollar xərclənib. Bu vəsaitin cəmi 57 milyon dolları bank kreditidir.

“Qalanı öz şəxsi kapitalımdır”- deyə iş adamı əmin edirdi.

İşə başlayandan sonrakı 4 il ərzində Hacı İbrahim dənizin içərilərinə doğru xeyli irəliləyə bilib. Dərinliyi 4-7 metrə çatan sularda bir neçə süni adalar yaradılıb, böyük həcmdə torpaq işləri görülüb. 300 hektardan çox sahəsi olan dəniz ərazisi doldurulub.

Restoran, çimərlik kimi təqdim olunan hovuz, idman kompleksi, nəhəng körpülər, palma ağaclarının əkildiyi (çoxu quruyub) bulvar, yeni şəhərin meriyası üçün nəzərdə tutulan inzibati binanın beton karkası, beş yaşayış binasının karkası, bir neçə binanın özülü... - bütün bunlar süni adalar üzərində yerləşir.

“Binaları 30-35 metr dərinliyə vurulan svayların üzərində tikirik, zəlzələyə davamlılığı çox yüksəkdir”- indiki çətinliyin müvəqqəti olduğuna inanmağa çalışan layihə rəhbəri həvəslə izah edir.

Hacı İbrahimin pulları nə dərəcədə israf etdiyini demək çətindir. Xüsusən də söhbət özünün dediyi kimi, onun “öz pullarından” gedirsə...

Ancaq indiyədək görülən işlərin həcmi də böyükdür. Və bir mühüm məqam: Hacı İbrahimin layihəyə bu vaxta qədər xərclədiyi 1,2 milyard dollara yaxın vəsait geri qayıtmayan investisiyadır. Süni adalar üzərində şəhər salmaq layihəsinin təkcə giriş hissəsinə sərf edilən pullardır, yəni kommersiya baxımından indiki mərhələdə bu vəsaitin geri qayıtması mümkün deyil.

Pulları isə Hacı İbrahim bundan sonrakı mərhələdə qazanmaq istəyirdi. Yaradılan ilk süni adalar qrupunda maketi çox yaraşıqlı görünən yaşayış binalarını inşa edib hər kvadratmetrini 4-5 min manatdan satmaq, əldə edəcəyi gəlirləri sonrakı adalar qrupuna və orada tikiləcək evlərə yönəltmək istəyirdi. Və bu minvalla iş adamı öz fantastik layihəsini başa vurub 1050 metr hündürlükdən fəxrlə Xəzərdə saldığı yeni şəhəri seyr etməyə hazırlaşırdı.

Lakin Hacı İbrahimin “öz pulları” tükənməz deyildi və belə məlum olur ki, iş adamı təxminən ötən ildən başlayaraq maliyyə sıxıntıları ilə qarşılaşıb. İşləri davam etdirmək üçün vəsaitə ehtiyac yaranıb, xarici investorların cəlb edilməsi üçün aparılan saysız-hesabsız danışıqlar konkret nəticə vermədiyindən oliqarx sağa-sola yüz milyonlarla dollar kredit paylayan Beynəlxalq Banka üz tutub.

Hacı İbrahimin Beynəlxalq Bankla kredit müqaviləsinin detalları bizə məlum deyil. Ancaq onun özünün saxlanılmazdan əvvəl dediyinə və layihə rəhbərinin təsdiqlədiyinə əsasən 57 milyon dollarlıq kreditin müddəti hələ 2019-cu ildə bitməlidir.

Hazırda borcun məbləği faizlərlə birlikdə 70 milyon dollardan çoxdur. Və indi oliqarxdan tələb olunur ki, borcu dərhal və birdəfəlik bağlasın.

Şübhəsiz ki, Beynəlxalq Bank Hacı İbrahimə kredit verərkən onun fantastik layihəsinin füsunkar maketini yox, süni adalar üzərində ancaq karkası tikilib başa çatdırılan 3 çoxmərtəbəli binanı girov götürmüşdü. Hacı İbrahimin dediyinə əsasən bank həmin binaları 314 milyon dollar qiymətləndirib.

“Deyirəm 314 milyon girova ən azı 200 milyon dollar pul ayırmalı idin. Deyir, bəli. Deyirəm, cəmi 57 milyon dollar ayırmısan, heç olmaza 100 milyon dollar da ayır, buranı qurtarım pulunu götür. Beynəlxalq Bank isə deyir ki, yox, daha mənim pulum yoxdur”- oliqarx həbsindən bir az əvvəl belə deyirdi.

Beləliklə, Hacı İbrahimin layihəsinin kommersiya mərhələsi hələ indi başlayırdı. Əgər oliqarx birinci adalar qrupunda işləri başa çatdıra bilsəydi (buna isə təxminən 2 milyard dollar lazım gəlirmiş), oradan bir neçə milyard gəlir götürüb həm borclarını bağlaya, həm də Xəzərin içərilərinə doğru irəliləməkdə davam edə bilərdi.

İndi isə onun ödəmə qabiliyyəti şübhə altına alınıb - Beynəlxalq Bank daha kredit vermək istəmədiyindən oliqarx binaların tikintisini başa vura bilməyib və təbii ki, borcunu qaytarmaq imkanında olmayıb.

İndi isə kreditin vaxtının bitməsini gözləmədən onu istintaqa cəlb ediblər və vəsaitlərin mənimsənilməsində şübhəli bilirlər.

Bank praktikasında verilən kreditlərin vaxtından əvvəl tam həcmdə geri tələb edilməsinin nə dərəcədə geniş tətbiq olunduğu məlum deyil.

Əgər Beynəlxalq Bank Hacı İbrahimin layihəsinə inanmırdısa, ona 57 milyon dollarlıq krediti niyə ayırmışdı? Yaxud bank onun tikintisi hələ başa çatmamış üç binasına 314 milyon dollar qiymət qoyub girov götürəndə nəyə əsaslanmışdı? Bu suallar açıq qalır.

Hacı İbrahimə rəsmi ittiham irəli sürülmədiyindən onun hansı məbləğdə vəsaiti mənimsəməkdə şübhəli hesab olunduğu da məlum deyil. Əgər söhbət faizlərlə birlikdə həmin 70 milyon dollar kreditdən gedirsə, görünür, bu pulları haradasa Xəzər sularında axtarmaq lazım gələcək. Axı 70 milyon dollar Hacı İbrahimin 125-130 milyard dollarlıq layihəsində dənizdə damla kimi görünərdi, elə deyilmi?

Reportyor qrupu
Virtualaz.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Bu gün, 17:52
Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Bu gün, 17:49
Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Bu gün, 17:44
Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Bu gün, 17:39
ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Bu gün, 17:36
Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Bu gün, 17:34
Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Bu gün, 17:32
"Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Bu gün, 17:18
İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Bu gün, 17:09
Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Bu gün, 17:08
"Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 17:05
Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Bu gün, 17:01
Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Bu gün, 16:57
“Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Bu gün, 16:53
Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Bu gün, 16:51
"Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Bu gün, 16:48
“Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Bu gün, 16:42
Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Bu gün, 16:37
Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Bu gün, 16:31
Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Bu gün, 16:28
“Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Bu gün, 16:19
Azərbaycanda mənzillər 10 % bahalaşıb
Bu gün, 16:18
Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:01
Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Bu gün, 15:58
Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Bu gün, 15:41
Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Bu gün, 15:39
“Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Bu gün, 15:36
London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Bu gün, 15:34
Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Bu gün, 15:32
Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Bu gün, 15:26
“İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Bu gün, 15:23
Ziya Məmmədovun bacısı vəzifəsindən azad edildi - SƏBƏB
Bu gün, 15:19
Rusvari rüsvayçılıq – Kremlin “üzr”ü qəbahətindən betər oldu
Bu gün, 15:17
ABŞ-lə strateji tərəfdaşlıq sazişi imzalayan Ermənistan Ukraynadan nəticə çıxarmalıdır
Bu gün, 15:15
Bayden-Blinken duetinin fəlakətli siyasəti: nəticələr çox ağırdır - İNCƏLƏMƏ
Bu gün, 15:10
"Rusiya müşahidə edir, nəyisə nizama salmağa çalışır..." - ŞƏRH
Bu gün, 14:02
“Ölü” yiyələri də dilə gəlirlər: onu basdırmağın zamanıdır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Paşinyan güman edir ki, Qərb ona daha çox dəstək verəcək... - AMMA...
Bu gün, 13:58
Yeni qayda test üsulunu ləğv edəcək? - AKTUAL
Bu gün, 13:10
Kadırovçular azərbaycanlını əsirlikdən xilas etdilər - VİDEO
Bu gün, 13:05
Ermənistan eyforiyadadır - GÖRÜNƏNİ BUDUR
Bu gün, 13:02
İcra Hakimiyyəti binasında FHN üçün icarəyə otaqlar verdi
Bu gün, 13:00
Təhsil müəssisəsi 46 mühafizəçiyə 63 milyon manat ödəyəcək - TENDER NƏTİCƏSİ
Bu gün, 12:59
“Rəsul öz müəlliminə aşiq olur!” - VİDEO
Bu gün, 12:56
Yeni dələduzluq üsulu yayılıb - Bu dəfə süni intellektlə
Bu gün, 12:54
“AccessBank” üçün ÇƏTİN MƏRHƏLƏ... - NƏ BAŞ VERİR?
Bu gün, 12:51
Bəxtiyar Mikayılova HÖKM OXUNDU
Bu gün, 12:48
Kəlbəcər icra hakimiyyətindəki davanın TƏFƏRRÜATI - “Atamgili Kəlbəcərə aparmaq istəyirdim”
Bu gün, 12:41
Tarixi Bakı məhkəməsi: cinayət işi ayrı, siyasət işi ayrı... - Bahəddin Həzi yazır...
Bu gün, 12:39
Hərbi Hospitalın tanınmış həkimi facəvi şəkildə vəfat etdi - FOTO
Bu gün, 12:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru