Cahangir Əsgərov bu gedişlə çox da uzağa "havalana" bilməyəcək... - AZAL şefi niyə qiymətləri azaltmadı
Tarix: 1-05-2015, 14:34 | Çap et
Cahangir Əsgərovun rəhbərlik etdiyi Azərbaycan Hava Yolları (AZAL) şirkəti bu ilin mart və aprel aylarında iki büdcə hava yollarının - Macarıstanın "WizzAir" və Türkiyənin "Pegasus" hava yollarının Azərbaycandakı fəaliyyətini dayandırıb. Bu iki hava yolları təyyarə biletlərinin ucuz qiymətlərinə görə səyahətçilər arasında populyardır. Çünki məsələn, "WizzAir"in Bakı-Budapeşt-Bakı reysi ilə uçuşun qiyməti 60-120 avroya başa gəlir. Ümumiliyyətlə, Avropada və dünyada olan büdcə hava yolları səyahət etməyi sevən, lakin büdcəsindən bu işə çox pul ayıra bilməyən, yaxud ayırmaq istəməyən insanlara əlverişli imkanlar yaradır. Belə hava yolları ən çox tələbələr və gənclər arasında populyar olur. Məhz buna görədir ki, "WizzAir" və "Pegasus"un ölkədən çıxarılması Azərbaycan sosial media istifadəçiləri arasında böyük əks-sədaya və narazılığa səbəb olmuşdu və onlar AZAL-ı inhisarçılıqda ittiham edirdilər. Ötən həftə Azərbaycan mətbuatında "WizzAir"in tezliklə Azərbaycana qaytarılacağı barədə xəbər yayılsa da AZAL sözçüsü BBC-nin Azərbaycan xidmətinə onda belə bir məlumatın olmadığını deyib. Mülki aviasiya üzrə ekspert Arif Həsənovun sözlərinə görə, AZAL-ın qiymətlərinin baha olması bilavasitə onun xərclərinin yüksək olması ilə bağlıdır. Onun fikrincə, AZAL-ın son illər ərzində çox bahalı təyyarələr alması istər-istəməz xidmətlərin qiymətlərinə öz təsirini göstərir. Ekspert Natiq Cəfərli isə düşünür ki, AZAL inhisarçı siyasət yürüdür və rəqiblərini bazara buraxmır: "Bütün inhisarçılar kimi AZAL da bazarda öz mövqeyini qorumağa çalışır və bu inhisarçı mövqeyin ona gətirdiyi dividentləri toplamaqla məşğuldur. Digər rəqibləri bazardan sıxışdırıb çıxararaq daha çox vəsait qazanmaq istəyir. Büdcə hava yollarının Azərbaycandan sıxışdırılıb çıxarılmasının əsas səbəbi də məhz budur. AZAL və digər şirkətlər arasında qiymət fərqi həddindən artıq böyük idi, ona görə də AZAL bazardan rəqibləri yalnız inzibati üsullarla sıxışdırıb çıxarmaqla öz mövqeyini qorumağa çalışır". AZAL-ın mətbuat katibi Məhərrəm Səfərli isə AZAL-ın büdcə hava yolları ilə müqayisə edilməsinin əleyhinədir. O, "WizzAir"in Azərbaycana qayıdacağı xəbəri barədə məlumatsız olduğunu deyir. M.Səfərli bu hava yollarının Azərbaycandan çıxmasının səbəbini isə onun büdcə hava yolları olaraq daha ucuz tariflərdən bəhrələnmək istəyi, hazırkı vəziyyətdə isə bunun mümkün olmaması ilə izah edir. "WizzAir"lə bağlı olan hadisənin ardınca ictimaiyyət ümumiyyətlə qiymət bazarı ilə yaxından maraqlanmağa başladı və sosial şəbəkələrin çoxsaylı istifadəçiləri aşkar etdilər ki, eyni xarici hava yollarının Bakıdan və Tiflisdən olan uçuşlarının qiymətləri arasındakı böyük fərq var. Natiq Cəfərli bu halı da bazarda rəqiblərin olmaması ilə izah edir. Müştərinin seçim imkanı məhdud olduğuna görə AZAL istədiyi qiyməti diktə edə bilir. Ekspertin sözlərinə görə, məntiqlə Azərbaycanda qiymətlər qonşu ölkələrdən də ucuz olmalı idi. Çünki Azərbaycan aviasiya kerosini istehsal edən ölkədir: "Biz hətta aviasiya kerosinini bəzi ölkələrə satırıq. Hava sərnişin daşımasının qiymətlərində isə ən çox payı olan aviasiya kerosininin qiymətidir". "Azərbaycanda, əksinə, elə bir mexanizm qurmaq olardı ki, ətraf ölkələrin sakinləri də Azərbaycan üzərindən uçmağa üstünlük verərdilər. Azərbaycanı bir hava nəqliyyatı qovşağına çevirmək mümkün olardı. Amma çox təəssüf ki, AZAL öz inhisarçı mövqeyindən istifadə edərək az iş görməklə çox pul qazanmaq istəyir" - deyən iqtisadçı qiymət fərqini də məhz bununla izah edir. AZAL isə eyni hava yollarının Tiflisdən və Bakıdan uçan reysləri arasındakı qiymət fərqini müqayisə etmək istəmir. Şirkətin sözçüsü Məhərrəm Səfərli deyir ki, AZAL-ın və onun göstərdiyi xidmətlər digər hava yolları şirkətlərindən keyfiyyətcə daha üstündür. Təhlilçilər hesab edir ki, təyyarə biletlərinin qiymətinin baha olması Azərbaycana turist axınının qarşısını alır. "Azərbaycan hökuməti turizmin onun üçün prioritet olduğunu elan etsə də əməldə bunun reallaşdırılması üçün ciddi iş görmür. Yalnız xarici telekanallarda bahalı reklam verməklə Azərbaycana turist cəlb etmək mümkün deyil" - Natiq Cəfərli deyir. O da maraqlıdır ki, Cahangir Əsgərovun rəhbərlik etdiyi qurum AZAL-ın qiymət siyasəti ilə bağlı günbəgün artan narazılıqlar qarşısında sadəcə, iradları, tənqidləri təkzib etməklə kifayətlənir. Hətta hakimiyyətə yaxınlığı ilə bilinən ekspertlər, KİV-lər, deputatlar və s. də AZAL-da qiymətlərin çox yüksək olmasından şikayətlənsə də, Əsgərovun qurumu belə fikirləri əsla özünə yaxın buraxmır. Bu zaman isə haqlı sual yaranır: belə çıxır, hamı haqsızdır, ancaq AZAL haqlıdır?!
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Bu gün, 17:44 |
|
|
|
• Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Bu gün, 17:39 |
|
|
|
• ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Bu gün, 17:36 |
|
|
|
• Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Bu gün, 17:34 |
|
|
|
• Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Bu gün, 17:32 |
|
|
|
• "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Bu gün, 17:18 |
|
|
|
• İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Bu gün, 17:09 |
|
|
|
• Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Bu gün, 17:08 |
|
|
|
• "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 17:05 |
|
|
|
• Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Bu gün, 17:01 |
|
|
|
• Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Bu gün, 16:57 |
|
|
|
• “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Bu gün, 16:53 |
|
|
|
• Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Bu gün, 16:51 |
|
|
|
• "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Bu gün, 16:48 |
|
|
|
• “Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Bu gün, 16:42 |
|
|
|
• Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Bu gün, 16:37 |
|
|
|
• Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Bu gün, 16:31 |
|
|
|
• Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Bu gün, 16:28 |
|
|
|
• “Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Bu gün, 16:19 |
|
|
|
• Azərbaycanda mənzillər 10 % bahalaşıb
Bu gün, 16:18 |
|
|
|
• Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:01 |
|
|
|
• Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Bu gün, 15:58 |
|
|
|
• Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Bu gün, 15:41 |
|
|
|
• Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Bu gün, 15:39 |
|
|
|
• “Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Bu gün, 15:36 |
|
|
|
• London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Bu gün, 15:34 |
|
|
|
• Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Bu gün, 15:32 |
|
|
|
• Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Bu gün, 15:26 |
|
|
|
• “İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Bu gün, 15:23 |
|
|
|
• Ziya Məmmədovun bacısı vəzifəsindən azad edildi - SƏBƏB
Bu gün, 15:19 |
|
|
|
• Rusvari rüsvayçılıq – Kremlin “üzr”ü qəbahətindən betər oldu
Bu gün, 15:17 |
|
|
|
• ABŞ-lə strateji tərəfdaşlıq sazişi imzalayan Ermənistan Ukraynadan nəticə çıxarmalıdır
Bu gün, 15:15 |
|
|
|
• Bayden-Blinken duetinin fəlakətli siyasəti: nəticələr çox ağırdır - İNCƏLƏMƏ
Bu gün, 15:10 |
|
|
|
• "Rusiya müşahidə edir, nəyisə nizama salmağa çalışır..." - ŞƏRH
Bu gün, 14:02 |
|
|
|
• “Ölü” yiyələri də dilə gəlirlər: onu basdırmağın zamanıdır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00 |
|
|
|
• Paşinyan güman edir ki, Qərb ona daha çox dəstək verəcək... - AMMA...
Bu gün, 13:58 |
|
|
|
• Yeni qayda test üsulunu ləğv edəcək? - AKTUAL
Bu gün, 13:10 |
|
|
|
• Kadırovçular azərbaycanlını əsirlikdən xilas etdilər - VİDEO
Bu gün, 13:05 |
|
|
|
• Ermənistan eyforiyadadır - GÖRÜNƏNİ BUDUR
Bu gün, 13:02 |
|
|
|
• İcra Hakimiyyəti binasında FHN üçün icarəyə otaqlar verdi
Bu gün, 13:00 |
|
|
|
• Təhsil müəssisəsi 46 mühafizəçiyə 63 milyon manat ödəyəcək - TENDER NƏTİCƏSİ
Bu gün, 12:59 |
|
|
|
• “Rəsul öz müəlliminə aşiq olur!” - VİDEO
Bu gün, 12:56 |
|
|
|
• Yeni dələduzluq üsulu yayılıb - Bu dəfə süni intellektlə
Bu gün, 12:54 |
|
|
|
• “AccessBank” üçün ÇƏTİN MƏRHƏLƏ... - NƏ BAŞ VERİR?
Bu gün, 12:51 |
|
|
|
• Bəxtiyar Mikayılova HÖKM OXUNDU
Bu gün, 12:48 |
|
|
|
• Kəlbəcər icra hakimiyyətindəki davanın TƏFƏRRÜATI - “Atamgili Kəlbəcərə aparmaq istəyirdim”
Bu gün, 12:41 |
|
|
|
• Tarixi Bakı məhkəməsi: cinayət işi ayrı, siyasət işi ayrı... - Bahəddin Həzi yazır...
Bu gün, 12:39 |
|
|
|
• Hərbi Hospitalın tanınmış həkimi facəvi şəkildə vəfat etdi - FOTO
Bu gün, 12:38 |
|
|
|
• Havanın arabir yağıntılı olacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:36 |
|
|
|
• Tofiq İsmayılovun 1 milyonluq işdə adı hallanan oğlu yenidən həbs edildi
Bu gün, 12:35 |
|
|
|
|