Əyalətdə təhsilə nəzarət sıfır dərəcəsindədir: Naizlrik isə biganədir... - Buralardan kadr gözləməyin...
Tarix: 19-01-2015, 15:07 | Çap et
Bu gün paytaxtda, həmçinin regionlarda fəaliyyət göstərən elə təhsil müəssisələri var ki, onlar müasir standartlara cavab verəməməklə yanaşı, bir sıra qanunsuzluqlara, özbaşınalıq və neqativ hallara yol verirlər. Bölgələrdə yerləşən orta ixtisas təhsili müəssisələrinin bir çoxunda müxtəlif səpkili problemlər nəzərə çarpmaqdadır. Bu barədə dəfələrlə tənqidi yazılar dərc etmişik. İnsaf naminə qeyd etmək lazımdır ki, Mikayıl Cabbarovun nazir vəzifəsinə təyin edilməsindən sonra kolleclərdə təhsilin səviyyəsi əvvəlki illərə nisbətən bir qədər yüksəlib. Lakin bəzi kolleclərdə köhnə problemlər hələ də qalır. Həmin təhsil ocaqlarından biri də Tovuz Dövlət Sosial-İqtisad Kollecidir. Məlumat üçün bildirək ki, kollec Üzümçülük və Şərabçılıq Komitəsinin nəzdində "Mirbəşir Qasımov adına sovxoz-texnikum” kimi fəaliyyətə başlayıb. Həmin dövrdə əyani və qiyabi təhsil forması olmaqla cəmi 3 ixtisas üzrə mütəxəssis hazırlığı aparılıb. 1991-ci ildə sovxoz-texnikum həmin sovxozdan ayrılaraq Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilib, müstəqil Kənd Təsərrüfatı Texnikumu kimi fəaliyyət göstərib. Həmin dövrdə daha 2 ixtisas qrupu da əlavə olunub. 2001-ci ildə texnikum Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindən alınıb Təhsil Nazirliyinin tabeliyinə verilib. Beləliklə, 2006-cı il 26 avqust tarixdə Nazirlər Kabinetinin 140 saylı qərarı ilə Tovuz Dövlət Sosial-İqtisad Kolleci kimi fəaliyyətini davam etdirib. Hazırda kollecdə texnologiya müəllimliyi, mühasibat uçotu, vergi və vergitutma, yol hərəkətinin təşkili, aqronomluq və yerquruluşu torpaq müfəttişliyi ixtisasları üzrə tədris aparılır. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlarda Tovuz Dövlət Sosial-İqtisad Kollecində tədrisin keyfiyyətinin aşağı səviyyədə olduğu, direktor Rizvan Qəmbərovun vəzifəsinə səhlənkar yanaşdığı bildirilir: «Nəzərinizə çatdırmaq istəyirəm ki, təhsil ocağı bir müddət əvvəl büdcə vəsaiti hesabına əsaslı şəkildə təmir edilib. Burda tələbələrin keyfiyyətli təhsil alması üçün hər cür şərait yaradılıb. Amma buna baxmayaraq, kollecin direktoru Rizvan Qəmbərov işinin öhdəsindən lazımi səviyyədə gələ bilmir. Onu təhsil yox, başqa məsələlər maraqlandırır. Rizvan müəllimdən qabaq təhsil müəssisəsinə Tanrıverdi müəllim və Talib Süleymanov rəhbərlik edib. Bu şəxslərin idarəçiliyi qənaətbəxş olmayıb. Məhz bu səbəbdən nazirin əmri ilə kollecə Rizvan Qəmbərov direktor təyin edildi. Təəssüf ki, onun kollecə gəlişi heç nəyi dəyişmədi. Əksinə direktor təhsil sistemini bir qədər də bərbad vəziyyətə saldı. Məsələn, metodiki vəsait və göstərişlərdən uzaq olan kollecdə təhsilin səviyyəsi olduqca aşağıdır. Tələbələrin dərsə davamiyyəti normal deyil. Kimin ürəyi nə vaxt istəyirsə o vaxt dərsə gəlir. Semestr ərzində kollecə üst-üstə heç iki həftə davamiyyətli şəkildə gəlməyən tələbələr imtahanlarda uğurlu nəticə əldə edirlər. Təbii ki, burda başqa üsullardan istifadə olunur. Tovuz Dövlət Sosial-İqtisad Kollecində tələbələrə biliyinə görə yox, «hazırlığına» görə qiymət verilir. Müəllimlərin və ixtisas rəhbərlərinin «tələb»lərini yerinə yetirmək mütləqdir. Direktor bütün müəllimlərə tapşırıb ki, heç bir tələbəyə güzəştə getməsinlər. Yəni hamı bir nəfər kimi imtahan sessiyasında müəllimləri görməlidir. Hazırda qış imtahan sessiyası davam edir. Tələbələr sessiyanı çətin keçirirlər. Çünki keçən illərlə müqayisədə builki qış imtahanlarında qiymətlərdə bəzi dəyişikliklər edilib. Öz savadı hesabına qiymət almaq istəyən tələbələr buna nail ola bilmirlər. Ona görə ki, müəllimlər həmin tələbələri elə formada sıxışdırırlar ki, sonda onlar da digərləri kimi əllərini ciblərinə salmalı olurlar. Bundan başqa, qrup jurnalları və qrup rəhbərinə məxsus jurnallar qaralamalarla işlənməklə qiymət sarıdan qanunsuzluğa şərait yaradılır. Müəllimlərin mövzu-təqvim planı tədris hissə müdiri tərəfindən imza atılmadan sinfə aparılıb-gətirilir. Bəzi tələbələr imtahan zamanı biletlərdəki suallara ağıllarına gələn, mövzuya aid olmayan cavabı yazırlar. Buna rəğmən, müəllimlər onların «biliyini» yüksək qiymətləndirir. Aydın məsələdir nəyə görə». Mənbə həmçinin vurğulayır ki, sözügedən təhsil müəssisəsində kurs işləri və təcrübə sənədləri əməlli-başlı alver predmetinə çevrilib: «Həmin sənədlər hər il təkrarlanır. Halbuki, kurs işlərinin və təcrübə sənədlərinin mövzuları ilbəil dəyişməlidir. Bu günə kimi qrup jurnalında nöqsanlara yol verən heç bir müəllimə irad tutulmayıb. Bu da məsul şəxslərin savad dərəcəsinin aşağı olmasından irəli gəlir. Kollecdə əmək intizamı hədsiz dərəcədə zəifdir. Sonuncu dəfə pedaqoji şuranın nə vaxt keçirildiyi məlum deyil. Rizvan Qəmbərov həftənin çox hissəsini ya Bakıda, ya başqa yerlərdə olur. Onun işlərini isə müavini Dəmir Hüseynov aparır». Qeyd olunan məsələlərə aydınlıq gətirmək üçün Rizvan Qəmbərova zəng vursaq da, dəstəyi qaldırmadı. Buna rəğmən, onun da fikirlərini işıqlandırmağa hazırıq. Ümid edirik ki, Təhsil Nazirliyinin nümayəndələri yazdığımız faktları araşdırıb kollec direktorunun barəsində müvafiq ölçü götürəcəklər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Lixtenşteyn və San Marino vətəndaşlarına həsəd apara bilərik - MALƏSƏF...
Bu gün, 00:08 |
|
|
|
• Binəqədinin hərbi komissarı orduya yararsız gənci zorla xidmətə yollayır - BU NƏDİ BELƏ?
Bu gün, 00:02 |
|
|
|
• Baydendən vida və: görülən işlər, təhdidlərin ünvanı, təkliflər... - NƏ BAŞ VERİR?
Bu gün, 00:00 |
|
|
|
• Trampın Bakı səfəri baş tuta bilər... - AÇIQLAMA
Dünən, 22:47 |
|
|
|
• Fevralın 9-u başlayacaq - İTV-də...
Dünən, 22:37 |
|
|
|
• Qəbul imtahanları elektron olacaq - Nəticələrə necə təsir edəcək?
Dünən, 22:01 |
|
|
|
• Qovulması xəbərini alarkən nazir YANINDA OLUB... - TƏFƏRRÜAT
Dünən, 21:57 |
|
|
|
• ABŞ-ın Qafqaz planı təsdiqləndi: Tiflisdən sonra növbə İrəvandadır - GƏLİŞMƏ
Dünən, 20:52 |
|
|
|
• "Yenə mənim adımdan pul dilənir" - FOTOFAKT
Dünən, 20:49 |
|
|
|
• Tanınmış iş adamı ağır qəzaya düşdü - TƏFƏRRÜAT
Dünən, 20:46 |
|
|
|
• NƏ BAŞA DÜŞƏK: Nazir işdən çıxarılan müavini ilə selfi paylaşdı - FOTO
Dünən, 20:43 |
|
|
|
• 'Aİ-95' benzinin qiyməti artacaq? - AÇIQLAMA
Dünən, 20:40 |
|
|
|
• Cənubi Qafqaz uğrunda açıq savaş: Vaşinqton İrəvanı seçdi - AKTUAL
Dünən, 19:02 |
|
|
|
• "Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmır, digər tərəfdən Avropa İttifaqına üzvlüyə can atır"
Dünən, 19:00 |
|
|
|
• “Yapı Kredi Bank”ın gəliri - AZALIB
Dünən, 18:58 |
|
|
|
• Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
Dünən, 18:22 |
|
|
|
• Şimali Koreya sərhədini əcnəbi turistlər üçün açdı
Dünən, 18:20 |
|
|
|
• Hindistanlı generala İrəvanda medal verildi
Dünən, 18:10 |
|
|
|
• Azərbaycan-Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib
Dünən, 18:08 |
|
|
|
• Estetik əməliyyatlar məhdudlaşdırılacaq? - AKTUAL
Dünən, 18:07 |
|
|
|
• Məhkəmə Mərkəzi Bankın şirkətə qarşı cəriməsini LƏĞV ETDİ
Dünən, 18:01 |
|
|
|
• Bakıda yeni park salınır - 37,2 MİLYON MANATLIQ TENDER UDULDU
Dünən, 17:57 |
|
|
|
• İcra başçılarına qadağa: - Evləri ucuzlaşdıracaq, yoxsa?
Dünən, 17:53 |
|
|
|
• "Boşanmışdıq, uşağımı görə bilmirdim" - Keçmiş arvadını öldürmək istəyən iranlı
Dünən, 17:52 |
|
|
|
• Saatlar ABŞ vaxtı ilə qurulur: - Region daha böyük gərginliyin astanasındadır
Dünən, 17:49 |
|
|
|
• Prokuror iki vəzifəli şəxsin həbsini tələb edir - Bəraət almışdılar
Dünən, 17:41 |
|
|
|
• Müştərilər “Premium Bank”dakı pullarını geri götürür - TƏFƏRRÜAT
Dünən, 17:33 |
|
|
|
• Elmin İnkişafı Fondunun direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:31 |
|
|
|
• Xəstəxana həyətində həkimi maşın vurdu - Ağır xəsarət aldı
Dünən, 17:30 |
|
|
|
• "Evimdə 2 övladım böyüyür, elə paylaşımlar edən insanın dəfnində nə işim var?" - Rövşən İsax
Dünən, 17:24 |
|
|
|
• “Bank of Baku” bütün depozitlərini sıfırlayıb
Dünən, 17:22 |
|
|
|
• Nazir müdiri işdən çıxardı - ƏMR
Dünən, 17:18 |
|
|
|
• Atdığım baltanın ölçüsü nə qədər idi? - Ağadadaş Ağayev məhkəmədə hiddətlənib
Dünən, 17:15 |
|
|
|
• Dövlət qurumlarının ötür-ötür oyunu: Gecəqondu məktəblə sakinlər arasında qarşıdurma davam edir - VİDEO
Dünən, 17:10 |
|
|
|
• "O, qurumun vitse-prezidenti deyil" - Rafael Ağayevlə bağlı AKF-dən AÇIQLAMA
Dünən, 17:03 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır - Zaxarova
Dünən, 17:02 |
|
|
|
• “ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” - Sobolev
Dünən, 16:49 |
|
|
|
• 7 saylı həbsxanada məhkum özünü asdı - PENİTENSİAR XİDMƏT İŞGƏNCƏ İDDİALARINI TƏKZİB EDİR
Dünən, 16:46 |
|
|
|
• Şagirdlərə mobil telefon qadağası – Nələrə səbəb olar?
Dünən, 16:43 |
|
|
|
• Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu – İfadə verə bilmədi
Dünən, 16:41 |
|
|
|
• Bu icra başçıları özlərinə köməkçi axtarır - ADLAR
Dünən, 16:38 |
|
|
|
• Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? - Rəsmi Moskva
Dünən, 16:33 |
|
|
|
• "Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" - VİDEO
Dünən, 16:30 |
|
|
|
• Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? - BU NƏDİ BELƏ?..
Dünən, 16:16 |
|
|
|
• Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi – Tanıyan varmı?
Dünən, 16:11 |
|
|
|
• Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb - TƏFƏRRÜAT
Dünən, 15:50 |
|
|
|
• "Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi - SƏBƏB
Dünən, 15:49 |
|
|
|
• "Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" - İlqar Mikayıloğlu
Dünən, 15:44 |
|
|
|
• İstəsəydim icra başçısı, nazir olardım - Elza Seyidcahanla MÜSAHİBƏ
Dünən, 15:41 |
|
|
|
|