Hadı Rəcəbli haqlıdır: O heç vaxt maaşından gileylənə bilməz, çünki maaşının miqdarını belə bilmir - REPLİKA
Tarix: 22-09-2014, 14:21 | Çap et
DİA.AZ: - Deputat Hadı Rəcəbli bir müddət əvvəl mətbuata açıqlamasında bildirdi ki, bəs, o da hamı kimi yaşayır və hətta maaşı ona çatmır. Sonra nə baş verdisə, möhtərəm deputatımız dediklərini təkzib etməli oldu. Və hətta israr da etdi, tələb etdi ki, onun fikirlərini, yəni giley-güzar dolu fikirlərini yayan KİV-lər təkzib versinlər.
Təbii ki, biz nə onun fikrini vermişdik, nə də təkzibini yaymaq zorundayıq. Amma DİA.AZ olaraq bizə maraqlı olan məqamlar var. Onlara keçməzdən öncə Hadı Rəcəbli cənablarının son açıqlamasını diqqətinizə təqdim edək:
«“Mən heç vaxt deməmişəm ki, maaşım mənə çatmır”. Millət vəkili mətbuatda onun adından ““İnsanlar çox zaman deyir ki, pensiyam mənə çatmır. Mən də sizə deyirəm ki, heç mənim maaşım mənə çatmır” ifadəsini təkzib edib: “Mən şükranlı adamam. Dövlətimdən, həyatımdan, taleyimdən, ailəmdən razı adamam. Əmək haqqım mənə bəs qədər çatır. Siz məni tanıyırsınız. Hadı müəllim belə bir fikir səsləndirə bilər? Sosial siyasətlə məşğul olan, insanların ən qayğılı qrupu ilə işləyən adam kimi bu sözü deyə bilərəm?
Mən bir neçə dəfə belə konteksdən ayrılan fikirləri ortaya çıxaran təxribarlarla üzləşmişəm. Bu da növbəti təxribatdır. Bu fikirləri hər gün, hər saat səsləndirən mətbu orqanları niyə mənə zəng vurub soruşmur ki, Hadı müəllim siz belə bir fikir səsləndirmisiniz? Bunu “feysbuk”a qoyublar, saytlarda yerləşdiriblər. Amma bir jurnalist zəng vurub soruşmur ki, siz belə bir söz demisinizmi? Axı hamı bilir ki, mənim telefonum həmişə açıqdır. Mətbuata açıq adamam”.
Hadı Rəcəbli bildirib ki, bu gün ona deyiblər ki, mətbuat onun haqqında belə bir fikir yazıb. “Kökündən yanlış olan bir təxribatdır. Bunu kimsə əvvəl bəlkə sensasiya, oxucu diqqəti cəlb etməyə uydurubsa, sonradan bu azğınlığa, mənə qarşı təxribata və hörmətsizliyə gətirib çıxarıb. Çox təəssüf. Mən bunu birmənalı olaraq təkzib edirəm. Belə bir fikir mənim dilimdən heç vaxt səslənməyib. Mən həmin yazan insandan soruşmaq istəyirəm ki, sən bunu hardan yazmısan? Niyə məndən soruşmamısan?
Ona görə xahiş edirəm bu əsassız fikri səsləndirən KİV təkzib versinlər. Belə hallarla, informasiya ötürmələriylə bağlı müvafiq tədbirlər görülməsini xahiş edirəm”».
Bəli, görünəni odur ki, Hadı müəllimi bu fikirlərindən dolayı çox sıxıblar. Yəni bir maaşla dolanmaq məsələsi baxımından.
Biz də belə gözləyirdik. Amma bir məsələ var. Hadı müəllim əgər həqiqətən də maaşla dolana bilmədiyini deyibsə, haqlıdır. Çünki bu gün onun və onun kimi digər oliqarxlaşmış deputatların, məmurların yaşadıqları həyat o qədər bahalıdır ki, onların rəsmi maaşları xərclədikləri pulla tərs mütənasiblik təşkil edir.
Sadəcə olaraq bir məsələ unudulur ki, nə Hadı Rəcəbli və nə də qeyd etdiyimiz kateqoriyadan olan digərləri heç bir vaxt quru maaşa ümidli olmayıblar ki, həmin maaşın da azlığından şikayət etsinlər. Ona görə biz də Hadı Rəcəbliyə haqq qazandırırıq. O, gileylənə bilməz.
Çünki Hadı müəllimin bu gün Bakıda elektrotexnika biznesində kifayət qədər populyar olan bir şəbəkəsi var. Onun oğlu zamanında «Himayədar» adı altında QHT sektorunda da kifayət qədər ciddi pullar əldə edib. Bundan əlavə, Hadı Rəcəbli Cənub bölgəsindən olan deputatların şəbəkələşməsində açar isimlərdən biridir və onun Şeyxin yanında xüsusi mövqeyi var. Yəni istədiyi zaman istənilən məbləği ortaya qoya bilər.
Davamını sayaqmı? Hər halda, yetərlidir…
Təbii ki, əlavə faktlar tələb olunsa, təqdim edəcəyik. Amma bir şeyi yaxşı bilin ki, Hadı Rəcəbli heç vaxt maaşından gileylənə bilməz. Çünki onun kimiləri hətta maaşlarının dəqiq məbləğini belə bilmirlər… Yəni buna ehtiyacları olmayıb… Ona görə də, cənablar, gedin möhtərəm deputatımızın dediyi kimi edin… təkzib verin…
Nazim - DİA.AZ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Minsk qrupunun ləğvi, Konstitusiya dəyişikliyi qaçılmaz prosesdir... - və gec-tez baş verəcək
Bu gün, 14:00 |
|
|
|
• Məktəblərdə hazır yemək təminatının təşkili ilə bağlı 77 milyon manatlıq tenderi - BU ŞİRKƏT UDDU
Bu gün, 13:58 |
|
|
|
• Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Bu gün, 13:26 |
|
|
|
• Moskva gözləntiləri doğruldur – yenə həqiqəti danır
Bu gün, 13:09 |
|
|
|
• “Gemini Group”un rəhbəri Rəşad Süleymanov ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Bu gün, 13:07 |
|
|
|
• Əmlak bazarında durğunluq hökm sürür - NƏ BAŞ VERİR?
Bu gün, 13:04 |
|
|
|
• Müdafiə Nazirliyindən QADAĞA GƏLDİ - xüsusi AÇIQLAMA
Bu gün, 12:59 |
|
|
|
• Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası qadağan edildi - son söz Anri Oxanaşvilidə qalır
Bu gün, 12:57 |
|
|
|
• İlham Əliyev və Nikol Paşinyan Davosa gedəcəklər
Bu gün, 12:53 |
|
|
|
• “Fikrimdə qalıram, Tramp sülh gətirəcək” - Natiq Cəfərli
Bu gün, 12:50 |
|
|
|
• Xaricdə azərbaycanlıları qeydiyyata alana cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 12:47 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• Trend mahnısının cümləsi qalmaqallı oldu: -"Aygün Kazımovaya hər şey olar"
Bu gün, 12:41 |
|
|
|
• "Bank Avrasiya"nın xalis mənfəəti 3 mln. manata yaxın azalıb - HESABAT
Bu gün, 12:39 |
|
|
|
• Sumqayıtda təşkilat sədri hücuma məruz qaldı: Polis hərəkətə keçdi - TƏFƏRRÜAT
Bu gün, 12:30 |
|
|
|
• 3 il əvvəl başlayan sürüşmənin qarşısı niyə ALINMIR? - Şəki sakinləri TƏHLÜKƏ ilə ÜZ-ÜZƏ
Bu gün, 12:28 |
|
|
|
• Vaşinqton İrəvana necə "hamilik" edəcək? - Elçin Alıoğlu yazır...
Bu gün, 12:21 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO və tərəfdaş ölkələrin Baş Qərargah rəislərinin iclasında iştirak edib
Bu gün, 12:17 |
|
|
|
• Bakıda restoranda baş verən cinayətin görüntüləri yayılıb - VİDEO
Bu gün, 12:15 |
|
|
|
• Paşinyan Rusiyanın təhdidlərindən narahatdır - “Hraparak”
Bu gün, 12:13 |
|
|
|
• 316 saylı orta məktəbin yanındakı torpaq sahəsinə KİM GÖZ DİKİB? - İLGİNC İDDİALAR
Bu gün, 12:11 |
|
|
|
• Blinken Mirzoyanla bunu razılaşdırıb: "Soros" bölgəyə gəlir - Seyidov danışdı
Bu gün, 12:01 |
|
|
|
• Maaş azlığı, yoxsa alim riyakarlığı - REPLİKA
Bu gün, 11:59 |
|
|
|
• Ermənistan ordusunun Baş Qərargah rəisi NATO iclasında iştirak edir
Bu gün, 11:56 |
|
|
|
• Akif Marifliyə yeni vəzifə verildi
Bu gün, 11:52 |
|
|
|
• Ruslardan ABSURD İDDİA... Qazaxlar susur: QARA QUTU açılana qədər... - NƏ BAŞ VERİR?
Bu gün, 11:50 |
|
|
|
• GDU-nun nəzdində Regional Kollecə yeni təyinatlar olub - ƏMR
Bu gün, 11:48 |
|
|
|
• İrəvanın Aİ-ABŞ həmləsi: Ermənistan Trampa ümid edə bilərmi? - Eurasiya.net
Bu gün, 11:43 |
|
|
|
• "Quska"nın vəkilləri məhkəməyə gəlmədi - bu səbəbdən də...
Bu gün, 11:38 |
|
|
|
• Rusiyanın sülh prosesinə təsir imkanları məhduddur - FAKT BUDUR!
Bu gün, 11:36 |
|
|
|
• Goranboyda 10-cu sinif şagirdi evlənmək məqsədi ilə qaçırılıb - Polis İŞƏ QARIŞDI
Bu gün, 11:32 |
|
|
|
• Faiq Ağayevdən səs-küy yaradan fotosessiya - FOTO
Bu gün, 11:30 |
|
|
|
• Zelenskinin xanımı GÖRÜN HARADA dincəlir - ŞOK məlumat
Bu gün, 11:29 |
|
|
|
• Bakı Ali Neft Məktəbinə yeni prorektor təyin olundu - ƏMR
Bu gün, 11:26 |
|
|
|
• Britaniya və Fransa Ukraynaya qoşun göndərməyi müzakirə edirlər - "The Telegraph"
Bu gün, 11:19 |
|
|
|
• Rusiya Ermənistana qarşı hərəkətə keçdi – Durum kəskinləşir
Bu gün, 11:16 |
|
|
|
• "Məktəbin tikintisinə ayrılan maliyyə hara getdi, kimlər məsuliyyət daşıyır?" - SAKİNLƏR ÇARƏSİZDİR
Bu gün, 11:05 |
|
|
|
• Hospital rəisindən Elçin Quliyevə şikayət - NARAZILIQ VAR...
Bu gün, 11:02 |
|
|
|
• Şəmkirin keçmiş icra başçısının oğlunu öldürən şəxs vaxtından əvvəl azadlığa çıxmaq istəyir
Bu gün, 10:58 |
|
|
|
• Sazişdən sonra Tramp Ermənistanı daha da gücləndirəcək... - AKTUAL
Bu gün, 10:55 |
|
|
|
• Sənubər Nəzərova Departament rəhbəri təyin edildi - BUNDAN SONRA...
Bu gün, 10:54 |
|
|
|
• "Sabah kimisə öldürsə, yenə də sərbəst qala bilər..." - İLGİNC İDDİA
Bu gün, 10:52 |
|
|
|
• Xırdalandan Sumqayıta gedənlər küçələrdə qalıb - 10 dəqiqəlik interval bir saata qaldırılıb
Bu gün, 10:46 |
|
|
|
• Məhkəmə Ağadadaş Ağayevin mülki iddiasına xitam verilməsi barədə qərar qəbul edib
Bu gün, 10:45 |
|
|
|
• Neftçilərlə bərabər işçiləri daşıyan matrosların da maaşları yerində sayır... - ETİRAZ VAR...
Bu gün, 10:44 |
|
|
|
• “Atamın qızıllarını Sevda verib Günaya” – 186 minlik ZƏRGƏRLİK İŞİ
Bu gün, 10:27 |
|
|
|
• İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 10:12 |
|
|
|
• Müharibə olacaq, Zəngəzur dəhlizi... - Danielyan
Bu gün, 10:07 |
|
|
|
• "Tramp üçün də əlavə başağrısı yaradırlar" - deputat
Bu gün, 10:03 |
|
|
|
• Seçki ayında bələdiyyələr birləşir - nələr dəyişəcək?
Bu gün, 09:56 |
|
|
|
|