"Aquapark"-da həm cibimizi talayırlar, həm də canımızı risqə atırlar - özbaşınalıqdır...
Tarix: 8-07-2014, 15:12 | Çap et
Yayın gəlişi ilə Azərbaycanda həm də turizm sürətlə inkişaf etməyə başlayıb. Hələ ötən il prezident İlham Əliyev ölkədə turizmin inkişafı üçün lazımi tapşırıqlar vermişdi və ölkədə otel biznesinin , istirahət mərkəzlərinin yaradılmasına dəstək verildi. Amma bir tərəfdən dünya standartlarına cavab verəcək istirahət mərkəzləri yaradılırsa, digər tərəfdən isə insanların büdcəsinə əl uzadan, heç bir normalara cavab verməyən istirahət mərkəzləri də var. Bunlardan biri isə Novxanı çimərliyində yerləşən"Aquapark" istirhət mərkəzidir. "Unikal" qəzeti olaraq "Aquapark" İstirahət Mərkəzində insanların cibinə necə girmələrini, antisanitariyanın hansı səviyyədə olmasını araşdırmaq üçün mərkəzə yollandıq.
Zibilxanadan "cənnətə" doğru
Novxanı çimərliyinin girişində görünən möhtəşəm binaya kənardan baxanda ən azından Las-Veqas cənnətinə düşəcəyinizi düşünməyiniz mütləq olacaq. Çünki kənardan gəl-gəl deyən bu bina Novxanının həmin ərazisində ki, ən böyük tikili təsiri bağışlayır. Digər insanlar kimi bizdə elə bu həvəslə istirahət mərkəzinə doğru gedirik. Və... aydın olur ki, "Aquapark"a getmək üçün ən azından bir skafandıra da almağa ehtiyac var imiş. Mərkəzin həndəvərində ki, zibilxanadan, tullantılardan yaranan iy və dözülməz görüntü istirahət mərkəzinə olan ümidləri yox edir. Yolun bərbad olmasından danışmağa isə dəyməz. Həmin an ani olaraq bir suala cavab tapmaq istəyirsən- bu qədər istirahət mərkəzində qazanılan milyonlardan cüzi qədərini ayıraraq bu xarabalıqları, zibilxanaları təmizləmək olmazmı? Ən azından dünya praktikasında mövcuddur ki, bu cür istirahət mərkəzləri fəaliyyət göstərdikləri ərazilərdə nümunəvi təşkilat hesab olunurlar və şəxsən özləri maraqlı olur ki, həmin ərazidə sanitariya qaydalarına ciddi əməl olunsun. Amma görünür pul hərisliyi "Aquapark" İstirahət Mərkəzinin rəhbərliyinin gözünü örtüb və istirahət mərkəzinin divarından kənarda mövcud olanlar onlar üçün maraqlı deyil. Bir sözlə iyli-qoxulu, dağılmış yollarla "Aquapark"a daxil oluruq. Daha doğrusu cəhd edirik.
15 manatlıq qapı
İstirahət mərkəzinə daxil olanda ilk qadağa qarşında dayanır. Söhbət içəri daxil olmaq üçün adambaşına 15 manatın ödənilməsidir. Qarşılığında nə qəbz verilir, nədə hansısa kassa görmək mümkün deyil. Yığılan pullar hansı əsasla alınır və hara ötürülür, bu suala mərkəzin rəhbərliyindən başqa heç kim cavab verə bilməz. Çünki yığılan pullar kassadan kənarda yığıldığı üçün sözsüz ki, vergidən yayınma var və deməli bu pullar heç də rəsmi büdcəyə daxil edilmir. Amma istirahət mərkəzi uşaqlarıda "nəzərə" alıb. Böyüklər üçün 15 manat tələb edilirsə, uşaqlar üçün 10 manat istənilir. Nə isə... 15 manatı ödəyib daxil oluruq istirahət mərkəzinə və bundan sonra ödədiyin 15 manatın həqiqətən havaya sovrulduğunu görürsən. Çünki istirahət mərkəzinin daxilində xidmət demək olar ki, sıfır həddindədir və üfunətdən, antisanitariyadan burada istirahət etmək sadəcə mümkünsüzdür. Sadəcə olaraq şəhərə yaxın olduğu üçün insanlar bura üz tutmağa məcbur olur.
Qurbağa üzən hovuzlar
"Aquapark"da insanların üz tutduğu yer ilk növbədə hovuz olur. Və daxili qaydalara görə hovuza daxil olmamışdan öncə çimərlik kabinelərinə daxil olmalısınız. Şəkildə də gördüyünüz kimi burada nəinki yuyunmağa, heç nəfəs almağa da şərait yoxdur. Belə olan halda sual verilir, girişi 15 manat olan mərkəzdə nədən gigenik qaydalara əməl edilmir? Sözsüz ki, hər bir otel və istirahət mərkəzi üçün konkret şərtlər olur və bu şərtlərə cavab verən iaşə obyektlərinin işləməsi qanuni sayılır. Amma "Aquapark"da bir dənə də olsa diqqəti çəkəcək nümunə tapmaq mümkün deyil. Amma nədənsə istirahət mərkəzinə söz deyəcək, irad göstərəcək kimsəni tapa bilməzsən. Vətəndaşın özünə gəldikdə isə etdiyin şikayətə tək bir cavab verilir:- Xoşun gəlmir, çıx get. Vəssalam. Yeri gəlmişkən bunu da qyed edək ki, bir dəfə "Aquapark"da istirahət üçün sərf olunan pulla Antaliyanın istənilən istirahət mərkəzində gedib rahat istirahət etmək olar. Çünki nəzarətsizlikdən burda hər gün hər şeyin qiyməti dəyişdirilir, insanların mərkəzə gəldiyini görə rəhbərlik qiymətləri bir saatın içində dəyişə bilir. Amma nədənsə xidmətdə keyfiyyət dəyişmir ki, dəyişmir. İstirahət mərkəzində olan zaman işçilərlə etdiyimiz söhbət zamanı buda aydın oldu ki, orda işləyənlərin əksəriyyətinin elementar əmək müqaviləsi belə yoxdur. Özlərinin dediyi kimi günəmuzd işləyirlər və pullarını admnistratorlar nəğdi ödəyir. Yəni burda da vergidən yayınmanın şahidi oluruq.
Bir stəkan çay və həyatına nifrət
İndi isə gəlin istirahət mərkəzində verilən yeməklərin keyfiyyətinə diqqət ayıraq. Və başlayaq ilk növbədə çay süfrəsindən. El misalı ilə desək "imama bir bardaq suyu qıymayan yezid"-prinsipi burda da işləyir. Əlin cibində olmasa nəin ki, bir stəkan çay, heç bir stəkan suda tapa bilməzsən. Yox əgər içəri daxil olmaq üçün 15 manat verdiyinizi düşünüb, heç olmasa bir stəkan suyun pulsuz olacağını düşünürsünüzsə yanılırsınız. Çünki burda hər şey paranın başındadır və şəhərdə 20 qəpiklik suyu burda ən azı bir manata ala bilərsən. Çay məsələsinə gəldikdə isə adi çay tapmaq mümkün deyil. Mütləq çayın yanında nəsə olur və avtomatik olaraq 1 manatlıq çay 15 manata müştəriyə satılır. Heç bir etiraz isə qəbul olunmur. Çünki daxili qaydalar bunu tənzimləyir. Hansı qanunla, bax bu sualın cavabını heç istirahət mərkəzinin işçiləri də bilmir. O ki, qaldı yemək həvəsinə düşməyə, çalışın bu həvəsi anındaca başınızdan atın. Çünki "Aquapark" İstirahət Mərkəzində iki nəfərin yeməyinə sərf olunacaq vəsait , bir ailənin bir aylıq dolanışığı üçün lazım olan vəsait qədərdir. Bişirilən yeməklərin, kababların nə ətindən hazırlandığını isə tapmaq mümkün deyil. Beləcə, müştərilərin daima "qulluğunda" dayanan "Aquapark" İstirahət Mərkəzi ilə vidalaşıb geri qayıdırıq. Amma anlaşılan budur ki, bura istirahət mərkəzi yox, cəhənnəm mərkəzi desək yaxşı olardı. Ən qəribəsi isə budur ki, bu cür antisanitariya mərkəzinə əlaqədər təşkilatların heç biri müdaxilə edə bilmir. Çünki görünür, bu cür qanunsuzluqları edənlər,kimlərəsə ümidlidilər və arxalarında dayanan o məhcul şəxslər "Aquapark" İstirahət Mərkəzinin rəhbərliyinə istədiyini etmək şansı veriblər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Cənubi Qafqaz uğrunda açıq savaş: Vaşinqton İrəvanı seçdi - AKTUAL
Bu gün, 19:02 |
|
|
|
• "Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmır, digər tərəfdən Avropa İttifaqına üzvlüyə can atır"
Bu gün, 19:00 |
|
|
|
• “Yapı Kredi Bank”ın gəliri - AZALIB
Bu gün, 18:58 |
|
|
|
• Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
Bu gün, 18:22 |
|
|
|
• Şimali Koreya sərhədini əcnəbi turistlər üçün açdı
Bu gün, 18:20 |
|
|
|
• Hindistanlı generala İrəvanda medal verildi
Bu gün, 18:10 |
|
|
|
• Azərbaycan-Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib
Bu gün, 18:08 |
|
|
|
• Estetik əməliyyatlar məhdudlaşdırılacaq? - AKTUAL
Bu gün, 18:07 |
|
|
|
• Məhkəmə Mərkəzi Bankın şirkətə qarşı cəriməsini LƏĞV ETDİ
Bu gün, 18:01 |
|
|
|
• Bakıda yeni park salınır - 37,2 MİLYON MANATLIQ TENDER UDULDU
Bu gün, 17:57 |
|
|
|
• İcra başçılarına qadağa: - Evləri ucuzlaşdıracaq, yoxsa?
Bu gün, 17:53 |
|
|
|
• "Boşanmışdıq, uşağımı görə bilmirdim" - Keçmiş arvadını öldürmək istəyən iranlı
Bu gün, 17:52 |
|
|
|
• Saatlar ABŞ vaxtı ilə qurulur: - Region daha böyük gərginliyin astanasındadır
Bu gün, 17:49 |
|
|
|
• Prokuror iki vəzifəli şəxsin həbsini tələb edir - Bəraət almışdılar
Bu gün, 17:41 |
|
|
|
• Müştərilər “Premium Bank”dakı pullarını geri götürür - TƏFƏRRÜAT
Bu gün, 17:33 |
|
|
|
• Elmin İnkişafı Fondunun direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:31 |
|
|
|
• Xəstəxana həyətində həkimi maşın vurdu - Ağır xəsarət aldı
Bu gün, 17:30 |
|
|
|
• "Evimdə 2 övladım böyüyür, elə paylaşımlar edən insanın dəfnində nə işim var?" - Rövşən İsax
Bu gün, 17:24 |
|
|
|
• “Bank of Baku” bütün depozitlərini sıfırlayıb
Bu gün, 17:22 |
|
|
|
• Nazir müdiri işdən çıxardı - ƏMR
Bu gün, 17:18 |
|
|
|
• Atdığım baltanın ölçüsü nə qədər idi? - Ağadadaş Ağayev məhkəmədə hiddətlənib
Bu gün, 17:15 |
|
|
|
• Dövlət qurumlarının ötür-ötür oyunu: Gecəqondu məktəblə sakinlər arasında qarşıdurma davam edir - VİDEO
Bu gün, 17:10 |
|
|
|
• "O, qurumun vitse-prezidenti deyil" - Rafael Ağayevlə bağlı AKF-dən AÇIQLAMA
Bu gün, 17:03 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır - Zaxarova
Bu gün, 17:02 |
|
|
|
• “ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” - Sobolev
Bu gün, 16:49 |
|
|
|
• 7 saylı həbsxanada məhkum özünü asdı - PENİTENSİAR XİDMƏT İŞGƏNCƏ İDDİALARINI TƏKZİB EDİR
Bu gün, 16:46 |
|
|
|
• Şagirdlərə mobil telefon qadağası – Nələrə səbəb olar?
Bu gün, 16:43 |
|
|
|
• Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu – İfadə verə bilmədi
Bu gün, 16:41 |
|
|
|
• Bu icra başçıları özlərinə köməkçi axtarır - ADLAR
Bu gün, 16:38 |
|
|
|
• Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? - Rəsmi Moskva
Bu gün, 16:33 |
|
|
|
• "Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" - VİDEO
Bu gün, 16:30 |
|
|
|
• Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? - BU NƏDİ BELƏ?..
Bu gün, 16:16 |
|
|
|
• Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi – Tanıyan varmı?
Bu gün, 16:11 |
|
|
|
• Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb - TƏFƏRRÜAT
Bu gün, 15:50 |
|
|
|
• "Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 15:49 |
|
|
|
• "Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" - İlqar Mikayıloğlu
Bu gün, 15:44 |
|
|
|
• İstəsəydim icra başçısı, nazir olardım - Elza Seyidcahanla MÜSAHİBƏ
Bu gün, 15:41 |
|
|
|
• Rusiya XİN Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz sayır
Bu gün, 15:36 |
|
|
|
• Müsadirə olunmuş Bakı Oksford Məktəbini icarəyə götürdülər - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Orduda qadınların potensialından istifadə etməliyik - Paşinyan
Bu gün, 15:28 |
|
|
|
• Şuşa Bəyannaməsindəki detal sazişdə yoxdur - İrəvana pis xəbər
Bu gün, 15:24 |
|
|
|
• Almaniya Ermənistana 20 milyon avro bağışlayır
Bu gün, 15:18 |
|
|
|
• Bank sektorunun SARI ÇÖKÜŞÜ... - Şirkətlər “Yelo Bank”dakı depozitlərini geri götürürlər
Bu gün, 15:12 |
|
|
|
• Toyun toy, vayın da vay yeri var: - İslama görə müsiqi ilə dəfn mərasimi icazəli deyil
Bu gün, 15:09 |
|
|
|
• Nazirlik 10 manat kapitalı olan şirkətlə 77 milyonluq müqavilə imzaladı – Tendersiz
Bu gün, 15:05 |
|
|
|
• Ramiz Mehdiyevin qızına şikayət etmək icazəsi verildi - TƏFƏRRÜAT
Bu gün, 15:00 |
|
|
|
• Mərkəzi Univermağın qızıl alverçilərinin 186 min manatı necə ələ keçirilib?
Bu gün, 14:57 |
|
|
|
• İvanişviliyə qarşı sanksiyalarla bağlı təklif Britaniya İcmalar Palatasına təqdim olunub
Bu gün, 14:55 |
|
|
|
• Müharibə bitəcək, amma necə... - GƏLİŞMƏ
Bu gün, 14:02 |
|
|
|
|