
“Məcburi hərbi xidmətə çağırılmamaq üçün Ermənistan vətəndaşlığından imtina edən vətəndaşlarımızın sayı artır”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Hayk Sərkisyan deyib.
Sərkisyan statistik məlumatları da təqdim edərək qeyd edib ki, 2020-2024-cü illər ərzində 8721 vətəndaş 18 yaşına çatmamış Ermənistan vətəndaşlığından çıxıb.
“Böyük əksəriyyət 27 yaşını (hərbi xidmət üçün son yaş həddini) gözləyir ki, məcburi hərbi xidmətə getməsin”, - deputat vurğulayıb.
Hayk Sərkisyan xidmətdən yayınmanın qarşısının alınması üçün hərbi xidmət müddətinin azaldılmasını təklif edib.