
Xəbər verdiyimiz kimi, Hindistan iyulda Ermənistana “Akash” zenit-raket komplekslərinin ikinci partiyasını göndərəcək. Raket kompleksinin ilk batareyası Ermənistana ötən ilin noyabr ayında göndərilib.
Maraqlıdır, bir tərəfdən sülhdən danışan Ermənistanın, digər tərəfdən raket texnologiyası ilə silahlanması nədən xəbər verir?
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən politoloq Qabil Hüseynli, baş verənləri Ermənistanın revanşizm niyyəti ilə əlaqələndirib:
“Ermənistanın Vətən müharibəsindən sonra sürətlə silahlanması, bu prosesi günümüzdə də davam etdirməsi, rəsmi İrəvanın revanşizm niyyətlərindən xəbər verir. Sözdə sülh haqqında danışan Ermənistan, əməli baxımdan silahlanma yolu tutub ki, bu da regionun gələcəyinə yaxşı heç nə vəd etmir.
Ermənistanın yürütdüyü militarizm siyasəti bütün regionda sülh və təhlükəsizlik üçün ciddi təhdiddir. Əgər Ermənistan bu siyasətdən imtina etməzsə, Azərbaycanın sülh səylərini dəstəkləməzsə, bunun acı nəticələrinə qatlaşmalı olacaq”.