
Moskva ilə Kiyev arasında Ukraynanın Sum vilayətində olan Kursk vilayəti sakinlərinin təxliyə edilməsi ilə bağlı razılıq əldə olunub.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu Rusiyanın insan hüquqları üzrə müvəkkili-ombudsman Tatyana Moskalkova bildirib.
Onun sözlərinə görə, Ukraynanın Sum vilayətində olan Kursk vilayəti vətəndaşlarının Belarus vasitəsilə Rusiyaya təxliyə olunması barədə razılıq əldə olunub.
Qeyd edək ki, ötən ilin avqustunda Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayətinə daxil olaraq, böyük bir ərazisini nəzarətə götürüblər. Nəticədə vilayətinin Ukrayna qoşunlarının nəzarətinə keçən hissəsinin sakinlərinin bir qismi Sum vilayəti ərazisinə köçürülüb.