"Kişi efirdə belə davranmamalıdır" .....                     “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti .....                     Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb .....                     “Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı .....                     “İpək Yolu Sığorta”nın Direktorlar Şurasına .....                     "Məni məhkəməyə çağırmayıblar..." .....                     Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib .....                     20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox .....                     “Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? .....                     Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... .....                     Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı .....                     Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar .....                     “Oğlumu öldürüb, ərimi bıçaqlayıblar, indi bizə təzyiq edirlər” .....                     PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdir .....                     İcra başçısı özü haqqında sənədli film çəkdirib? .....                     Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb .....                     “Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...” .....                     Sovetin ölüm balonu: .....                     Sahib Məmmədovun “agent ovu”: .....                     Putin İrana gedəcək .....                     Papikyanın Berlin səfərinin gizlinləri: .....                     "Ora ayrılan pulu necə yemisiniz" .....                     Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər .....                     “Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib .....                     AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? .....                     "Deputatsan, lap yaxşı, get qal Ağdamda" .....                     Nəfəs qalmaqallı videodan danışdı .....                     Bankların pul “qoparmaq” oyunu .....                     Ağalıda yaşayan qız "üsyan etdi": .....                     Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? .....                     Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... .....                     Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib .....                     Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır .....                     Tofiq İsmayılovun oğlu hakim qarşısında .....                     Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? .....                     Daha bir soydaşımızı itirdik .....                     Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib .....                     PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? .....                     BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... .....                     AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir .....                 

"Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Tarix: 1-02-2025, 06:45 | Çap et
 "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı"
Ötən il, dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları"nın (AZAL) Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsinin qəzası ilə bağlı müəmmalar davam edir. Qəza nəticədə təyyarədə olan 67 nəfərdən 38-i ölmüş, 29-u sağ qalmışdı. Ölənlərin 23-ü Azərbaycan vətəndaşı idi.

Qəzadan artıq bir aydan çox keçməsinə baxmayaraq, onun səbəbləri ilə bağlı nəticələr açıqlanmayıb. Eyni zamanda, qəza ilə bağlı məsələlər Rusiya və Azərbaycanda hakimiyyətə yaxın medialarda qarşılıqlı iddialara səbəb olub. Azərbaycanda hökumətyönümlü medialar öz mənbələrinə istinadən artıq bu qəzada Rusiyanın günahı olduğu ilə bağlı sübutların mövcudluğundan bəhs edirlər. Rusiyada isə əksinə, bir sıra media orqanları məsələ ilə bağlı Azərbaycan tərəfinin "əsassız" iddialar səsləndirməsinə, münasibətləri süni gərginləşdirməsinə diqqət çəkirlər.

Qəzadan bir neçə gün sonda Azərbaycan prezident İlham Əliyev də təyyarənin Rusiya ərazisində, Qroznı yaxınlığında xaricdən zədə aldığını, idarəetməni itirdiyini demişdi. Prezident habelə vurğulayıb ki, Azərbaycan tərəfi öz tələblərini açıq şəkildə Rusiyaya bildirib: "Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir, Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir".

Dövlət başçısı qeyd edib ki, şərtlərdən birincisi artıq dekabrın 28-də təmin olunub: "Mən ümid edirəm ki, digər şərtlərimiz də qəbul ediləcək".

Rusiya prezidenti Vladimir Putinin dekabrın 28-də azərbaycanlı həmkarına zəng edərək təyyarə qəzasının Rusiya səmasında baş verməsinə görə üzr istədiyi açıqlanıb. Ancaq o, təyyarə faciəsinə görə ölkəsinin məsuliyyət daşıdığını etiraf etməyib.

Qəza ilə bağlı araşdırmanın ilkin nəticəsinin bu həftə açıqlanacağı gözlənirdi. Amma, hələlik, bu baş verməyib. Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev yanvarın 24-də keçirilən mətbuat konfransında demişdi ki, bütöv durumdakı qara qutular tam deşifrə olunub, nəticədə uçuş parametrləri və pilotların danışıqları müəyyənləşdirilib.

Bəs nəticələrin açıqlanması nədən gecikir və bu barədə Azərbaycanda nə düşünürlər?

Deputat: "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı"
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov "Turan"a bildirib ki, təyyarənin qara qutularından məlumat artıq Qazaxıstana göndərilib, Azərbaycana və Rusiyaya da veriləcək (istehsalçı şirkətin yerləşdiyi Braziliyada araşdırılıb): "Yaxın günlərdə də bu məlumatların açıqlanması gözlənilir".

Deputat qeyd edib ki, keçən bu dövr ərzində məsələ ilə bağlı çox fikirlər səslənib: "Eyni zamanda çox təəssüf ki, son 10-15 gün ərzində Rusiyada bir sıra rəsmi və qeyri-rəsmi mətbu orqanları sanki Azərbaycan üzərinə kütləvi hücuma keçiblər, Azərbaycanı və ölkə rəhbərliyini günahlandırmaqla məşğuldurlar. Necə deyərlər, "oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı". Onlar hansı mərkəzdən idarə olunur, komanda haradan verilib, özləri bilər. Yəqin ki, özbaşına deyillər və hansısa rəsmi mərkəzdən istiqamətləndirilirlər".

E.Məmmədovun sözlərinə görə, fakt ondan ibarətdir ki, vurularaq qəzaya uğrayan təyyarədə olan insanlar bir neçə ölkənin vətəndaşları olub: "Ancaq Azərbaycan vətəndaşları çoxluq təşkil edirdi. Ekipaj da Azərbaycanınkıdır. Təyyarə harada vurulduğu da məlumdur, bunu gizlətmək artıq mümkün deyil. Cənab prezidentimiz də ilkin şərtləri açıqladı və həmin şərtlərdə qeyri-adi heç bir şey yoxdur. Aviasiya sahəsində mövcud olan beynəlxalq konvensiyalar, sənədlər var. Şərtlər onlara istinad edilərək səsləndirilib ki, günahkarlar üzr istəməlidir, günahı etiraf etməli, təzminat ödəməlidir. Bu o demək deyil ki, burada Azərbaycan Rusiyanı aşağılayacaq tələbləri qoyur. Qətiyyən".

Komitə üzvü hesab edir ki, qəza ilə bağlı rəsmi nəticələr açıqlanandan sonra Rusiya günahkardırsa, günahını etiraf etməlidir: "Bir sıra xarici güc mərkəzləri var ki, onlar da Rusiya ilə Azərbaycan arasında münasibətlərin gərginləşməsi üçün dərindən qabıqdan çıxırlar. Biz Rusiyaya qarşı həmişə səmimi olmuşuq, niyyətimiz mehriban qonşuluq münasibətlərinin inkişaf etdirilməsi olub. Bu gün də münasibətimiz normaldır. Düşünürəm ki, bu təyyarə qəzası ilə bağlı işlər yoluna qoyulacaq. İki dövlət arasındakı münasibətlərin pozulmasına doğru getmək düz olmaz".

"İnanmıram ki, Rusiya hökuməti, o cümlədən Putin..."
"Artıq bizə bəllidir ki, qara qutudakı məlumatlar Rusiyanın elan etdiyi məlumatlarla üst-üstə düşmür", - deyən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da AzadlıqRadiosuna bildirib ki, qara qutu ilə bağlı açıqlama gözlənilir: "Çünki bunu uzun müddət gizli saxlamaq mümkün deyil".

Rusiya-Azərbaycan münasibətlərinə gəldikdə, ekspert hesab edir ki, münasibətlər olduqca gərgindir: "Prezident İlham Əliyevin üç tələbi var və o, onları bir neçə dəfə səsləndirib: üzrxahlıq, kompensasiya, cinayətkarların cəzalandırılması. Biri – üzrxahlıq alayarımçıq olub. Rusiya prezidenti hadisənin Rusiya səmasında olmasına görə üzr istədi".

E.Şahinoğlu xatırladır ki, 44 günlük müharibə zamanı Rusiyaya məxsus hərbi helikopterin vurulmasına və 2023-cü ildə "antiterror" tədbirləri zamanı həmin ölkənin sülhməramlıların həlak olmasına görə Azərbaycan tərəfi üzr istəyib: "Yəqin ki, Azərbaycan prezidentinə təsir edən odur ki, bu iki hadisədə günahkar tərəf Rusiya olsa da, onlar üzr istəyib, amma açıq-aşkar bizim sərnişin təyyarəmiz vurulduğuna və vətəndaşlarımızın həlak olmasına görə Rusiya haqlı tələblərimizi yerinə yetirmək istəmir".

Politoloqun fikrincə, qara qutuların məlumatları açıqlanandan sonra Rusiya sakit şəraitdə kompensasiya məsələsini həll etməyə çalışacaq: "Amma mən inanmıram Rusiya hökuməti, o cümlədən Putin cinayətkarların cəzalandırılması barədə tapşırıq versin. Putin hakimiyyətdə olduğu dönəmdə nə haradasa öz səhvini etiraf edib, nə də cinayətkarlar cəzalandırılıblar".

O qeyd edib ki, fevralda Azərbaycan və Rusiya prezidentlərinin strateji müttəfiqlik haqqında Bəyannamə imzalanmasının üç illiyi olacaq: "Bu təyyarə hadisəsindən sonra bu strateji sənədin heç bir siyasi qüvvəsi qalmayacaq. Təyyarə olayında Rusiya öz üzərinə düşəni etməsə, çətin təsəvvür edirəm, yaxın müddətdə Azərbaycan prezidenti Putinlə necə görüşə bilər? Münasibətlər gərgin olaraq qalır və əgər Rusiya şərtləri yerinə yetirməsə, münasibətlərin normalaşmasını çətin təsəvvür edirəm".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Kişi efirdə belə davranmamalıdır" - Faiq Ağayev
Bu gün, 18:02
“Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti - DƏLİXANADIR, VALLAH...
Bu gün, 18:00
Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb - ÇÜNKİ...
Bu gün, 17:58
“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı
Bu gün, 17:53
“İpək Yolu Sığorta”nın Direktorlar Şurasına TƏYİNAT OLUB
Bu gün, 17:42
"Məni məhkəməyə çağırmayıblar..." - "Şərurlu İsfəndiyar"
Bu gün, 17:37
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib
Bu gün, 17:34
20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 17:30
“Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? - DETALLAR
Bu gün, 17:28
Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... - İLGİNC FAKTLAR...
Bu gün, 17:22
Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 17:18
Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar - TASS
Bu gün, 17:15
“Oğlumu öldürüb, ərimi bıçaqlayıblar, indi bizə təzyiq edirlər” - FOTO
Bu gün, 17:12
PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdir - deputat
Bu gün, 17:06
İcra başçısı özü haqqında sənədli film çəkdirib? - QALMAQAL
Bu gün, 17:03
Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb
Bu gün, 16:59
“Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...” - Ekspert danışır...
Bu gün, 16:41
Sovetin ölüm balonu: - Zibillikdən götürüb evlərə daşıyırlar
Bu gün, 16:38
Sahib Məmmədovun “agent ovu”: - Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?
Bu gün, 16:34
Putin İrana gedəcək
Bu gün, 16:30
Papikyanın Berlin səfərinin gizlinləri: - Almaniyanın Ermənistana dəstək verib-verməyəcəyi şübhəlidir
Bu gün, 16:29
"Ora ayrılan pulu necə yemisiniz" - ETİRAZ VAR...
Bu gün, 16:19
Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər - Sərkisyan
Bu gün, 16:11
“Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:02
AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? — ŞOK FAKTLAR
Bu gün, 15:59
"Deputatsan, lap yaxşı, get qal Ağdamda" - deputat
Bu gün, 15:55
Nəfəs qalmaqallı videodan danışdı - "Bilmirəm niyə belə oldu"
Bu gün, 15:52
Bankların pul “qoparmaq” oyunu – komissiya xidmətləri niyə bahalaşıb?
Bu gün, 15:50
Ağalıda yaşayan qız "üsyan etdi": - "Bu VİDEOnu çəkməyə məcbur oldum"
Bu gün, 15:48
Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? - AKTUAL
Bu gün, 15:44
Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... – Markov
Bu gün, 15:36
Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:34
Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır – Hərracda nə baş verir?
Bu gün, 15:32
Tofiq İsmayılovun oğlu hakim qarşısında - TƏFƏRRÜAT
Bu gün, 15:27
Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 15:03
Daha bir soydaşımızı itirdik - ÖZGƏ DAVASINDA
Bu gün, 15:01
Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib – Film kimi cinayət
Bu gün, 14:52
PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? - Deputatdan açıqlama
Bu gün, 14:51
BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... - AXI NİYƏ?..
Bu gün, 14:46
AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir - DİQQƏT
Bu gün, 14:23
“İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” - deputat
Bu gün, 14:02
“Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, “Ermənistan” adlı dövlət yox ola bilər...”
Bu gün, 14:00
“Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır
Bu gün, 13:58
Binədə şəhid bulağı dağıdılıb - İcra Hakimiyyəti deyir ki...
Bu gün, 13:08
“Zelenski təşəbbüsü Putinin əlindən alıb” - The Guardian
Bu gün, 13:06
“PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” – Türkiyəli politoloq
Bu gün, 13:03
Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? - RƏSMİ BƏHANƏ
Bu gün, 13:02
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49
"Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar"
Bu gün, 12:47
Milli Qəhrəman Xocavənddə hotel açıb - FOTO
Bu gün, 12:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru