"Ayla Şiriyevanın (Aila Rai) səhhəti yaxşıdır, həyati təhlükəsi yoxdur, əməliyyat uğurlu keçib".
"DİA-AZ" xəbər verir ki, bu fikirləri “oxu.az”a açıqlamasında gənc müğənni Ayla Şiriyevanın prodüseri Aytən Əliyeva deyib.
O əlavə edib ki, A.Şiriyeva hazırda özəl xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib:
"Aidə xanım xəsarət alıb, əməliyyat keçirib. Amma vəziyyətinin ağır olması ilə bağlı yayılan məlumatlar yanlışdır".
Xatırladaq ki, ötən gün Bakı-Quba magistral avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib. 90-ZD-873 dövlət qeydiyyat nişanlı "KIA Sportage"i idarə edən qadın sürücü avtomobili aşırıb. Hadisə nəticəsində yeddi nəfər xəsarət alıb. Həmin qəzanın iştirakçılarından biri də A.Şiriyeva olub.