“Elm və Təhsil Nazirliyinin “TikTok”da müsabiqə keçirməsini yüksək qiymətləndirirəm” .....                     Elm və Təhsil Nazirliyi milyonluq tenderi Ramiz Mehdiyevə məxsus olduğu bildirilən şirkətə verdi .....                     Bakıda parkinq böhranı… .....                     Azərbaycanda bu universitet .....                     Qanunları pozub cəzasız qalan Samir Mollayev... .....                     Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru məhkəmə zalından həbs edilib .....                     Hindistan faşist zehniyyətli rejimdir .....                     İcra başçısına xanım müavin təyin edilib .....                     "Mehin uşaqdır, öz dünyası var" .....                     Naxçıvanda hərbçilərin maaşından hər ay 200-300 manat tutulur... .....                     Bu hal qanunla NECƏ TƏNZİMLƏNİR? .....                     Kişi cinsi istismar qurbanı oldu .....                     İrəvanda siyasi intriqa qızışır .....                     "Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" .....                     "Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" .....                     "AZAL genişmiqyaslı ESG Strategiyası və Sıfır Emissiya Planı hazırlayır" .....                     Qalmaqallı direktor barəsində hökm dəyişdirildi .....                     Siyasi iradədən Zəfərə: XXI əsrin strateji Azərbaycan modeli .....                     Rövşən Rüstəmovun `ŞAN-ŞÖHRƏTİ` sərhədləri aşır... .....                     Paşinyan komandasına əmr verdi .....                     Putinin silah biznesi çökə bilər .....                     Azərbaycanın şirniyyat şirkəti səhmdarlarını .....                     Rüşvətə görə işdən qovulan məktəb direktoru həm də seçki komissiyasının sədri imiş... .....                     Hindistan Azərbaycanı HƏDƏLƏDİ: Cavabı BELƏ VERİLDİ .....                     "Budurmu SOCAR-da İSLAHAT? Budurmu SOCAR-da QƏNAƏT?" .....                     Dələduzluq edən “Sukanal” İdarəsinin vəzifəli şəxsi ilə bağlı qərar verildi .....                     “Kəpəz Mehmanxana” ASC-nin səhmdarları .....                     “Azərboru”nun rəhbərliyi yenidən formalaşacaq .....                     Həbsdəki Qarabağ Qazisinin gözündəki yara irinləyib... .....                     “Almet” ASC-yə məxsus bina və qurğular İcra Hakimiyyəti tərəfindən söküləcək .....                     GÜNÜN FOTOSU: .....                     Dollardan İMTİNA: Azərbaycan nə edəcək? .....                     Prezidentin mesajı: Qələbə sadəcə hərbi deyil, siyasi iradədir .....                     Bağça müəllimlərini söyəni döyən “Kösü” ləqəbli şəxs məhkəmə zalından həbs edildi .....                     "Bu tikinti yığıb bizi boğaza..." .....                     İki türk dövləti Ermənistanla eyni layihədə .....                     Bakı istintaqın ən qısa zamanda bitməsini istəyir, Moskva isə.. .....                     ETN özü rüşvətə RƏVAC VERİR... .....                     Şərur rayon mərkəzi xəstəxanasında BAZAR AÇIBLAR .....                     Müharibədə qalib, müharibəyə qalib .....                 

“Sosial şəbəkə istifadəçilərinə elə gəlir ki, virtual aləmdə mülki nəzarətdən uzaqdadırlar” - NƏ ETMƏLİ?
Tarix: 18-10-2024, 08:14 | Çap et
“Sosial şəbəkə istifadəçilərinə elə gəlir ki, virtual aləmdə mülki nəzarətdən uzaqdadırlar”
Son günlər Azərbaycanda tiktokerlərin paylaşımları yenidən müzakirə mövzusuna çevrilib. Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis tərəfindən profilaktik tədbirlər davam etdirilir.

DİN-in yaydığı məlumatlarda onların saxlanılma səbəbləri kimi canlı yayımlarda qeyri-etik hərəkətlər etmələri, söyüş söymələri və təhqiramiz ifadələr işlətmələri göstərilir. Bu əməllərə görə 10-20-30 sutka həbs cəzası alan tiktokerlər də var.

Bu yaxınlarda “Renka” kimi tanınan tiktoker Rəna Cəfərova da cəzalandırılıb. O, sosial şəbəkələrdə yaydığı videoda qeyri-etik paylaşımına görə polisə dəvət olunub. Buna səbəb onun canlı yayım zamanı azyaşlı övladını alçaltması olub. Belə ki, o, “Neynirəm oğulu? Mənə oğul lazımdır?”, - deyə fikirlər səsləndirib. Onun bu sözləri izləyicilər tərəfindən xoş qarşılanmayıb.

R.Cəfərova barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunla yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə) maddəsi ilə protokol tərtib olunub.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə o, həmin maddə əsasında 700 manat məbləğində cərimələnib.

Bu sosial şəbəkələrdə tez-tez azyaşlıların canlı yayımlara çıxdığının, qeyri-etik fikirlər səsləndirdiyinin, yaşlarına uyğun mövzularda valideynləri ilə söhbət etdiyinin şahidi də oluruq. Məsələn, 1988-ci il təvəllüdlü, Ağcabədi rayonunun Hüsülü kənd sakini “Adem.Mirzeyev” profili ilə tanınan tiktoker Sadiq Mirzəyev buna görə bu ilin aprel ayında 30 sutkalıq həbs edildi. O, TikTok sosial şəbəkəsində 9 yaşlı övladı Adəm Mirzəyevlə canlı yayımlara çıxırdı.

Adəm Mirzəyevin atası ilə birgə canlı yayımlar açması, nalayiq ifadələr işlətməsi, gələcək tərbiyəsinə neqativ təsir edə biləcək mövzularla bağlı müzakirələr aparması cəmiyyətdə birmənalı qarşılanmırdı.

Polisin keçirdiyi tədbirlərlə qeyri-etik paylaşımlar edən 1992-ci il təvəllüdlü Rauf İsmayılov da saxlanılıb. Məhkəmənin qərarı ilə R.İsmayılov inzibati qaydada 30 gün müddətinə həbs edilib. Bu cür tiktokerlərlə bağlı zaman-zaman tədbirlər görülsə də, yenə də bu cür hallar təkrarlanır. Bəs bunun səbəbləri nədir?

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan sosioloq Üzeyir Şəfiyev deyir ki, hüquq-mühafizə orqanlarının gördüyü tədbirlərin faydası var: “TikTok kimi sosial şəbəkələrin bu şəkildə həyatımıza nüfuz etməsi yeni baş verir. Artıq bu neçənci tiktokerdir ki, hüquq-mühafizə orqanları ya saxlayır, ya da cərimə edir. Biz rəqəmsal cəmiyyətdə yaşayırıq və sosial şəbəkə reallığını qəbul etməliyik. Sosial şəbəkə platformalarının proqmatik tərəfləri də çoxdur. Bundan kifayət qədər faydalanan və onun üzərindən iş quran insanlar var. Sosial şəbəkə reallığını biz qəbul etməliyik. Hərçənd bəzi ölkələrdə sosial şəbəkələrlə bağlı qadağalar var. Baxmayaraq ki, TikTok Çində yaradılıb bu ölkədə həmin sosial şəbəkənin istifadəsi qadağandır, ancaq onun analoqundan istifadə olunur. Analoqundan istifadə zamanı da limit qoyulur. Çünki müəyyən olunub ki, TikTok və digər sosial şəbəkələrdən istifadə əmək qabiliyyətli insanların enerjisini tükəndirir və bu da məhsuldarlığa öz təsirini göstərir. Uşaqlarda isə analitik qabiliyyəti zəiflətdiyinə görə azyaşlılara 45 dəqiqədən artıq istifadəyə icazə verilmir. Analoji addımlar digər ölkələrdə də özünü göstərir. Məsələn, Avropa ittifaqına daxil olan ölkələrdə sosial şəbəkə platformalarından istifadə dövlət işində çalışanlara qadağan olunub. Qardaş Türkiyədə sosial şəbəkələrin fəaliyyətini tənzimləyən qanun qəbul olunub. Orada yaşlar üzrə konkret limitlər var. 2017-ci ildə Almaniyada sosial şəbəkə platforması operatorları arasında müqavilə bağlandı. Həmin müqaviləyə əsasən Almaniya hökuməti həmin operatorlarla belə bir razılıq əldə etdi ki, sosial şəbəkələrdə saxta adlarla daxil olub, insanları aşağılayan, dezolar yayan şəxslərin kimlikləri müəyyənləşib hökumətə təqdim edilsin.

Azərbaycanda operatorlarla analoji müqavilə bağlana bilər. Sosial şəbəkə platforma istifadəçiləri ilə sosial iş aparmaq lazımdır. Sosial şəbəkə istifadəçilərinə elə gəlir ki, virtual aləmdə mülki nəzarətdən uzaqdadırlar. Onlar bilməlidirlər ki, istənilən hüquqazidd davranışların, zərərli informasiyaların paylaşımı real həyatdakı məsuliyyəti yaradır.

"Media haqqında" Qanunun 10 və 14-cü maddəsində sosial şəbəkələrlə bağlı istiqamət var. Dövlət başçısı uşaqların zərərli informasiyadan qorunması ilə bağlı qanun da imzalayıb. Onun icra mexanizmi gücləndirilməlidir. Azərbaycanda sosial şəbəkələrin fəaliyyətini tənzimləyən bir qanun olsa, daha yaxşı olar. Həmin qanunda biz olmazları görə bilərik. Belə qanuna ayrı bir ehtiyac var.

Cinayətkar hər yerdə, istər real, istərsə də virtual həyatda cinayətkardır. Adi həyatda da sağlam pul qazanan, yaxud oğurluq edən insanlar var. Virtual arenada da belədir. Biz tiktokerlərin əxlaqa və hüquqazidd əməllərlə pul qazanmasına şans tanıya bilmərik. Cəmiyyət adekvat yanaşmanı tanıyır".

Psixoloq Günel İsmayıllı deyir ki, tiktokerlərin bütünlüklə cəmiyyətimizi təmsil etdiyini düşünmək çox yanlış və xətalı düşüncədir. Cəmiyyət təkcə onlardan ibarət deyil: “Bir neçə şəxsə görə ümumi ölkə adına mənalandırmaq kökündən doğru deyil. Hazırda bu platformanın ölkəmizdə yaxşı mərhələsi deyil. Bu ondan irəli gəlir ki, TikTokda rahat şəkildə pul əldə etmə üsulu daha çoxdur. Və bir fərd olaraq formalaşmayan insanlar bu sosial şəbəkələrdə pul qazanmaq üçün hər şeyi etməyə hazırdılar. Onlar həyatda qalmaq üçün ən iyrənc davranışlara belə özlərini məruz qoyurlar.

Burada mövzudan kənara çıxaraq deyim ki, biz hər zaman döymənin, qorxunun, uşağın sərhədlərini işğal edərək onu tərbiyə etməyin yanlış olduğunu vurğulayırıq. Halbuki böyüklər deyir ki, əşi bizi də uşaq olanda döyüblər, söyüblər və s. Beləliklə, zorakılığı norma olaraq qəbul edirlər. İndi gördüyümüz tiktokerlər o cür valideynlərin övladlarıdırlar. Onlar bəlli bir yaşa çatıblar və tez, rahat maddiyyat əldə etməklə görmədikləri sevgi, qayğı, dinlənmə hisslərini kompensasiya etmək istəyirlər. Bir fərd olaraq formalaşmayan insanlar belə platformalarda özlərini bu cür aparacaqlar. Onlar bir insan olaraq cəmiyyətdə insan olaraq öz missiyalarını yerinə yetirməkdə acizdirlər. Bu məsələ zamanla hər bir dövlət qurumunun üzərinə düşən məsuliyyətlə tənzimlənəcək. Bununla bağlı müəyyən bir əmək sərf etmək lazımdır. Nə qədər çox təhsilə, inkişafa, kitaba maraq olacaqsa, bir o qədər cəmiyyətimiz də gözəlləşəcək, belə tiktokerlərin sayı da minimuma enəcək. Zamanla belə məsələlər öz aktuallığını itirəcək. Çünki paralel olaraq başqa inkişaf edən tərəflər də var. Bəzən media reytinq xətrinə bu cür insanlarla bağlı xəbərlər paylaşır. Çünki insan beyni neqativə açıqdır, daha tez reaksiya verir. Hər bir insan dəyişimə başqasından deyil, özündən başlamalıdır. İnanıram ki, cəmiyyəti gözəlləşdirən və dəyişimə açıq olan belə insanlarımız olacaq".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Elm və Təhsil Nazirliyinin “TikTok”da müsabiqə keçirməsini yüksək qiymətləndirirəm” - Elman Nəsirov
Bu gün, 11:47
Elm və Təhsil Nazirliyi milyonluq tenderi Ramiz Mehdiyevə məxsus olduğu bildirilən şirkətə verdi - DETALLAR
Bu gün, 11:42
Bakıda parkinq böhranı… - “Azparking”in zəbt etdiyi yollar boşaldılacaq
Bu gün, 11:38
Azərbaycanda bu universitet illik təhsil haqqını ARTIRACAQ
Bu gün, 11:36
Qanunları pozub cəzasız qalan Samir Mollayev... - BELƏ HARA GEDİR?
Bu gün, 11:30
Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru məhkəmə zalından həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 11:19
Hindistan faşist zehniyyətli rejimdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:15
İcra başçısına xanım müavin təyin edilib - ƏMR
Bu gün, 11:14
"Mehin uşaqdır, öz dünyası var" - FOTO
Bu gün, 11:03
Naxçıvanda hərbçilərin maaşından hər ay 200-300 manat tutulur... - ETİRAZ VAR...
Bu gün, 10:58
Bu hal qanunla NECƏ TƏNZİMLƏNİR? - Ekspert danışır...
Bu gün, 10:53
Kişi cinsi istismar qurbanı oldu - Azərbaycanda ŞOK
Bu gün, 10:51
İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
Bu gün, 10:32
"Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" - AZAL-ın prezidenti
Bu gün, 10:27
"Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" - AZAL-ın prezidenti
Bu gün, 10:24
"AZAL genişmiqyaslı ESG Strategiyası və Sıfır Emissiya Planı hazırlayır" - Samir Rzayev
Bu gün, 10:22
Qalmaqallı direktor barəsində hökm dəyişdirildi - QƏRAR
Bu gün, 10:12
Siyasi iradədən Zəfərə: XXI əsrin strateji Azərbaycan modeli - İNCƏLƏMƏ
Bu gün, 10:08
Rövşən Rüstəmovun `ŞAN-ŞÖHRƏTİ` sərhədləri aşır... - BU DA FAKT!
Bu gün, 10:05
Paşinyan komandasına əmr verdi – Siyahı hazırlandı, plan işə düşür
Bu gün, 09:56
Putinin silah biznesi çökə bilər - Trampın qarşısına görün hanı seçimi qoydular
Bu gün, 09:53
Azərbaycanın şirniyyat şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:45
Rüşvətə görə işdən qovulan məktəb direktoru həm də seçki komissiyasının sədri imiş... - İLGİNC FAKT
Bu gün, 09:39
Hindistan Azərbaycanı HƏDƏLƏDİ: Cavabı BELƏ VERİLDİ - TƏFƏRRÜAT
Bu gün, 09:32
"Budurmu SOCAR-da İSLAHAT? Budurmu SOCAR-da QƏNAƏT?" - ETİRAZ VAR...
Bu gün, 09:30
Dələduzluq edən “Sukanal” İdarəsinin vəzifəli şəxsi ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:07
“Kəpəz Mehmanxana” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 09:00
“Azərboru”nun rəhbərliyi yenidən formalaşacaq
Bu gün, 08:52
Həbsdəki Qarabağ Qazisinin gözündəki yara irinləyib... - Saxlandığı yerdə...
Bu gün, 08:50
“Almet” ASC-yə məxsus bina və qurğular İcra Hakimiyyəti tərəfindən söküləcək
Bu gün, 08:47
GÜNÜN FOTOSU: - ÖL, AY KASIB...
Bu gün, 08:35
Dollardan İMTİNA: Azərbaycan nə edəcək? - AKTUAL
Bu gün, 08:30
Prezidentin mesajı: Qələbə sadəcə hərbi deyil, siyasi iradədir - İNCƏLƏMƏ
Bu gün, 08:28
Bağça müəllimlərini söyəni döyən “Kösü” ləqəbli şəxs məhkəmə zalından həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 08:23
"Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
Bu gün, 08:17
İki türk dövləti Ermənistanla eyni layihədə - MALƏSƏF...
Bu gün, 08:13
Bakı istintaqın ən qısa zamanda bitməsini istəyir, Moskva isə.. - Rusiya Azərbaycanı itirir
Bu gün, 08:03
ETN özü rüşvətə RƏVAC VERİR... - "Şirinlik təklif edən kimi yer tapırlar"
Bu gün, 07:57
Şərur rayon mərkəzi xəstəxanasında BAZAR AÇIBLAR - "Məcbur qalıb ödəniş etdim..."
Bu gün, 07:48
Müharibədə qalib, müharibəyə qalib - Bahəddin Həzi yazır...
Bu gün, 07:06
Tramp İstanbul danışıqlarına bu halda qoşulacaq - AÇIQLANDI
Bu gün, 07:03
"Bu barədə parlamentdə danışdım, Sahibə xanım əsəbiləşdi" - Aqil Abbas
Bu gün, 06:30
“Zatulinə psixi yardım lazımdır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:23
Avtobus və metroda gedişhaqqı yeniliyi: Qiymət dəyişir? - GƏLİŞMƏ
Bu gün, 06:19
Ərdoğan Rusiya ilə Ukrayna arasında vasitəçi kimi uğur qazana bilər - İsazadə
Bu gün, 05:04
NATO-nun eks-baş katibi Trampı Qrenlandiyaya görə tənqid edib - "Politico"
Bu gün, 04:43
Şəhid atası vəfat etdi
Bu gün, 04:42
Sülh üçün 22 şərt: amma əvvəlcə atəşkəs tələbi - NƏ BAŞ VERİR?
Bu gün, 04:36
Bu qanun məmur təzyiqinə görə qəbul olunmur? - Komitə sədri ekspertlərə cavab verdi
Bu gün, 04:32
Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş - AZCON-da yeni təyinatın sirri
Bu gün, 04:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru