Nurçu iş adamları Azərbaycanı tərk etməyə başlayıb - Ərdoğanın Bakı səfərinin ardından
Tarix: 8-04-2014, 12:57 | Çap et
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərinin ardınca Fətullah Gülən şəbəkəsinin Azərbaycandakı biznes şəbəkəsinə daxil olan bir sıra şirkətlərin adları yayılıb.
Həmin şirkətlər barədə bundan əvvəl də fətullahçı şəbəkə barədə məlumatları, məktubları yayan təqdim etmişdik. Xatırladaq ki, Ərdoğanın Bakıya səfərinin əsas məqsədlərindən biri fətullahçıların Azərbaycandakı şəbəkəsinin dağıdılmasına dair razılıq əldə etmək olub. Türkiyənin baş naziri Azərbaycanın biznes və hakimiyyət strukturlarında özlərinə yer etmiş fətullahçıların siyahısını prezident İlham Əliyevə verdiyi bildirilir.
GUNDEMINFO.AZ-a daxil olan informasiyaya əsasən artıq gülənçilərin Bakıdan investitsiyalarını daşımaq üçün hərəkətə keçdiyi söylənilir. Bildirilir ki, Ərdoğanın Bakı səfərindən sonra vəziyyət bir qədər də konkretləşib. İnformasiyalarda bildirilir ki, yaxın zamanlarda nurçuların Bakıdakı bütün səhmlərini satışa çıxarılacaq. Hətta media sektorunda artıq bunun ilkin simptomları görünməkdədir. Bildirilir ki, nurçuların Bakıda mövcud olan bir sıra media quruluşları artıq yaxın günlərdə fəalityyətini birmənalı olaraq dayandırmalı olacaq. Hətta Bakıdakı bir sıra restoranlar şəbəkəsində rəhbər dəyişiklikləri də edilməyə başlayıb. İnformasiyalara görə, artıq gülənçilərin Azərbaycandakı biznes şəbəkəsi ilə bağlı olaraq konkrert fəaliyyətlər də başlayıb. Lakin bizə daxil olan informasiyalarda deyilir ki, Bakıda nurçuların səhiyyə sektorundan tezliklə çəkilməsinə dair bilgilər də yayılıb.
Məlumata görə Bakıda və Azərbaycanın digər bölgələrində fəaliyyət göstərən və türk iş adamlarına aid olan böyük şirkətlərin əksəriyyəti “Gülən camaatı”na aiddir. İri iş adamları ilə yanaşı, qida sektorunda çalışan türklərin böyük bir qismi də məhz nurçularla əlaqəli şəxslərdir.
Azərbaycan iş adamları arasında da nurçu olmayan, amma nurçularla əlaqəli çalışan kifayət qədər biznesmen var. Türkiyədə və ölkəmizdə fəaliyyət göstərən onlarla iri şirkət isə Azərbaycan nazirliklərinin on milyon manatlarla layihələrini həyata keçirib.
Azərbaycanda fəaliyyət göstərən və nurçularla əlaqəli olduğu iddia edilən şirkətlər və iqtisadi qurumlar əsasən iki təşkilatda birləşir.
1. TÜSİAB - Türkiyə Sənayeçi və İş adamları Birliyi
Nurçuların Azərbaycandakı əsas iqtisadi qurumu kimi təqdim edilir. 20 ildən artıqdır ki, Azərbaycanda fəaliyyət göstərən qurumda 230-dan artıq türk şirkəti birləşir. Bu şirkətlərin bir çoxu Azərbaycan şirkətləri ilə şərikli fəaliyyət göstərsələr də, böyük əksəriyyəti Türkiyə şirkətləri olaraq ölkəmizdə qeydiyyatdan keçiblər. Bunlar əsasən sənaye və emal, telekomunikasiya, inşaat və təmir, mətbuat, tekstil, təhsil, səhiyyə, bank sektoru və sığorta, rabitə, avtomobil, neft sektorları kimi sahələri əhatə edir.
Bu şirkətlərin Azərbaycandakı sərmayəsi isə 3 milyard dollara yaxındır. Şirkətlərdə hazırda 30 mindən artıq işçi çalışır və bunların böyük əksəriyyəti, xüsusən də idarəetmə orqanlarında çalışanlar Türkiyə türklərdir.
2. ATİB - Azərbaycan Türkiyə İş adamları Birliyi
2002-ci ildə Türk İş Adamları Dərnəyi (TİAD) olaraq təsis olunub. TİAD-ın 17 aprel 2004-cü ildə keçirilmiş Ümumi Yığıncağında təşkilatın adı dəyişdirilib və ATİB adlandırılıb. Hazırda 100-ə yaxın üzvü var.
Əsasən qeyri-neft sektorunda fəaliyyət gösərirlər. Bu şirkətlərdə 50 min nəfərdən artıq insan çalışır. TÜSİAB-da olduğu kimi, burda da çalışanların böyük əksəriyyəti Türkiyədən gəlmədir.
ATİB üzvlərinin Azərbaycanda 3 milyarddan artıq sərmayəsi var.
İnşaat sektorundakı nurçu şirkətlər hansıdır?
“Gülən hərəkatı”na bağlı olduğu iddia edilən biznes şəbəkəsi Bakıda və digər bölgələrdə inşaat sektorunda çox güclü faliyyət göstərirlər. Bunlardan başda gələn “ARAL Group”dur.
Bu şirkət 1991-ci ildə Türkiyədə Əhməd Çətin tərəfindən təsis edilib. “ARAL Group” inşaat-podratçılıq və idxal-ixrac sahəsində xidmət göstərir. Şirkət yüksək mərtəbəli ofis, yaşayış və müxtəlif məqsədli binaların tikintisini həyata keçirir. 2004-cü ildən Azərbaycanda fəaliyyət göstərir. Ölkəmizin tikinti sektoruna 400 milyona yaxın sərmayə qoyub. “ARAL Group” şirkətlər qrupuna “Falez MMC”, “İnkom MMC”, Elif MTK”, “Yusuf MTK”, “Esra Plaza”, “Babək MTK” kimi şirkətlər daxildir.
“OMİD” inşaat və tikinti materialları şirkəti də bu şəbəkədə önəmli şirkətlərdəndir.
FAB boyaları, həmçinin mərkəzi ofisi İzmirdə yerləşən «Cengiz Holdinq»ə aid «Cengiz İnşaat» Azərbaycanda ciddi layihələr həyata keçirir.
“Sıpat Beton”, o cümlədən Nəqliyyat Nazirliyinin böyük layihələrində yer alan “Polat Yol Yapı” şirkəti şəbəkəyə aid edilir.
Nurçular təhsil sektorunda
Nurçuların təhsil sektorunda fəaliyyətini xüsusi vurğulamağa ehtiyac yoxdur, çünki bu barədə media kifayət qədər məlumat verib. Hazırda Azərbaycanda ən reytinqli universitetlər, liseylər və təhsil kursları onlara aiddir. “Damla LTD” tərəfindən idarə olunan tələbə yurdları da nurçuların əsas beyinyuma mərkəzlərindən biri hesab olunur. Təsadüfi deyil ki, bu tələbə yataqxanalarına və yurdlara ancaq məktəbi yeni bitirmiş və universitetin birinci kursunda oxuyan tələbələri qəbul edirlər. Çünki yuxarı kurs tələbələrinin nurçular haqqında məlumatları ola bilər və elə olduqda onları qazanmaq və nurçu etmək çətinləşir.
Qida sektoru
Qida sektorunda da nurçu şəbəkənin ciddi payları var. Paytaxtın ən məşhur və elit restoranı sayılan “MADO” şəbəkəsi də bu setə aid edilir. Amma ən önəmli şirkətlərindən biri “Veysəloğlu” sayılır. Məlumatlara əsasən Bakıdakı «Anadolu» restoranlar şəbəkəsi restoranlarında son bir neçə gündə sürətlə rəhbər dəyişiklikləri edilməyə başlayıb. İri müəssisələrin sahibləri dəyişdirilib. Hətta səhmlərə nəzarət səlahiyyəti əslən azərbaycanlı olan şəxslərin adlarına keçirilir.
Əzcaçılıq sektoru
Bakının ən məşhur apteklər şəbəkəsi olan “AVİS Apteklər” bu sahədə böyük dövriyyəyə malik qurumdur.Təxmini hesablamalara görə, ölkəmizdə qeyri-neft sektoruna yatırım qoyan xarici şirkətlər sırasında nurçulara bağlı qurumların payı 10 milyard dollarla ölçülür.
İddia olunur ki, iqtisadi sahələrə bu qədər nüfuz etmiş nurçuların siyasi vəzifələrdən sürətlə təmizlənməsi Azərbaycanda stabil iqtisadi vəziyyətə mənfi təsir edə bilər. Çünki şəbəkədə 100 mindən artıq işçi çalışır və sıravi işçilərin böyük əksəriyyəti azərbaycanlılardır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Müharibə bitəcək, amma necə... - GƏLİŞMƏ
Bu gün, 14:02 |
|
|
|
• Minsk qrupunun ləğvi, Konstitusiya dəyişikliyi qaçılmaz prosesdir... - və gec-tez baş verəcək
Bu gün, 14:00 |
|
|
|
• Məktəblərdə hazır yemək təminatının təşkili ilə bağlı 77 milyon manatlıq tenderi - BU ŞİRKƏT UDDU
Bu gün, 13:58 |
|
|
|
• Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Bu gün, 13:26 |
|
|
|
• Moskva gözləntiləri doğruldur – yenə həqiqəti danır
Bu gün, 13:09 |
|
|
|
• “Gemini Group”un rəhbəri Rəşad Süleymanov ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Bu gün, 13:07 |
|
|
|
• Əmlak bazarında durğunluq hökm sürür - NƏ BAŞ VERİR?
Bu gün, 13:04 |
|
|
|
• Müdafiə Nazirliyindən QADAĞA GƏLDİ - xüsusi AÇIQLAMA
Bu gün, 12:59 |
|
|
|
• Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası qadağan edildi - son söz Anri Oxanaşvilidə qalır
Bu gün, 12:57 |
|
|
|
• İlham Əliyev və Nikol Paşinyan Davosa gedəcəklər
Bu gün, 12:53 |
|
|
|
• “Fikrimdə qalıram, Tramp sülh gətirəcək” - Natiq Cəfərli
Bu gün, 12:50 |
|
|
|
• Xaricdə azərbaycanlıları qeydiyyata alana cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 12:47 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• Trend mahnısının cümləsi qalmaqallı oldu: -"Aygün Kazımovaya hər şey olar"
Bu gün, 12:41 |
|
|
|
• "Bank Avrasiya"nın xalis mənfəəti 3 mln. manata yaxın azalıb - HESABAT
Bu gün, 12:39 |
|
|
|
• Sumqayıtda təşkilat sədri hücuma məruz qaldı: Polis hərəkətə keçdi - TƏFƏRRÜAT
Bu gün, 12:30 |
|
|
|
• 3 il əvvəl başlayan sürüşmənin qarşısı niyə ALINMIR? - Şəki sakinləri TƏHLÜKƏ ilə ÜZ-ÜZƏ
Bu gün, 12:28 |
|
|
|
• Vaşinqton İrəvana necə "hamilik" edəcək? - Elçin Alıoğlu yazır...
Bu gün, 12:21 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO və tərəfdaş ölkələrin Baş Qərargah rəislərinin iclasında iştirak edib
Bu gün, 12:17 |
|
|
|
• Bakıda restoranda baş verən cinayətin görüntüləri yayılıb - VİDEO
Bu gün, 12:15 |
|
|
|
• Paşinyan Rusiyanın təhdidlərindən narahatdır - “Hraparak”
Bu gün, 12:13 |
|
|
|
• 316 saylı orta məktəbin yanındakı torpaq sahəsinə KİM GÖZ DİKİB? - İLGİNC İDDİALAR
Bu gün, 12:11 |
|
|
|
• Blinken Mirzoyanla bunu razılaşdırıb: "Soros" bölgəyə gəlir - Seyidov danışdı
Bu gün, 12:01 |
|
|
|
• Maaş azlığı, yoxsa alim riyakarlığı - REPLİKA
Bu gün, 11:59 |
|
|
|
• Ermənistan ordusunun Baş Qərargah rəisi NATO iclasında iştirak edir
Bu gün, 11:56 |
|
|
|
• Akif Marifliyə yeni vəzifə verildi
Bu gün, 11:52 |
|
|
|
• Ruslardan ABSURD İDDİA... Qazaxlar susur: QARA QUTU açılana qədər... - NƏ BAŞ VERİR?
Bu gün, 11:50 |
|
|
|
• GDU-nun nəzdində Regional Kollecə yeni təyinatlar olub - ƏMR
Bu gün, 11:48 |
|
|
|
• İrəvanın Aİ-ABŞ həmləsi: Ermənistan Trampa ümid edə bilərmi? - Eurasiya.net
Bu gün, 11:43 |
|
|
|
• "Quska"nın vəkilləri məhkəməyə gəlmədi - bu səbəbdən də...
Bu gün, 11:38 |
|
|
|
• Rusiyanın sülh prosesinə təsir imkanları məhduddur - FAKT BUDUR!
Bu gün, 11:36 |
|
|
|
• Goranboyda 10-cu sinif şagirdi evlənmək məqsədi ilə qaçırılıb - Polis İŞƏ QARIŞDI
Bu gün, 11:32 |
|
|
|
• Faiq Ağayevdən səs-küy yaradan fotosessiya - FOTO
Bu gün, 11:30 |
|
|
|
• Zelenskinin xanımı GÖRÜN HARADA dincəlir - ŞOK məlumat
Bu gün, 11:29 |
|
|
|
• Bakı Ali Neft Məktəbinə yeni prorektor təyin olundu - ƏMR
Bu gün, 11:26 |
|
|
|
• Britaniya və Fransa Ukraynaya qoşun göndərməyi müzakirə edirlər - "The Telegraph"
Bu gün, 11:19 |
|
|
|
• Rusiya Ermənistana qarşı hərəkətə keçdi – Durum kəskinləşir
Bu gün, 11:16 |
|
|
|
• "Məktəbin tikintisinə ayrılan maliyyə hara getdi, kimlər məsuliyyət daşıyır?" - SAKİNLƏR ÇARƏSİZDİR
Bu gün, 11:05 |
|
|
|
• Hospital rəisindən Elçin Quliyevə şikayət - NARAZILIQ VAR...
Bu gün, 11:02 |
|
|
|
• Şəmkirin keçmiş icra başçısının oğlunu öldürən şəxs vaxtından əvvəl azadlığa çıxmaq istəyir
Bu gün, 10:58 |
|
|
|
• Sazişdən sonra Tramp Ermənistanı daha da gücləndirəcək... - AKTUAL
Bu gün, 10:55 |
|
|
|
• Sənubər Nəzərova Departament rəhbəri təyin edildi - BUNDAN SONRA...
Bu gün, 10:54 |
|
|
|
• "Sabah kimisə öldürsə, yenə də sərbəst qala bilər..." - İLGİNC İDDİA
Bu gün, 10:52 |
|
|
|
• Xırdalandan Sumqayıta gedənlər küçələrdə qalıb - 10 dəqiqəlik interval bir saata qaldırılıb
Bu gün, 10:46 |
|
|
|
• Məhkəmə Ağadadaş Ağayevin mülki iddiasına xitam verilməsi barədə qərar qəbul edib
Bu gün, 10:45 |
|
|
|
• Neftçilərlə bərabər işçiləri daşıyan matrosların da maaşları yerində sayır... - ETİRAZ VAR...
Bu gün, 10:44 |
|
|
|
• “Atamın qızıllarını Sevda verib Günaya” – 186 minlik ZƏRGƏRLİK İŞİ
Bu gün, 10:27 |
|
|
|
• İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 10:12 |
|
|
|
• Müharibə olacaq, Zəngəzur dəhlizi... - Danielyan
Bu gün, 10:07 |
|
|
|
• "Tramp üçün də əlavə başağrısı yaradırlar" - deputat
Bu gün, 10:03 |
|
|
|
|