Elm və Təhsil Nazirliyi milyonluq tenderi Ramiz Mehdiyevə məxsus olduğu bildirilən şirkətə verdi .....                     Bakıda parkinq böhranı… .....                     Azərbaycanda bu universitet .....                     Qanunları pozub cəzasız qalan Samir Mollayev... .....                     Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru məhkəmə zalından həbs edilib .....                     Hindistan faşist zehniyyətli rejimdir .....                     İcra başçısına xanım müavin təyin edilib .....                     "Mehin uşaqdır, öz dünyası var" .....                     Naxçıvanda hərbçilərin maaşından hər ay 200-300 manat tutulur... .....                     Bu hal qanunla NECƏ TƏNZİMLƏNİR? .....                     Kişi cinsi istismar qurbanı oldu .....                     İrəvanda siyasi intriqa qızışır .....                     "Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" .....                     "Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" .....                     "AZAL genişmiqyaslı ESG Strategiyası və Sıfır Emissiya Planı hazırlayır" .....                     Qalmaqallı direktor barəsində hökm dəyişdirildi .....                     Siyasi iradədən Zəfərə: XXI əsrin strateji Azərbaycan modeli .....                     Rövşən Rüstəmovun `ŞAN-ŞÖHRƏTİ` sərhədləri aşır... .....                     Paşinyan komandasına əmr verdi .....                     Putinin silah biznesi çökə bilər .....                     Azərbaycanın şirniyyat şirkəti səhmdarlarını .....                     Rüşvətə görə işdən qovulan məktəb direktoru həm də seçki komissiyasının sədri imiş... .....                     Hindistan Azərbaycanı HƏDƏLƏDİ: Cavabı BELƏ VERİLDİ .....                     "Budurmu SOCAR-da İSLAHAT? Budurmu SOCAR-da QƏNAƏT?" .....                     Dələduzluq edən “Sukanal” İdarəsinin vəzifəli şəxsi ilə bağlı qərar verildi .....                     “Kəpəz Mehmanxana” ASC-nin səhmdarları .....                     “Azərboru”nun rəhbərliyi yenidən formalaşacaq .....                     Həbsdəki Qarabağ Qazisinin gözündəki yara irinləyib... .....                     “Almet” ASC-yə məxsus bina və qurğular İcra Hakimiyyəti tərəfindən söküləcək .....                     GÜNÜN FOTOSU: .....                     Dollardan İMTİNA: Azərbaycan nə edəcək? .....                     Prezidentin mesajı: Qələbə sadəcə hərbi deyil, siyasi iradədir .....                     Bağça müəllimlərini söyəni döyən “Kösü” ləqəbli şəxs məhkəmə zalından həbs edildi .....                     "Bu tikinti yığıb bizi boğaza..." .....                     İki türk dövləti Ermənistanla eyni layihədə .....                     Bakı istintaqın ən qısa zamanda bitməsini istəyir, Moskva isə.. .....                     ETN özü rüşvətə RƏVAC VERİR... .....                     Şərur rayon mərkəzi xəstəxanasında BAZAR AÇIBLAR .....                     Müharibədə qalib, müharibəyə qalib .....                     Tramp İstanbul danışıqlarına bu halda qoşulacaq .....                 

“Anadangəlmə fiziki-qüsurlu qızımın 3 il ala bilmədiyi pensiyasını vermirlər, borca-xərcə düşmüşəm” - MÜRACİƏT
Tarix: 16-05-2024, 11:49 | Çap et
“Anadangəlmə fiziki-qüsurlu qızımın 3 il ala bilmədiyi pensiyasını vermirlər, borca-xərcə düşmüşəm”
“Qızım Yeganə Çələbiyeva anadangəlmə hidrosefaliya xəstəsidir. Doğulandan 2-3 ay sonra səhhətindəki fəsad artıq xarici görünüşünə də yansıyırdı. Həkimə müraciət etdik. Onlar da diaqnoz qoydular ki, uşaqda yüksək kəllədaxili təzyiq var. O illərdən başladıq müalicələrə. Təbrizə də, Rusiyaya da aparmışıq, amma bizə müsbət bir cavab verən olmayıb. Doğulduğum Ağdaş rayonu Qaradağlı kəndində Kəmalə adlı bir həkim var. O qızımın xəstəliyini qismən də olsa müalicə etdi. O zaman heç işləmirdim. Möcüzə nəticəsində qızım göydə Allahın, yerdə onun sayəsində sağ qaldı və yaşamına davam etdi”

“Anadangəlmə fiziki-qüsurlu qızımın 3 il ala bilmədiyi pensiyasını vermirlər, borca-xərcə düşmüşəm”

Bunu Moderator.az-a açıqlamasında Ağdaş rayonu Qaradağlı kənd sakini Ceyhun Çələbiyev deyib. O daha sonra bildirib ki, dövlət fiziki-qüsurlu övladına pensiya təyin edib.
“O vaxt heç əlillik qrupları yox idi. Azyaşlı kimi ona pensiya ayırdılar. 10 ildən çox uşağa pensiya verildi. 2020-ci ildə, pandemiya ərəfəsində komissiya vaxtı idi. Yaxınlaşıb rayon komissiyasından keçdik, Bakıya müraciət etdik amma imtina gəldi ki, əlavə müayinə və müalicəyə ehtiyac var. Bundan sonra Uşaq Nevroloji xəstəxanasına getdik. Bu xəstəxanada qızıma əqli zəiflik diaqnozu da qoydular. Biz yenidən rayona qayıtdıq. Rayonumuzdakı psixoloq bizə bildirdi ki, psixiatrik xəstəxananın cavabını almalısınız. Buna görə də xəstəxanada yatmalıdır. Mingəçevir yaxın olduğuna görə ora yaxınlaşdıq. Qızımın bədən quruluşu assimmetrikdir. Birtərəfi o biri tərəfindən fərqlidir. Rafael həkim xəstəyə baxanda ilk sözü bu oldu ki, uşağın pensiyasını niyə saxlayıblar?! Sağ olsun, o bizi müayinə etdi. Yenidən Bakıya müraciət etdik, amma bu dəfə də imtina gəldi. Yaxınlaşdıq Mingəçevirə. Bir daha ətraflı müayinə, müalicə etdilər və qızımı xəstəxanada yatızdırdılar. Yenidən kağız verdilər, yenə də Bakıya müraciət edəndə pensiya üçün müraciətimizə imtina cavabı gəldi. Rayon psixoloqu mənə dedi ki, siz gərək Maştağa Psixiatriya xəstəxanasının kağızını alasız. Maddi sıxıntım ucbatından Maştağaya gedə bilmədim. 1 dəfə gedib qayıtmaq məsələsi olsaydı bunu bacarardım. Amma 10-15 gün gedib-gəlmək lazım idi. Bunun üçün maddi vəsaitim yox idi. İşsiz idim, öz avtomobilimlə gündəlik taksi kimi çalışıb, çörək pulumu qazanırdım. Sonra sıxıntılarım oldu, əlimdəki maşınımı da satıb gəldim Bakıya işləməyə. Burada olduğum müddətdə imkanlaşdırıb qızımı Maştağa Psixiatriya xəstəxanasına apara bildim. Qızımı bir müddət orada yatdı. Bu dəfə qızım üçün pensiya müəyyənləşdi. Ona 3-cü qrup ömürlük pensiya təyin olundu. 2023-cü ilin oktyabr ayının sonlarından pensiya bərpa olunub. Mən bir valideyn olaraq bacardığım qədər uşağımın 3 il ala bilmədiyi halal pensiya pulunu almağa çalışıram. Bu müddətə qədər aradan 3 il vaxt keçib. Gözlədim ki, yəqin almadığımız pensiyanı yenidən bizə verərlər. Gördüm ki, 250 manat puldur. Rayon pensiya idarəsinə yaxınlaşdım. Dedilər ki, yəqin sizə düşmür. Dedim axı necə ola bilər? Biz dəfələrlə müraciət etmişik, onlar imtina ediblər. Biz də axı boş oturmamışıq, onu müalicə-müayinə etmişik. Bu artıq onların səhvidir. Gəlib yerində müayinə-müalicə edərdilər, baxardılar ki, uşaq həqiqətən də xəstədir. Xəstə ilə maraqlanmadıqları bir yana, üstəlik pensiyanı ödəmirlər! Həkimlər deyir ki, 6 ay müddətində pensiya bərpa olunsaydı siz həmin məbləği ala bilərdiniz. Məntiqsiz bir ifadədir! Uşaq əgər fiziki qüsurludursa, 3 ildən sonra uşağa pensiya təyin olunubsa, 6 aydan sonra necə əlilliyi olmaya bilər?! Onlar nə dediklərini özləri də bilmir! Mən o müddətdə övladımı müalicə etdirə bilməmişəm. 250 manat pensiya verilir, o pulla da 3 il ərzində yığdığım borcları qaytarıram, övladımı müalicə etdirə bilmirəm. Səhiyyə Nazirinə, Dövlət Sosial Müdafiə Fondunun sədrinə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədrinə məktubla müraciət etmişəm. Onlardan da müsbət bir cavab gəlməyib. Ən son çıxış yolum onları məhkəməyə verməkdir. Bilirəm ki, sona qədər haqlıyam. Mənim tələbim və istəyim budur ki, bərpa olunmuş bu pensiya dayandırıldığı vaxtdan yenidən bərpa olunsun. Anadangəlmə fiziki-qüsurlu olan qızımın 3 il pensiyasını kəsiblər. Mən vaxtında müraciət etmişəm, siz imtina etmisiz. Gedib uşağa da baxa bilərlər. Bakıya da gətizdirə bilərəm. Mən Bakıda kirayədə qalıb icarəyə götürdüyüm maşınla taksi kimi fəaliyyət göstərirəm. Ailəm isə məndən uzaqda Ağdaşda, Qaradağlı kəndində qalır” deyə şikayətçi bildirib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Elm və Təhsil Nazirliyi milyonluq tenderi Ramiz Mehdiyevə məxsus olduğu bildirilən şirkətə verdi - DETALLAR
Bu gün, 11:42
Bakıda parkinq böhranı… - “Azparking”in zəbt etdiyi yollar boşaldılacaq
Bu gün, 11:38
Azərbaycanda bu universitet illik təhsil haqqını ARTIRACAQ
Bu gün, 11:36
Qanunları pozub cəzasız qalan Samir Mollayev... - BELƏ HARA GEDİR?
Bu gün, 11:30
Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru məhkəmə zalından həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 11:19
Hindistan faşist zehniyyətli rejimdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:15
İcra başçısına xanım müavin təyin edilib - ƏMR
Bu gün, 11:14
"Mehin uşaqdır, öz dünyası var" - FOTO
Bu gün, 11:03
Naxçıvanda hərbçilərin maaşından hər ay 200-300 manat tutulur... - ETİRAZ VAR...
Bu gün, 10:58
Bu hal qanunla NECƏ TƏNZİMLƏNİR? - Ekspert danışır...
Bu gün, 10:53
Kişi cinsi istismar qurbanı oldu - Azərbaycanda ŞOK
Bu gün, 10:51
İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
Bu gün, 10:32
"Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" - AZAL-ın prezidenti
Bu gün, 10:27
"Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" - AZAL-ın prezidenti
Bu gün, 10:24
"AZAL genişmiqyaslı ESG Strategiyası və Sıfır Emissiya Planı hazırlayır" - Samir Rzayev
Bu gün, 10:22
Qalmaqallı direktor barəsində hökm dəyişdirildi - QƏRAR
Bu gün, 10:12
Siyasi iradədən Zəfərə: XXI əsrin strateji Azərbaycan modeli - İNCƏLƏMƏ
Bu gün, 10:08
Rövşən Rüstəmovun `ŞAN-ŞÖHRƏTİ` sərhədləri aşır... - BU DA FAKT!
Bu gün, 10:05
Paşinyan komandasına əmr verdi – Siyahı hazırlandı, plan işə düşür
Bu gün, 09:56
Putinin silah biznesi çökə bilər - Trampın qarşısına görün hanı seçimi qoydular
Bu gün, 09:53
Azərbaycanın şirniyyat şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:45
Rüşvətə görə işdən qovulan məktəb direktoru həm də seçki komissiyasının sədri imiş... - İLGİNC FAKT
Bu gün, 09:39
Hindistan Azərbaycanı HƏDƏLƏDİ: Cavabı BELƏ VERİLDİ - TƏFƏRRÜAT
Bu gün, 09:32
"Budurmu SOCAR-da İSLAHAT? Budurmu SOCAR-da QƏNAƏT?" - ETİRAZ VAR...
Bu gün, 09:30
Dələduzluq edən “Sukanal” İdarəsinin vəzifəli şəxsi ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:07
“Kəpəz Mehmanxana” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 09:00
“Azərboru”nun rəhbərliyi yenidən formalaşacaq
Bu gün, 08:52
Həbsdəki Qarabağ Qazisinin gözündəki yara irinləyib... - Saxlandığı yerdə...
Bu gün, 08:50
“Almet” ASC-yə məxsus bina və qurğular İcra Hakimiyyəti tərəfindən söküləcək
Bu gün, 08:47
GÜNÜN FOTOSU: - ÖL, AY KASIB...
Bu gün, 08:35
Dollardan İMTİNA: Azərbaycan nə edəcək? - AKTUAL
Bu gün, 08:30
Prezidentin mesajı: Qələbə sadəcə hərbi deyil, siyasi iradədir - İNCƏLƏMƏ
Bu gün, 08:28
Bağça müəllimlərini söyəni döyən “Kösü” ləqəbli şəxs məhkəmə zalından həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 08:23
"Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
Bu gün, 08:17
İki türk dövləti Ermənistanla eyni layihədə - MALƏSƏF...
Bu gün, 08:13
Bakı istintaqın ən qısa zamanda bitməsini istəyir, Moskva isə.. - Rusiya Azərbaycanı itirir
Bu gün, 08:03
ETN özü rüşvətə RƏVAC VERİR... - "Şirinlik təklif edən kimi yer tapırlar"
Bu gün, 07:57
Şərur rayon mərkəzi xəstəxanasında BAZAR AÇIBLAR - "Məcbur qalıb ödəniş etdim..."
Bu gün, 07:48
Müharibədə qalib, müharibəyə qalib - Bahəddin Həzi yazır...
Bu gün, 07:06
Tramp İstanbul danışıqlarına bu halda qoşulacaq - AÇIQLANDI
Bu gün, 07:03
"Bu barədə parlamentdə danışdım, Sahibə xanım əsəbiləşdi" - Aqil Abbas
Bu gün, 06:30
“Zatulinə psixi yardım lazımdır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:23
Avtobus və metroda gedişhaqqı yeniliyi: Qiymət dəyişir? - GƏLİŞMƏ
Bu gün, 06:19
Ərdoğan Rusiya ilə Ukrayna arasında vasitəçi kimi uğur qazana bilər - İsazadə
Bu gün, 05:04
NATO-nun eks-baş katibi Trampı Qrenlandiyaya görə tənqid edib - "Politico"
Bu gün, 04:43
Şəhid atası vəfat etdi
Bu gün, 04:42
Sülh üçün 22 şərt: amma əvvəlcə atəşkəs tələbi - NƏ BAŞ VERİR?
Bu gün, 04:36
Bu qanun məmur təzyiqinə görə qəbul olunmur? - Komitə sədri ekspertlərə cavab verdi
Bu gün, 04:32
Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş - AZCON-da yeni təyinatın sirri
Bu gün, 04:28
Yasamal icra hakimiyyəti HARA BAXIR? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 04:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru