“Proqress–2016” MTK-nın Qarabağ Qazisi ilə SAVAŞI... - NARAZILIQ VAR!
Tarix: 8-02-2022, 11:51 | Çap et
Bu yaxınlarda redaksiyamıza Qarabağ qazisi tərəfindən “Proqress 2016” MTK-nın rəhbəri Emil Səməndərov barədə şikayət daxil olub. Belə ki, MTK rəhbəri Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında yerləşən, Xırdalan şəhər İcra Hakimiyyətinin yanında 5 bloklu, 14 mərtəbəli, 364 mənzilli binadan ev alan vətəndaşlara qarşı dələduzluq etməkdə ittiham olunur - onun bir evi bir neçə nəfərə satdığı üzə çıxıb. Məsələ ilə bağlı hələ keçən ildən həmin vətəndaşlar bu şəxsi aidiyyatı orqanlara şikayət etsələr də, ortada real bir nəticə olmayıb. İkinci Qarabağ Müharibəsi iştirakçısı Eynullayev Emin Əmənulla oğlu Bizimyol.info xəbər portalına müraciət edərək bildirib ki, adı çəkilən MMC-nin rəhbəri Emil Səməndərov tərəfindən ona və başqa vətəndaşlara qarşı dələduzluq edilib, ona satılan ev, həm də eyni zamanda, başqa vətəndaşlara da satılıb:
“Müharibə başlayanda, könüllü şəkildə getdim və çox yaxın bir dostuma burdakı işlərimi əmanət etdim. Dostumun adı Asim Rüstəmovdur. Döyüş əməliyyatları gedən zaman dostum mənə zəng etmişdi, ancaq telefonu aça bilməmişdim. Daha sonra özü ilə danışdıq. Mənə dedi ki, düşmə bir ev var, imkan varsa, o evi alaq. Mən də özünə dedim ki, evdə pul var, getsin pulu evdən götürsün, evi alsın, mən də inşallah sağ-salamat gələrəm. Dostum getdi, evi aldı. Daha sonra mən qayıtdım. Aldığım evə gedib baxanda, gördüm ki, orda ayrı bir telefon nömrəsi yazılıb. Mən də öz nömrəmi ora yazmışdım, yəni mənzil mənə aiddir, səhv düşməsin deyə. Amma gördüm ki, mənim nömrəmi siliblər, başqa nömrə qeyd ediblər, üstünə də yazıblar ki, “bura nömrə yazmayın”.
Mən də götürüb, həmin nömrə ilə əlaqə saxladım. Dedim: “qardaş, bəs mən ev almışam burdan, sənin nömrən də mənim evimin üzərinə yazılıb. O da dedi ki, həmin ev ona satılıb, ondan əvvəl də başqa birinə satılıb. MTK rəhbərinə problemi dedim, ancaq o, bunu üzərindən atmaq istədi. Daha sonra mən məsələni araşdırmağa başladım. Bununla bağlı əlimdə yetərincə sənədlər var, onları da sizin redaksiyaya göndərmişəm.
Həmin şirkətin adı “Proqress – 2016” MTK-dır. Direktoru da Səməndərov Emil Tofiq oğludur. Deməli, 16 mərtəbəli yaşayış binasıdır, 5-ci blok, 7-ci mərtəbə, 119,5 kvadratmetr olan 39 nömrəli, 3 otaqlı mənzil, kvadratı 450 azn olmaq şərtilə, əlli üç min yeddi yüz yetmiş beş (53775) manat olmaqla, əlimdə olan sənəd-müqavilə, maliyyə arayışı var. Ancaq Emil Səməndərov bu əməlini boynuna almadı. Şikayətim əsasında məsələyə müstəqil auditor cəlb edildi. Həmin müstəqil auditor da Musayev Adıgözəl Maqsud oğludur. Getdim, onunla görüşdüm. Mənə dedi: “Araşdırmama görə, mənzil nə sənin, nə də həmin o danışdığın adamın adınadır. Bu mənzil bir xanımın adınadır”. Ancaq xanımın adı yadımda qalmadı. Daha sonra Korrupsiya ilə Mübarizə İdarəsinə gəldim. Orda Kənan adlı müstəntiqlə danışdım. Mənzil alınıb 03.12.2020-ci il tarixdə. Mən də müharibəyə oktyabrın 5-də qatılmışam. Həmin müstəntiqə vəziyyəti izah etdim, dedim mənim evim yoxdur, olan-qalan pulumu yığıb qoymuşam evə, getmişəm müharibəyə. Dostum mənimçün ev alıb. Bununla bağlı mən gələndən sonra etibarnamə və evlə bağlı bütün mülkiyyət hüququ mənə verilib. Həmin söhbətdən sonra Emil mənə dedi ki, filan vaxt gedim, mənim pulumu qaytaracaq. Getdim, dedilər: “xəstədir, sabah gələrsən”. Daha sonra bir neçə dəfə də getdim, yerində olmadı, hərdən bir bəhanə gətirdilər. İndi həmin o Emil, daha sonra Kənan adlı o müstəntiqə zəng edirəm, deyirlər: “get, kimə şikayət edirsən, et, kimə yazırsan, yaz”. Mən də Baş Prokurorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə müraciət etdim. DTX-dan mənə məktub gəldi ki, mənim müraciətim Baş Prokurorluğa yönləndirilib. Amma Baş Prokurorluqdan indiyə qədər heç bir cavab gəlməyib. Həmin müstəntiq Kənanla bağlı şikayət yazmışam, o şikayəti götürüb, onun özünə göndəriblər. Mənim haqqında şikayət yazdığım məktubu həmin adamın özünə göndəriblər ki, məsələyə baxılsın”,- deyə, Eynullayev Emin bildirib.
Şikayətçinin adını çəkdiyi müstəqil auditor Adıgözəl Musayevlə əlaqə saxladım. O da şikayətçinin dediklərini təsdiqlədi. Məsələ ilə bağlı Baş Prokurorluğa bir həftəyə yaxın müddətdir ki, sorğu göndərmiş olsaq da, qurumun Mətbuat Xidmətinin nümayəndəsi Kənan Zeynalov hələ də sorğumuzu cavablandırmayıb. O, dəfələrlə zəng etməyimizə baxmayaraq, sorğunu yazılı şəkildə göndərməyimizi istəyib. Bir neçə dəfə məsələ ilə əlaqədar yazılı sorğu göndərsək də, Baş Prokurorluğun məsul əməkdaşı sanki “susma orucu”na başlayıb və bu dələduzluq faktı ilə əlaqədar heç bir açıqlama – təsdiq, ya da təkzib məlumatı vermir. Hətta məsələ ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətinə daxil olmuş məlumata baxılması üçün Baş Prokurorluğa müraciət edilib. Həmin müraciətdə DTX tərəfindən Baş Prokurorluqdan vətəndaşın müraciətinə baxılması xahiş olunur. Şikayətçi ayrıca olaraq baş prokuror Kamran Əliyevə də müraciət edib, amma digərləri kimi bu müraciət də cavabsız qalıb. Bizimyol.info
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan: Qərbin “Troya atı” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 00:05 |
|
|
|
• Görünür, ötən dövr ərzində İran Ermənistanda öz qüvvələrini yetişdirib - ŞƏRH
Bu gün, 00:02 |
|
|
|
• Rusiya təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi - KİV
Dünən, 23:05 |
|
|
|
• Moskva paradına kimlər dəvət olunub? – Belousov açıqladı
Dünən, 22:19 |
|
|
|
• Rusiya mətbuatından AZAL təyyarəsinin pilotlarına həyasız iddia - yayılan stenoqram...
Dünən, 22:17 |
|
|
|
• ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb? - İLGİNC
Dünən, 22:15 |
|
|
|
• İran və Rusiya gizli danışıqlar aparır – Detallar AÇIQLANDI
Dünən, 22:13 |
|
|
|
• Həbsdəki sabiq generalla dövlət qurumu arasında pensiya davası - Pulumu verin!
Dünən, 22:09 |
|
|
|
• İrəvan-Vaşinqton müttəfiqliyi: Tehran gözünü döyüb baxacaqmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:14 |
|
|
|
• Fərhad Əhmədovun da mühafizəçisi olmuş Kamil niyə vəfat etdi? - FOTO
Dünən, 21:07 |
|
|
|
• Ermənistan dörd qonşunun hədəfinə çevrildi – ABŞ Paşinyanı “minalanmış” sahəyə buraxıb
Dünən, 20:42 |
|
|
|
• Azərə yardım məqsədi ilə dələduzluğa cəhd etdilər - "...mənə yazdığı bütün mesajları silib"
Dünən, 20:35 |
|
|
|
• Bu holdinqin maliyyə problemləri bitmir - 550 min vergi borcu var
Dünən, 20:16 |
|
|
|
• Xəstəxanada səs-küy salan həkim - 100 manat cərimələndi
Dünən, 20:14 |
|
|
|
• Azərbaycanda fahişəliklə məşğul olan 5 iranlı tələbə deport edildi - "MOUZE"
Dünən, 20:07 |
|
|
|
• Bakıdakı dəhşətli terror planı: İŞİD-ə sadiqlik andı içmiş radikalın hücumu son anda əngəlləndi - TƏFƏRRÜAT
Dünən, 20:01 |
|
|
|
• Ötən il əhali ASB-dən 17 milyondan çox depoziti geri çəkib - ÇÖKÜŞ?
Dünən, 19:59 |
|
|
|
• Aktrisa Çimnaz Sultanova vəfat edib
Dünən, 19:56 |
|
|
|
• ABŞ Ermənistanı “ayının” pəncəsi altına atdı: - “Kreml İrəvanı bağışlamayacaq”
Dünən, 19:02 |
|
|
|
• Ailə quran gənclərə ucuz ev, faizsiz kredit verilə bilər? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• “Elə bir yaşdayam ki, nə qalmaqal, nə də...” - buna görə seriallara çəkilmir
Dünən, 18:58 |
|
|
|
• Bu kənddə kommunikasiya sistemlərinin qurulmasına 26 milyon manat ayrılıb
Dünən, 18:17 |
|
|
|
• İrəvanın siyasəti Rusiyanın iş adamlarını ehtiyatlandırıb
Dünən, 18:15 |
|
|
|
• Rusiyanın 10 gün ərzində ələ keçirdiyi yaşayış məntəqələri - Ukrayna açıqladı
Dünən, 18:13 |
|
|
|
• İnvestisiya şirkətinin Müşahidə Şurasının sədri “Azər-Türk Bank”a təyinat alıb - FOTO
Dünən, 18:09 |
|
|
|
• ABŞ-Ermənistan strateji sənədi Azərbaycan üçün nə deməkdir? - Bahəddin Həzi yazır...
Dünən, 17:59 |
|
|
|
• ADY-nın bahalı “sürət qatarı”: 3 saatlıq yolu 8 saata gedir... - MƏZƏLƏNİRLƏR?
Dünən, 17:53 |
|
|
|
• Sabunçuda GECƏ XƏLVƏT... TÜLKÜ BƏY..: SÖKHASÖKDÜR... -"Polis əməkdaşları ərazini tərk edən kimi iş yenidən başlayır"
Dünən, 17:51 |
|
|
|
• "Dünyadakı məhbusların 25%-i məhz ABŞ-nin payına düşür..." - deputat
Dünən, 17:40 |
|
|
|
• Həbsdə olan hərbi ekspert İlham Əliyevə müraciət edib - "GÜNAHSIZAM..."
Dünən, 17:37 |
|
|
|
• “AYNA-nın belə fəaliyyəti ciddi sosial narazılıq yaradır” — Deputatdan ETİRAZ
Dünən, 17:33 |
|
|
|
• Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar
Dünən, 17:27 |
|
|
|
• Ermənistanda xüsusi təyinatlı qüvvələr yaradıldı
Dünən, 17:25 |
|
|
|
• Bu, erməni xalqına baha başa gələcək - Karasin
Dünən, 17:20 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsi başa çatır? - “Reuters”
Dünən, 17:19 |
|
|
|
• Cənubi Qafqazda yeni eskalasiya üçün heç bir əsas görmürəm - Ermənistanın müdafiə naziri
Dünən, 17:17 |
|
|
|
• Palata iki təşkilata verdiyi lisenziyanı ləğv edib
Dünən, 17:16 |
|
|
|
• "4 ildir ki, pensiyamı dayandırıblar... vəziyyətimiz çox ağırdır..." - ÇARƏSİZLİK...
Dünən, 17:14 |
|
|
|
• "Paşinyanın əməlləri sözləri ilə uyğun gəlmir" - Tural Abbaslı
Dünən, 17:09 |
|
|
|
• ABŞ-Ermənistan strateji sazişinin AZƏRBAYCANA DƏXLİ - Görünəni odur ki...
Dünən, 17:02 |
|
|
|
• AZAL təyyarəsinin “qara qutu”ları mütəxəssislər tərəfindən tədqiq edilir - Qazaxıstan Nəqliyyat Nazirliyi
Dünən, 16:58 |
|
|
|
• Məşhur həkim Mircəlal Kazıminin adı 1 milyonluq dələduzluq işinə qarışıb - TƏFƏRRÜAT
Dünən, 16:56 |
|
|
|
• Azərbaycanın ən böyük “Youtube” kanalları nə qədər pul qazanır? - SİYAHI
Dünən, 16:55 |
|
|
|
• “Tərtər işi”nə görə həbs edilən generalın işi 5 ay sonraya təxirə salındı
Dünən, 16:48 |
|
|
|
• Bu toyuqlar bizdə "kənd toyuğu" adı ilə satılır - AÇIQLAMA
Dünən, 16:46 |
|
|
|
• Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı - Sumqayıtda 14 yaşlı qıza verilən işgəncənin TƏFƏRRRÜATI
Dünən, 16:43 |
|
|
|
• “Ermənistanın qonşularla ticarəti məhv olacaq” - Sarukyan DANIŞDI
Dünən, 16:24 |
|
|
|
• Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib - FOTO
Dünən, 16:18 |
|
|
|
• Dünyada dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? - AKTUAL
Dünən, 16:17 |
|
|
|
• Müsavat fəalını öldürüb, meyitini doğrayan direktor müavini məhkəmədə dindirilib - TƏFƏRRÜAT
Dünən, 16:14 |
|
|
|
|