Dövlətə, xalqa xidmət, dövlət başçısına sədaqət belə olurmu?! - ETİRAZ VAR...
"Onlara müraciət edən vətəndaşları rahat(çı)lıqlarına xələl gəlməsin deyə Prezidentin və Heydər Əliyev Fondunun üstünə göndərir, özləri isə eyş-işrət içində ədəbi əyləncələrlə gün keçirir, bir məktuba cavab verməyə belə ərinirlər". "DİA-AZ" xəbər verir ki, bunu öz etirazında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru İdris Abbasov ifadə edib.
O daha sonra davam edir: "Sonra sədaqət şərqiləri oxuyub kef-damaqlarına davam edirlər. Məsuliyyətin mənasını bilməyən belə AMEA prezidenti, belə direktor, belə rektor, belə deputat, belə akademik, belə vəzifə və titul sahibi olmağa nə var ki?! Dövlətə, xalqa xidmət, dövlət başçısına sədaqət belə olurmu?!
Axı sosial-mənəvi fəlakət səbəblərini niyə bəsləməliyik?!
Milli Məclisin vitse-spikeri, akademik Rafael Hüseynov və Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov 77 gündür ki, məktubuma cavab vermirlər. AMEA prezidenti İsa Həbibbəylidə isə, ümumiyyətlə,həqiqətə qarşı immunitet yaranıb..."