"Mənim evimi icra nümayəndəsi yıxıb” - Ağsuda yaşlı qadın çadırda qalır
Tarix: 24-01-2022, 11:54 |
Çap et
DİA.AZ: - Ağsu rayonu Ərəbmehdibəy kənd sakini Mikayılova Əzəmət Möhübbət qızı 11 ildir ki, kənddən təxminən 10 km aralıda, çöllük ərazidə, acınacaqlı vəziyyətdə yaşayır.
DİA.AZ xəbər verir ki, sosial şəbəkələrdə onun yaşadığı şəraitlə bağlı görüntülər yayılıb.
Bildirilir ki, ağaclardan özünə çadır düzəldən bu tənha qadına qayğı göstərən yoxdur.
Qadın bildirir ki, Ərəbmehdibəy kəndinin icra nümayəndəsi, o cümlədən bir çox rəsmi şəxslər onun bu şəraitdə yaşamasını görüblər.
Qadının dediyinə görə, əvvəllər onun mal-qarası olub, ancaq 2019-cu ildə aldadaraq əlindən alıblar. Kənd ərzisində onun evi də olub, lakin yandırılıb. Bununla bağlı Daxili İşlər Nazirliyinə, Şəki Apellyasiya Məhkəməsinə müraciətlər edib.
Ə. Mikayılovanın sözlərinə görə, onun bu vəziyyətə düşməsinə səbəb Ərəbmehdibəy kəndinin icra nümayəndəsidir (Hüseynov Hacıağa Ələddin oğlu – red.):
“Elə mənim evimi o yıxıb”.
Məsələ ilə bağlı Ağsu Rayon İcra Hakimiyyətin ilə əlaqə saxladıq. Bildirdilər ki, yayılan videodan xəbərdar deyillər:
“Məlumatımız yoxdur. Rəhbərliyə məlumat verərik. Araşdırıb, məşğul olarıq”.
VİDEO BURADA:
https://www.facebook.com/elshen.elisoy/videos/599047931191112