Naxçıvanda oğruya dayısına görə hörmət edirlər... - Baş redaktorun başına gələnlər...
Tarix: 11-01-2022, 11:24 | Çap et
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova “Hürriyyət” qəzetindən AÇIQ MƏKTUB ünvanlanıb. DİA.AZ həmin məktubu olduğu kimi təqdim edir:
Hörmətli Vasif müəllim!
Əslində, normal cəmiyyətlərdə belə hallar təsadüfən olur. Amma neyniyək ki, bizdə tam əksi baş verir, yəni təsadüfən normal şeylər olur. Elə bu anormallıqlardan biri ilə bağlı Sizə müraciət etməyə məcbur olduq.
Belə ki, sentyabr ayının 29-da gözlərinə “qara su” gəlməsi səbəbindən son ümidi olan bir inək, iki dana, bir keçi və 8 hinduşkasını satıb Bakıya əməliyyat üçün gəlmək istəyən Payız kənd sakini Yunis Qurbanov hər tərəfə səs salır. “Mərdimazarı axtarmaqla deyil, o, özü gəlib səni tapar”, - deyib atalarımız. Və elə də olur. Mərdimazar Zülfüqarov Novruz İlham oğlu qısa bir müddətdə Yunis Qurbanovun qapısında “bitir”. Özü də hərbçi cildində.
Hər iki tərəf qiymətdə anlaşandan sonra heyvanlar maşına yüklənir. Növbə pul məsələsinə gələndə, dələduz Zülfüqarov Novruz əlini cibinə salaraq, “Vay, pullar evdə qalıb”, - deyir. Daha sonra isə, “Olar, sabaha, birisigünə göndərim?”, - deyərək Yunis Qurbanovu dilə tutmağa başlayır.
44 günlük müharibədə doğmalarının da iştirakı Yunis Qurbanovun, digərlər vətəndaşlarımız kimi, hərbçilərimizə qarşı inamını artırmışdır. O, hesab edir ki, Azərbaycan zabiti dələduz ola bilməz. Məhz bu səbəbdən, özünü hərbçi kimi təqdim edən Zülfüqarov Novruzla razılaşaraq, onları yola salır. Üstündən bir neçə gün keçməsinə baxmayaraq, qarşı tərəfdən xəbər almayan Y.Qurbanov onunla əlaqə saxlamağa məcbur olur. Lakin hər dəfə zəng vuranda, “Narahat olma, heyvanları satmışam, pulunu alan kimi ödəyəcəyəm”, - cavabını alır. Nəhayət, Novruzdan şübhələnən Yunis Qurbanov Nehrəm kəndinə gedərək, onun barəsində soraqlaşır. Müraciət etdiyi hər bir kənd sakinindən aldığı cavab onu Nehrəmdən birbaşa Babək rayon Polis şöbəsinə getməyə vadar edir. Babək rayon Polis şöbəsinin rəis müavini Elşən müəllim (soyadını dəqiqləşdirə bilmədik – red.) Yunis Qurbanovu ətraflı dinlədikdən sonra, ona məhkəməyə müraciət etməyi məsləhət görür.
Rəis müavininin məsləhətilə Babək rayon Məhkəməsinə gələn Yunis Qurbanov, burada məhkəmə sədri Zamiq Əliyevin qəbuluna düşməyə nail olur. Ancaq məhkəmə sədri də ona, “bu iş bizlik deyil, prokurora müraciət elə”, - deyə məsləhət verir. Məhkəmədən Babək rayon Prokurorluğuna gedən Qurbanov, prokurorun köməkçisi ilə görüşəndən sonra, yenidən polisə göndərilir. Beləliklə, Yunis Qurbanov sanki “Bermud üçbucağı”ndaymış kimi, sözügedən 3 idarənin arasında çarəsiz şəkildə var-gəl etməyə məcbur olunur. Nəticədə, polisə ərizə ilə müraciət edən zərərçəkəni İdarənin rəis müavini Elşən müəllim məhkəmə sədri Zamiq Əliyevlə sonradan bizə məlum olan səbəbdən razı salaraq, işi məhkəməyə göndərirlər.
Hörmətli Vasif müəllim!
“Hürriyyət”qəzetinin baş redaktoru Vüqar Məmmədov həmin ərəfədə səhhəti ilə bağlı Muxtar Respublikada olduğundan, bu məlumat ona çatır. Belə ki, dələduzluğa və rəsmi qurumların yersiz süründürməçiliyinə məruz qalan Yunis Qurbanov, redaksiyamıza müraciət edən digər vətəndaşlar kimi, qohumu Vüqar Məmmədovdan kömək istəmək qərarına gəlir. Beləliklə, hadisə ilə tanış olan Baş redaktor şəxsi əlaqələri vasitəsilə araşdırma apararaq, Y.Qurbanova qarşı dələduzluq edən şəxslərin mütəşəkkil şəkildə Muxtar Respublikanın bir çox kəndlərində eyni ssenari ilə cinayət əməli törətdiyini aşkarlayır.
Qısa müddət ərzində hadisəylə bağlı faktları toplayan Vüqar Məmmədov, Babək Rayon Polis İdarəsinə gələrək, əvvəlcə rəis müavini Elşən müəllimlə, sonra isə yeni təyin olunan rəislə görüşür. Hər ikisi Baş redaktoru əmin edir ki, dələduz qısa müddətdə həbs olunacaq.
Polis İdarəsinin rəhbərliyi ilə görüşdən sonra Baş redaktor dələduzların digər yeddi cinayət işiylə də tanış olmaq imkanı tapır. “Niyə dələduzları həbs etmirsiz”, - sualına isə cavab ala bilmir.
Vüqar Məmmədov polislə görüşündən bir neçə gün keçməsinə baxmayaraq, onlardan cavab almayacağına əmin olandan sonra DİN-ə müraciət etmək qərarına gəlir. Və onu DİN-nin Muxtar Respublika üzrə cinayət axtarış idarəsinin rəisi Qasım müəllimlə görüşdürürlər. Görüşün səbəbini öyrənən Qasım müəllim, “Mən hadisədən xəbərdaram, narahat olmağa dəyməz, üç günə qalmaz vətəndaşın heyvanları geri qaytarılar”, - sözünü verir. Babək Polis İdarəsinin rəhbərliyinə verdiyi, yəni “Niyə cinayətkarları həbs etmirsiniz”, - sualına isə, “Dayısına görə hörmət edirk”, - cavabını alır.
Beləliklə, Babək Polis İdarəsinin rəhbərliyi kimi, Qasım müəllimin də verdiyi söz elə söz olaraq qalır. Aydın olur ki, heç kim “dayı”yla münasibətini pozmaq istəmir. Elə bu səbəbdən də nə prokurorluqdan, nə də polisdən səs çıxmır, işə məhkəmədə baxılası olur.
Məhkəmədəki rəzalət isə hüquq adına bir ləkə olaraq tarixə düşən hadisələrdən biri olacaq. Belə ki, məhkəmə başlayan kimi vətəndaş Qurbanov iddia ərizəsini geri götürmək və yenidən polisə müraciət etmək istədiyini bildirsə də, sədr ciddi-cəhdlə buna imkan vermir. Vətəndaşın savadsızlığından istifadə edərək, “Əgər ərizəni geri götürsən, bir daha heyvanlarının üzünü görməyəcəksən”, - deyə təhdid edilir. Daha sonra isə əlavə olunur: “Yox, əgər məni sözümə baxsan, sənə necə lazımdırsa köməklik edəcəyəm”. Məhkəmənin təhdidi Qurbanovu qorxutduğundan, o, “Bir şərtlə razı olaram ki, mənə heyvanlarımın qaytarılacağını söz verəsiniz”, - cavabını verir.
Zərərçəkənlə hakim anlaşandan sonra, “məhkəmə şousu” başlayır. İkinci baxışda hakim qarşısına çıxan dələduz Zülfüqarov Novruz heyvanları Şərur rayon Dəmirçi kəndində Gündüz adlı bir tanıdığına satdığını və hələ də pulunu almadığını iddia edir. “Heyvanlar hələ də Gündüzdədir, istəsəniz polisi göndərin, götürüb gətirsinlər”, - deyir. Amma nədənsə hakim özünü eşitməməzliyə vuraraq, Zülfüqarovu öz bildiyi istiqamətə yönləndirməyə çalışır. Bütün bu razalət zərərçəkənin gözü qarşısında baş verdiyindən, o, hakimdən verdiyi sözü tutmağı, heyvanlarının Şərur rayon sakinindən alınıb, ona verilməsini tələb edir. Təbii ki, bütün proseslər Vüqar Məmmədovun müdaxiləsiylə baş verir.
Hakim Zamiq Əliyev artıq geriyə yol qalmadığını görür və 20 dəqiqəlik fasilə elan edir ki, “polisə göstəriş verim, bu gün heyvanları gətirsinlər, ortada barışıq olsun”. 20 dəqiqədən sonra zala qayıdan hakim prosesin başa çatdığını elan edərək, gələn iclasda qərarı açıqlayacağını bildirir. Səhhətiylə bağlı Bakıda həkimdən növbə götürən zərərçəkənə isə, “Sən olmasan da qərarı sənin xeyrinə verəcəyəm”, - deyə söz verir. Beləliklə, hüquq mühafizə orqanlarının günahı ucbatından vətəndaşın “iti də gedir, ipi də”.
İndi gələk əsas suala: bu qədər cinayəti törədən dəstə üzvləri niyə saxlanılmır? Kimdir bunların dayısı? O, necə bir gücdür ki, nə polis, nə prokuror, nə də məhkəmə ona bata bilmir? Ən əsası isə odur ki, Vüqar Məmmədov hər dəfə iş açılmayacağı təqdirdə Vasif Talıbova müraciət edəcəyini desə də, sözügedən qurumların heç biri öz vəzifələrini yerinə yetirməkdə maraqlı olmayıblar.
Hörmətli Vasif müəllim!
Qısa araşdırmadan sonra öyrəndik ki, sən demə, bu dələduzların dayısı elə bir yerdə işləyir ki, istənilən adamın ondan işi keçir. Bu şəxs Muxtar Respublikada gənc əsgərlərin bölüşdürülməsi üzrə şöbənin rəisi Hüseyn Əliyevdir(soyadı tam dəqiq deyil). Əlbəttə, ilk baxışdan həmin şəxsin vəzifəsi elə də gözə girmir. Amma diqqət etsək görərik ki, heç bir ata övladının erməni ilə üz-üzə durmasını istəməz. Ona görə də bacısı uşaqları nə qədər cinayət edirlər-etsinlər, istər polis, istər prokuror, istər də hakim onların etdiklərinə göz yummağa məhkumdurlar.
Ən vacib məsələlərdən biri də odur ki, cinayətkarların həbs olunmama səbəbi kimi, Sizin qeyri-rəsmi verdiyiniz qanunsuz göstərişiniz əsas gətirilir. Dediklərindən belə çıxır ki, Siz statistikada cinayətlərin sayı az görünsün deyə belə bir qeyri-qanuni tapşırıq vermisiniz. Əslində, bu da o anlama gəlir ki, cinayəti gizlətməklə hüquq mühafizə orqanları özləri ən böyük cinayəti törətmiş olurlar...
Hörmətli Vasif müəllim!
Biz bu hadisə haqqında tam təfsilatı ilə yazmaya, başqa işlərdə olduğu kimi, konkret də yaza bilərdik. Amma apardığımız müşahidələr onu deməyə əsas verir ki, artıq ətrafınızdakı insanlar Sizi istənilən vaxt, istənilən məsələdə aldada bilirlər. Ola bilsin ki, Muxtar Respublikada meydanı boş görmək istəyib, suyu bulandırmağa cəhd edənlərin sayı çoxalıb. Ümid edirik ki, Siz qısa müddətdə bu cinayətdə əli olan hər kəsin cəzalandırılması üçün əlinizdən gələni edəcəksiniz.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan: Qərbin “Troya atı” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 00:05 |
|
|
|
• Görünür, ötən dövr ərzində İran Ermənistanda öz qüvvələrini yetişdirib - ŞƏRH
Bu gün, 00:02 |
|
|
|
• Rusiya təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi - KİV
Dünən, 23:05 |
|
|
|
• Moskva paradına kimlər dəvət olunub? – Belousov açıqladı
Dünən, 22:19 |
|
|
|
• Rusiya mətbuatından AZAL təyyarəsinin pilotlarına həyasız iddia - yayılan stenoqram...
Dünən, 22:17 |
|
|
|
• ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb? - İLGİNC
Dünən, 22:15 |
|
|
|
• İran və Rusiya gizli danışıqlar aparır – Detallar AÇIQLANDI
Dünən, 22:13 |
|
|
|
• Həbsdəki sabiq generalla dövlət qurumu arasında pensiya davası - Pulumu verin!
Dünən, 22:09 |
|
|
|
• İrəvan-Vaşinqton müttəfiqliyi: Tehran gözünü döyüb baxacaqmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:14 |
|
|
|
• Fərhad Əhmədovun da mühafizəçisi olmuş Kamil niyə vəfat etdi? - FOTO
Dünən, 21:07 |
|
|
|
• Ermənistan dörd qonşunun hədəfinə çevrildi – ABŞ Paşinyanı “minalanmış” sahəyə buraxıb
Dünən, 20:42 |
|
|
|
• Azərə yardım məqsədi ilə dələduzluğa cəhd etdilər - "...mənə yazdığı bütün mesajları silib"
Dünən, 20:35 |
|
|
|
• Bu holdinqin maliyyə problemləri bitmir - 550 min vergi borcu var
Dünən, 20:16 |
|
|
|
• Xəstəxanada səs-küy salan həkim - 100 manat cərimələndi
Dünən, 20:14 |
|
|
|
• Azərbaycanda fahişəliklə məşğul olan 5 iranlı tələbə deport edildi - "MOUZE"
Dünən, 20:07 |
|
|
|
• Bakıdakı dəhşətli terror planı: İŞİD-ə sadiqlik andı içmiş radikalın hücumu son anda əngəlləndi - TƏFƏRRÜAT
Dünən, 20:01 |
|
|
|
• Ötən il əhali ASB-dən 17 milyondan çox depoziti geri çəkib - ÇÖKÜŞ?
Dünən, 19:59 |
|
|
|
• Aktrisa Çimnaz Sultanova vəfat edib
Dünən, 19:56 |
|
|
|
• ABŞ Ermənistanı “ayının” pəncəsi altına atdı: - “Kreml İrəvanı bağışlamayacaq”
Dünən, 19:02 |
|
|
|
• Ailə quran gənclərə ucuz ev, faizsiz kredit verilə bilər? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• “Elə bir yaşdayam ki, nə qalmaqal, nə də...” - buna görə seriallara çəkilmir
Dünən, 18:58 |
|
|
|
• Bu kənddə kommunikasiya sistemlərinin qurulmasına 26 milyon manat ayrılıb
Dünən, 18:17 |
|
|
|
• İrəvanın siyasəti Rusiyanın iş adamlarını ehtiyatlandırıb
Dünən, 18:15 |
|
|
|
• Rusiyanın 10 gün ərzində ələ keçirdiyi yaşayış məntəqələri - Ukrayna açıqladı
Dünən, 18:13 |
|
|
|
• İnvestisiya şirkətinin Müşahidə Şurasının sədri “Azər-Türk Bank”a təyinat alıb - FOTO
Dünən, 18:09 |
|
|
|
• ABŞ-Ermənistan strateji sənədi Azərbaycan üçün nə deməkdir? - Bahəddin Həzi yazır...
Dünən, 17:59 |
|
|
|
• ADY-nın bahalı “sürət qatarı”: 3 saatlıq yolu 8 saata gedir... - MƏZƏLƏNİRLƏR?
Dünən, 17:53 |
|
|
|
• Sabunçuda GECƏ XƏLVƏT... TÜLKÜ BƏY..: SÖKHASÖKDÜR... -"Polis əməkdaşları ərazini tərk edən kimi iş yenidən başlayır"
Dünən, 17:51 |
|
|
|
• "Dünyadakı məhbusların 25%-i məhz ABŞ-nin payına düşür..." - deputat
Dünən, 17:40 |
|
|
|
• Həbsdə olan hərbi ekspert İlham Əliyevə müraciət edib - "GÜNAHSIZAM..."
Dünən, 17:37 |
|
|
|
• “AYNA-nın belə fəaliyyəti ciddi sosial narazılıq yaradır” — Deputatdan ETİRAZ
Dünən, 17:33 |
|
|
|
• Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar
Dünən, 17:27 |
|
|
|
• Ermənistanda xüsusi təyinatlı qüvvələr yaradıldı
Dünən, 17:25 |
|
|
|
• Bu, erməni xalqına baha başa gələcək - Karasin
Dünən, 17:20 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsi başa çatır? - “Reuters”
Dünən, 17:19 |
|
|
|
• Cənubi Qafqazda yeni eskalasiya üçün heç bir əsas görmürəm - Ermənistanın müdafiə naziri
Dünən, 17:17 |
|
|
|
• Palata iki təşkilata verdiyi lisenziyanı ləğv edib
Dünən, 17:16 |
|
|
|
• "4 ildir ki, pensiyamı dayandırıblar... vəziyyətimiz çox ağırdır..." - ÇARƏSİZLİK...
Dünən, 17:14 |
|
|
|
• "Paşinyanın əməlləri sözləri ilə uyğun gəlmir" - Tural Abbaslı
Dünən, 17:09 |
|
|
|
• ABŞ-Ermənistan strateji sazişinin AZƏRBAYCANA DƏXLİ - Görünəni odur ki...
Dünən, 17:02 |
|
|
|
• AZAL təyyarəsinin “qara qutu”ları mütəxəssislər tərəfindən tədqiq edilir - Qazaxıstan Nəqliyyat Nazirliyi
Dünən, 16:58 |
|
|
|
• Məşhur həkim Mircəlal Kazıminin adı 1 milyonluq dələduzluq işinə qarışıb - TƏFƏRRÜAT
Dünən, 16:56 |
|
|
|
• Azərbaycanın ən böyük “Youtube” kanalları nə qədər pul qazanır? - SİYAHI
Dünən, 16:55 |
|
|
|
• “Tərtər işi”nə görə həbs edilən generalın işi 5 ay sonraya təxirə salındı
Dünən, 16:48 |
|
|
|
• Bu toyuqlar bizdə "kənd toyuğu" adı ilə satılır - AÇIQLAMA
Dünən, 16:46 |
|
|
|
• Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı - Sumqayıtda 14 yaşlı qıza verilən işgəncənin TƏFƏRRRÜATI
Dünən, 16:43 |
|
|
|
• “Ermənistanın qonşularla ticarəti məhv olacaq” - Sarukyan DANIŞDI
Dünən, 16:24 |
|
|
|
• Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib - FOTO
Dünən, 16:18 |
|
|
|
• Dünyada dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? - AKTUAL
Dünən, 16:17 |
|
|
|
• Müsavat fəalını öldürüb, meyitini doğrayan direktor müavini məhkəmədə dindirilib - TƏFƏRRÜAT
Dünən, 16:14 |
|
|
|
|