İmişlidə vətəndaş ACINACAQLI DURUMDA... - İcra hakimiyyəti isə deyir ki...
Tarix: 19-11-2021, 10:18 | Çap et
Yayda uşaqlarını ağcaqanaddan qorumaq üçün pəncərəsiz evinin içində təzək yandırır. Qışda da soyuq olmasın deyə pəncərələrə sellofan tutur. Beləcə yola verir fəsilləri, illəri…
İmişli sakini Səma Kazımovanın 28 yaşı var. 4 uşağına tək baxan Səmanın deməsinə görə, həyat ona ancaq pis üzünü göstərib:
“Vallah, bir gün üzüm gülməyib, yadıma elə gün gəlmir ki, doyunca yeyib qalxım süfrədən. Kasıb ailədə doğulmuşam, erkən ailə qurmuşam. Dedim, bəlkə ailə qurub bir gün görərəm, o da belə… Deyirəm də, mənimki lap əvvəldən gətirməyib”.
Səma ötən il həyat yoldaşından da boşanıb. İndi 4 uşağını tək böyütməlidir:
“Yola getmirdik, ailəyə baxmırdı, üstəlik, günüm qara idi. İndi 4 uşaq da qaldı boynumda. Mən özünü dolandıra bilməyən adamam, indi öhdəmdə 4 nəfər də var. Keçmiş yoldaşım ayda 100 manat aliment verir.
Deyir ki, imkanı ancaq buna çatır. Onunla ailə dolandırmaq olar?”
Səmanın övladlarının üçü oğlan, biri qızdır. Deyir ki, oğlanlardan ikisinin nitq qüsuru var, danışa bilmirlər. Buna baxmayaraq, hökumət onlardan birinə pensiya kəsib, digərinə yox:
“Dedilər ki, danışacaq. Üstündən 3 il keçib, hələ bir kəliməsini eşitməmişik. Əslində deyəndə sevindim, uşağın danışması daha yaxşıdır mənim üçün. Hətta qonşulara da dedim. Düşündüm ki, bu kostyumlu adamlardan çox bilməyəcəm ki. Hamısı oxumuş insanlardır, yəqin dili açılacaq. Sən demə, 200 manat verməməyin dərdi imiş. Elə bil öz ciblərindən çıxır. Kiçik oğlum körpədir, Allaha dua edirəm ki, eyni problem onda da olmasın. Qızım normaldır, şükür. Üstəlik, dərslərini də çox yaxşı oxuyur, sinif nümayəndəsidir. Di gəl, bəzən məktəbə göndərə bilmirəm. Nə normal geyimi var, nə də dərs ləvazimatları”.
Səma Kazımovanın sözlərinə görə, 5 nəfərlik ailənin aylıq gəliri 300 manatdır. 100 manat aliment, 200 manat uşaqlardan birinin pensiyası:
“Onunla necə dolanaq? Ərzaq alaq, pəncərəsiz evi isidək? Geyimə, yoxsa təhsilə verək? Dəfələrlə İmişli Şəhər İcra Hakimiyyətində qəbulda oluşam. Bu problemlərin hamısını onlara da bildirmişəm, kömək istəmişəm. Mənə “niyə bu qədər uşağı dünyaya gətirirdin?” – cavabını veriblər. Mən uşaq dünyaya gətirib küçəyə atmamışam ki… Sadəcə kasıbam, çətinlik çəkirəm deyə, kömək istəyirəm”.
Evinin nəmli divarlarını, döşəməsini göstərir. “Burada uşaq böyütmək günahdır”, – deyir. Ancaq başqa çarəsi də yoxdur:
“Hardandır məndə ev alacaq, kirayə tutacaq pul? Yağışda hətta evin tavanından su damır. Paltarlarımızdan belə nəm qoxusu gəlir. Yerdə yatmaqdan belimiz ağrıyır. Bəs mən bu evdə vətənə 3 oğul böyüdürəm axı. Müharibə etdilər, o torpaqları bunlar kimi oğullar almadımı? Həmin oğullar vətən uğrunda şəhid olmadımı? İndi ayda 200 manatlıq pensiyanı qıymırlar həmin uşağa”.
Səma Kazımova bir neçə dəfə ünvanlı sosial yardıma müraciət etmək istəyib. Ancaq tələb olunan sənədləri tam düzəldib başa çatdıra bilməyib:
“Müraciət etmək istədim, bir xeyli sənəd istədilər. Başım çıxmır, o da qaldı yarımçıq. Nə də imkanım yoxdur ki, birinə 5-10 manat verim, mənə kömək etsin. Nə deyim, nazirlər televizorda fərəhlə Azərbaycanda hamının yaxşı yaşadığını deyirlər. Halbuki bizimki heç yaşamaq sayılmaz, mən buna sürünmək də demirəm. Bu, ölməkdir, amma basdıranımız yoxdur”.
Səma Kazımova deyir ki, indiyədək dəfə də hökumətdən kömək görməyib:
“Sağ olsunlar, nə edib, yaxşı insanlar edib. Mən savadsızam, ancaq bilirəm ki, əslində bizim kimi ailələrə hökumət yardım etməlidir. Di gəl, bizi Allah ümidinə buraxıblar”.
İmişli Rayon İcra Hakimiyyətindən yardım üçün Sosial Müdafiə Fonduna müraciət etməyin lazım olduğunu bildiriblər.
Dövlət Sosial Müdafiə Fondunun İmişli Rayon Şöbəsindən isə bildirilib ki, bəli, ünvanlı sosial yardıma müraciət üçün müəyyən sənədlər tələb edilir. Ancaq bu şərtləri onlar qoymayıblar, dövlətin tələbidir:
“Onlar həqiqətən bilməlidirlər, bu insanın vəziyyəti necədir. Ona yardım düşür, yoxsa yox. Bu baxımdan həmin sənədlər vacibdir. Yəni biz həmin adamın yerinə o sənədləri toplaya bilmərik. Maksimum mərkəzə müraciət edənləri hansı sənədlərin lazım olması ilə bağlı yönləndirə bilərik. Prosesin qalanı elektron həyata keçirilir. Vətəndaş elektron qaydada yardım üçün müraciət edir, əgər ona yardım düşürsə, cavab da, kart da özünə gəlir. Bizlik iş deyil”.
Fonddan əllərindən gələn köməyi etməyə hazır olduqlarını da bildiriblər:
“Gəlsin, hansı sənədlər lazımdır, onları haradan əldə edə bilər, izah edək”.
Azərbaycanda yoxsul yaşayan əhalinin sayı ilbəil artır. Ancaq onların hamısı ünvanlı sosial yardım almır. Məsələn, rəsmi rəqəmlər 2019-cu ildə ölkə əhalisinin 4.8 faizinin yoxsul olduğunu bildirirdisə, 2021-ci ilin əvvəlində bu rəqəm 6.2 faizə yüksəlib. Yəni, 1 il ərzində yoxsul sayılan şəxslərin sayı 30 faizə yaxın artıb.
Ancaq dövlət rəsmiləri daim açıqlamalarında Azərbaycanda ilbəil yoxsul yaşayan əhali sayının azaldığını bildirir.
Hətta o dövrdə Baş nazirin müavini və Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri olan Əli Həsənov 2017-ci ildə mətbuata açıqlamasında bildirmişdi ki, 2020-ci ildə Azərbaycanda bircə nəfər də yoxsul qalmayacaq:
“Bugün yoxsulluq həddi 5 faizdirsə, strateji istiqamət 2020-ci ildə yoxsulluğun sıfıra enməsidir. İnşallah, 2020-ci ildə yoxsulluq sıfıra enəcək, Azərbaycanda bir yoxsul belə qalmayacaq”.
Müstəqil ekspertlər və beynəlxalq təşkilatların hesabatları isə əksini deyir. Məsələn, Dünya Bankı 2019-cu ildə yayımladığı hesabatda Azərbaycanda yoxsulluq göstəricisinin hökumətin açıqladığı 4,8 faizdən təxminən beş dəfə çox – 24 faiz olduğunu açıqlamışdı. //gozetci.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan: Qərbin “Troya atı” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 00:05 |
|
|
|
• Görünür, ötən dövr ərzində İran Ermənistanda öz qüvvələrini yetişdirib - ŞƏRH
Bu gün, 00:02 |
|
|
|
• Rusiya təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi - KİV
Dünən, 23:05 |
|
|
|
• Moskva paradına kimlər dəvət olunub? – Belousov açıqladı
Dünən, 22:19 |
|
|
|
• Rusiya mətbuatından AZAL təyyarəsinin pilotlarına həyasız iddia - yayılan stenoqram...
Dünən, 22:17 |
|
|
|
• ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb? - İLGİNC
Dünən, 22:15 |
|
|
|
• İran və Rusiya gizli danışıqlar aparır – Detallar AÇIQLANDI
Dünən, 22:13 |
|
|
|
• Həbsdəki sabiq generalla dövlət qurumu arasında pensiya davası - Pulumu verin!
Dünən, 22:09 |
|
|
|
• İrəvan-Vaşinqton müttəfiqliyi: Tehran gözünü döyüb baxacaqmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:14 |
|
|
|
• Fərhad Əhmədovun da mühafizəçisi olmuş Kamil niyə vəfat etdi? - FOTO
Dünən, 21:07 |
|
|
|
• Ermənistan dörd qonşunun hədəfinə çevrildi – ABŞ Paşinyanı “minalanmış” sahəyə buraxıb
Dünən, 20:42 |
|
|
|
• Azərə yardım məqsədi ilə dələduzluğa cəhd etdilər - "...mənə yazdığı bütün mesajları silib"
Dünən, 20:35 |
|
|
|
• Bu holdinqin maliyyə problemləri bitmir - 550 min vergi borcu var
Dünən, 20:16 |
|
|
|
• Xəstəxanada səs-küy salan həkim - 100 manat cərimələndi
Dünən, 20:14 |
|
|
|
• Azərbaycanda fahişəliklə məşğul olan 5 iranlı tələbə deport edildi - "MOUZE"
Dünən, 20:07 |
|
|
|
• Bakıdakı dəhşətli terror planı: İŞİD-ə sadiqlik andı içmiş radikalın hücumu son anda əngəlləndi - TƏFƏRRÜAT
Dünən, 20:01 |
|
|
|
• Ötən il əhali ASB-dən 17 milyondan çox depoziti geri çəkib - ÇÖKÜŞ?
Dünən, 19:59 |
|
|
|
• Aktrisa Çimnaz Sultanova vəfat edib
Dünən, 19:56 |
|
|
|
• ABŞ Ermənistanı “ayının” pəncəsi altına atdı: - “Kreml İrəvanı bağışlamayacaq”
Dünən, 19:02 |
|
|
|
• Ailə quran gənclərə ucuz ev, faizsiz kredit verilə bilər? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• “Elə bir yaşdayam ki, nə qalmaqal, nə də...” - buna görə seriallara çəkilmir
Dünən, 18:58 |
|
|
|
• Bu kənddə kommunikasiya sistemlərinin qurulmasına 26 milyon manat ayrılıb
Dünən, 18:17 |
|
|
|
• İrəvanın siyasəti Rusiyanın iş adamlarını ehtiyatlandırıb
Dünən, 18:15 |
|
|
|
• Rusiyanın 10 gün ərzində ələ keçirdiyi yaşayış məntəqələri - Ukrayna açıqladı
Dünən, 18:13 |
|
|
|
• İnvestisiya şirkətinin Müşahidə Şurasının sədri “Azər-Türk Bank”a təyinat alıb - FOTO
Dünən, 18:09 |
|
|
|
• ABŞ-Ermənistan strateji sənədi Azərbaycan üçün nə deməkdir? - Bahəddin Həzi yazır...
Dünən, 17:59 |
|
|
|
• ADY-nın bahalı “sürət qatarı”: 3 saatlıq yolu 8 saata gedir... - MƏZƏLƏNİRLƏR?
Dünən, 17:53 |
|
|
|
• Sabunçuda GECƏ XƏLVƏT... TÜLKÜ BƏY..: SÖKHASÖKDÜR... -"Polis əməkdaşları ərazini tərk edən kimi iş yenidən başlayır"
Dünən, 17:51 |
|
|
|
• "Dünyadakı məhbusların 25%-i məhz ABŞ-nin payına düşür..." - deputat
Dünən, 17:40 |
|
|
|
• Həbsdə olan hərbi ekspert İlham Əliyevə müraciət edib - "GÜNAHSIZAM..."
Dünən, 17:37 |
|
|
|
• “AYNA-nın belə fəaliyyəti ciddi sosial narazılıq yaradır” — Deputatdan ETİRAZ
Dünən, 17:33 |
|
|
|
• Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar
Dünən, 17:27 |
|
|
|
• Ermənistanda xüsusi təyinatlı qüvvələr yaradıldı
Dünən, 17:25 |
|
|
|
• Bu, erməni xalqına baha başa gələcək - Karasin
Dünən, 17:20 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsi başa çatır? - “Reuters”
Dünən, 17:19 |
|
|
|
• Cənubi Qafqazda yeni eskalasiya üçün heç bir əsas görmürəm - Ermənistanın müdafiə naziri
Dünən, 17:17 |
|
|
|
• Palata iki təşkilata verdiyi lisenziyanı ləğv edib
Dünən, 17:16 |
|
|
|
• "4 ildir ki, pensiyamı dayandırıblar... vəziyyətimiz çox ağırdır..." - ÇARƏSİZLİK...
Dünən, 17:14 |
|
|
|
• "Paşinyanın əməlləri sözləri ilə uyğun gəlmir" - Tural Abbaslı
Dünən, 17:09 |
|
|
|
• ABŞ-Ermənistan strateji sazişinin AZƏRBAYCANA DƏXLİ - Görünəni odur ki...
Dünən, 17:02 |
|
|
|
• AZAL təyyarəsinin “qara qutu”ları mütəxəssislər tərəfindən tədqiq edilir - Qazaxıstan Nəqliyyat Nazirliyi
Dünən, 16:58 |
|
|
|
• Məşhur həkim Mircəlal Kazıminin adı 1 milyonluq dələduzluq işinə qarışıb - TƏFƏRRÜAT
Dünən, 16:56 |
|
|
|
• Azərbaycanın ən böyük “Youtube” kanalları nə qədər pul qazanır? - SİYAHI
Dünən, 16:55 |
|
|
|
• “Tərtər işi”nə görə həbs edilən generalın işi 5 ay sonraya təxirə salındı
Dünən, 16:48 |
|
|
|
• Bu toyuqlar bizdə "kənd toyuğu" adı ilə satılır - AÇIQLAMA
Dünən, 16:46 |
|
|
|
• Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı - Sumqayıtda 14 yaşlı qıza verilən işgəncənin TƏFƏRRRÜATI
Dünən, 16:43 |
|
|
|
• “Ermənistanın qonşularla ticarəti məhv olacaq” - Sarukyan DANIŞDI
Dünən, 16:24 |
|
|
|
• Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib - FOTO
Dünən, 16:18 |
|
|
|
• Dünyada dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? - AKTUAL
Dünən, 16:17 |
|
|
|
• Müsavat fəalını öldürüb, meyitini doğrayan direktor müavini məhkəmədə dindirilib - TƏFƏRRÜAT
Dünən, 16:14 |
|
|
|
|