Dizi bükülən Samuxda KORRUPSİYA LÖVHƏLƏRİ... - Alı Qocayev də BELƏ YEYİR...
Tarix: 20-09-2021, 11:21 | Çap et
Xəbər verildiyi kimi, sentyabrın 14-də Prezident İlham Əliyev Rafiq Cəlilovu Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı və Rəşad Tağıyevi Şəmkir rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul etmişdi. Görüş zamanı ölkə başçısı hər iki yeni təyin olunan icra başçısına tapşırıqlardan əlavə bir sıra tövsiyyələr də verib. Qəbulda “əsas infrastruktur layihələrinin başa çatması o demək deyil ki, biz bu maliyyə və maddi dəstəyi kəsəcəyik. Yox, verəcəyik, ancaq məqsədyönlü şəkildə, ancaq bütün qaydaları nəzərə almaq şərti ilə verəcəyik. Bir də ki, həbs edilmiş icra başçıları, – təkcə Cəlilabad, Şəmkir rayonlarından söhbət getmir, – digər rayonlarda da tender prosedurlarını kobudcasına pozurdular. Yəni, dövlət xətti ilə aparılan layihələrin, dövlət alışlarının icrası ilə əlaqədar tenderlərdə adətən bir neçə icra başçısına, ya da ki, onun müavininə yaxın olan şirkətlər qalib gəlirdilər. Nə üçün? Çünki burada da rüşvətxorluq və mənimsəmə halları kütləvi xarakter alırdı və bu da dövlət büdcəsinə böyük ziyandır”, – deyə dövlətimizin başçısı bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyevin gündəmə bir daha gətirdiyi bu məsələ ölkə ictimaiyyəti tərəfindən də razılıq hissi ilə qarşılandı və əvvəlki bir neçə icra başçılarının açınacaqlı aqibətindən hələ də nəticə çıxarılmadığı geniş müzakirələrə səbəb oldu.
Tender prosedurlarında qanunların kobudcasına pozulması halları hazırda günümüzün ən aktual mövzularındandır. Vəzifəli şəxslərin yaxınlarının adlarına dövlət qeydiyyatına alınmış MMC-lər barəsəndə elektron kütləvi informasiya vasitələrində demək olar hər gün yeni-yeni məlumatlara rast gəlinir. Xüsusilə qeyd etmək istərdik ki, buna təkcə İcra hakimiyyəti strukturlarında deyil, digər nazirliklərə tabeli dövlət qurumlarında da rəvac verilir. Hesablama Palatasının açıqlamalarında da bir çox dövlət qurumlarında maliyyə pozuntularının məhz tender prosedurlarında yol verildiyi bildirilir.
Qeyd edək ki, son vaxtlar dövlət satınalmalarında yol verilən qanunsuzluqlar daha çox tender və kotirovka sorğuları keçirildəkdən sonra nəticələrinin ictimaiyyətə açıqlanmamasında müşahidə edilir. Belə ki, bir çox dövlət qurumları özlərinə yaxın şirkətlərlə müqavilə bağladığından gizli sövdələşmələr aşkar olunmasın deyə satınalmaların nəticələrini qanunda göstərildiyi kimi tam açıqlamır. Bu da tender prosedurlarında gizlin sövdələşmələrə yol verildiyini deməyə əsaslar verir.
Aktualinfo.org-un Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən keçirilmiş kotirovka sorğusu prosedurları ətrafında apardığı araşdırmalar da bir çox qanun pozuntusuna yol verildiyi məlum olmuşdur. Belə ki, Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən 2020-2021-ci illərdə bir neçə kotirovka sorğusu keçirmişdir ki, nəticələri, yəni,hansı şirkətlərlə müqavilə bağlanması, alınan mallar və xidmətlər üçün nə qədər dövlət vəsaitinin ayrılması barədə məlumatlar ictimaiyyətdən gizlədilmişdir. Sözügedən qurumun təkcə 2020-ci ildə elan etdiyi, lakin nəticələrini açıqlamadığı kotirovka sorğularını diqqətinizə çatdırırıq.
Tikili və avadanlıqların cari təmiri üzrə 16.06.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;
Dəftərxana ləvazimatları və təsərrüfat mallarının satın alınması üzrə 08.06.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;
Maşın və avadanlıqların satın alınması üzrə 05.05.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;
Samux Rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyində Bayraqların satın alınması üzrə 20.04.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;
Samux rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyində ötürücü qurğuların alınması üzrə 15.04.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;
Abadlıq işlərinin aparılması məqsədilə mal-materialların satın alınması üzrə 13.04.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;
Samux rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyində nəqliyyat vasitələrinin cari təmiri üzrə 12.04.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;
Samux rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyində abadlaşdırma və təmizlik işlərinin həyata keçirilməsi məqsədilə təsərrüfat mallarının satın alınması üzrə 08.04.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;
Samux rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyində yaşıllaşdırma işlərinin həyata keçirilməsi məqsədilə mal-materialların, ağac tinglərin, bəzək kolları və gül çiçəklərin satın alınması üzrə 12.03.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;
İşıqlandırma işlərinin görülməsi üçün mal-materialların satın alınması üzrə 17.02.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;
Mənzillərin əsaslı və cari təmiri obyekti üzrə iş və xidmətlərin satın alınması üzrə 15.10.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;
Yaşıllaşdırma işlərinin həyata keçirilməsi məqsədilə mal-materialların, ağac tinglərin, bəzək kolları və gül-çiçəklərin satın alınması üzrə 23.06.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusun da 46250 manat məbləöində satınalma müqaviləsi 19.08.2020-ci il tarixdə “VİS” MMC ilə bağlanılıb.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “VİS” Məhdud Məsuliyyətli Cəmiyyətinin 03.02.2020-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının GƏNCƏ ŞƏHƏRİ, OZAN, ev 104, m. 9, qanuni təmsilçisi kimi isə Fərəcov Hafiz Nazim oğlu qeyd olunub.
Göründüyü kimi MMC fevral ayında dövlət qeydiyyatına alındığı halda avqust ayında İstehsalat Birliyi satınalma müqaviləsi bağlayıb. MMC-nin ixtisas göstəriciləri və maddi texniki bazası barədə açıq mənbələrdə heç bir məlumat yoxdur.
Avtonəqliyyat vasitələrinin təmiri üçün ehtiyyat hissələrinin satın alınması üzrə 23.06.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;
Dövlət satınalmalarının rəsmi portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Tender Komissiyası yuxarıda göstərilən tarixlərdə kotirovka sorğularının keçirilməsi barədə elan versə də, keçirilmiş kotirovka sorğularının nəticələri barədə məlumatları gizlətmiş, müqavilələrin bağlanması barədə heç bir məlumat verməmiş, ayrılan vəsaitlər barədə məlumatları açıqlamamaşdır. Xüsusilə qeyd etmək istərdik ki, bir neçə tender elanından başqa Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Tender Komissiyası tərəfindən keçirilmiş kotirovka sorğularının nəticələri barədə Dövlət satınalmalarının rəsmi portalının bazasında heç bir məlumat yerləşdirilməyib. Bu da yuxarıda qeyd etdiyimiz kimi “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələblərinin ciddi şəkildə pozulması deməkdir.
Onu da xüsusilə vurğulamaq istərdik ki, Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi Tender Komissiyasının elektron poçtuna ünvanladığımız sorğu məktubuna nəinki cavab verilməyib, hətta heç baxılmayıb da. Bunu bizə tender komissiyasının üzvlərindən biri bildirdi. İstehsalat Birliyinin rəisi Mahir Əliyev isə ümumiyyətlə telefonunu açmadı. Bütün bunlara özbaşınalıqdan başqa nə ad vermək olar?
Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Mahir Əliyev İcra başçısı Alı Qocayevin rayondakı ən yaxın adamlarından biri kimi tanınır. Məlumatlara görə Alı Qocayev 2012-ci ildə Samux rayon İcra Hakimiyyətinə başçı təyin edildikdən sonra vəzifə başına gətirdiyi Mahir Əliyevə geniş səlahiyyətlər verib. Mahir Əliyev də bu fürsətlərdən istifadə edərək abadlaşdırma və təmizlik işlərinə, nəqliyyat vasitələrinin cari təmirinə, mənzillərin əsaslı və cari təmiri işlərinə, işıqlandırma və yaşıllaşdırma işlərinin həyata keçirilməsinə ayrılan dövlət vəsaitlərini özünə yaxın şəxslərin adına yaradılmış şirkətlər vasiyəsilə təyinatından kənarlaşdırmaqla məşğuldur. Təbii ki, bütün bunlar da bir İcra başçısı kimi Alı Qocayevin nəzarəti altında həyata keçirilir.
Göründüyü kimi, Alı Qocayev Prezident İlham Əliyevin tender prosedurlarını kobudcasına pozan İcra başçılarına tutduğu iradlardan hələ də nəticə çıxarmayıb. Prezident İlham Əliyev görüşdə xüsusilə vurğuladı ki, “həbs edilmiş icra başçıları, – təkcə Cəlilabad, Şəmkir rayonlarından söhbət getmir, – digər rayonlarda da tender prosedurlarını kobudcasına pozurdular.” Göründüyü kimi cənab Prezident “pozurdular” – deyir. Amma Alı Qocayevin başçılıq etdiyi Samux rayonunda isə tender prosedurları hələ də pozulur.
Aktualinfo.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Cənab nazir... bax, bu evdir... 15 ildir QƏZALIDIR... AMMA... - Kəmaləddin Heydərova MÜRACİƏT...
Bu gün, 08:44 |
|
|
|
• `Azəristiliktəchizat`ın işçiləri özlərindən `AMERİKA KƏŞF EDİBLƏR...` - Bir nəfər borclu var deyə... bütün bina sakinləri DONMALIDIR!
Bu gün, 08:37 |
|
|
|
• Ermənistanda rus bazaları var: ABŞ hərbçiləri hara gələcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:30 |
|
|
|
• Rusiyadan gələn reaksiyanın PƏRDƏARXASI - "Qara qutu" müəmması
Bu gün, 08:28 |
|
|
|
• Bu qurum `DAMARA BAXIB` BORC YAZIR... - NARAZILIQ VAR...
Bu gün, 08:25 |
|
|
|
• Buranın zəmanətinə ZƏMANƏT YOXDUR! - GİLEY
Bu gün, 08:20 |
|
|
|
• ABŞ-Ermənistan sazişi: Hədəfdə kim var? - Görünəni odur ki...
Bu gün, 07:12 |
|
|
|
• İrəvan əslində Bakının gedişlərini təkrarlayır... - FAKT BUDUR!
Bu gün, 07:10 |
|
|
|
• "Mənim evimə bir qəpik pul girmir..." - Vətəndaş HARAY ÇƏKİR
Bu gün, 07:06 |
|
|
|
• İran müharibəsi başlayır, Nikol mövqeyini seçdi - Nahapetyan
Bu gün, 07:02 |
|
|
|
• Manatı və Azərbaycanı NƏ GÖZLƏYİR? - AKTUAL
Bu gün, 07:00 |
|
|
|
• Yevlaxda həkimlər sağaltmır, öldürür... - BU NƏDİ BELƏ?
Bu gün, 06:57 |
|
|
|
• İrəvan Bakının sülh şərtlərinin dəyişməyəcəyini anlayıb - Başqa cür ola da bilməz...
Bu gün, 06:53 |
|
|
|
• Zirəddin ən qorxunc proqnozlarını açıqladı - “Atom fəlakəti görürəm…”
Bu gün, 06:41 |
|
|
|
• UNUN qiyməti müəyyənləşdi: ÇÖRƏK BAHALAŞACAQ - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:39 |
|
|
|
• Sağlamlıq haqqında arayış BİZNESİ... - AXI NİYƏ?..
Bu gün, 06:36 |
|
|
|
• Baqdasaryan Qarabağ ermənilərini ifşa etdi - 35 il davam edən ŞOK saxtakarlıq
Bu gün, 06:32 |
|
|
|
• ABŞ-Ermənistan strateji tərəfdaşlığı İrəvana və regiona nə vəd edir? - İNCƏLƏMƏ
Bu gün, 06:28 |
|
|
|
• Ankaranın qətiyyəti: Terrorçular təslim olacaqlar? - GƏLİŞMƏ
Bu gün, 06:23 |
|
|
|
• Ermənistan: Qərbin “Troya atı” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 00:05 |
|
|
|
• Görünür, ötən dövr ərzində İran Ermənistanda öz qüvvələrini yetişdirib - ŞƏRH
Bu gün, 00:02 |
|
|
|
• Rusiya təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi - KİV
Dünən, 23:05 |
|
|
|
• Moskva paradına kimlər dəvət olunub? – Belousov açıqladı
Dünən, 22:19 |
|
|
|
• Rusiya mətbuatından AZAL təyyarəsinin pilotlarına həyasız iddia - yayılan stenoqram...
Dünən, 22:17 |
|
|
|
• ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb? - İLGİNC
Dünən, 22:15 |
|
|
|
• İran və Rusiya gizli danışıqlar aparır – Detallar AÇIQLANDI
Dünən, 22:13 |
|
|
|
• Həbsdəki sabiq generalla dövlət qurumu arasında pensiya davası - Pulumu verin!
Dünən, 22:09 |
|
|
|
• İrəvan-Vaşinqton müttəfiqliyi: Tehran gözünü döyüb baxacaqmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:14 |
|
|
|
• Fərhad Əhmədovun da mühafizəçisi olmuş Kamil niyə vəfat etdi? - FOTO
Dünən, 21:07 |
|
|
|
• Ermənistan dörd qonşunun hədəfinə çevrildi – ABŞ Paşinyanı “minalanmış” sahəyə buraxıb
Dünən, 20:42 |
|
|
|
• Azərə yardım məqsədi ilə dələduzluğa cəhd etdilər - "...mənə yazdığı bütün mesajları silib"
Dünən, 20:35 |
|
|
|
• Bu holdinqin maliyyə problemləri bitmir - 550 min vergi borcu var
Dünən, 20:16 |
|
|
|
• Xəstəxanada səs-küy salan həkim - 100 manat cərimələndi
Dünən, 20:14 |
|
|
|
• Azərbaycanda fahişəliklə məşğul olan 5 iranlı tələbə deport edildi - "MOUZE"
Dünən, 20:07 |
|
|
|
• Bakıdakı dəhşətli terror planı: İŞİD-ə sadiqlik andı içmiş radikalın hücumu son anda əngəlləndi - TƏFƏRRÜAT
Dünən, 20:01 |
|
|
|
• Ötən il əhali ASB-dən 17 milyondan çox depoziti geri çəkib - ÇÖKÜŞ?
Dünən, 19:59 |
|
|
|
• Aktrisa Çimnaz Sultanova vəfat edib
Dünən, 19:56 |
|
|
|
• ABŞ Ermənistanı “ayının” pəncəsi altına atdı: - “Kreml İrəvanı bağışlamayacaq”
Dünən, 19:02 |
|
|
|
• Ailə quran gənclərə ucuz ev, faizsiz kredit verilə bilər? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• “Elə bir yaşdayam ki, nə qalmaqal, nə də...” - buna görə seriallara çəkilmir
Dünən, 18:58 |
|
|
|
• Bu kənddə kommunikasiya sistemlərinin qurulmasına 26 milyon manat ayrılıb
Dünən, 18:17 |
|
|
|
• İrəvanın siyasəti Rusiyanın iş adamlarını ehtiyatlandırıb
Dünən, 18:15 |
|
|
|
• Rusiyanın 10 gün ərzində ələ keçirdiyi yaşayış məntəqələri - Ukrayna açıqladı
Dünən, 18:13 |
|
|
|
• İnvestisiya şirkətinin Müşahidə Şurasının sədri “Azər-Türk Bank”a təyinat alıb - FOTO
Dünən, 18:09 |
|
|
|
• ABŞ-Ermənistan strateji sənədi Azərbaycan üçün nə deməkdir? - Bahəddin Həzi yazır...
Dünən, 17:59 |
|
|
|
• ADY-nın bahalı “sürət qatarı”: 3 saatlıq yolu 8 saata gedir... - MƏZƏLƏNİRLƏR?
Dünən, 17:53 |
|
|
|
• Sabunçuda GECƏ XƏLVƏT... TÜLKÜ BƏY..: SÖKHASÖKDÜR... -"Polis əməkdaşları ərazini tərk edən kimi iş yenidən başlayır"
Dünən, 17:51 |
|
|
|
• "Dünyadakı məhbusların 25%-i məhz ABŞ-nin payına düşür..." - deputat
Dünən, 17:40 |
|
|
|
• Həbsdə olan hərbi ekspert İlham Əliyevə müraciət edib - "GÜNAHSIZAM..."
Dünən, 17:37 |
|
|
|
• “AYNA-nın belə fəaliyyəti ciddi sosial narazılıq yaradır” — Deputatdan ETİRAZ
Dünən, 17:33 |
|
|
|
|