İLGİNC İDDİA: Ramin Bayramlının qələmini qıran Zaur Əliyev imiş... - səhiyyədəki “yeniçərilər”in didişməsi...
Tarix: 14-09-2021, 10:09 | Çap et
Ölkənin səhiyyə sistemindəki “yeniçərilər” - modern və islahatçı görünmək istəyən gənc fiqurlar demə, bir-biri ilə didişmədə olublar. Qoca Səhiyyə Nazirliyində belə o səviyyədə olmayan qruplaşma və kampaniyaçılıq siyasəti yeni kadrların fəaliyyətində prioritet imiş. Onlar zahirən bir komanda təəssuratı bağışlasalar da, biri-birinin ətini yeyib, sümüyünü də atmağa hazır mövqedə dayanıblar Söhbət ölkənin səhiyyə sisteminin idarə olunması üçün yaradılan iki qurumdan, son illərdə ən çox danışılan, guya yenilik və islahat gətirdikləri bəh-bəhlə deyilən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-dən gedir. Məlumdur ki, TƏBİB Agentliyə tabedir, lakin bu iki strukturun başında olanlar arasında ədavət nəticədə böyük partlayışa gətirib çıxardı. Anaxeber.info bildirir ki, Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyevin TƏBİB rəhbəri Ramin Bayramlı əleyhinə kampaniya apardığı məlum olub. R.Bayramlının “qələminin qırılmasında” Z.Əliyevin əhəmiyyətli rolunun olduğu iddia edilir. Ölkənin siyasi rəhbərliyinə gedən təqdimatda TƏBİB sədrini bitirəcək qovluq olub. Bu dosye nəticə etibarı ilə R.Bayramlının istefa ərizəsini yazmağa vadar edib. Məlumata görə, Z.Əliyev onunla yolları ayırmaq üçün dəridən-qabıqdan çıxırmış. Ona görə TƏBİB sədrinin ictimai rəydə mənfi obrazının formalaşmasında, pandemiya ilə mübarizədə müxtəlif nöqsanların üzə çıxıb Bayramlının ayağına yazılmasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi sədrinin son dərəcə marağı olub. Z.Əliyevin R.Bayramlı ilə niyə yola getməməsinin detalları açıqlanmır. Amma Agentlik sədri son illərdə özünü tənqid hədəfinə çevrilməkdən yayınmağı bacarmışdı, R.Bayramlıya isə “cümlə xəyanətlərə bais” damğası vurulmuşdu. Belə iddialar səslənir ki, Agentlik sədri TƏBİB rəhbərinin istefasına qədər hakimiyyətin ən yüksək ranqında olan dairələrə onunla bağlı kompromat materiallar, gözdən salan məsələlər çatdırıb. Amma kor-kor, gör-gör ki, təkcə TƏBİB deyil, elə Agentlik də yarıtmaz və bərbad fəaliyyətinə görə “islahatçı komanda”da qabaqcıl yerləri tutur. Bu gənc fiqurlardan gözləntilər varıydı ki, əvvəlki məmurlar kimi işləməyəcəklər, səhiyyə sisteminə intizam, yenilik gətirəcəklər. Di gəl, heç biri özünü doğrutmadı. Bu gün ölkədə icbari tibbi sığortanın tətbiqində tam biabırçılıq yaşanır. İstənilən xəstəxanaya və ya poliklinikaya yaxınlaşmaqla şahid ola bilərsiniz ki, Z.Əliyev tibbi sığortanın “t” hərfini belə tətbiq etməyib. Belə ki, xəstəxanaların girişində otellərin qeydiyyat şöbəsində olduğu kimi vitrin qurulub, vətəndaşların yalnız qeydiyyatı həyata keçirilir və həkim növbəsi üçün nömrə verilir, yəni kim neçənci adamdır... Vəssalam, yenə ağxalatlıların cibinə pul qoymaq, tibb bacısına “hörmət”, həkimə rüşvət davam edir. Bir tərəfdən vətəndaş dövlətə sığorta pulu ödəniş edir, digər tərəfdən isə həkimlərə pul paylayır. İndi bunun harası tibbi sığorta oldu, Zaur Əliyev? Məsələn, bu yaxınlarda Zabrat qəsəbəsi sakini Fuad Allahverdiyev göndərişlə getdiyi M.Topçubaşov adına ECM-də həkim və tibb bacısının tərbiyəsiz davranışı ilə qarşılaşdıqlarını bildirmişdi. Belə ki, tibbi sığorta ilə gələn vətəndaşa tibb işçisi barmaq işarəsi göstərib. Ümumiyyətlə, ölkə boyu tibbi sığortanın tətbiqində əhaliyə elə barmaq işarəsi göstərilməkdədir. Çünki sığortası olan da olmayan kimi müayinələrə, analizlərə, həkim qəbuluna görə pul verməli olur. Z.Əliyev isə telekanallarda icbari tibbi sığortanın gətirdiyi yeniliklərdən, uğurlardan, inkişafdan dəm vurur. Amma “həkimə də ver, sığortaya da ver” rəzalətindən danışan yoxdur. Göründüyü kimi, özünü tənqidlərin fövqünə çıxarmayan Z.Əliyev R.Bayramlını irəli verməklə onu bitirməyə, bütün günahları onun boynuna biçməyə nail olub. Eyni zamanda “Yeni klinika” rəhbəri Pərviz Abbasovun həbsi də geniş planda baxanda Agentliyin yaratdığı idarəçiliyin nəticəsidir. Z.Əliyev həm TƏBİB, həm pandemiya üzrə ixtisaslaşmış xəstəxanalara nəzarət funksiyasını yerinə yetirir. Ancaq “günah keçisi” taparaq P.Abbasovla R.Bayramlı “vurulur”, özü isə oyundan təmiz çıxmağa çalışır. Yəni bir fiasko olduğunu qəbul etmək istəmir - istər tibbi sığortanın tətbiqinin baş tutmaması, istərsə rəqib gördüyü adamların gedişi... Bu günlərdə isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “bədii janr”da tender keçirmişdi. Zaur Əliyev deyəsən, dövlət vəsaitlərini necə xərcləməyin unikal üsullarını icad etməkdədir. Agentlik icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində xidmət alan vətəndaşların məmnunluğunu ifadə edən bədii janrda video çarxların hazırlanması xidmətlərinin satın alınması üçün tender açıqlayıb. Tenderin qalibi “Medical Media” MMC olub və 11 328 manat hesabına köçürülməlidir. Sadəcə, müsabiqənin elan olunmasının səbəbi qəribədir – vətəndaşların məmnunluğunu ifadə edən bədii janrda video çarxların hazırlanması… Tenderin qalibi olan tibbi bir kanaldır, lakin indiyə qədər hər hansı parlaq fəaliyyətinə rast gəlinməyib. Z.Əliyevin isə bədii janrda video çarxlar üçün 11 mindən çox maliyyə xərcləməsi tender maxinasiyaları ilə bağlı şübhələri artırır. Ölkədə icbari tibbi sığortanın tətbiqinə gəlincə, yanvardan bu proses başlasa da, heç bir ciddi nəticədən söhbət gedə bilməz. Faktiki olaraq, xəstəxanalarda, poliklinikalarda tibbi sığorta formal və simvolik xarakter daşıyır. Anaxeber.info
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Rusiya İranın bu addımına qətiyyən razı olmaz" - ŞƏRH
Bu gün, 09:36 |
|
|
|
• Bank 10 manat aylıq dövriyyəsi olan şirkətə 20 milyon dollar kredit ayırıb? - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 09:33 |
|
|
|
• Şərifov getdi... o, tək qaldı: QALA BİLƏCƏKMİ? - Köhnə eşalonun SON QALASI...
Bu gün, 09:26 |
|
|
|
• Amerika ordusu İranın QULAĞININ DİBİNDƏ... - Hər keçənə hürən molla rejimi bu dəfə LAL OLUB...
Bu gün, 09:16 |
|
|
|
• Çimnaz Sultanova Milli Onkologiya Mərkəzində müalicə alırmış - TƏFƏRRÜAT
Bu gün, 09:10 |
|
|
|
• İran Bakını qana boyamaq istəyir: təhlükə böyüdü – Sui-qəsd planında görün kimlər olub
Bu gün, 09:06 |
|
|
|
• Nikol ABŞ sərhədçilərini gətirdi: Kreml cavab verəcək! - NƏ BAŞ VERİR?
Bu gün, 09:04 |
|
|
|
• Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:00 |
|
|
|
• ADAU ŞƏLALƏSİ... - Qurbanovun himayə etdiyi bu Şəlalənin səsi SONRA ÇIXACAQ...
Bu gün, 08:55 |
|
|
|
• Cənab nazir... bax, bu evdir... 15 ildir QƏZALIDIR... AMMA... - Kəmaləddin Heydərova MÜRACİƏT...
Bu gün, 08:44 |
|
|
|
• `Azəristiliktəchizat`ın işçiləri özlərindən `AMERİKA KƏŞF EDİBLƏR...` - Bir nəfər borclu var deyə... bütün bina sakinləri DONMALIDIR!
Bu gün, 08:37 |
|
|
|
• Ermənistanda rus bazaları var: ABŞ hərbçiləri hara gələcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:30 |
|
|
|
• Rusiyadan gələn reaksiyanın PƏRDƏARXASI - "Qara qutu" müəmması
Bu gün, 08:28 |
|
|
|
• Bu qurum `DAMARA BAXIB` BORC YAZIR... - NARAZILIQ VAR...
Bu gün, 08:25 |
|
|
|
• Buranın zəmanətinə ZƏMANƏT YOXDUR! - GİLEY
Bu gün, 08:20 |
|
|
|
• ABŞ-Ermənistan sazişi: Hədəfdə kim var? - Görünəni odur ki...
Bu gün, 07:12 |
|
|
|
• İrəvan əslində Bakının gedişlərini təkrarlayır... - FAKT BUDUR!
Bu gün, 07:10 |
|
|
|
• "Mənim evimə bir qəpik pul girmir..." - Vətəndaş HARAY ÇƏKİR
Bu gün, 07:06 |
|
|
|
• İran müharibəsi başlayır, Nikol mövqeyini seçdi - Nahapetyan
Bu gün, 07:02 |
|
|
|
• Manatı və Azərbaycanı NƏ GÖZLƏYİR? - AKTUAL
Bu gün, 07:00 |
|
|
|
• Yevlaxda həkimlər sağaltmır, öldürür... - BU NƏDİ BELƏ?
Bu gün, 06:57 |
|
|
|
• İrəvan Bakının sülh şərtlərinin dəyişməyəcəyini anlayıb - Başqa cür ola da bilməz...
Bu gün, 06:53 |
|
|
|
• Zirəddin ən qorxunc proqnozlarını açıqladı - “Atom fəlakəti görürəm…”
Bu gün, 06:41 |
|
|
|
• UNUN qiyməti müəyyənləşdi: ÇÖRƏK BAHALAŞACAQ - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:39 |
|
|
|
• Sağlamlıq haqqında arayış BİZNESİ... - AXI NİYƏ?..
Bu gün, 06:36 |
|
|
|
• Baqdasaryan Qarabağ ermənilərini ifşa etdi - 35 il davam edən ŞOK saxtakarlıq
Bu gün, 06:32 |
|
|
|
• ABŞ-Ermənistan strateji tərəfdaşlığı İrəvana və regiona nə vəd edir? - İNCƏLƏMƏ
Bu gün, 06:28 |
|
|
|
• Ankaranın qətiyyəti: Terrorçular təslim olacaqlar? - GƏLİŞMƏ
Bu gün, 06:23 |
|
|
|
• Ermənistan: Qərbin “Troya atı” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 00:05 |
|
|
|
• Görünür, ötən dövr ərzində İran Ermənistanda öz qüvvələrini yetişdirib - ŞƏRH
Bu gün, 00:02 |
|
|
|
• Rusiya təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi - KİV
Dünən, 23:05 |
|
|
|
• Moskva paradına kimlər dəvət olunub? – Belousov açıqladı
Dünən, 22:19 |
|
|
|
• Rusiya mətbuatından AZAL təyyarəsinin pilotlarına həyasız iddia - yayılan stenoqram...
Dünən, 22:17 |
|
|
|
• ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb? - İLGİNC
Dünən, 22:15 |
|
|
|
• İran və Rusiya gizli danışıqlar aparır – Detallar AÇIQLANDI
Dünən, 22:13 |
|
|
|
• Həbsdəki sabiq generalla dövlət qurumu arasında pensiya davası - Pulumu verin!
Dünən, 22:09 |
|
|
|
• İrəvan-Vaşinqton müttəfiqliyi: Tehran gözünü döyüb baxacaqmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:14 |
|
|
|
• Fərhad Əhmədovun da mühafizəçisi olmuş Kamil niyə vəfat etdi? - FOTO
Dünən, 21:07 |
|
|
|
• Ermənistan dörd qonşunun hədəfinə çevrildi – ABŞ Paşinyanı “minalanmış” sahəyə buraxıb
Dünən, 20:42 |
|
|
|
• Azərə yardım məqsədi ilə dələduzluğa cəhd etdilər - "...mənə yazdığı bütün mesajları silib"
Dünən, 20:35 |
|
|
|
• Bu holdinqin maliyyə problemləri bitmir - 550 min vergi borcu var
Dünən, 20:16 |
|
|
|
• Xəstəxanada səs-küy salan həkim - 100 manat cərimələndi
Dünən, 20:14 |
|
|
|
• Azərbaycanda fahişəliklə məşğul olan 5 iranlı tələbə deport edildi - "MOUZE"
Dünən, 20:07 |
|
|
|
• Bakıdakı dəhşətli terror planı: İŞİD-ə sadiqlik andı içmiş radikalın hücumu son anda əngəlləndi - TƏFƏRRÜAT
Dünən, 20:01 |
|
|
|
• Ötən il əhali ASB-dən 17 milyondan çox depoziti geri çəkib - ÇÖKÜŞ?
Dünən, 19:59 |
|
|
|
• Aktrisa Çimnaz Sultanova vəfat edib
Dünən, 19:56 |
|
|
|
• ABŞ Ermənistanı “ayının” pəncəsi altına atdı: - “Kreml İrəvanı bağışlamayacaq”
Dünən, 19:02 |
|
|
|
• Ailə quran gənclərə ucuz ev, faizsiz kredit verilə bilər? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• “Elə bir yaşdayam ki, nə qalmaqal, nə də...” - buna görə seriallara çəkilmir
Dünən, 18:58 |
|
|
|
• Bu kənddə kommunikasiya sistemlərinin qurulmasına 26 milyon manat ayrılıb
Dünən, 18:17 |
|
|
|
|