Gəncə təhsilində ÖZBAŞINALILQ - Prezidentə müraciət olundu
Tarix: 12-08-2021, 12:26 | Çap et
DİA.AZ: - Əməkdar müəllim, Prezident mükafatçısı, şair, 8 şeir kitabının müəllifi, Azərbaycan yazıçılar, Jurnalistlər, aşıqlar birliyinin üzvü, “Qızıl Qələm” Mükafatı laureatı, 1995-ci ildən bəri YAP-ın üzvü, Gəncə Şəhər Veteranlar Şurasının üzvü Həsənov İlham Musa oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının 1-ci vitse Prezidenti Mehriban xanım Əliyevaya Müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"Çox hörmətli cənab Prezident !
Mən dəhşətə gəlirəm, ona görə ki, bundan qabaq sizə yazmış olduğum 16 müraciətin heç birinə Azərbaycan Respublikası Təhsil Nazirliyinin laqeydliyi, səriştəsizliyi ucbatından cavab verilməmişdir. Çünki, Təhsil Nazirliyinin öz daxilində baş verən çəkişmələr, öz başınalıqlar, ictimai-siyasi proseslər özünün pik nöqtəsinə çatmışdır. Artıq ictimaiyyətə məlumdur ki, Təhsil Nazirliyində xüsusi qruplaşmalar var. Yəni, Nazirlik sistemində çalışan qeyri-peşəkar bəzi rəhbər işçilər o cümlədən nazir müavini Muxtar Məmmədov, nazirliyin rəsmiləri Rəşad Xanlarov, Orxan Abbasov, Eşqi Bağırov və s. Özlərini hər biri nazir kimi aparır və heç kimi saymırlar. Bu adamlar sadə Azərbaycan vətəndaşlarını xüsusilə sadə müəllimləri milçək kimi tapdalamağa çalışırlar. Bunlara baxıb Gəncə şəhəri Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev də Gəncədə özünü nazir kimi aparır. O heç kəsdən qorxub çəkinmir, siravi müəllimləri qəbul belə etmir. Niyə? Çünki, müəllim deyil, bu adam mühasibdir. Mənə qəribə gələn odur ki, Anar Qədiməliyev müəllimlik peşəsini sevirdisə elə gəncliyindən Pedaqoji Universitetə qəbul olub, elə müəllim olardı. Ancaq bu adam özü üçün mühasiblik ixtisasını seçib, Aqrar Universiteti bitirib. Hələ buradan belə nəticə çıxır ki, bir insan heç öz ixtisasını da mükəmməl bilmir. Əgər bilsəydi, gedib öz ixtisası üzrə işləyərdi. İndi mən Pedaqoji Universiteti bitirib, müəllimlik peşəsinə yiyələnmişəm. 45 ildir müəllim işləmişəm. İndi mənə desinlər ki, gəl səni Gəncə şəhərinə Maliyyə İdarəsinə müdir qoyuruq. Təbiidir ki, bir mənalı qaydada cavab verərdim ki, mən maliyyəçi deyiləm. Mənim maliyyədən başım çıxmır çünki, bəs mənim ağlıma nə gəlib? Burdan artıq hamıya aydındır ki, həmin bu gəncin psixoloji durumunda problem var. Yəni ağlı olan kəs bir başa Təhsil İdarəsinin müdiri işləyə bilməz. Cənab Prezident, bu şəxs Təhsil İdarəsinin funksiyasını bilmir. Bu adam məktəbşünaslığı bilmir, pedaqogika və psixologiyadan xəbərsizdir. Ona görə də Gəncə təhsili bərbad günə qalıb. Bu baxımdan da əsl təhsil işçisi olan şəxs Respublikanın əməkdar müəllimi, ictimai xadim, ömrünü-gününü gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş, şair, Prezident mükafatçısı, ən nəhayət 44 günlük müharibədə parlaq qələbəmizə ithaf etdiyi və respublikanın müxtəlif dövri mətbuatında dərc olunan Qələbə müjdəli şeirlərin, o cümlədən “Gedək çıxaq Qarabağa”, “Qarabağ Azərbaycandır”, “Azərbaycan əsgəri” kimi şeirlərin müəllifi yəni, Həsənov İlham Musa oğlunu qərəzli şəkildə 65 yaşı tamam olan kimi sifariş verib işdən çıxartdırmazdı. Çünki, mən bu adamlara xeyir eləmirəm, mən ancaq dövlətə və dövlətçiliyə xidmət edirəm, mən ulu öndər Heydər Əliyevin yaxın dostu və silahdaşıyam. Cənab prezident, məni bir sual düşündürür: Bu adamın özbaşınalıqlarından, hikkəsindən rəhbərliyin xəbəri yoxdur? -Var, sadəcə olaraq onlar da SOROS-dan qorxub, çəkinib, ciddi ölçü və tədbir görmürlər. Bu adamın Təhsil Nazirliyində dayaq nöqtələri var, əsas Muxtar Məmmədov, Orxan Abbasov və Eşqi Bağırovdur. Hətta deyilənə görə, Orxan Abbasovda Muxtar Məmmədovla kirvəlik münasibətləri də var. Konkret olaraq, sizin nəzərinizə onu çatdırmaq istəyirəm ki, Allah Heydər Əliyevə Rəhmət Etsin! Onun qəbri nurla dolsun! Sizi inandırım ki, mənim bu işimlə bağlı Heydər Əliyevin ruhu narahatdır. Onun goruna qurban olum! Əgər Heydər Əliyev sağ olsaydı, Təhsil Nazirliyinin mənim barəmdə verdikləri qeyri-qanuni əmri, nazirliyin özbaşınalıqlarını, ədalətsizliklərini, xalqa məlum olan biabırçılıqlarını heç kəsə bağışlamazdı. Hətta inandırım ki, öz doğma oğlu sizə-İlham Əliyevə də bağışlamazdı. Necə yəni? 65 yaşı tamam olan kimi mənim əmrimə xitam verilir, mənim kimi ictimai xadim işdən çıxarılır. Amma 75-85 yaşlı adi məktəb direktorları işdə saxlanılır. Hətta Gəncədə 67 yaşlı Bəhram İmranov işdə saxlanılır. Xeyir ola? Yəni, bundan sonrada inanıram ki, Emin Əmrullayev nazirlikdəki həmin qruplaşmaya qətiyyətli sözünü deyəcəkdir. Maraqlıdır ki, mənim haqqımda da nə müsbət, nə mənfi cavab verə bilmirlər. Çünki, tutarlı səbəbləri yoxdur. Bu adamlar yalnız yuxarıdan tapşırılan və ya rüşvət verən məktəb direktorlarını işdə saxlayırlar. Bunu mən demirəm. Elementar məntiq deyir. Bəs onda məqsədiniz, marağınız nədir? Təhsil Naziri Emin Əmrullayev öz əməkdar müəlliminin taleyini ancaq özü müsbət mənada həll edə bilər. Bu da bir nazirin uğurlu və nümunəvi addımı olar. Haqq və ədalətin yerini yanındakı işlərini bilməyən işçilərinə göstərmiş olar. Cənab Prezident, bu 17- ci müraciətimi sizə və hörmətli Mehriban xanıma ünvanlayıram. Yalnız bu ölkədə Heydər Əliyevin əsasını qoyduğu dövlətimizin uğurlu yolunu layiqincə davam etdirən sizə ümid bəsləyirəm. Mənə kömək eləsə yalnız siz edə bilərsiniz. Ən başlıcası sizdən xahiş edirə ki, Gəncə təhsilinin başındakı bu qara buludu tamamilə dağıdıb Anar Qədiməliyevi tezliklə Gəncədən uzaqlaşdırasınız. Bu adam Gəncə Təhsilinə ləkədir. Artıq Təhsil İdarəsində 1 və ya 2 nəfər təhsil işçisi qalıb, digərləri bank işçiləridir. Görün gənclərimizin taleyini kimlərə həvalə etmişik. Vallah bunları tarix bizə bağışlamayacaq. Gənc nəsil vaxt gələcək bizi lənətləyəcək. Cənab Prezident, sizdən bir Azərbaycan ziyalısı kimi, çox xahiş edirəm ki, siz tərəfdən səlahiyyətli bir şəxs məni qəbul etsin. Mən hər şeyi ona danışım. Öncədən dərin təşəkkürümü bildirirəm".
İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Məktəbin tikintisinə ayrılan maliyyə hara getdi, kimlər məsuliyyət daşıyır?" - SAKİNLƏR ÇARƏSİZDİR
Bu gün, 11:05 |
|
|
|
• Hospital rəisindən Elçin Quliyevə şikayət - NARAZILIQ VAR...
Bu gün, 11:02 |
|
|
|
• Şəmkirin keçmiş icra başçısının oğlunu öldürən şəxs vaxtından əvvəl azadlığa çıxmaq istəyir
Bu gün, 10:58 |
|
|
|
• Sazişdən sonra Tramp Ermənistanı daha da gücləndirəcək... - AKTUAL
Bu gün, 10:55 |
|
|
|
• Sənubər Nəzərova Departament rəhbəri təyin edildi - BUNDAN SONRA...
Bu gün, 10:54 |
|
|
|
• "Sabah kimisə öldürsə, yenə də sərbəst qala bilər..." - İLGİNC İDDİA
Bu gün, 10:52 |
|
|
|
• Xırdalandan Sumqayıta gedənlər küçələrdə qalıb - 10 dəqiqəlik interval bir saata qaldırılıb
Bu gün, 10:46 |
|
|
|
• Məhkəmə Ağadadaş Ağayevin mülki iddiasına xitam verilməsi barədə qərar qəbul edib
Bu gün, 10:45 |
|
|
|
• Neftçilərlə bərabər işçiləri daşıyan matrosların da maaşları yerində sayır... - ETİRAZ VAR...
Bu gün, 10:44 |
|
|
|
• “Atamın qızıllarını Sevda verib Günaya” – 186 minlik ZƏRGƏRLİK İŞİ
Bu gün, 10:27 |
|
|
|
• İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 10:12 |
|
|
|
• Müharibə olacaq, Zəngəzur dəhlizi... - Danielyan
Bu gün, 10:07 |
|
|
|
• "Tramp üçün də əlavə başağrısı yaradırlar" - deputat
Bu gün, 10:03 |
|
|
|
• Seçki ayında bələdiyyələr birləşir - nələr dəyişəcək?
Bu gün, 09:56 |
|
|
|
• “Capital City” ilə KİMSƏ BACARA BİLMİR? - "Başqa əlacımız qalmayıb..."
Bu gün, 09:41 |
|
|
|
• "Rusiya İranın bu addımına qətiyyən razı olmaz" - ŞƏRH
Bu gün, 09:36 |
|
|
|
• Bank 10 manat aylıq dövriyyəsi olan şirkətə 20 milyon dollar kredit ayırıb? - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 09:33 |
|
|
|
• Şərifov getdi... o, tək qaldı: QALA BİLƏCƏKMİ? - Köhnə eşalonun SON QALASI...
Bu gün, 09:26 |
|
|
|
• Amerika ordusu İranın QULAĞININ DİBİNDƏ... - Hər keçənə hürən molla rejimi bu dəfə LAL OLUB...
Bu gün, 09:16 |
|
|
|
• Çimnaz Sultanova Milli Onkologiya Mərkəzində müalicə alırmış - TƏFƏRRÜAT
Bu gün, 09:10 |
|
|
|
• İran Bakını qana boyamaq istəyir: təhlükə böyüdü – Sui-qəsd planında görün kimlər olub
Bu gün, 09:06 |
|
|
|
• Nikol ABŞ sərhədçilərini gətirdi: Kreml cavab verəcək! - NƏ BAŞ VERİR?
Bu gün, 09:04 |
|
|
|
• Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:00 |
|
|
|
• ADAU ŞƏLALƏSİ... - Qurbanovun himayə etdiyi bu Şəlalənin səsi SONRA ÇIXACAQ...
Bu gün, 08:55 |
|
|
|
• Cənab nazir... bax, bu evdir... 15 ildir QƏZALIDIR... AMMA... - Kəmaləddin Heydərova MÜRACİƏT...
Bu gün, 08:44 |
|
|
|
• `Azəristiliktəchizat`ın işçiləri özlərindən `AMERİKA KƏŞF EDİBLƏR...` - Bir nəfər borclu var deyə... bütün bina sakinləri DONMALIDIR!
Bu gün, 08:37 |
|
|
|
• Ermənistanda rus bazaları var: ABŞ hərbçiləri hara gələcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:30 |
|
|
|
• Rusiyadan gələn reaksiyanın PƏRDƏARXASI - "Qara qutu" müəmması
Bu gün, 08:28 |
|
|
|
• Bu qurum `DAMARA BAXIB` BORC YAZIR... - NARAZILIQ VAR...
Bu gün, 08:25 |
|
|
|
• Buranın zəmanətinə ZƏMANƏT YOXDUR! - GİLEY
Bu gün, 08:20 |
|
|
|
• ABŞ-Ermənistan sazişi: Hədəfdə kim var? - Görünəni odur ki...
Bu gün, 07:12 |
|
|
|
• İrəvan əslində Bakının gedişlərini təkrarlayır... - FAKT BUDUR!
Bu gün, 07:10 |
|
|
|
• "Mənim evimə bir qəpik pul girmir..." - Vətəndaş HARAY ÇƏKİR
Bu gün, 07:06 |
|
|
|
• İran müharibəsi başlayır, Nikol mövqeyini seçdi - Nahapetyan
Bu gün, 07:02 |
|
|
|
• Manatı və Azərbaycanı NƏ GÖZLƏYİR? - AKTUAL
Bu gün, 07:00 |
|
|
|
• Yevlaxda həkimlər sağaltmır, öldürür... - BU NƏDİ BELƏ?
Bu gün, 06:57 |
|
|
|
• İrəvan Bakının sülh şərtlərinin dəyişməyəcəyini anlayıb - Başqa cür ola da bilməz...
Bu gün, 06:53 |
|
|
|
• Zirəddin ən qorxunc proqnozlarını açıqladı - “Atom fəlakəti görürəm…”
Bu gün, 06:41 |
|
|
|
• UNUN qiyməti müəyyənləşdi: ÇÖRƏK BAHALAŞACAQ - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:39 |
|
|
|
• Sağlamlıq haqqında arayış BİZNESİ... - AXI NİYƏ?..
Bu gün, 06:36 |
|
|
|
• Baqdasaryan Qarabağ ermənilərini ifşa etdi - 35 il davam edən ŞOK saxtakarlıq
Bu gün, 06:32 |
|
|
|
• ABŞ-Ermənistan strateji tərəfdaşlığı İrəvana və regiona nə vəd edir? - İNCƏLƏMƏ
Bu gün, 06:28 |
|
|
|
• Ankaranın qətiyyəti: Terrorçular təslim olacaqlar? - GƏLİŞMƏ
Bu gün, 06:23 |
|
|
|
• Ermənistan: Qərbin “Troya atı” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 00:05 |
|
|
|
• Görünür, ötən dövr ərzində İran Ermənistanda öz qüvvələrini yetişdirib - ŞƏRH
Bu gün, 00:02 |
|
|
|
• Rusiya təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi - KİV
Dünən, 23:05 |
|
|
|
• Moskva paradına kimlər dəvət olunub? – Belousov açıqladı
Dünən, 22:19 |
|
|
|
• Rusiya mətbuatından AZAL təyyarəsinin pilotlarına həyasız iddia - yayılan stenoqram...
Dünən, 22:17 |
|
|
|
• ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb? - İLGİNC
Dünən, 22:15 |
|
|
|
• İran və Rusiya gizli danışıqlar aparır – Detallar AÇIQLANDI
Dünən, 22:13 |
|
|
|
|