Əmək müqaviləsiz işçiləri çalışdıran "Binəqədi park" MMC qanunları tanımır: - Tikinti "patron"u Nazim kimə arxayındır?..
Tarix: 4-08-2021, 11:48 | Çap et
"DogruXeber.az" informasiya agentliyinin redaksiyasına Şəki rayon sakini 57 yaşlı Abdullayev Sakit Şakir oğlu müraciət edib.
Sakit Abdullayev müraciətində bildirir ki, Binəqədi rayon "Zəngəzur" qəsəbəsində aparılan 4 mərtəbəli binanın hazırda davam edən tikintisində 6 gün fəhlə işləyib.
Lakin, artıq orada işləmir.
Səbəb isə onunla bir tikinti obyektində çalışan digər fəhlənin ustası Aydın İlə dava etməsidir.
Sakit Abdullayev redaksiyamıza təqdim etdiyi şikayət ərizəsində qeyd edir ki, usta Aydın öz fəhləsinə deyil, Sakit Abdullayevə "Dur, mənə palçıq gətir" deməsi, ona acıq gedib.
A.Sakit gətirməyəcəyini, onun öz fəhləsinə tapşırıq verməli olduğunu dedikdə, usta onun atasına söyərək, təhqir edib və boynunun arxasından zərbə endirib.
Bu barədə Sakit Abdullayev sözügedən tikintidə prorab olan Füzuli adlı şəxsə və həmin ərazi üzrə polis bölməsinə şikayət edib.
Sakit Abdullayev iddia edir ki: - "Polis tikintinin rəhbəri ilə əlbir olub, məni hadisədən bir neçə gün keçdikdən sonra ekspertizaya göndərdi. Ovaxta qədər artıq ustanın vurduğu zərbənin yeri sağalmaq üzrə olduğundan ekspertiza rəyində zərbənin yüngül olduğu qeyd edilib".
S.Abdullayev isə buna etiraz edib və dəymiş ziyanı ödəmələrini tələb edib.
Çalışdığı tikinti obyekti ona 600 (altı yüz) manat pul təklif edib. S. Abdullayev təklif olunan məbləğ ilə razılaşmayıb.
Bundan sonra, necə deyərlər, "Əli aşından da olub, Vəli aşından da".
S. Abdullayev edaksiyamıza müraciətində bir polisin onun işinə düzgün baxmadığını iddia edir, bir də dəymiş ziyanın 1.000 (min) manat məbləğində olmaqla ona ödənilməsini tələb edir.
Bu Binəqədi rayon "Zəngəzur" qəsəbəsində yerləşən tikinti obyektində baş vermiş hadisədir.
Lakin, sözügedən tikinti obyektində daha böyük proseslər də baş verməkdədir.
Sən demə "öküzün yekəsi pəyədə imiş".
Demək, Sakit Abdullayev orada işə alındığı gündən, işdən kənarlaşdığı günə qədər heç bir əmək müqaviləsi olmadan işləyib. (Həmçinin digər çalışanların da əmək müqaviləsinin olmadığını bildirir.)
Şirkətin tikintidə çalışanları xüsusi geyimlərlə təmin etməməsi, eyni zamanda onların təhlükəsizliyini təmin etməməsi barəsində də məlumat almışıq.
Buradan belə nəticəyə gəlmək olur ki, şirkət işçilərini əmək müqaviləsi bağlamadan çalışdırmaqla həm əmək məcəlləsinin müvafiq maddələrini heçə sayır, həm də dövlətin vergisini ödəməkdən yayınır.
Bütün bunlar barəsində redaksiyamız tərəfindən Dövlət Əmək Müfəttişliyinə və Vergilər Nazirliyinə rəsmi sorğu göndəriləcək.
Nəticələri barəsində isə növbəti yayımlarımızda izləyicilərimizə ətraflı məlumat veriləcək.
P.S: Mövcud məsələ barəsində qarşı tərəfin də mövqeyini dinləmək məqsədilə sözügedən tikinti obyektinin prorabı Fizuli bəylə telefon əlaqəsi saxladıq.
Fizuli bəy biz özümüzü təqdim edib, zəng etmə səbəbimizi bildirən kimi, bizi qabaqlayıb ilk sualı o verdi:
- "Müəllim, siz heç yoxladınız o insanın psixi durumu yerindədir, yoxsa yox?".
Cavabında Fizuli bəyə bunun bizim işimiz olmadığını bildirdik və izah etdik ki, bizim işimiz sadəcə şikayətçinin şikayətini və qarşı tərəfin mövqeyini öyrənib dərc etməkdir. Araşdırma və digər məsələlər hüquq-mühafizə orqanlarının işidir. Bununla bağlı biz aidiyyəti qurumlara rəsmi sorğu göndərəcəyik, onlar lazımi araşdırmalar aparıb, müvafiq tədbirlər görəcəklər.
Fizuli bəy: - "Ay müəllim o adam normal adam deyil. O psixdir. Ona mən dedim gəl 300 manat verək, əl çək bizdən. Cəhənnəm ol get. Ürək bulandırma. O da deyir yox, mənə 1.000 (min) manat ver. O adamın psixikası normal deyil. Sizin başqa işiniz yoxdur düşmüsünüz bir xəstənin sözüylə ortaya?"
Biz: - " Fizuli bəy, siz bu adamı orada 8 gün əmək müqaviləsi bağlamadan işlətmisiniz..."
Fizuli bəy sözümüzü ağzımızda kəsib:
- "O heç də onu qoy qırağa. Biz indi Sakitin şikayətindən danışırıq".
Qeyd: Fizuli bəyin və onun kimi bir çoxlarının "qırağa qoyduqları" bu məsələ Azərbaycan qanunlarının kobud şəkildə pozulması faktıdır.
Bundan əlavə yüzlərlə, bəlkə də minlərlə tikinti obyektlərində yaşanan qəzalar zamanı ölən və xəsarət alan, bir tikə çörək üçün evindən çıxan insanların qanının batmasıdır.
Bunu onlar dərk etmir. Ya da etmək istəmirlər.
Fizuli bəy əvvəl bizimlə normal şəkildə danışıb, məsələni yerində araşdırmamız üçün həmin obyektə getməmizi xahiş etdi. Biz də cavabında: "Yaxşı. O zaman biz sabah komanda ilə yaxınlaşarıq"- dedik.
Fizuli bəy bu zaman çox aqressiv şəkildə:
- "Hə, di yığ komandanı gəl. Əl çək. Kiminlə istəyirsən gəl".
Biz: - "Nə komanda?"
Fizuli bəy: (kinayəli) - "Demirsən komanda yığıb gələcəm? Mən də deyirəm kimi istəyirsən yığ, gəl. Biz də burda qarşılayacağıq".
Söhbətimizin əvvəlində özünü ali təhsilli mühəndis kimi təqdim edən 60 yaşlı Fizuli bəy bizim aparacağımız çəkiliş komandasını, "söhbətə gedən məhlə uşaqları" zənn etmişdi deyəsən.
Əlqərəz.
Fizuli bəylə söhbətimizdən bir qədər sonra həmin tikintinin rəhbəri Nazim adlı şəxs bizimlə telefon əlaqəsi saxladı və başladı bizə işimizi öyrətməyə ki, "siz əvvəlcə ekspertizadan araşdırın, sonra polisdən".
Biz təkrar Nazim bəyə də izah etdik ki, araşdırmaq üçün aidiyyəti qurumlara rəsmi sorğu göndəriləcək, lazım olan addımlar aidiyyəti qurumlar tərəfindən atılacaqdır.
Əmək müqaviləsi olmadan 8 gün işçi işlətmələrini də Nazim bəy belə izah etdi ki: - "O adam gəldi məndən normal şəkildə iş istədi, mən də götürdüm görüm necə işləyir. Ona görə sənədsiz idi. Mən özümə şəxsi ev tikirəm".
Qeyd: Şikayətçi Sakit Abdullayev inşa edilməkdə olan binanın 5 mərtəbəli iaşə obyekti məqsədli olduğunu deyir.
Tikintinin prorabı Fizuli bəy tikinti şirkətinin adını "Binəqədi park" MMC olduğunu bizə bildirmişdi.
Tikintinin rəhbəri Nazim bəy isə özünə 4 mərtəbəli ev tikdirdiyini bildirir.
Tikintinin özəl olması Əmək Məcəlləsinin müvafıq maddələrini pozmağa əsas vermir. İstənilən halda müqaviləsiz çalışdırmaq, birmənalı şəkildə çalışanların hüquqlarını pozmaqdır.
Daha sonra Nazim bəy onu da qeyd etdi ki, "o insan normal insan deyil. O bu yolla insanları şantaj edib pul qazanır".
İstər prorabın, istərsə də tikinti rəhbərinin gətirdikləri arqumentlərin heç birisi nə onlara, nə də onlar kimi çalışan digər obyektlərə insanların hüquqlarını, dövlətin qanunlarını pozmağa əsas vermir.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Məktəbin tikintisinə ayrılan maliyyə hara getdi, kimlər məsuliyyət daşıyır?" - SAKİNLƏR ÇARƏSİZDİR
Bu gün, 11:05 |
|
|
|
• Hospital rəisindən Elçin Quliyevə şikayət - NARAZILIQ VAR...
Bu gün, 11:02 |
|
|
|
• Şəmkirin keçmiş icra başçısının oğlunu öldürən şəxs vaxtından əvvəl azadlığa çıxmaq istəyir
Bu gün, 10:58 |
|
|
|
• Sazişdən sonra Tramp Ermənistanı daha da gücləndirəcək... - AKTUAL
Bu gün, 10:55 |
|
|
|
• Sənubər Nəzərova Departament rəhbəri təyin edildi - BUNDAN SONRA...
Bu gün, 10:54 |
|
|
|
• "Sabah kimisə öldürsə, yenə də sərbəst qala bilər..." - İLGİNC İDDİA
Bu gün, 10:52 |
|
|
|
• Xırdalandan Sumqayıta gedənlər küçələrdə qalıb - 10 dəqiqəlik interval bir saata qaldırılıb
Bu gün, 10:46 |
|
|
|
• Məhkəmə Ağadadaş Ağayevin mülki iddiasına xitam verilməsi barədə qərar qəbul edib
Bu gün, 10:45 |
|
|
|
• Neftçilərlə bərabər işçiləri daşıyan matrosların da maaşları yerində sayır... - ETİRAZ VAR...
Bu gün, 10:44 |
|
|
|
• “Atamın qızıllarını Sevda verib Günaya” – 186 minlik ZƏRGƏRLİK İŞİ
Bu gün, 10:27 |
|
|
|
• İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 10:12 |
|
|
|
• Müharibə olacaq, Zəngəzur dəhlizi... - Danielyan
Bu gün, 10:07 |
|
|
|
• "Tramp üçün də əlavə başağrısı yaradırlar" - deputat
Bu gün, 10:03 |
|
|
|
• Seçki ayında bələdiyyələr birləşir - nələr dəyişəcək?
Bu gün, 09:56 |
|
|
|
• “Capital City” ilə KİMSƏ BACARA BİLMİR? - "Başqa əlacımız qalmayıb..."
Bu gün, 09:41 |
|
|
|
• "Rusiya İranın bu addımına qətiyyən razı olmaz" - ŞƏRH
Bu gün, 09:36 |
|
|
|
• Bank 10 manat aylıq dövriyyəsi olan şirkətə 20 milyon dollar kredit ayırıb? - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 09:33 |
|
|
|
• Şərifov getdi... o, tək qaldı: QALA BİLƏCƏKMİ? - Köhnə eşalonun SON QALASI...
Bu gün, 09:26 |
|
|
|
• Amerika ordusu İranın QULAĞININ DİBİNDƏ... - Hər keçənə hürən molla rejimi bu dəfə LAL OLUB...
Bu gün, 09:16 |
|
|
|
• Çimnaz Sultanova Milli Onkologiya Mərkəzində müalicə alırmış - TƏFƏRRÜAT
Bu gün, 09:10 |
|
|
|
• İran Bakını qana boyamaq istəyir: təhlükə böyüdü – Sui-qəsd planında görün kimlər olub
Bu gün, 09:06 |
|
|
|
• Nikol ABŞ sərhədçilərini gətirdi: Kreml cavab verəcək! - NƏ BAŞ VERİR?
Bu gün, 09:04 |
|
|
|
• Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:00 |
|
|
|
• ADAU ŞƏLALƏSİ... - Qurbanovun himayə etdiyi bu Şəlalənin səsi SONRA ÇIXACAQ...
Bu gün, 08:55 |
|
|
|
• Cənab nazir... bax, bu evdir... 15 ildir QƏZALIDIR... AMMA... - Kəmaləddin Heydərova MÜRACİƏT...
Bu gün, 08:44 |
|
|
|
• `Azəristiliktəchizat`ın işçiləri özlərindən `AMERİKA KƏŞF EDİBLƏR...` - Bir nəfər borclu var deyə... bütün bina sakinləri DONMALIDIR!
Bu gün, 08:37 |
|
|
|
• Ermənistanda rus bazaları var: ABŞ hərbçiləri hara gələcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:30 |
|
|
|
• Rusiyadan gələn reaksiyanın PƏRDƏARXASI - "Qara qutu" müəmması
Bu gün, 08:28 |
|
|
|
• Bu qurum `DAMARA BAXIB` BORC YAZIR... - NARAZILIQ VAR...
Bu gün, 08:25 |
|
|
|
• Buranın zəmanətinə ZƏMANƏT YOXDUR! - GİLEY
Bu gün, 08:20 |
|
|
|
• ABŞ-Ermənistan sazişi: Hədəfdə kim var? - Görünəni odur ki...
Bu gün, 07:12 |
|
|
|
• İrəvan əslində Bakının gedişlərini təkrarlayır... - FAKT BUDUR!
Bu gün, 07:10 |
|
|
|
• "Mənim evimə bir qəpik pul girmir..." - Vətəndaş HARAY ÇƏKİR
Bu gün, 07:06 |
|
|
|
• İran müharibəsi başlayır, Nikol mövqeyini seçdi - Nahapetyan
Bu gün, 07:02 |
|
|
|
• Manatı və Azərbaycanı NƏ GÖZLƏYİR? - AKTUAL
Bu gün, 07:00 |
|
|
|
• Yevlaxda həkimlər sağaltmır, öldürür... - BU NƏDİ BELƏ?
Bu gün, 06:57 |
|
|
|
• İrəvan Bakının sülh şərtlərinin dəyişməyəcəyini anlayıb - Başqa cür ola da bilməz...
Bu gün, 06:53 |
|
|
|
• Zirəddin ən qorxunc proqnozlarını açıqladı - “Atom fəlakəti görürəm…”
Bu gün, 06:41 |
|
|
|
• UNUN qiyməti müəyyənləşdi: ÇÖRƏK BAHALAŞACAQ - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:39 |
|
|
|
• Sağlamlıq haqqında arayış BİZNESİ... - AXI NİYƏ?..
Bu gün, 06:36 |
|
|
|
• Baqdasaryan Qarabağ ermənilərini ifşa etdi - 35 il davam edən ŞOK saxtakarlıq
Bu gün, 06:32 |
|
|
|
• ABŞ-Ermənistan strateji tərəfdaşlığı İrəvana və regiona nə vəd edir? - İNCƏLƏMƏ
Bu gün, 06:28 |
|
|
|
• Ankaranın qətiyyəti: Terrorçular təslim olacaqlar? - GƏLİŞMƏ
Bu gün, 06:23 |
|
|
|
• Ermənistan: Qərbin “Troya atı” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 00:05 |
|
|
|
• Görünür, ötən dövr ərzində İran Ermənistanda öz qüvvələrini yetişdirib - ŞƏRH
Bu gün, 00:02 |
|
|
|
• Rusiya təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi - KİV
Dünən, 23:05 |
|
|
|
• Moskva paradına kimlər dəvət olunub? – Belousov açıqladı
Dünən, 22:19 |
|
|
|
• Rusiya mətbuatından AZAL təyyarəsinin pilotlarına həyasız iddia - yayılan stenoqram...
Dünən, 22:17 |
|
|
|
• ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb? - İLGİNC
Dünən, 22:15 |
|
|
|
• İran və Rusiya gizli danışıqlar aparır – Detallar AÇIQLANDI
Dünən, 22:13 |
|
|
|
|