Bəzi yerlərdə arabir duman olacaq .....                     Trend mahnısının cümləsi qalmaqallı oldu: .....                     "Bank Avrasiya"nın xalis mənfəəti 3 mln. manata yaxın azalıb .....                     Sumqayıtda təşkilat sədri hücuma məruz qaldı: Polis hərəkətə keçdi .....                     3 il əvvəl başlayan sürüşmənin qarşısı niyə ALINMIR? .....                     Vaşinqton İrəvana necə "hamilik" edəcək? .....                     Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO və tərəfdaş ölkələrin Baş Qərargah rəislərinin iclasında iştirak edib .....                     Bakıda restoranda baş verən cinayətin görüntüləri yayılıb .....                     Paşinyan Rusiyanın təhdidlərindən narahatdır .....                     316 saylı orta məktəbin yanındakı torpaq sahəsinə KİM GÖZ DİKİB? .....                     Blinken Mirzoyanla bunu razılaşdırıb: "Soros" bölgəyə gəlir .....                     Maaş azlığı, yoxsa alim riyakarlığı .....                     Ermənistan ordusunun Baş Qərargah rəisi .....                     Akif Marifliyə yeni vəzifə verildi .....                     Ruslardan ABSURD İDDİA... Qazaxlar susur: QARA QUTU açılana qədər... .....                     GDU-nun nəzdində Regional Kollecə yeni təyinatlar olub .....                     İrəvanın Aİ-ABŞ həmləsi: Ermənistan Trampa ümid edə bilərmi? .....                     "Quska"nın vəkilləri məhkəməyə gəlmədi .....                     Rusiyanın sülh prosesinə təsir imkanları məhduddur .....                     Goranboyda 10-cu sinif şagirdi evlənmək məqsədi ilə qaçırılıb .....                     Faiq Ağayevdən səs-küy yaradan fotosessiya .....                     Zelenskinin xanımı GÖRÜN HARADA dincəlir .....                     Bakı Ali Neft Məktəbinə yeni prorektor təyin olundu .....                     Britaniya və Fransa Ukraynaya qoşun göndərməyi müzakirə edirlər .....                     Rusiya Ermənistana qarşı hərəkətə keçdi .....                     "Məktəbin tikintisinə ayrılan maliyyə hara getdi, kimlər məsuliyyət daşıyır?" .....                     Hospital rəisindən Elçin Quliyevə şikayət .....                     Şəmkirin keçmiş icra başçısının oğlunu öldürən şəxs .....                     Sazişdən sonra Tramp Ermənistanı daha da gücləndirəcək... .....                     Sənubər Nəzərova Departament rəhbəri təyin edildi .....                     "Sabah kimisə öldürsə, yenə də sərbəst qala bilər..." .....                     Xırdalandan Sumqayıta gedənlər küçələrdə qalıb .....                     Məhkəmə Ağadadaş Ağayevin mülki iddiasına xitam verilməsi barədə qərar qəbul edib .....                     Neftçilərlə bərabər işçiləri daşıyan matrosların da maaşları yerində sayır... .....                     “Atamın qızıllarını Sevda verib Günaya” .....                     İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri dəyişib .....                     Müharibə olacaq, Zəngəzur dəhlizi... .....                     "Tramp üçün də əlavə başağrısı yaradırlar" .....                     Seçki ayında bələdiyyələr birləşir .....                     “Capital City” ilə KİMSƏ BACARA BİLMİR? .....                 

Nəcməddin Sadıkov haqqında sensasion iddialar - “Nəcməddin Sadıkov əmr etdi ki, maşındakı meyitləri dərəyə at”
Tarix: 24-06-2021, 12:14 | Çap et
Nəcməddin Sadıkov haqqında sensasion iddialar
Müdafiə Nazirliyinin sabiq Baş qərargah rəisi Nəcməddin Sadıkovla bağlı redaksiyamıza sensasion faktlar daxil olub. Vətəndaşlarımızın fikirlərini olduğu kimi dərc edirik:

Şəmkir rayon sakini, 1938-ci il təvəllüdlü Məmmədov Müzəffər Daşdəmir oğlu: “Oğlum Elçin 1992-ci ildə Qarabağ müharibəsində yaralanmışdı və o, Füzuli rayonundakı hospitalda müalicə olurdu. Mən onu ziyarətə getmişdim. Həmin hospitalda müalicə olunan yaralı bir əfqan zabiti mənə dedi: “Biz 10 (on) il (1979-1989) ruslarla döyüşdük. Onlar qələbə çala bilməyib vətənimizdən çıxıb getdilər. Bu Qarabağ müharibəsi isə bir oyundur sizə qurublar. Nə qədər ki, sizin milli orduda Rusiyaya meylli Nəcməddin Sadıkov kimi komandirlər var, itkiləriniz çox olacaq. Orduda təxribatlar və xoşa gəlməyən hadisələr baş verəcək. (Yeri gəlmişkən, Tərtər rayonunda baş vermiş olaylar ölkəmizi rüsvay edən, xalqımıza utanc gətirən hadisələrdən biridir)”.

Digər Şəmkir sakini, rayonun Dəllər qəsəbəsində yaşayan Tağıyev Vaqif Əşrəf oğlu N.Sadıkov haqqında çox ilginc və nifrət yaradan bir məlumatı (faktı) redaksiyamıza bildirdi: “Mən 1993-cü ildə könüllü olaraq hərbi xidmətə getdim. Xidmətimi Gədəbəy rayonundakı briqadada başladım. Hərbi xidmətə Dəllər qəsəbə sakinlərinin mənə hədiyyə verdikləri QAZ-66 markalı maşınla getmişdim. 1994-cü il fevral ayının 10-da briqada komandiri polkovnik Cahangir Rüstəmovun əmri ilə 20 nəfər əsgər ərzaq və hərbi sursatı maşına yükləyib Murovdağa getdik. Murovdağa gecə saat 3-də çatdıq. “Güzgü” adlanan ərazidə bizim post var idi. Keşikçilər maşını saxladılar və mənə dedilər ki, “Nəcməddin Sadıkov palatkadadır, get ondan icazə al, səni buraxaq mövqelərə getməyə”. Mən çadıra girib ondan icazə istədim. O, isə rus dilində mənə “net” (olmaz) dedi. Mən ona izah etdim ki, bizim briqadadan burada döyüşən bir batalyon şəxsi heyətə əlavə qüvvə, ərzaq və hərbi sursat gətirmişəm, icazə versin aparım. Bir də ondan xahiş etdim ki, ermənilər mənim maşınıma atəş açsalar, tabeliyində olan şəxsi heyətə bizi qorumaq üçün düşmənə cavab atəşi açmağı əmr etsin. N.Sadıkov mənim nə izahatımı eşitmək, nə də xahişimə əməl etmək istəmədi və elə “net” deyib durdu. Mən çadırdan çıxıb maşının arxa fanarlarının naqillərini kəsib yola düşdüm və bir kilometr getmişdim ki, ermənilər maşına atəş açmağa başladılar. Ancaq N.Sadıkovun durduğu istiqamətdən bizi qorumaq üçün ermənilərə cavab atəşi açılmadı. Düşmənlərin atdığı mərminin qəlpələri maşının “podpresi”ni sındırdı və başqa yerlərini zədələdi. Səhəri günü, yəni 1994-cü il fevralın 11-də geri qayıdanda maşında döyüşdə həlak olmuş 6 nəfər əsgərin meyiti var idi. Maşınımı yenə də general Nəcməddin Sadıkovun əmri ilə “Güzgü” postunda saxladılar. N.Sadıkov əli ilə yaxınlıqdakı dərəni mənə göstərib dedi: “Meyitləri o dərəyə tök”. Mən bizim millətə qarşı belə qeyri-insani, ögey münasibət nümayiş etdirən bu generalın əmrini yerinə yetirmədən, maşına oturub yüksək sürətlə Gəncə şəhərinə gəlib meyitləri hərbi hospitala təhvil verdim.

1994-cü il 10-11 fevralda iki dəfə “Güzgü” postunda olduğum zaman Nəcməddin Sadıkovun postda duran əsgərləri rus dilində söydüyünün və əsgərləri qəddarcasına döydüyünün şahidi olmuşam. N.Sadıkovun əsgərlərlə belə davranışını polkovnik Cahangir Rüstəmova məruzə etdim və bir daha Murovdağa getmədim”.

Dəyərli oxucular, Tağıyev Vaqif Əşrəf oğlunun xatırladığı bu tükürpədici olaydan sonra Qarabağ müharibəsindən geri qayıtmayıb, itkin düşmüş hesab olunan vətən oğullarının cəsədlərini N.Sadıkov kimi generallar və komandirlərin dərələrə atdırmağı normal insanı dəhşətə gətirir. Bu məqamda bir atalar misalını nəzərinizə çatdırmaq yerinə düşər. Atalar deyib: “Xain, xoflu, qəddar – zalım və qorxaq olur”. Allah bizi belələrindən qorusun!

Birinci Qarabağ müharibəsində 4 minə yaxın vətəndaşımız itkin düşmüş, 20 mindən çox vətəndaşımız isə Şəhid olmuşdur. Nəcməddin Sadıkov kimi təxribatçı və satqın generalın və komandirin xəyanəti nəticəsində baş vermişdir.

Neçə illər Tərtər rayonunda baş vermiş olaylar uzun illər orduda xəyanətkarların fəaliyyəti vətəndaşları şoka salmış, ictimaiyyətdə dərin rezonans yaratmışdır. Bəs belə olan halda 25 il Azərbaycan ordusunda xidmət edən, vəzifə pillələrinə “liftlə qalxan” Nəcməddin Sadıkov haqqında KİV-də nə qədər yazılmalı, deyilməli və televiziya ekranında nə qədər fraqmentlər göstərilməlidir ki, o, öz yerini tapsın və nəyə layiqdirsə onu da alsın. Çünki o, nə qədər döyüş əməliyyatı aparıb heç birində də qələbə çalmayıb. Ancaq onun xəyanəti nəticəsində nə qədər igidimiz Şəhid, əlil olub. N.Sadıkov isə “general-polkovnik” olub.

Keçmiş Baş qərargah rəisinin xəyanətkar, təxribatçı olduğunu bütün Azərbaycan əhalisi bilir. O, yüzlərlə, minlərlə hərbiçilərimizin Şəhid olmasının, əlil olmasının və ərazilərimizin düşmən əlinə keçməsinin baiskarıdır. Bəs bu təxribatçı və xain general niyə həbs olunmur?! Yoxsa, Nəcməddin Sadıkov həbs olunmaqdan sığortalanıb?!

2017-ci il mayın 7-də baş Prokurorluq, Müdafiə Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı birgə bəyanatda Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və Xüsusi Xidmət orqanları tərəfindən Müdafiə Nazirliyini Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı geniş miqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində bir qrup hərbi qulluqçu və mülki şəxsin Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq, düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edildiyi, müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürdüyü bildirilmişdir. Toplanmış materiallar əsasında dövlətə xəyanət və digər faktlar üzrə Hərbi Prokurorluqda cinayət Məcəlləsinin 274-cü maddəsi ilə cinayət işi başlanmışdır. Hər üç qurumun əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb və ibtidai istintaq aparılmışdır.

DTX-nin sabiq rəisi “Bu xəyanətkar şəbəkə 1988-1990-cı illərdən kök atıb” – demişdir. General Mədət Quliyevin bu fikrinə münasibətimi bildirmək üçün Nəcməddin Sadıkovla əlaqədar bir neçə hadisəni ictimaiyyətin nəzərinə çatdırmağı özümə mənəvi borc bildim.

Belə ki, 1992-ci ilin sentyabr ayının sonu (26 və ya 27) idi. Daxili Qoşunların Baş İdarəsidən bizi (bir batalyon şəxsi heyəti) Ağdərə bölgəsinə briqada komandiri polkovnik-leytenant Nəcməddin Sadıkovun sərəncamına göndərdilər. Səhərə yaxın ( saat 4 – radələrində) Ağdərəyə çatdıq. Şıdırğı yağış yağırdı. Briqada qərargahını mühafizə edən qaravul rəisinə gəlişimiz haqqında N.Sadıkova məruzə etmək istədiyimi bildirdim. O, isə “olmaz, komandir yatır, saat 7-də duranda məruzə edərsən”, – dedi. Mən etirazımı bildirərək, dedim “döyüş əməliyyatı gedən bölgədə komandir necə rahat yata bilər?” Mühafizəçi: “O, yatanda heç kim onu oyatmağa cürət etmir, özü nə vaxt istəsə onda da oyanır dedi”.

N.Sadıkov oyanandan sonra batalyonun ( taborun) şəxsi heyətini sıraya düzüb, ona məruzə etdim. O, isə şəxsi heyətlə salamlaşdıqdan sonra rus dilində bir neçə dəqiqə sıra qarşısında çıxış edib axırda dedi: “Hamı gödəkçələrinin (buşlatların) iç cibinin üstündə soyadlarını yazsın ki, öləndə görək kimdir”.

Onun bu sözləri məni həm əsəbləşdirdi və həm də məyus etdi. N.Sadıkovun milliyyətcə tatar olan şəxsi heyətlə siyasi və tərbiyə işləri üzrə müavininə etirazımı bildirib dedim: “Komandir briqadasının çıxışı batalyonun (taborun) şəxsi heyətində ruh düşkünlüyünə səbəb ola bilər. Onun bu çıxışı təxribat xarakteri daşıyır”. N.Sadıkovun müavini isə əli ilə mənə “sus” işarəsi göstərib, asta tonla dedi: “Neyləyək, bu belə adamdır, belə komandidir”.

N.Sadıkovun göstərişi ilə batalyonun (taborun) iki bölüyünün şəxsi heyəti ağır döyüşlər gedən kəndlərə göndərildi. Məni isə bir bölüyün şəxsi heyəti ilə “Vəng, Çıldıran” və “Dovşanlı” kəndləri istiqamətində mövqelərimizdə sağ qalmış şəxsi heyəti dəyişməyə (əvəz etməyə) göndərdi. Eyni zamanda, müavininə əm etdi ki, kapitan Nağıyevin ( yəni mənim) dəstəsinə 3 (üç) günlük quru yemək (suxoy payok) hərbi sursat və bir ədəd də Radiostansiya verilsin. Mən isə N.Sadıkovdan xahiş etdim ki, mövqelər dağlıq ərazidə meşədədir, hərbi sursat bizə biraz çox verilsin, radiostansiya sıradan çıxa bilər, əlaqəmiz sizinlə kəsilə bilər. O isə bildirdi ki, narahat olma kapitan Nağıyev. Həmin mövqedə 2 (iki) zirehli maşın da var, döyüş şiddətlənsə sizə kömək göndəriləcək. Lakin N.Sadıkovun bizim dəstəyə 3 (üç) günlük quru yemək verilməsi məni şübhələndirmişdi və bu 3 (üç) gün ərzində nəsə xoşagəlməz (təxribat) xarakterli olayın baş verəcəyini hiss edirdim. Çünki mən bir il (1991-1992) “OMON”un tərkibində bölük komandiri kimi bölgələrdə (Ağdam, Füzuli və Goranboy) döyüş təcrübəsi qazanmış və bəzi təxribat xarakterli hadisələrlə qarşılaşmışdım. Yalnız öz qəti qərarım nəticəsində həmin olayların, təxribatların qarşısı alınmışdır.

Əlqərəz, mövqelərə çatdıq. Sıx meşəlik olan bu dağlıq ərazidə komandirsiz, özbaşına buraxılmış 40 (qırx) nəfərə yaxın daxili qoşunların gizirlərini gördüm. Hərdənbir mövqelərimizə müxtəlif çaplı silahlardan düşmənlərimiz atəş açırdı. Biz də onların cavabını verirdik. İkinci gün atışma şiddətləndi. Baş leytenant olan həkim (soyadını unutmuşam) ayağından yaralandı. Həkimi qərargaha göndərdim. Rabitəçi – radist əsgər aparatın işləmədiyini, sıradan çıxdığını bildirdi. Axşama yaxın atışma səngisə də bir neçə nəfər yaralanmışdı.

Üçüncü gün atışma tədricən şiddətləndi və düşmən ağır artilleriya qurğularından da (silahından) istifadə etməyə başladı. Bizim kordinatlarımızı onlar dəqiq bildikləri üçün itkilərimiz çoxalırdı. N.Sadıkovun bizə 3 (üç) günlük quru yemək verilməsini xatırladım. Zirehli maşınlara ağır yaralıları yığdırıb onları qərargaha göndərdim. Şəxsi heyətin yüngül yaralı və sağ qalanlarına döyüşə-döyüşə, kiçik dəstələrlə mühasirəyə düşməmək üçün meşədən çıxmağı tapşırdım. Mənimlə səkkiz nəfər əsgər, iki nəfər gizir və bir nəfər baş gizir meşədən çıxdıq. Hava artıq qaralmışdı. Baş gizir çiynindən yüngül yaralanmışdı. Arabir atəş səsi eşitsək də meşədən 10-15 km aralanmışdıq. Qəfildən “dayan, kimdi gələn” komandası eşitdik. “Özümüzünkülər” – deyə onların kim olduğunu soruşdum. Dedilər biz “OMON”çularıq. Mən soyadımı deyəndə onlar məni tanıdılar. Çünki mən 3 ay olardı Daxili Qoşunun tərkibində xidmət etmək üçün “OMON”dan keçmişdim. Onlardan xahiş etdim ki, bizə nəqliyyat vasitəsi verin, bizi Yevlaxa aparsın, N.Sadıkovun haqqında mən şəxsən özüm Daxili İşlər Naziri İsgəndər Həmidova məruzə edəcəm. “OMON”çular bizə, yəni 11 nəfər çay-çörək verdikdən sonra Yevlax şəhərinə getməyə maşın da (avtobus) verdilər. Balakən-Bakı qatarı ilə Bakıya Daxili Qoşunların Baş İdarəsinə gəlib komandan Fəhmin Hacıyevə məruzə edəndə o, bizi çox kobud və sərt qarşılayıb dedi: “Siz necə olub sağ qalmısınız, siz hamınız həlak olmalıydınız, ölməliydiniz”.

Onun göstərişinə əsasən bizim hamımızı həbs edib, Daxili Qoşunların təcridxanasına saldılar.

(Ardı var)

Hazırladı: Bəhlul ORUCOĞLU,

Araşdırmaçı jurnalist
//HURRİYYET.AZ//










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:42
Trend mahnısının cümləsi qalmaqallı oldu: -"Aygün Kazımovaya hər şey olar"
Bu gün, 12:41
"Bank Avrasiya"nın xalis mənfəəti 3 mln. manata yaxın azalıb - HESABAT
Bu gün, 12:39
Sumqayıtda təşkilat sədri hücuma məruz qaldı: Polis hərəkətə keçdi - TƏFƏRRÜAT
Bu gün, 12:30
3 il əvvəl başlayan sürüşmənin qarşısı niyə ALINMIR? - Şəki sakinləri TƏHLÜKƏ ilə ÜZ-ÜZƏ
Bu gün, 12:28
Vaşinqton İrəvana necə "hamilik" edəcək? - Elçin Alıoğlu yazır...
Bu gün, 12:21
Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO və tərəfdaş ölkələrin Baş Qərargah rəislərinin iclasında iştirak edib
Bu gün, 12:17
Bakıda restoranda baş verən cinayətin görüntüləri yayılıb - VİDEO
Bu gün, 12:15
Paşinyan Rusiyanın təhdidlərindən narahatdır - “Hraparak”
Bu gün, 12:13
316 saylı orta məktəbin yanındakı torpaq sahəsinə KİM GÖZ DİKİB? - İLGİNC İDDİALAR
Bu gün, 12:11
Blinken Mirzoyanla bunu razılaşdırıb: "Soros" bölgəyə gəlir - Seyidov danışdı
Bu gün, 12:01
Maaş azlığı, yoxsa alim riyakarlığı - REPLİKA
Bu gün, 11:59
Ermənistan ordusunun Baş Qərargah rəisi NATO iclasında iştirak edir
Bu gün, 11:56
Akif Marifliyə yeni vəzifə verildi
Bu gün, 11:52
Ruslardan ABSURD İDDİA... Qazaxlar susur: QARA QUTU açılana qədər... - NƏ BAŞ VERİR?
Bu gün, 11:50
GDU-nun nəzdində Regional Kollecə yeni təyinatlar olub - ƏMR
Bu gün, 11:48
İrəvanın Aİ-ABŞ həmləsi: Ermənistan Trampa ümid edə bilərmi? - Eurasiya.net
Bu gün, 11:43
"Quska"nın vəkilləri məhkəməyə gəlmədi - bu səbəbdən də...
Bu gün, 11:38
Rusiyanın sülh prosesinə təsir imkanları məhduddur - FAKT BUDUR!
Bu gün, 11:36
Goranboyda 10-cu sinif şagirdi evlənmək məqsədi ilə qaçırılıb - Polis İŞƏ QARIŞDI
Bu gün, 11:32
Faiq Ağayevdən səs-küy yaradan fotosessiya - FOTO
Bu gün, 11:30
Zelenskinin xanımı GÖRÜN HARADA dincəlir - ŞOK məlumat
Bu gün, 11:29
Bakı Ali Neft Məktəbinə yeni prorektor təyin olundu - ƏMR
Bu gün, 11:26
Britaniya və Fransa Ukraynaya qoşun göndərməyi müzakirə edirlər - "The Telegraph"
Bu gün, 11:19
Rusiya Ermənistana qarşı hərəkətə keçdi – Durum kəskinləşir
Bu gün, 11:16
"Məktəbin tikintisinə ayrılan maliyyə hara getdi, kimlər məsuliyyət daşıyır?" - SAKİNLƏR ÇARƏSİZDİR
Bu gün, 11:05
Hospital rəisindən Elçin Quliyevə şikayət - NARAZILIQ VAR...
Bu gün, 11:02
Şəmkirin keçmiş icra başçısının oğlunu öldürən şəxs vaxtından əvvəl azadlığa çıxmaq istəyir
Bu gün, 10:58
Sazişdən sonra Tramp Ermənistanı daha da gücləndirəcək... - AKTUAL
Bu gün, 10:55
Sənubər Nəzərova Departament rəhbəri təyin edildi - BUNDAN SONRA...
Bu gün, 10:54
"Sabah kimisə öldürsə, yenə də sərbəst qala bilər..." - İLGİNC İDDİA
Bu gün, 10:52
Xırdalandan Sumqayıta gedənlər küçələrdə qalıb - 10 dəqiqəlik interval bir saata qaldırılıb
Bu gün, 10:46
Məhkəmə Ağadadaş Ağayevin mülki iddiasına xitam verilməsi barədə qərar qəbul edib
Bu gün, 10:45
Neftçilərlə bərabər işçiləri daşıyan matrosların da maaşları yerində sayır... - ETİRAZ VAR...
Bu gün, 10:44
“Atamın qızıllarını Sevda verib Günaya” – 186 minlik ZƏRGƏRLİK İŞİ
Bu gün, 10:27
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 10:12
Müharibə olacaq, Zəngəzur dəhlizi... - Danielyan
Bu gün, 10:07
"Tramp üçün də əlavə başağrısı yaradırlar" - deputat
Bu gün, 10:03
Seçki ayında bələdiyyələr birləşir - nələr dəyişəcək?
Bu gün, 09:56
“Capital City” ilə KİMSƏ BACARA BİLMİR? - "Başqa əlacımız qalmayıb..."
Bu gün, 09:41
"Rusiya İranın bu addımına qətiyyən razı olmaz" - ŞƏRH
Bu gün, 09:36
Bank 10 manat aylıq dövriyyəsi olan şirkətə 20 milyon dollar kredit ayırıb? - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 09:33
Şərifov getdi... o, tək qaldı: QALA BİLƏCƏKMİ? - Köhnə eşalonun SON QALASI...
Bu gün, 09:26
Amerika ordusu İranın QULAĞININ DİBİNDƏ... - Hər keçənə hürən molla rejimi bu dəfə LAL OLUB...
Bu gün, 09:16
Çimnaz Sultanova Milli Onkologiya Mərkəzində müalicə alırmış - TƏFƏRRÜAT
Bu gün, 09:10
İran Bakını qana boyamaq istəyir: təhlükə böyüdü – Sui-qəsd planında görün kimlər olub
Bu gün, 09:06
Nikol ABŞ sərhədçilərini gətirdi: Kreml cavab verəcək! - NƏ BAŞ VERİR?
Bu gün, 09:04
Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:00
ADAU ŞƏLALƏSİ... - Qurbanovun himayə etdiyi bu Şəlalənin səsi SONRA ÇIXACAQ...
Bu gün, 08:55
Cənab nazir... bax, bu evdir... 15 ildir QƏZALIDIR... AMMA... - Kəmaləddin Heydərova MÜRACİƏT...
Bu gün, 08:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru