Qida Təhlükəsizliyi İnstitutu bir heyvan kəsimi məntəqəsinin smetasını nə qədər şişirdib? - FAKTLAR, İTTİHAM...
Tarix: 19-03-2021, 11:55 | Çap et
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Prezident İlham Əliyevin Azərbaycanda qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərmanına əsasən 2017-ci ilin 13 noyabrında yaradılıb. Elə yarandığı gündən quruma ölkədə qida məhsullarının təhlükəsizliyinə dair sanitariya normaları və qaydalarına, habelə gigiyena normativlərinə nəzarət, qanunla müəyyən edilmiş qaydada gigiyenik sertifikatlaşdırma işinin aparılması, o cümlədən xarici ölkələrə ixrac edilən qida məhsullarına keyfiyyət sertifikatının verilməsi və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi kimi geniş səlahiyyət veilib.
Bu səlahiyyətlər çərçivəsində Agentlik artıq respublikada kifayət qədər işlər görə bilib. Amma dövrü mətbuatda qurumun sədri Qoşqar Təhməzlinin biznes şəbəkəsi haqqında yayılan məlumatlar Qida Təhlükəsizliyi Agentliyinin gördüyü işləri kölgədə qoyub desək,bəlkə də yanılmarıq.İnsafən qeyd edək ki, Qoşqar Təhməzli Agentliyə sədr təyin olunana qədər artıq tanınmış bir biznesmen olub. Onun burada biznesinin inkişaf etdirilməsində Agentliyin nə qədər rolu olub deyə bilmərik. Amma satınalmalar yolu ilə ayrılan dövlət vəsaitlərinə baxdıqda çox şübhəli məsələlər görmək olar. Onlardan biri də Qida Təhlükəsizliyi Agentliyinə tabeli Qida Təhlükəsizliyi İnstitutunun keçirdiyi tenderdə özünü açıq şəkildə göstərir.
Aktualinfo.org Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin strukturuna daxil olan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən keçirilmiş bir tender ətrafında araşdırma aparıb. Tender heyvan kəsimi məntəqəsinin tikintisi ilə bağlıdır. Sözügedən qurumun əsasnaməsində isə göstərilir ki, İnstitut qida təhlükəsizliyi sahəsinin elmi əsaslarını işləyib hazırlamaq və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə təqdim etmək, hüquqi və fiziki şəxslər üçün qida təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətləri göstərmək, qida təhlükəsizliyi sahəsində elmi, texniki və praktiki məsləhət xidmətlərinin göstərilməsini həyata keçirmək, qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı təkliflər vermək, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən subyektlərdə qida təhlükəsizliyi göstəriciləri üzrə tədqiqatların aparılması ilə bağlı xidmətlərin göstərilməsini təşkil etmək, yüksəkixtisaslı kadrların qida təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırma və tədqiqat işlərinin aparılmasına köməklik göstərmək kimi vəzifələr daxildir. Elmi-tədqiqat və digər bu kimi işlərin həyata keçirilməsinə cavabdeh olan İnstitutun tikinti işlərinə də səlahiyyətlərinin olub-olmaması barədə məlumatlar göründüyü kimi əsasnaməsində yoxdur.Bəs İnstitut heyvan kəsimi məntəqəsinin tikintisinə dövlət vəsaitini hansı əsaslarla ayırıb? İnstitutun keçirdiyi tenderə diqqət yetirdikdə nələri görmüş oluruq.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Ağdam rayonu Quzanlı qəsəbəsində kiçik ölçülü heyvan kəsim məntəqəsinin tikintisi işlərinin satın alınması üzrə 16.03.2021-ci il tarixdə keçirilmiş olduğu açıq tenderdə 402 207.6 manat dəyərində satınalma müqaviləsi “ARAS GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Burada kiçik bir heyvan kəsimi məntəqəsinin tikintisinə İnstitut tərəfindən ayrılan qeyd etdiyimiz dövlət vəsaitinin şişirdildiyini görməmək mümkün deyil. Məsələn, internet resursursları üzərindən apardığımız araşdırmalarda 2018-ci ildə Zərdab rayonunda ət kəsimi məntəqəsinin açılışı olub. Müasir tələblərə uyğun, baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə tam cavab verən, sahəsi 108 kvadratmetr olan heyvan kəsimi otağından, 24 kvadratmetr olan laboratoriyadan, hər birinin sahəsi 14,4 kvadratmetr olan 6 ədəd ət satışı otaqlarından ibarət heyvan kəsimi məntəqəsinin smeta dəyəri 75 min manat olub.
Qeyd edək son dövrlər bu tip ət kəsimi məntəqələri respublikanın bütün rayonlarında yaradılır. Bu məntəqələrə sərf olunan vəsaitlər açıqlanmasa da sahəsindən və görünüşündən o qədər də böyük vəsaitin sərf olunmadığını təxmin etmək olar. Bəs tender elanında da qeyd edildiyi kimi Quzanlı qəsəbəsində kiçik ölçülü 1 ədəd heyvan kəsim məntəqəsinin tikintintisinə yarım milyon manat civarında dövlət vəsitinin ayrılması nə dərəcədə real görünür? Məsələnin digər maraqlı tərəfi isə İnstitutun müqavilə bağladığı MMC-dədir. Bu MMC-nin analoji işlərdə təcrübəsinin olub-olmaması o qədər də önəmli deyil. Çünki kiçik bir tikinti işini bu gün beş-on nəfərlik bir dəstə ilə hər kəs apara bilər. Əsas olan bu MMC nin kimə məxsus olmasıdır.MMC kimə məxsusdur,və yaxud arxasında kimlər ola bilər?
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ARAS GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin 16.01.2014-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, PARLAMENT PR., ev 4A, MƏHƏLLƏ 500, m. 35, qanuni təmsilçisi kimi isə Sultanov Azad Yusif oğlu qeyd olunub.
MMC-nin adı 14.04.2020-ci il və 03.06.2020-ci il tarixə olan məlumatlarda Koronavirus pandemiyasından zərər çəkdiyinə görə muzdlu işçilərinə əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün dövlətdən maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahısında yer alıb. Digər maraqlı məsələ isə ondan ibarətdir ki, MMC-nin qanuni təmsilçisi kimi göstərilən Sultanov Azad Yusif oğlunun adı “DOST iş Mərkəzi” MMC ilə əmək müqaviləsi bağlanılmış Neftçala rayonu üzrə oktyabr ayında əməkhaqqı alan ictimai işçilərin siyahısında da yer alıb.Bu bir oxşarlıqdır,təsadüfdür deyə bilmərik. Amma görsənən odur ki,Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müqavilə bağladığı MMC-nin fəaliyyətində şübhələr doğuran suallar çoxdur. Bəlkə elə İnstitutun Salyan rayonunda doğulmuş sədri Sadiq Məmmədovla yaxından,uzaqdan qohumluq telləri var. Bu da bəlli deyil.Bəlli olan odur ki, 10 manat nizamnamə kapitalı olan,qanuni təmsilçisinin “DOST iş Mərkəzi” MMC ilə ayda 250 manata əmək müqaviləsi bağladığı bir MMC ilə 402 207.6 manat dəyərində bağlanılan satınalma müqaviləsi ya ləğv edilməli, ya da hüquqi qiymət verilməlidir. Aktualinfo.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Daha 5 `kosmetoloq` İFŞA OLUNDU - ADLARI AÇIQLANDI
Bu gün, 12:10 |
|
|
|
• Həcc ziyarətinin bahalaşdığı bir dönəmdə Şeyx də `ÖZÜNƏ MAYA QOYDU`... - FOTO
Bu gün, 12:03 |
|
|
|
• "İş o yerə çatdı ki, meyxana yenə də getdi, düşdü toyxana küncünə" - VİDEO
Bu gün, 11:59 |
|
|
|
• Lavrov Mirzoyanla görüşdə özünü “yandırdı” – Həyəcandan elə səhv etdi ki…
Bu gün, 11:55 |
|
|
|
• Azərbaycanda bu su kanalının yenidən qurulmasına 12,4 mln. manat ayrıldı
Bu gün, 11:51 |
|
|
|
• Şahin Mustafayev İran Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Bu gün, 11:45 |
|
|
|
• Şəbnəmi qətlə yetirən qardaşına bu cəza verildi
Bu gün, 11:41 |
|
|
|
• "Qərbin təzyiqlərini neytrallaşdırmaq istəyən Gürcüstan... Donald Trampın siyasi dəstəyinə ehtiyac duyur"
Bu gün, 11:37 |
|
|
|
• Naxçıvanda həm də tələbə olan məmurlar... DƏRSƏ GƏLMİRLƏR! - "Bu, saxta təhsilin bir nümunəsidir..."
Bu gün, 11:33 |
|
|
|
• Azər Rəcəbovun müavini yenidən həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:30 |
|
|
|
• Tibb bacısını qanunsuz işdən çıxaran xəstəxana direktorundan YENİ XƏBƏR - FOTO
Bu gün, 11:28 |
|
|
|
• İrəvan Moskvanın əsəblərini tarıma çəkir - NƏ BAŞ VERİR?
Bu gün, 11:25 |
|
|
|
• Pensiya artımlarını nə vaxtdan və hansı məbləğdə alacağıq? - AKTUAL
Bu gün, 11:05 |
|
|
|
• Deputatlığa namizəd olmuş şəxsin ölkədən çıxışına qadağa - Bu qədər borcu var
Bu gün, 10:59 |
|
|
|
• MİDA sakinləri etiraza qalxdı - TƏFƏRRÜAT
Bu gün, 10:57 |
|
|
|
• "AMİP-in Trampın partiyası ilə də əməkdaşlığı var" - deputat
Bu gün, 10:42 |
|
|
|
• Afət ərinə barışıq üçün ev qiymətinə hədiyyə aldı - VİDEO
Bu gün, 10:39 |
|
|
|
• Zelenski Qərbi yalan və ədalətsizlikdə ittiham edib
Bu gün, 10:37 |
|
|
|
• Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanması prosesinə başlanılıb
Bu gün, 10:33 |
|
|
|
• Azərbaycan belə tələb irəli sürüb, ancaq... - Simonyan
Bu gün, 10:26 |
|
|
|
• Paşinyanın deputat qohumunun malikanəsi qarət edilib - “Hraparak”
Bu gün, 10:17 |
|
|
|
• Hesablama Palatası UNEC-in Zaqatala filialını da araşdırsaydı... - ortaya nələr çıxardı
Bu gün, 10:15 |
|
|
|
• "Mən nazirliyin mövqeyinə hörmətlə yanaşıram, lakin..." - deputat
Bu gün, 10:09 |
|
|
|
• Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb - MB-ın inflyasiya proqnozu isə...
Bu gün, 10:04 |
|
|
|
• Hədə-qorxu ilə vətəndaşlardan pul tələb edən kanal rəhbəri saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 10:01 |
|
|
|
• Livanın paytaxtında "Hizbullah"ın nümayəndəsi öldürülüb - “Mehr”
Bu gün, 09:59 |
|
|
|
• Kompleks Qazma İşləri Trestində GESTAPO REJİMİ - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Zurabişvili ermənilərə “dayı” deməyə başladı - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:47 |
|
|
|
• Ermənistan-ABŞ razılaşması Cənubi Qafqaz üçün yaxşı heç nə vəd etmir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:36 |
|
|
|
• Qubada əsas söz sahibi kimdir? - HƏLƏ DƏ BİLİNMİR...
Bu gün, 09:28 |
|
|
|
• İmişlidə qəzada zərərçəkənlər DİN-də qəbul edilib - TƏFƏRRÜAT
Bu gün, 09:23 |
|
|
|
• Dövlətə xəyanətdə ittiham olunan şəxsin məhkəməsinin hazırlıq iclası keçirilib
Bu gün, 09:22 |
|
|
|
• 15 ildir ŞƏHİDLİK HAQQI tanınmır... - atası FƏRYAD EDİR
Bu gün, 09:16 |
|
|
|
• Məktəblərdə 6 günlük dərs qrafiki ləğv olunur? – AÇIQLAMA
Bu gün, 09:12 |
|
|
|
• Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...
Bu gün, 09:10 |
|
|
|
• Vüqar Əhmədov idarə rəisi təyin etdi - ƏMR
Bu gün, 09:05 |
|
|
|
• Moskvada Zəngəzur planı ifşa edildi - Lavrovun iki təklifinə rədd CAVABI
Bu gün, 08:58 |
|
|
|
• Rusiyanın bu cür mövqeyi onun etibarsız tərəfdaş olduğunu göstərir... - FAKT BUDUR!
Bu gün, 08:56 |
|
|
|
• “Kapital Bank” ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 08:48 |
|
|
|
• “Buta” klinikasının gözdən-könüldən uzaq işləri - ÇALIŞIRLAR Kİ...
Bu gün, 08:46 |
|
|
|
• "Biz də bilirik ki, Mixail Qorbaçovu Nobel Sülh Mükafatından məhrum etməyəcəklər" - AMMA...
Bu gün, 08:39 |
|
|
|
• İşçilər bunları bilməlidir... - Ekspert danışır...
Bu gün, 08:33 |
|
|
|
• ABŞ-ın bu qərarı Bakıya da təsir edəcək - AÇIQLAMA
Bu gün, 08:30 |
|
|
|
• Avropa Parlamentinin üzvü qurumun fəaliyyətini kəskin tənqid edib - "Bəzi Qərb dairələri..."
Bu gün, 08:28 |
|
|
|
• İlon Mask yaxın zamanda dövlət katibi Marko Rubio ilə tərs düşə bilər - GÖZLƏNTİ
Bu gün, 08:22 |
|
|
|
• Neftçilər qəpik-quruş dərdində... bu isə... - İLGİNC FAKTLAR
Bu gün, 07:33 |
|
|
|
• “AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
Bu gün, 07:27 |
|
|
|
• "Təmir adı ilə sui-istifadə olundu” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:22 |
|
|
|
• Tramp mütləq İrana zərbə endirəcək - Görünəni odur ki...
Bu gün, 07:13 |
|
|
|
• Ermənistanın taleyini o müharibə həll edəcək – Kritik proses başlayır
Bu gün, 07:11 |
|
|
|
|