ABŞ-ın Qafqaz planı təsdiqləndi: Tiflisdən sonra növbə İrəvandadır .....                     "Yenə mənim adımdan pul dilənir" .....                     Tanınmış iş adamı ağır qəzaya düşdü .....                     NƏ BAŞA DÜŞƏK: Nazir işdən çıxarılan müavini ilə selfi paylaşdı .....                     'Aİ-95' benzinin qiyməti artacaq? .....                     Cənubi Qafqaz uğrunda açıq savaş: Vaşinqton İrəvanı seçdi .....                     "Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmır, .....                     “Yapı Kredi Bank”ın gəliri .....                     Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib .....                     Şimali Koreya sərhədini əcnəbi turistlər üçün açdı .....                     Hindistanlı generala İrəvanda medal verildi .....                     Azərbaycan-Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın .....                     Estetik əməliyyatlar məhdudlaşdırılacaq? .....                     Məhkəmə Mərkəzi Bankın şirkətə qarşı cəriməsini .....                     Bakıda yeni park salınır .....                     İcra başçılarına qadağa: .....                     "Boşanmışdıq, uşağımı görə bilmirdim" .....                     Saatlar ABŞ vaxtı ilə qurulur: .....                     Prokuror iki vəzifəli şəxsin həbsini tələb edir .....                     Müştərilər “Premium Bank”dakı pullarını geri götürür .....                     Elmin İnkişafı Fondunun direktoru cərimələnir .....                     Xəstəxana həyətində həkimi maşın vurdu .....                     "Evimdə 2 övladım böyüyür, elə paylaşımlar edən insanın dəfnində nə işim var?" .....                     “Bank of Baku” bütün depozitlərini sıfırlayıb .....                     Nazir müdiri işdən çıxardı .....                     Atdığım baltanın ölçüsü nə qədər idi? .....                     Dövlət qurumlarının ötür-ötür oyunu: Gecəqondu məktəblə sakinlər arasında qarşıdurma davam edir .....                     "O, qurumun vitse-prezidenti deyil" .....                     Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır .....                     “ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” .....                     7 saylı həbsxanada məhkum özünü asdı .....                     Şagirdlərə mobil telefon qadağası .....                     Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu .....                     Bu icra başçıları özlərinə köməkçi axtarır .....                     Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? .....                     "Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" .....                     Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? .....                     Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi .....                     Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... .....                     Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb .....                 

SAYĞAC QALMAQALI kimin xeyrinə bitəcək? - NARAZILIQ!
Tarix: 4-02-2021, 11:23 | Çap et
SAYĞAC QALMAQALI kimin xeyrinə bitəcək?
Qaz sayğaclarının sərfiyyatdan artıq hesablaması ilə bağlı şikayətlər bitib-tükənmək bilmir. Sosial şəbəkələrdə qaz sərfiyyatının artması ilə bağlı yayılan məlumatlardan sonra dövlət qurumları 27 ədəd qaz sayğacını laboratoriya şəraitində yoxlayıb. Araşdırma nəticəsində çox qəribə mənzərə ortaya çıxıb. Sayğacının artıq yazdığı barədə şikayət edən abonentlərin bəzilərinin sayğaclarının sərfiyyat aşağı olduqda qaz həcmini normaya uyğun hesablamadığı müəyyənləşdirilib. Yəni həmin sayğacların sərfiyyatdan az yazdığı üzə çıxıb.

Sputnik Azərbaycan qaz sayğaclarının qaz həcmini səhv hesablamasının hansı hallarda baş verdiyini, bu zaman abonentlərə dəymiş ziyanın necə ödənilməli olduğunu araşdırıb.

Azad İstehlakçılar Birliyinin (AİB) kommunal xidmətlər üzrə mütəxəssisi Nüsrət Qasımov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sayğacların sərfiyyatdan artıq hesablaması ilə bağlı iddialar səslənsə də o, bu fikirlərlə razı deyil: "Qaz sayğacları Azərbaycanda istehsal edilməyib ki, əhaliyə mavi yanacaq satan şirkət ona müdaxilə eləsin. Qaz sayğacları Almaniya, Türkiyə və Fransa istehsalıdır. Bu ölkələrdə sayğacları istehsal edən şirkətlər heç vaxt öz imiclərinə zərər vurub səhv hesablayan sayğac istehsal etməzlər. Çox təəssüf ki, bəzən abonentlər müəyyən edilmiş limiti keçir, sayğacın göstəricisi əvvəlki ayın göstəricisindən çox çıxdıqda elə hesab edirlər ki, sayğac çox yazır. Qazla işləyən kombilər sutka ərzindən işləyir. Bir saata 2 kub metr, bir sutkada 48 kub metr qaz işlədirlər. Bu da 30 gündə 720 kub metr qaz edir. Limiti keçdikdə bu məbləğ artır. Abonent elə düşünür ki, sayğac artıq yazır".

Ekspert deyir ki, belə halda abonentin müraciəti əsasında sayğac Ölçü Cihazlarına Nəzarət Departamentində yoxlanılır:

"Bu qurumun "Azəriqaz" QSC-dən heç bir asılılığı yoxdur: "Abonentin sayğacı yoxlanılıb məlumat verilir. Elə Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Metrologiya İnstitutunun nümayəndələrinin iştirakı ilə şikayətçilərə məxsus olan istismar müddəti bitmiş sayğaclar yoxlanılıb. Bu zaman həmin sayğaclar arasında bəzilərinin sərfiyyat aşağı olduqda qaz həcmini normaya uyğun hesablamadığı müəyyənləşdirilib. Yəni sayğac sərfiyyatdan artıq yox, az yazırmış".
AİB-in sədri Eyyub Hüseynov isə Sputnik Azərbaycan-a bildirib ki, qaz sayğacları ilə bağlı onlara hər gün bir neçə zəng olur. Amma sayğaclar yoxlanıldıqdan sonra şikayətlər öz əksini tapmır.

E.Hüseynov bildirir ki, əksər hallarda istifadə müddəti başa çatmış sayğaclarda qüsurlar aşkarlanır. Ona görə də qaz sayğacları 5 ildən bir dəyişdirilməlidir.

AİB sədri deyir ki, "Azəriqaz"ın qaz sayğacları ilə bağlı son gördüyü işlər təqdirəlayiqdir: "Qurum abonentlərə sayğacla bağlı seçim imkanı yaradıb. Hansı abonent smart sayğacın çox hesabladığını düşünürsə, ona mexaniki, əksini düşünənlərə isə smart sayğac qoyur".

Sosial Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, sosial sahə üzrə ekspert İlqar Hüseynli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qaz sayğaclarının sərfiyyatdan artıq yazması ilə bağlı şikayətlərin yoxlama zamanı öz təsdiqini tapmaması heç də abonentin haqsız olması demək deyil: "Çox maraqlıdır ki, qaz sərfiyyatının artıq hesablandığını iddia edən abonentlərin sayğacları yoxlanılarkən sərfiyyat aşağı olduqda qaz həcmini normaya uyğun hesablamadığı üzə çıxır.

Bu çox gülməli və absurddur. Yəni abonent haqlıykən haqsız duruma düşür. Sayğac yoxlanılarkən belə məlum olur ki, əslində sayğac artıq yox, əskik yazır. Əgər belədirsə, abonent sayğacın dəyişdirilməsi, artıq yazması ilə bağlı niyə şikayət etsin ki? Axı məntiqlə sayğacın az yazması abonentə sərf etməlidir. Buradan da görünür ki, sayğacları yoxlayan qurumun özünün fəaliyyətində şəffaflığa şübhə var.
Heç kəs zəmanət verə bilməz ki, "Azəriqaz" QSC Ölçü Cihazlarına Nəzarət Departamenti ilə gizli sövdələşməyib. Elə problemin bir səbəbi də Azərbaycanda ölçü cihazlarını dəqiq və qərəzsiz yoxlayan müstəqil laboratoriyaların olmamasıdır".

İ.Hüseyni bu gün sayğacların açılıb yoxlanılması ilə bağlı da çox bürokratik əngəllərin olduğunu söyləyir. Onun sözlərinə görə, qaz sayğacları ilə bağlı abonent şikayət etdikdə müraciətə operativ baxılmır: "Bunun üçün "Azəriqaz"ın nümayəndəsi gəlməli, akt yazılmalı, sayğac sökülməlidir. Bundan sonra sayğac yoxlanılması üçün müvafiq quruma göndərilir. Həmin quruma gedib çıxanadək sayğaca hansı müdaxilənin olduğu məlum deyil. Ümumiyyətlə, "Azəriqaz"ın anbarlarında çoxlu sayda köhnə sayğaclar var. Bəzən belə sayğaclar abonentlərə quraşdırılır. Onların üzərində köhnə borc olanları da olur. Bir sözlə, bu qurumun fəaliyyətində çoxlu problemlər var. Bu da haqlı olaraq abonentlərin narazılığına, şikayətlərinə səbəb olur. Ona görə də kommunal qurumlar ləğv edilməli, şəffaf və operativ fəaliyyət göstərən kommunal xidmət sahələri yaradılmalıdır".

"Azəriqaz" QSC-nin mətbuat katibi Ceyhun Səfərov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sayğacların yoxlanılmasına təmsil etdiyi qurum heç bir təzyiq göstərmir, müdaxilə etmir: "Sayğaclar Azərbaycan Metrologiya İnstitutunun nümayəndələri tərəfindən yoxlanılır. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti orada yoxlamaya nəzarət edir. Burada hər hansı səhv qərarın verilməsindən söhbət gedə bilməz. Yoxlamaların nəticələri hər bir qaz sayğacı üçün müvafiq sənədlərdə əks etdirilib. Yoxlamalar zamanı sayğacların sərfiyyatdan az hesabladığı məlum olub. Sayğacları əvəzləşdirilmiş abonentlərin yeni sayğaclarından qazın sərfiyyat göstəriciləri çıxarılıb və 24 saat ərzində xronometraj olunub. Xronometrajın nəticələri yoxlamada iştirak etmiş abonentlərə izah olunub və onlar aparılmış araşdırmalardan razı qaldıqlarını bildiriblər. Eyni zamanda, adıçəkilən ərazilərə verilən qazın keyfiyyət göstəriciləri də yoxlanılıb. Bu sahədə nəzarət tədbirlərinin davam etdirilməsi və mütəmadi olaraq ictimaiyyətin məlumatlandırılması nəzərdə tutulur".

Abonentlər isə bütün bunlara rəğmən sayğacların qaz sərfiyyatını artıq hesabladığını iddia edirlər. Jurnalist İlkin Muradov Sputnik Azərbaycan-a bildirib ki, noyabr ayında 108 manat, dekabr ayında isə 187 manat yazıb. Dekabr ayında 957 kub qaz işlətmişik. Yanvar ayında isə 500 kub sərfiyyat hesablanıb. Halbuki yanvar ayı dekabr ayından soyuq keçib. Biz limiti də keçməmişik".












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ-ın Qafqaz planı təsdiqləndi: Tiflisdən sonra növbə İrəvandadır - GƏLİŞMƏ
Bu gün, 20:52
"Yenə mənim adımdan pul dilənir" - FOTOFAKT
Bu gün, 20:49
Tanınmış iş adamı ağır qəzaya düşdü - TƏFƏRRÜAT
Bu gün, 20:46
NƏ BAŞA DÜŞƏK: Nazir işdən çıxarılan müavini ilə selfi paylaşdı - FOTO
Bu gün, 20:43
'Aİ-95' benzinin qiyməti artacaq? - AÇIQLAMA
Bu gün, 20:40
Cənubi Qafqaz uğrunda açıq savaş: Vaşinqton İrəvanı seçdi - AKTUAL
Bu gün, 19:02
"Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmır, digər tərəfdən Avropa İttifaqına üzvlüyə can atır"
Bu gün, 19:00
“Yapı Kredi Bank”ın gəliri - AZALIB
Bu gün, 18:58
Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
Bu gün, 18:22
Şimali Koreya sərhədini əcnəbi turistlər üçün açdı
Bu gün, 18:20
Hindistanlı generala İrəvanda medal verildi
Bu gün, 18:10
Azərbaycan-Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib
Bu gün, 18:08
Estetik əməliyyatlar məhdudlaşdırılacaq? - AKTUAL
Bu gün, 18:07
Məhkəmə Mərkəzi Bankın şirkətə qarşı cəriməsini LƏĞV ETDİ
Bu gün, 18:01
Bakıda yeni park salınır - 37,2 MİLYON MANATLIQ TENDER UDULDU
Bu gün, 17:57
İcra başçılarına qadağa: - Evləri ucuzlaşdıracaq, yoxsa?
Bu gün, 17:53
"Boşanmışdıq, uşağımı görə bilmirdim" - Keçmiş arvadını öldürmək istəyən iranlı
Bu gün, 17:52
Saatlar ABŞ vaxtı ilə qurulur: - Region daha böyük gərginliyin astanasındadır
Bu gün, 17:49
Prokuror iki vəzifəli şəxsin həbsini tələb edir - Bəraət almışdılar
Bu gün, 17:41
Müştərilər “Premium Bank”dakı pullarını geri götürür - TƏFƏRRÜAT
Bu gün, 17:33
Elmin İnkişafı Fondunun direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:31
Xəstəxana həyətində həkimi maşın vurdu - Ağır xəsarət aldı
Bu gün, 17:30
"Evimdə 2 övladım böyüyür, elə paylaşımlar edən insanın dəfnində nə işim var?" - Rövşən İsax
Bu gün, 17:24
“Bank of Baku” bütün depozitlərini sıfırlayıb
Bu gün, 17:22
Nazir müdiri işdən çıxardı - ƏMR
Bu gün, 17:18
Atdığım baltanın ölçüsü nə qədər idi? - Ağadadaş Ağayev məhkəmədə hiddətlənib
Bu gün, 17:15
Dövlət qurumlarının ötür-ötür oyunu: Gecəqondu məktəblə sakinlər arasında qarşıdurma davam edir - VİDEO
Bu gün, 17:10
"O, qurumun vitse-prezidenti deyil" - Rafael Ağayevlə bağlı AKF-dən AÇIQLAMA
Bu gün, 17:03
Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır - Zaxarova
Bu gün, 17:02
“ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” - Sobolev
Bu gün, 16:49
7 saylı həbsxanada məhkum özünü asdı - PENİTENSİAR XİDMƏT İŞGƏNCƏ İDDİALARINI TƏKZİB EDİR
Bu gün, 16:46
Şagirdlərə mobil telefon qadağası – Nələrə səbəb olar?
Bu gün, 16:43
Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu – İfadə verə bilmədi
Bu gün, 16:41
Bu icra başçıları özlərinə köməkçi axtarır - ADLAR
Bu gün, 16:38
Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? - Rəsmi Moskva
Bu gün, 16:33
"Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" - VİDEO
Bu gün, 16:30
Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? - BU NƏDİ BELƏ?..
Bu gün, 16:16
Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi – Tanıyan varmı?
Bu gün, 16:11
Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... - İNCƏLƏMƏ
Bu gün, 16:07
Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb - TƏFƏRRÜAT
Bu gün, 15:50
"Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 15:49
"Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" - İlqar Mikayıloğlu
Bu gün, 15:44
İstəsəydim icra başçısı, nazir olardım - Elza Seyidcahanla MÜSAHİBƏ
Bu gün, 15:41
Rusiya XİN Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz sayır
Bu gün, 15:36
Müsadirə olunmuş Bakı Oksford Məktəbini icarəyə götürdülər - DETALLAR
Bu gün, 15:34
Orduda qadınların potensialından istifadə etməliyik - Paşinyan
Bu gün, 15:28
Şuşa Bəyannaməsindəki detal sazişdə yoxdur - İrəvana pis xəbər
Bu gün, 15:24
Almaniya Ermənistana 20 milyon avro bağışlayır
Bu gün, 15:18
Bank sektorunun SARI ÇÖKÜŞÜ... - Şirkətlər “Yelo Bank”dakı depozitlərini geri götürürlər
Bu gün, 15:12
Toyun toy, vayın da vay yeri var: - İslama görə müsiqi ilə dəfn mərasimi icazəli deyil
Bu gün, 15:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru