Saatlıda büdcə vəsaitinin mənimsənilməsini görən yoxdur? - İTTİHAM
Tarix: 12-08-2020, 12:05 | Çap et
DİA.AZ: - "Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizə Mədəniyyət Nazirliyinə də gəlib çatdı. Bu nazirlikdə başa alıb gedən korrupsiya və rüşvərxorluq hallarının üstünün açılmasından və maddi məsul şəxslərin həbsindən sonra düşünmək olardı ki, regionlarda mədəniyyət idarələrində büdcə vəsaiti qorunacaq, korrupsiyanın qarşısı qismən də olsa, alınacaq. Ancaq sən saydığını say, gör Sabirabad Regional Mədəniyyət İdarəsi və Saatlı Mədəniyyət Mərkəzi nə sayır. Mədəniyyət Nazirliyində baş verən həbslər sanki Mədəniyyət Mərkəzinin direktoru, əvvəllər bazarda variant yığan Bəylər Əliyevin və Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Əhməd Apoş oğlu Ramazanovun yadından çıxıb. Onlar vərdiş etdikləri əməllərindən hələ də əl çəkə bilmirlər. Rayonun mədəniyyət müəssisələri “varianyığan Bəylər”lə Apoşun oğlunun əsirinə çevrilib". Bu barədə DİA.AZ-a göndərilən məqalədə bildirilir.
Daha sonra məqalədə deyilir: "Bu gün Saatlı rayonu ərazisindəki mədəniyyət evləri və klublara baxış keçirilsə, məlum olar ki, əksəriyyətinin adı var, özü isə yoxdur. Kəndlərdə illərlə qapısı bağlı qalan uçuq-sökük binalar, guya, mədəniyyət evi və ya klubdur. Həmin “binalarda”- kı sınıq-salxaq stullar Nuh əyyamından qalmadır. Yeni invetarların verilməsi isə problemə çevrilib. Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Əhməd Apoş oğlu Ramazanov bu vəzifəyə təyin olunan gündən klub və mədəniyyət evləri inventar üzünə həsrət qalıb.
Saatlıda klub və mədəniyyət evlərinin əksəriyyətinin adı var, özü isə yox. Halbuki, Bəylər Əliyev Mədəniyyət Nazirliyinə verdiyi hesabatlarda göstərir ki, guya, Saatlı rayon mədəniyyət evlərində və klubkarda hətta dram və özfəaliyyət dərnəkləri fəaliyyət göstərir. Bununla həm Mədəniyyət, həm də Maliyyə nazirliklərini aldadır və bu yolla büdcə vəsaitini mənimsəyir. Halbuki, Bəylər Əliyevə qədər Saatlı rayonunun bəzi kənd mədəniyyət evlərində fəaliyyət göstərən özfəaliyyət və folklor dərnəklərinin üzvləri respublikamızın müxtəlif regionlarında çıxış edirdilər. Hətta Heydər Əliyev Sarayında da çıxış edib, laureat adını qazanıblar. Bəs hanı o özfəaliyyət və folklor dərnəkləri? Bu gün Bəylər Əliyevlə Əhməd Apoş oğlunu yalnız işçilərdən hər ay aldıqları rüşvət maraqlandırır. Deyirlər ki, illərlə işə gəlmirsiniz, əvəzində hər ay 25- 30 manat verməlisiniz. Verməsəniz, klubu ləğv eədcəyik.
Rayonun Nərimankənd, Qaracalar, Dədə Qorqud, Məmmədabad, Nabat, Günəşli, Orta Muğan, Çolpu kənd klublarında, Qara Nuru, Qırağlı, Azadkənd, Mircəlalkənd mədəniyyət evlərində hətta iş otağı yoxdur. İş otağı olmayan yerdə hansı dərnəkdən söhbət gedə bilər? Bu kəndlərin heç birində istilik sistemi də yoxdur".
"Halbuki, qış aylarında Bəylər Əliyevlə Əhməd Ramazanov əlaqəyə girərərk, guya, həmin kənd klublarının qızdırılması üçün odun və digər isitmə vəsaitlərinin verilməsi barədə saxta sənədlər tərtib edir və büdcədən bu hesaba pul mənimsəyirlər" - deyə vurğulayan məqalə müəllifi diaaz.space-a göndərdiyi yazısını belə davam edir:
"Bəzi kənd klublarındakı saralmış kağız üzərində yazılmış cədvəldə “dərnək üzvləri”nin adını görəndə adamı təəccüb bürüyür. Çünki həmin “dərnək üzləri” elə həmin klub və mədəniyyət evlərinin xadimələridir. Bu il isə yəni. 2020- ci ildə mədəniyyət evləri və klubların köhnə binalarında barama saxlanılıb. Rayonun mədəniyyəti barama qurduna qurban verilib. Bəzi kəndlərdə isə klub ”mədəniyyət evi”nə çevrilirb. Bu yolla işçilərin sayını artıqmaqla büdcə vəasiti mənimsənilir.
Biabırçı faktdan biri isə rayonun Varxankənd kənd klubunun mədəni təşkilatçı vəzifəsində “işləyən” Ağalarova Məharət Mirələkbər qızının 5 ildən artıqdır ki, Sumqayıt şədərində yaşmasıdır. Bəylər Əliyevə yaxınlığı ilə tanınan bu xanımın heç mükəmməl orta təhsili də yoxdur, ancaq kənd klubunun mədəni təşkilatçı vəzifəsində çalışır və guya, hər gün Sumqayıtdan Saatlının ən ucqar kəndinə işə gəlir. Kənd sakinləri, ümimiyətlə, belə bir adamı tanımadıqlarını, beş il ərzində bir dəfə də görmədiklərini deyirlər.
Rayonun gəncləri ümid edirlər ki, korrupsiya və rüşvətxorluğun qarşısnın alınması növbəsi Saatlı Mədəniyyət Mərkəzinə də catacaq və rayonda büdcə vəsaitinin talan edilməsinin qarşısı alnacaq. Təəssüf ki, hələ də Saatlıda əksər klub və mədəniyyət evlərinin adı var, özü isə yox. Görəsən Saatlıda mədəniyyət müəssisələri “variantyığan Bəylər”lə əhməd Apoş oğlunun əsirindən nə vaxt xilas olacaq?"
İddia olunanlarla bağlı DİA.AZ olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ qüvvələri Ermənistana gəlir, İran yenə SUSUR... - DAHA NƏ BAŞ VERMƏLİDİR Kİ?
Bu gün, 10:06 |
|
|
|
• Məhkəmə “Muğanbank”ın keçmiş vəzifəli şəxsi ilə bağlı qərar verdi - TƏFƏRRÜAT
Bu gün, 10:01 |
|
|
|
• Seymur Orucovun VƏTƏNDAŞ QƏBULU imitasiyası... - FOTOFAKT
Bu gün, 09:59 |
|
|
|
• Parlamentin İntizam Komissiyasının üzvləri dəyişəcək? - AÇIQLAMA
Bu gün, 09:57 |
|
|
|
• Paşinyandan sərt addım: O ölkə ilə əlaqələri kəsir - “İravunk”
Bu gün, 09:51 |
|
|
|
• Məktəblərə internet çəkilməsi 17,5 milyon manata - BAŞA GƏLƏCƏK
Bu gün, 09:37 |
|
|
|
• Rusiya və İran yaxınlaşması Bakı və Ankara üçün SİQNALDIR... - Məcburuq ki...
Bu gün, 09:33 |
|
|
|
• Bakıda çəkisi 6 kq olan uşaq doğulub
Bu gün, 09:26 |
|
|
|
• SPARK MMC-dən kimlər istintaqa cəlb edilib? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:15 |
|
|
|
• Dövlət Duması Rusiya ilə ABŞ arasında birbaşa münaqişə risklərini qiymətləndirib
Bu gün, 09:11 |
|
|
|
• Ölkədən 326 milyon manatı qaçaqmalçılıq yolu çıxartmaqda təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilib
Bu gün, 09:02 |
|
|
|
• Dövlətə 3 milyon cərimə kəsdirən Abutalıbovun yeri bilindi - YENİ DETALLAR
Bu gün, 09:00 |
|
|
|
• Hər bir saxta kosmetoloqun... plastik cərrahın arxasında hansısa MƏMUR DAYANIR... - İLGİNC...
Bu gün, 08:59 |
|
|
|
• Diplomlu işsizlər... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:56 |
|
|
|
• İrəvan İranın zəifləməsindən istifadə edir, “ova” çıxıb - keçmiş səfirdən ilginc açıqlamalar
Bu gün, 08:49 |
|
|
|
• "İki gündür ki, dənizə getmək üçün gəmi ilə təmin olunmurlar..." - GİLEY
Bu gün, 08:41 |
|
|
|
• "Ödənişli əlavə məzuniyyət almaq hüquqları..." - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Lavrovun “qara qutu” eyhamı: Rusiya bunu niyə yaydı? - Görünəni odur ki...
Bu gün, 08:26 |
|
|
|
• Paşinyan sübut etməyə çalışır ki... - AKTUAL
Bu gün, 08:25 |
|
|
|
• FHN-dən növbəti ŞÜBHƏLİ TENDERLƏR... - bir araşdıran olsa...
Bu gün, 08:20 |
|
|
|
• Cəlilabadda SAXTA SƏNƏD qalmaqalı - Başçının adı hallanır...
Bu gün, 08:18 |
|
|
|
• "Ermənistan Cənubi Qafqaza daxil olmaq üçün plastarm rolunu oynayır" - Qulamhüseyn Əlibəyli
Bu gün, 08:15 |
|
|
|
• Arxitektura Komitəsinin nə marağı var ki... - İDDİA
Bu gün, 08:08 |
|
|
|
• `Azercell` xaricdə də müştəriyə problem yaradır - "E-sim yükləyin canınız dinc olsun..."
Bu gün, 08:05 |
|
|
|
• Sərhədlərimizə qədər yaxınlaşan Vaşinqton... - KİM ÜÇÜN TƏHLÜKƏDİR?
Bu gün, 08:00 |
|
|
|
• Bu gün hərbi cinayətlərdə ittiham olunan Ruben Vardanyan, Araik Arutyunyan və digərlərinin məhkəməsi başlayır
Bu gün, 07:15 |
|
|
|
• "Mən idman sahəsində baş verən haqsızlıqları, özbaşınalıqları tənqid edirəm" - QALMAQAL
Bu gün, 07:11 |
|
|
|
• ABŞ-dan Qarabağla bağlı xoşagəlməz addım – Ermənilər geri qaytarılır?
Bu gün, 06:40 |
|
|
|
• İki orqanı olmayan uşağın əlillik pensiyası kəsildi... - Nazirlik isə deyir ki...
Bu gün, 06:38 |
|
|
|
• Ukrayna niyə çağırış yaşını aşağı salmaq istəmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:29 |
|
|
|
• Aleksanyandan Vardanyanla bağlı sensasiya - "Bakıya elə faktlar verəcəm ki…”
Bu gün, 06:26 |
|
|
|
• Lixtenşteyn və San Marino vətəndaşlarına həsəd apara bilərik - MALƏSƏF...
Bu gün, 00:08 |
|
|
|
• Binəqədinin hərbi komissarı orduya yararsız gənci zorla xidmətə yollayır - BU NƏDİ BELƏ?
Bu gün, 00:02 |
|
|
|
• Baydendən vida və: görülən işlər, təhdidlərin ünvanı, təkliflər... - NƏ BAŞ VERİR?
Bu gün, 00:00 |
|
|
|
• Trampın Bakı səfəri baş tuta bilər... - AÇIQLAMA
Dünən, 22:47 |
|
|
|
• Fevralın 9-u başlayacaq - İTV-də...
Dünən, 22:37 |
|
|
|
• Qəbul imtahanları elektron olacaq - Nəticələrə necə təsir edəcək?
Dünən, 22:01 |
|
|
|
• Qovulması xəbərini alarkən nazir YANINDA OLUB... - TƏFƏRRÜAT
Dünən, 21:57 |
|
|
|
• ABŞ-ın Qafqaz planı təsdiqləndi: Tiflisdən sonra növbə İrəvandadır - GƏLİŞMƏ
Dünən, 20:52 |
|
|
|
• "Yenə mənim adımdan pul dilənir" - FOTOFAKT
Dünən, 20:49 |
|
|
|
• Tanınmış iş adamı ağır qəzaya düşdü - TƏFƏRRÜAT
Dünən, 20:46 |
|
|
|
• NƏ BAŞA DÜŞƏK: Nazir işdən çıxarılan müavini ilə selfi paylaşdı - FOTO
Dünən, 20:43 |
|
|
|
• 'Aİ-95' benzinin qiyməti artacaq? - AÇIQLAMA
Dünən, 20:40 |
|
|
|
• Cənubi Qafqaz uğrunda açıq savaş: Vaşinqton İrəvanı seçdi - AKTUAL
Dünən, 19:02 |
|
|
|
• "Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmır, digər tərəfdən Avropa İttifaqına üzvlüyə can atır"
Dünən, 19:00 |
|
|
|
• “Yapı Kredi Bank”ın gəliri - AZALIB
Dünən, 18:58 |
|
|
|
• Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
Dünən, 18:22 |
|
|
|
• Şimali Koreya sərhədini əcnəbi turistlər üçün açdı
Dünən, 18:20 |
|
|
|
• Hindistanlı generala İrəvanda medal verildi
Dünən, 18:10 |
|
|
|
• Azərbaycan-Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib
Dünən, 18:08 |
|
|
|
|