Prokuror 7 il 10 ay 15 gün iş istədi .....                     ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb .....                     Prokuror məşhur tiktokerə .....                     Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir .....                     "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." .....                     İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin .....                     Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? .....                     "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" .....                     Azərbaycan USAİD-i niyə istəmir? .....                     Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? .....                     “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib .....                     Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? .....                     "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" .....                     “Qara qutu” Rusiyanın əlinə keçib? .....                     Ermənistan məsələni səhv məcradan təqdim edir: .....                     Hamınıza tezliklə cavab verəcəyəm .....                     Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... .....                     “Toplum TV” işi üzrə istintaq yekunlaşıb .....                     Azərbaycanda mənzillər 10 % bahalaşıb .....                     Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi .....                     Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? .....                     Həbsdə olan idmançıların şikayəti təmin edilməyib .....                     Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi .....                     “Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi .....                     London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar .....                     Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır .....                     Paşinyanla Putin telefonla danışdı: .....                     “İstəyirsən proses tez-bazar bitsin” .....                     Ziya Məmmədovun bacısı vəzifəsindən azad edildi .....                     Rusvari rüsvayçılıq .....                     ABŞ-lə strateji tərəfdaşlıq sazişi imzalayan Ermənistan .....                     Bayden-Blinken duetinin fəlakətli siyasəti: nəticələr çox ağırdır .....                     "Rusiya müşahidə edir, nəyisə nizama salmağa çalışır..." .....                     “Ölü” yiyələri də dilə gəlirlər: onu basdırmağın zamanıdır .....                     Paşinyan güman edir ki, Qərb ona daha çox dəstək verəcək... .....                     Yeni qayda test üsulunu ləğv edəcək? .....                     Kadırovçular azərbaycanlını əsirlikdən xilas etdilər .....                     Ermənistan eyforiyadadır .....                     İcra Hakimiyyəti binasında FHN üçün icarəyə otaqlar verdi .....                     Təhsil müəssisəsi 46 mühafizəçiyə 63 milyon manat ödəyəcək .....                 

Əli Həsənov Azərbaycanda FETÖ-nü necə qoruyub? — ŞOK FAKTLAR ÜZƏ ÇIXDI
Tarix: 21-05-2020, 13:10 | Çap et
Əli Həsənov Azərbaycanda FETÖ-nü necə qoruyub?
Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhddən sonra Azərbaycanda da FETÖ-yə qarşı mübarizə başlandı. Bu mübarizənin başında dayanan şəxs isə Prezidentin keçmiş köməkçisi Əli Həsənov idi. Özünü hakimiyyətin ideoloqu kimi təqdim edən Əli Həsənov bütün medianı bu istiqamətdə səfərbər etmişdi. Mənzərə ortada idi: ölkədə FETÖ ilə aktiv mübarizə gedir, bu şəbəkənin üzvləri dövlətin strukturlarından təmizlənir, ictimai rəyin formalaşdırılması ilə bağlı müvafiq addımlar atılır. Bu prosesin görünən tərəfi idi...

Bəs qaranlıq tərəfdə nələr var idi?

FETÖ ilə mübarizəyə “liderlik” edən Əli Həsənov əslində nəyin mübarizəsini aparırdı?

Bu suallar hələ də açıq qalır və Əli Həsənovun əslində FETÖ ilə mübarizədə manipulyasiya etdiyi, şəbəkənin aparıcı siması olması haqda informasiyalara hələ də inanmayanlar var. Hadisələrin inkişafı və ortaya çıxan nəticə buna inanmağa çətinlik yaradır. Necə olur ki, Prezidentin köməkçisi postunda dövlətin həyata keçirdiyi mübarizəni həm bu şəbəkənin, həm də şəxsi maraqlarının naminə manipulyasiya edə biləsən?

Yaxud FETÖ Əli Həsənovun timsalında hansı planı həyata keçirirdi?

Bu gün vəzifədə olarkən Əli Həsənova yaxın şəxslər, o cümlədən, Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevanın bir tədbirdə iştirakı zamanı çəkilmiş fotolar yayıldı. Fotolarda Fətullah Gülənə bağlı olan “Çağ Öğretim” təhsil müəssisələri şəbəkəsinin rəhbəri Enver Özeren, Dialoq Avrasiya Platformasının Azərbaycan Nümayəndəliyinin rəhbəri Mustafa Saatçı, keçmiş Qafqaz Universitetinin (Bakı Mühəndislik Universitet) rektoru Ahmet Sanıç, Sona Vəliyeva və Əli Həsənov şəbəkəsi kimi tanınan şəxslər ön cərgədə görüntülənir. Tədbirdə hətta Sona Vəliyevaya mükafat da təqdim olunur.

Enver Özeren, Mustafa Saatçı və Ahmet Sanıç Azərbaycanda FETÖ-nün maliyyə, media və təhsil proqramları üzrə 1 nömrəli nümayəndələri idilər. Onların rəhbərlik etdiyi qurumlarda şəbəkənin lideri Fətullah Gülənin təbliğ edildiyi, tələbələrin nurçuluğu qəbul etməsi üçün işlərin aparıldığı təsdiqini tapmış məlumatlardır. Hətta, keçmiş Qafqaz Universitetinin tələbələri rektor Ahmet Sanıçın göstərişi ilə konfrans salonuna toplanır, böyük ekranda Fətullah Gülənin Türkiyə Prezidentinə bəd dua oxumasına tamaşa etdirilir və hər bəd duadan sonra “Amin” deməyə məcbur edilirdi.

Bəs Əli Həsənovun şəbəkəsi və həyat yoldaşı Sona Vəliyevanın Ahmet Sanıçla, Enver Özerenlə bir arada nə işi var idi?

Təkcə bu detal Əli Həsənovun “mübarizə apardığı” FETÖ-nün əsas adamı olduğu versiyasını gücləndirir. “FETÖ istintaqı” zamanı Ahmet Sanıç Azərbaycanı tərk etdi, Qafqaz Universiteti də belə demək mümkünsə milliləşdirildi. Lakin FETÖ Azərbaycanı tərk etmişdimi?

Əli Həsənovun yüksək postda təmsil olunması bu sualın müsbət cavabını arxa plana keçirir. Həm də o versiyanı gündəmə gətirir ki, Əli Həsənov FETÖ məsələsi üzərindən manipulyasiya edib və öz gerçək kimliyini gizlətmək üçün mübarizəyə “öndərlik” edib.

Məsələni başqa cür qoysaq, deyə bilərik ki, FETÖ də əslində üzdə görünən üzvlərini qurban verərək, arxada qalan əsl adamını – Əli Həsənovu qoruyub və bununla fəaliyyətini gizli formada həyata keçirib.

Əli Həsənovun FETÖ ilə bağlantısı təkcə bununla yekunlaşmır. Misal üçün, onun oğlu Şamxal Həsənov Qafqaz gimnaziyasının məzunudur, Samanyolu TV (Xəzər TV-nin keçmiş adı və Fətullah Gülənin əsas təbliğatçısı) reklam çəkilişlərini həyata keçirirdi.

2013-cü ildə Türkiyədə FETÖ məsələsi gündəmə gələndə Samanyolu TV də bağlandı. Əslində bağlanmadı, sadəcə olaraq adı Xəzər TV olaraq dəyişdirildi və yenə əvvəlki missiyasına davam etməyə başladı. Bu dəfə rəhbərliyə Əli Həsənovun oğlu Şamxal Həsənov gətirildi. Lakin kanalda əsas aparıcı vəzifələri yenə FETÖ-çülər yerinə yetirirdi.

Mediada yayılan məlumatlara görə, Fətullah Gülənin sözçüsü Faruk Taban 2014-cü ilin 28 yanvar tarixində ABŞ-dan Bakıya gəlir və Xəzər TV-nin rəhbəri Hüseyn Dinləməzə belə deyir: “Kanal bizim yeni adama təhvil veriləcək...”.

Yeni adam kim idi? Əli Həsənovun oğlu Şamxal Həsənov. Təbii ki, Şamxal Həsənov Xəzər TV-nin rəhbəri olaraq təyin olundu, Faruk Tabanın “yeni adam” dediyi şəxs isə Əli Həsənovun özü idi.

Həsənovlar Xəzər TV-yə rəhbərlik etdikləri dövrdə FETÖ üzvləri kanalda daha da yüksəldilər. Misal üçün, Fətullah Gülənin Samanyolu TV-sinin reklam koordinatoru Mehmet Özkundakçının qardaşı Gökhan Özkundakçı Xəzər TV-nin vitse-prezidenti və reklam müdiri vəzifəsinə təyin olundu.

Sonradan Əli Həsənov FETÖ-çüləri “çirkli pulların yuyulması” kimi təmizə çıxarmağa başladı və dünənə qədər şəbəkənin ən aktiv üzvləri əsl simalarını gizlədərək, Azərbaycan və Türkiyə dövlətinin tərəfdarı kimi davranmağa başladılar.

Mediada yayılan məlumatlarda Əli Həsənovun FETÖ-çülərlə Avropa ölkələrində böyük biznes qurduğu da deyilir. Bu və digər informasiyalar Əli Həsənovun FETÖ-nün gizli adamı olduğu versiyasını gücləndirir.

Göründüyü kimi, keçmiş köməkçi “FETÖ-yə qarşı mübarizə” adı altında əslində şəbəkəni ifşa olunmaqdan xilas edərək, “təmizə çıxarılması” prosesini həyata keçirir, həm də özünü qorumaq üçün manipulyasiya edirmiş.

Mafiya filmlərini xatırladan bu hadisələrə yalnız belə ad vermək olar: "Quzu dərisi geyinmiş qurd"...
Demokrat.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Bu gün, 17:39
ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Bu gün, 17:36
Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Bu gün, 17:34
Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Bu gün, 17:32
"Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Bu gün, 17:18
İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Bu gün, 17:09
Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Bu gün, 17:08
"Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 17:05
Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Bu gün, 17:01
Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Bu gün, 16:57
“Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Bu gün, 16:53
Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Bu gün, 16:51
"Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Bu gün, 16:48
“Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Bu gün, 16:42
Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Bu gün, 16:37
Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Bu gün, 16:31
Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Bu gün, 16:28
“Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Bu gün, 16:19
Azərbaycanda mənzillər 10 % bahalaşıb
Bu gün, 16:18
Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:01
Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Bu gün, 15:58
Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Bu gün, 15:41
Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Bu gün, 15:39
“Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Bu gün, 15:36
London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Bu gün, 15:34
Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Bu gün, 15:32
Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Bu gün, 15:26
“İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Bu gün, 15:23
Ziya Məmmədovun bacısı vəzifəsindən azad edildi - SƏBƏB
Bu gün, 15:19
Rusvari rüsvayçılıq – Kremlin “üzr”ü qəbahətindən betər oldu
Bu gün, 15:17
ABŞ-lə strateji tərəfdaşlıq sazişi imzalayan Ermənistan Ukraynadan nəticə çıxarmalıdır
Bu gün, 15:15
Bayden-Blinken duetinin fəlakətli siyasəti: nəticələr çox ağırdır - İNCƏLƏMƏ
Bu gün, 15:10
"Rusiya müşahidə edir, nəyisə nizama salmağa çalışır..." - ŞƏRH
Bu gün, 14:02
“Ölü” yiyələri də dilə gəlirlər: onu basdırmağın zamanıdır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Paşinyan güman edir ki, Qərb ona daha çox dəstək verəcək... - AMMA...
Bu gün, 13:58
Yeni qayda test üsulunu ləğv edəcək? - AKTUAL
Bu gün, 13:10
Kadırovçular azərbaycanlını əsirlikdən xilas etdilər - VİDEO
Bu gün, 13:05
Ermənistan eyforiyadadır - GÖRÜNƏNİ BUDUR
Bu gün, 13:02
İcra Hakimiyyəti binasında FHN üçün icarəyə otaqlar verdi
Bu gün, 13:00
Təhsil müəssisəsi 46 mühafizəçiyə 63 milyon manat ödəyəcək - TENDER NƏTİCƏSİ
Bu gün, 12:59
“Rəsul öz müəlliminə aşiq olur!” - VİDEO
Bu gün, 12:56
Yeni dələduzluq üsulu yayılıb - Bu dəfə süni intellektlə
Bu gün, 12:54
“AccessBank” üçün ÇƏTİN MƏRHƏLƏ... - NƏ BAŞ VERİR?
Bu gün, 12:51
Bəxtiyar Mikayılova HÖKM OXUNDU
Bu gün, 12:48
Kəlbəcər icra hakimiyyətindəki davanın TƏFƏRRÜATI - “Atamgili Kəlbəcərə aparmaq istəyirdim”
Bu gün, 12:41
Tarixi Bakı məhkəməsi: cinayət işi ayrı, siyasət işi ayrı... - Bahəddin Həzi yazır...
Bu gün, 12:39
Hərbi Hospitalın tanınmış həkimi facəvi şəkildə vəfat etdi - FOTO
Bu gün, 12:38
Havanın arabir yağıntılı olacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:36
Tofiq İsmayılovun 1 milyonluq işdə adı hallanan oğlu yenidən həbs edildi
Bu gün, 12:35
Rəqsanənin keçmiş sevgilisi qarət edildi - FOTO
Bu gün, 12:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru