Məhkəmə qərarları məhkəmə , icraçı və borclunun dələduzluğuna hesablanıb? - GİLEY
Tarix: 28-11-2019, 12:55 | Çap et
DİA.AZ: - "Qış qapını döyməkdə , mən isə yataqda yorğan-döşəkdəyəm. Həmişəki kimi istiliyin adı var, özü yoxdur. Son 12 ildə hər 5-10 gündən bir su, qaz verilməsini diləsəm də, 12 ildir “Azərsu” yezidliyindən, “Azəriqaz” qazlamağından əl çəkmir. “Azərişıq” 2018 -ci ildə qəbul edilmiş , ərazi planlaşdırılması aparılmayan ərazilərə aid olan qoşulma haqqı tarifini geriyə tətbiq edərək, ödənişsiz hazırlanan texniki şərtə iki yüz manatdan çox tələb edərək, işıqdan məhrum edib. Bu “Kombi” sistemi də elə qurulub ki , su, qaz və işıq birgə “iştirak etməsə” evin qızdırılması mümkün deyil". Bu barədə DİA.AZ-a Məğrur Bədəlsoy yazır.
Yazıda daha sonra qeyd olunur: "Bağlantılı dövlət qurumları isə sözügedən xidmət qurumlarının özbaşınalığına nəinki hüquqi qiymət verilməsini təmin edir, əksinə “ haqq” qarşısında haqq qazandırırlar. Məhkəmədən də danışmağa dəyməz, 3 ildir adi müvəqqəti də olsa, sayğacın quraşdırılmasından imtina edən “ədalət qurumu”ndan nəsə gözləməyə dəyərmi? Lap tutaq ki, məhkəmə xidmətlə təmin olunmağım öhdəliyini sözügedən xidmət qurumlarının üzərinə qoydu, icra olunmayacaqsa, nə anlamı var? Baxın, su(suzluq) xidməti 2 ildir quraşdırdığı “smart” sayğacın kartını verməkdən imtina edir, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakiminin əraziyə gəlib, kartın verilməsi göstərişi 7 aydır icra olunmursa, borclu ediləndən sonra icra ediləcəkmi? Acı təcrübə “yox” cavabını verir.
İndiyədək xeyrimə çıxarılan heç bir məhkəmə qərarı icra olunmayıb . Sonuncudan başlayaq. 4-cü ildir 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20.06.2016 tarixli qərarını borclu ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidməti nəinki icra edir, hətta görməzliyə vurur. Tələbkar kimi icranın təmin edilməsi haqqında ərizələrimə nə məhkəmə baxır, nə Ədliyyə Nazirliyi, nə də Məhkəmə Hüquq Şurası. Elə bil yerli-dibli nə mən varam, nə borclu. Məhkəmə indiyədək heç icra sənədi də verməyib.
Bakı Apellyasiya Məhkəməsinin 05.07.2011 tarixli borclu Dövlət Sığorta Kommersiya Şirkətinin (DSKŞ) üzərinə “qanpulu” ödənişini ödəməsi öhdəliyini qoymasının 9 ili olacaq , hələ də hesabıma bir qəpik belə ödəməyən DSKŞ məhkəmələrin , icra məmurlarının gözlərini , ağızlarını “qanpulu”mdan rüşvətlə necə yumubsa, icraata xitam verilməsi haqqında təqdimat veriblər. Özbaşınalığa baxın borclunun da, tələbkarın da hesabı eyni bankda -Beynəlxalq Bankda olduğu halda və tələbkar mən olduğum halda, borclu DSKŞ guya iki ayrı bankda hesabı olan Nəsimi və Binəqədi şöbəsinin depozit hesabına iki il sonra 2013-cü ildə müvafiq olaraq 500 manat və 880 manat, yəni onqat az borc və 35 manat cərimə ödəyib! (?) Və hələ də, bu onqat az məbləğ də hesabıma köçürülməyib ! (?) Bu isə icra şöbələri ilə borclu DSKŞ-nın birgə dələduzluğundan soraq verir . Heydər Əliyev fondunun , Ombudsmanın işə qarışmasından sonra “qanpulu” məbləğinin 11 min manat olduğundan icranın təmin olunmadığı haqqında 05.03.2013 tarixli qərarla bu dələduzluğa hüquqi qiymət verən Binəqədi rayon məhkəməsi (hakim Abbas Rzayev ) də 7 ildir qərarını icra etdirmir. Borclu haqqında sanksiya tətbiq edilməsi haqqında ərizəmə hakimin “məhkəməni yükləmək ittihamı” ilə hələ də baxılmır. Anlamaq olmur, bəyəm məhkəmənin işi ərizələrə baxmaq, hakimin işi qəbul etdiyi qərarın icrasına nəzarət etmək deyil?
Borclu ƏMDK və Nizami MKTB Xətai məhkəməsinin 26.05.2009 tarixli qətnaməsini 10,5 ildir icra etmək əvəzinə, bir-birinə verdiyi məktubları “əsas” tutub, məhkəmənin mənə verdiyi daşınmaz əmlakın gah “Kapitalbank”ın , bank bunu yalanlayanda isə 14 yaşında uşağın balansında olduğunu bildirib dələduzluq edirlər. Özbaşınalığa baxın, borcluların bir-birilə cinayət əlaqəsinə girərək əmlakı ələ keçirməsini icra şöbəsi tələbkarın “icraya maneçilik törətməsi” kimi qiymət verib ! (?) İcranın konkret ünvana -Bəhruz Nuriyev -10A ünvanındakı əvvəllər DSK yerləşən otaqlara yönəldilməsi haqqında Xətai məhkəməsinin 21.06.2011 tarixli qətnaməsi və onun əsasında verilən icra sənədini isə borclular -ƏMDK, Nizami RİH, Ədliyyə Nazirliyinin Nizami və Xətai icra şöbələri 3 il tələbkardan gizlədiblər, indi isə 9-cu ildir icra etməkdən imtina edirlər".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şamaxıda da anım mərasimi keçirildi
Dünən, 19:02 |
|
|
|
• Aynişanın adından dələduzluq
Dünən, 18:59 |
|
|
|
• Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib
Dünən, 18:56 |
|
|
|
• Fərid Səfərli Azərbaycana qaytarıldı - DTX və XİN rəsmi məlumat yaydı
Dünən, 18:02 |
|
|
|
• Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir - deputat
Dünən, 18:00 |
|
|
|
• İrəvan Azərbaycandan qorxduğu üçün bunu edir - RƏY
Dünən, 17:58 |
|
|
|
• AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? - AÇIQLAMA
Dünən, 17:08 |
|
|
|
• Meymunçiçəyi yayılır – Həkim çağırış etdi
Dünən, 17:03 |
|
|
|
• Ararat Mirzoyan sabah Moskvaya gedəcək
Dünən, 17:00 |
|
|
|
• Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub
Dünən, 16:59 |
|
|
|
• Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı
Dünən, 16:33 |
|
|
|
• Ermənistan sərhədində son durum: “Kazarmalarını söküb gedirlər” - KİV
Dünən, 16:31 |
|
|
|
• Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir - Görünəni odur ki...
Dünən, 16:24 |
|
|
|
• Uzun, problemli və mürəkkəb proses – Tələsmək olmaz
Dünən, 16:22 |
|
|
|
• Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb - VİDEO
Dünən, 16:01 |
|
|
|
• "Tanınmış insanların adından istifadə edirlər"
Dünən, 15:59 |
|
|
|
• İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. - AKTUAL
Dünən, 15:54 |
|
|
|
• İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı - Dilarə Əsgərova bu barədə məlumat...
Dünən, 15:51 |
|
|
|
• Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Dünən, 15:46 |
|
|
|
• Ermənistan dövləti başını qaldırmamış payını almalıdır - ÇAĞIRIŞ
Dünən, 14:00 |
|
|
|
• “Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? - ARAŞDIRMA
Dünən, 13:58 |
|
|
|
• Bakıda gənc ana YOXA ÇIXDI
Dünən, 13:12 |
|
|
|
• Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü - TIR onları vurdu
Dünən, 13:06 |
|
|
|
• Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... - “Hraparak”
Dünən, 13:05 |
|
|
|
• Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır - Nazirdən AÇIQLAMA
Dünən, 13:00 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:57 |
|
|
|
• "Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Dünən, 12:55 |
|
|
|
• Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Dünən, 12:53 |
|
|
|
• "Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Dünən, 12:48 |
|
|
|
• Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Dünən, 12:44 |
|
|
|
• “Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Dünən, 12:38 |
|
|
|
• ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Dünən, 12:33 |
|
|
|
• Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Dünən, 12:32 |
|
|
|
• Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Dünən, 12:30 |
|
|
|
• ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Dünən, 12:29 |
|
|
|
• Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
Dünən, 12:28 |
|
|
|
• ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Dünən, 12:11 |
|
|
|
• “Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Dünən, 12:08 |
|
|
|
• Tramp Putinlə telefon danışığına hazırlaşır – Köməkçilərinə tapşırıq verib...
Dünən, 12:05 |
|
|
|
• Əməkdar artist harada dəfn ediləcək? – Teatrdan açıqlama
Dünən, 11:52 |
|
|
|
• Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb
Dünən, 11:44 |
|
|
|
• Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... - FOTO, VİDEO
Dünən, 11:42 |
|
|
|
• Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? - MOLLA-KEŞİŞ ortaqlığı...
Dünən, 11:35 |
|
|
|
• Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur - Kamran Əliyev
Dünən, 11:34 |
|
|
|
• Ermənistana qarşı 1.5 milyardlıq İDDİA
Dünən, 11:19 |
|
|
|
• Estoniyada hərbi təlimlər başlayır
Dünən, 11:16 |
|
|
|
• İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... - GƏLİŞMƏ
Dünən, 11:07 |
|
|
|
• Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? - NƏ BAŞ VERİR?
Dünən, 11:02 |
|
|
|
• Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? - AKTUAL
Dünən, 10:56 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Dünən, 10:50 |
|
|
|
|