“Mütəşəkkil dəstəni 13 nəfər hakim müdafiə edir” - GİLEY
Tarix: 17-09-2019, 15:16 | Çap et
Bakı şəhərəi, Binəqədi rayonu, 9-cu mkr, ev 0002, mənzil 0103-də müvəqqəti yaşayan Bayramov Yasin Ziyədəli oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına növbəti şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edən şikayətçi yazır:
“Bütün dünyaya məlumdur ki, ölkəmizdə birinci instansiya, Apellyasiya və Ali Məhkəmədə fəaliyyət göstərən hakimlərin bəziləri tərəfindən insan hüquqları qəsdən pozulur. Azərbaycan Respublikası Konstitusiyasına həmin hakimlər tərəfindən riayət edilmir?
Hal-hazırda 13 nəfər hakimin mütəşəkkil dəstəni müdafiə etməsi sübutdu. Ölkəmizdə qanunlar işləmədiyik üçün cinayət törədən hakimlər haqqında tədbir görülmür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2018-ci ilin sonunda məhkəmə qərarlarının dərci ilə bağlı verdiyi fərman icra edilmədi.
03.04.2019-cu il tarixində “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Prezident fərman imzaladı. Həmin fərman da kağız üzərində qaldı. Yuxarıda qeyd edilən fərmanların icrasına nəzarət etməli olan şəxslər haqqında tədbir görülmədi. Səbəbi Azərbaycan vətəndaşlarına məlum olmadı. Bu cür durum insan haqlarının təminatı üçün təhlükədir. Ölkə əhalisini dövlətdən və hökumətdən narazı salır. Bu məsələ Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Əli Nağıyevi də narahat etməlidir. Və ölkə Prezidentini məlumatlandırmalıdır ki, ölkədə olan situasiya hansı vəziyyətdədir. Çünki Prezident xalq tərəfindən seçilir. Xalqın Dövlətdən və hökumətdən narazı qalmasıba rədə məlumatlar vaxtında operativ şəkildə Dövlətin başçısına Dövlət Təhlükəsizlik Xidməti tərəfindən bildirilməlidir. Dövlət başçısı onu Prezident seçən xalqın vətəndaşlarının hüquqlarını Azərbaycan Respublika¬sının Konstitusiyasının 12-ci maddəsinə əsasən müdafiə etməlidir.
Hal-hazırda mütəşəkkil dəstəni müdafiə edən 13 nəfər hakimin cinayət törətmələrini Ali Məhkəmənin sədri Ramiz Rzayev, Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev, Prezident Aparatının hüquq-mühafizə orqanları ilə iş və hərbi şöbəsi və Azərbaycan Respublikasının Məhkəmə-hüquq şurasının Aparatının rəhbəri Cavid Hüseynov və onun rəhbərlik etdiyi məsul işçilər bilirlər.
Məhkəmələri bu günə salan təşkilatlar mütəşəkkil dəstəni müdafiə edən hakimlər haqqında heç bir tədbir görmürlər. Ölkədə ərizə və şikayətlərə baxılması haqqında qanun daimi pozulur. Ölkə əhalisinin müəyyən hissəsinin çıxılmaz vəziyyətdə qalması sübutdur.
Ali Məhkəmə vahid məhkəmə praktikasını formalaşdırmalıdır; Məhkəmə qərarları proqnozlaşdırıla bilən olmalıdır. Bu gün eyni mahiyyəti üzrə Azərbaycan Məhkəmələrində çıxarılan qərarlar bir-birinə ziddir. Hər hakim istədiyi kimi qərar verir. Mətbuatda hakimlərin bəzilərinin rüşvətlə, korrupsiya ilə məşğul olmaları barədə məlumatlar dərc edilir. Ölkədə çox az vəkil var ki, udduğu işlərin nəticələrini dərc edir. Ona görə belədir ki, işlərin çoxunu pulla udub. Həmin qərarları dərc etsə, vəkil də, hakim də rüsvay olar, hətta həbsə alınarlar.
“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanın kağız üzərində qalması barədə ölkə əhalisi də Prezidentə hər gün məlumat verməlidir. Həmin fərmanın icrasına nəzarət edən təşkilatlar elə məhkəmələri bu günə salanlardı. Və Prezidenti həmin təşkilatların rəhbərləri daimi aldadırlar. Həmin fərmanın icrası üçün 6 ay vaxt verilib. Bu ilin oktyabr ayının 3-də 6 ay tamam olur. Ona görə də ölkə vətəndaşlarının hamısı Prezidentin fərmanına cavabdeh olan şəxslərin yarıtmaz işlərinə görə, onların işdən azad olunmasını və fəaliyyətlərinin Respublika Prokurorluğu tərəfindən yoxlanılması məsələsini Prezident qarşısında qaldırılmalıdırlar.
13 nəfər hakimin mütəşəkkil dəstəni müdafiə etmələri onların qrup halında fəaliyyət göstərməsini təsdiq edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi və “Məhkəmələr və hakimlər haqqında” qanun elə şərait yaradır ki, hakimlər qrup halında və yaxud ayrı-ayrılıqda cinayət törədə bilirlər. Hakim cinayət törədibsə, Azərbaycan Respublikasının CM-nin 295.1-ci maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb olunmalıdır. Ölkəmizdə məhkəmə-hüquq şurasının lazımsız qurum olması sübutdu. Məhkəmə-hüquq şurası gözləyir ki, cinayət törədən hakim haqqında xüsusi qərardad çıxarılacaq. Əgər birinci instansiya məhkəməsi, Apellyasiya Məhkəməsi və Ali Məhkəmənin hakimlərinin qrup şəklində mütəşəkkil dəstəni müdafiə edirsə, hansı xüsusi qərardaddan söhbət gedə bilər. Məhkəmə-hüquq şurası bilir ki, 13 nəfər hakim cinayət törədib. Heç bir tədbir görə bilmədiklərini daimi bildirirlər. Məhkəmə-hüquq şurasının Aparat rəhbəri və əməkdaşları mənə məsləhətlər verirlər. Gürcüstan Respublikasında və düşmən Ermənistanda Məhkəmə-hüquq şurası yoxdur. Ona görə də həmin respublikalarda məhkəmələr Azərbaycanda fəaliyyət göstərən hakimlərdən ədalətlidirlər. Azərbaycan vətəndaşları bu məsələ barədə Prezident qarşısında məsələ qaldırmalıdır.
Yuxarıda qeyd etdiklərimi aşağıdakı sübutlarla təsdiq edirəm. 06.03.2006-cı il tarixli iddia ərizəsi ilə hüququ olmayan şəxs tərəfindən Bakı şəhəri Nizami rayon məhkəməsinə mənim sahibi olduğum Bakı şəhəri, Qara Qarayev küçəsi 108 saylı evin 102 saylı mənzilimdən yaşayış hüquqlarının itirilməsinə dair qətnamə qəbul edilməsini E.S.Mehdiyevanın, Z.Y.Bayramovun və R.Y.Bayramovun adlarından xahiş etmişdir.
Bakı şəhəri Nizami rayon məhkəməsinin hakimi A.Abdullayeva 2006-cı il “19” aprel tarixində gizli çıxardığı qətnamədə, mənim mənzilimdə yaşayış sahəsindən istifadə hüququmun itirilməsini qət etmişdir. Heç erməni faşistləri də belə qanunsuz qətnamə çıxarmazdı.
Belə ki, işdə olan Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti tərəfindən verilmiş 06.12.2018-ci il 33/5010 saylı məktubu təsdiq edir ki, Bayramov Ziyədəli Yasin oğlu 22.06.2006-cı il tarixdə Azərbaycan Respublikasından çıxış olmuşdur. Həmin məktubda konkret olaraq bildirilir ki, Bayramov Ziyədəli Yasin oğlunun 01.01.2006-cı il tarixdən 31.12.2006-cı il tarixədək dövlət sərhəddən hərəkəti barədə məlumata aiddir. Yəni onun vətənə 31.12.2006-cı ildən sonra da girişi olmamışdır. Bayramov Ziyədəli Yasin oğlu on üç gün ölkədə olmadığı halda (06.03.2006-cı il tarixində) onun adından hüququ olmayan şəxs tərəfindən Bakı şəhəri Nizami rayon məhkəməsinə iddia ərizəsi verilməsi sübutdur və yaxud Bayramov Ziyədəli Yasin oğlu əgər iddiaçıdırsa, nə üçün onda iddia ərizəsini məhkəməyə təqdim etmək üçün heç kimə etibarnamə verməmişdir. Saxta iş materiallarında elə bir etibarnamə yoxdur. Bayramov Ziyədəli Yasin oğlu hüququ olmayan şəxs tərəfindən hazırlanmış saxta iddia ərizəsini imzalamamışdır. Eyni zamanda, Bayramov Ziyədəli Yasin oğlu qardaşı Bayramov Ruzigar Yasin oğluna onu məhkəmədə təmsil etmək üçün etibarnamə verməmişdir. Saxta iş materiallarında elə bir etibarnamə yoxdur.
Guya Bakı şəhəri Nizami rayon məhkəməsində şahid qismində Bayramov Orxan İsmayıl oğlu dindirilib. Lakin, Orxan Bayramov mənimlə söhbəti zamanı bildirmişdir ki, o, 19 aprel 2006-cı il tarixində Nizami rayon məhkəməsində olmamış, hər hansı ifadə verməmişdir. Belə ki, o, polis orqanlarında işlədiyi üçün həmin tarixdə xidmətdə olmuşdur. Burdan da görünür ki, məhkəmə qətnaməsinə və məhkəmə iclasının protokoluna saxta izahatlar yazılmışdır. Onun məhkəmə iclas protokoluna əlavə olunmuş şahid iltizamındakı, imzanın ona məxsus olmamasını bildirdi. Eyni zamanda, Orxan Bayramov qonşuların saxta aktındakı, imzasının ona məxsus olmasını bildirdi. Qonşuların saxta aktındakı, imzası ilə iltizamdakı, imzanı müqayisə edəndə müəyyən olunur ki, Orxan Bayramovun iltizamdakı imzası ona məxsus deyil.
Mənim Apellyasiya şikayətimə Bakı Apellyasiya Məhkəməsinin iş 2(103)-1049/2018 saylı, 31.01.2018-ci və 21.02.2018-ci il tarixlərində baxıldı.
Apellyasiya şikayətimdə göstərdiyim dəlillərin heç birinə Bakı Apellyasiya Məhkəməsinin MK-da əhəmiyyət verilmədi. Məhkəməyə təqdim etdiyim saysız-hesabsız vəsatətlərim təmin edilmədi.
31 yanvar 2018-ci il tarixində Bayramov Ziyədəli Yasin oğlu Bakı şəhəri Apellyasiya Məhkəməsinin MK-nın iclasında bildirdi ki, onun adından 27.02.2006-cı il tarixdə yazılmış iddia ərizəsindən və Bakı şəhəri, Nizami rayon məhkəməsinin 19 aprel 2006-cı il tarixli qətnaməsindən xəbəri yoxdur. Bakı şəhəri məhkəməsinin 31 yanvar 2018-ci il tarixli iclas protokolu hakim Xəyal Sariyev və məhkəmə iclasının katibi Nail İbadov tərəfindən saxtalaşdırıldı. Bayramov Ziyədəli Yasin oğlunu qanunsuz olaraq iddiaçı hesab olunması məhkəmə iclasının protokolunda və qətnaməsində qeyd edildi.
Apellyasiya şikayətimdə bildirmişdim ki, hüququ olmayan şəxs tərəfindən hazırlanmış saxta iddia ərizəsindəki, imzaların iddiaçılar hesab olunanlar tərəfindən icra edilib-edilməməsinin müəyyən olunması üçün məhkəmə xəttşünaslıq ekspertizası təyin olunsun. Bayramov Orxan İsmayıl oğlu Apellyasiya Məhkəməsinin iclasına dəvət olunsun. Mənim apellyasiya şikayətimdə göstərdiyim dəlillərin həqiqətə uyğun olmasını Bakı Apellyasiya Məhkəməsinin MK-nin hakimləri X.Sariyev, E.Nağıyeva və M.Məmmədov bilirdilər. Ona görə də cinayət törətmiş hakim A.Abdullayevanı müdafiə etmək üçün onların özləri Bakı Apellyasiya Məhkəməsinin 31 yanvar 2018-ci il və 21 fevral 2018-ci il tarixli qərardad və qətnamələrin saxtalaşdırdılar. Bayramov Ziyədəli Yasin oğlunu iddiaçı kimi məhkəmənin qərardadında və qətnaməsində göstərdilər.
Bakı Apellyasiya Məhkəməsinin MK-nın iş 2(103)-1049/2018 saylı, 21.02.2018-ci il tarixli qətnaməsi ilə mənim Apellyasiya şikayətim təmin edildi.
Bakı şəhəri Nizami rayon məhkəməsinin 19 aprel 2016-cı il tarixli, 2-501/2006 saylı qətnaməsi ləğv olundu və iş üzrə yeni qətnamə çıxarıldı. İddiaçılar hesab olunanlar Mehtiyeva Elmira Süleyman qızının, Bayamov Ziyədəli Yasin oğlunun və Bayramovun Ruzigar Yasin oğlunun adlarından hüququ olmayan şəxs tərəfindən cavabdeh Bayramov Yasin Ziyədəli oğluna qarşı mənzildə yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair iddia təmin edilməməsi qət edildi.
Qətnamə yuxarıda qeyd edilən kimi qəbul edilməməliydi. Ona görə ki, iddiaçı hesab olunan Z.Y.Bayramov 31 yanvar 2018-ci il tarixində Bakı Apellyasiya Məhkəməsinin MK-nın iclasında bildirdi ki, onun adından məhkəməyə yazılmış saxta iddia ərizəsindən və yaxud Bakı şəhəri Nizami rayon məhkəməsinin sabiq hakimi A.Abdullayevanın 19 aprel 2006-cı il tarixli 2-501/2006 saylı qətnaməsindən xəbəri yoxdur. MK-ya məhkəmə araşdırılmasının ədalətlə aparılması və mənim konstitusion hüquqlarımın pozulmasının qarşısının alınması üçün iddia ərizəsindəki imzaların iddiaçılar hesab olunanlar tərəfindən icra edilib-edilməməsini müəyyən olunmasını üçün məhkəməyə xəttşünaslıq ekspertizası təyin olunması üçün vəsatətlərim qəsdən təmin edilmədi. MK-na məlum olmuşdur ki, iddia ərizəsindəki, imzalar iddiaçı hesab olunanların imzaları deyil. MK-nın hakimləri bilirdilər ki, mənim məhkəməyə bildirdiyim sübutlar əsaslıdır. Adına saxta iltizam tərtib edib, şahid kimi göstərilmiş Orxan Bayramov Apellyasiya Məhkəməsinin iclasına qəsdən dəvət edilmədi. Çünki, Apellyasiya şikayətimdə məhkəməyə saxta sənədlər tərtib etmək yolu ilə mənim hüquqlarımı pozan şəxslər müəyyən olunaraq onlar barəsində cinayət təqibinin həyata keçirilməsi üçün müvafiq orqanlara məlumat verilməsini bildirmişdim.
(Ardı var) Hurriyyet.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şamaxıda da anım mərasimi keçirildi
Dünən, 19:02 |
|
|
|
• Aynişanın adından dələduzluq
Dünən, 18:59 |
|
|
|
• Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib
Dünən, 18:56 |
|
|
|
• Fərid Səfərli Azərbaycana qaytarıldı - DTX və XİN rəsmi məlumat yaydı
Dünən, 18:02 |
|
|
|
• Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir - deputat
Dünən, 18:00 |
|
|
|
• İrəvan Azərbaycandan qorxduğu üçün bunu edir - RƏY
Dünən, 17:58 |
|
|
|
• AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? - AÇIQLAMA
Dünən, 17:08 |
|
|
|
• Meymunçiçəyi yayılır – Həkim çağırış etdi
Dünən, 17:03 |
|
|
|
• Ararat Mirzoyan sabah Moskvaya gedəcək
Dünən, 17:00 |
|
|
|
• Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub
Dünən, 16:59 |
|
|
|
• Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı
Dünən, 16:33 |
|
|
|
• Ermənistan sərhədində son durum: “Kazarmalarını söküb gedirlər” - KİV
Dünən, 16:31 |
|
|
|
• Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir - Görünəni odur ki...
Dünən, 16:24 |
|
|
|
• Uzun, problemli və mürəkkəb proses – Tələsmək olmaz
Dünən, 16:22 |
|
|
|
• Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb - VİDEO
Dünən, 16:01 |
|
|
|
• "Tanınmış insanların adından istifadə edirlər"
Dünən, 15:59 |
|
|
|
• İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. - AKTUAL
Dünən, 15:54 |
|
|
|
• İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı - Dilarə Əsgərova bu barədə məlumat...
Dünən, 15:51 |
|
|
|
• Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Dünən, 15:46 |
|
|
|
• Ermənistan dövləti başını qaldırmamış payını almalıdır - ÇAĞIRIŞ
Dünən, 14:00 |
|
|
|
• “Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? - ARAŞDIRMA
Dünən, 13:58 |
|
|
|
• Bakıda gənc ana YOXA ÇIXDI
Dünən, 13:12 |
|
|
|
• Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü - TIR onları vurdu
Dünən, 13:06 |
|
|
|
• Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... - “Hraparak”
Dünən, 13:05 |
|
|
|
• Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır - Nazirdən AÇIQLAMA
Dünən, 13:00 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:57 |
|
|
|
• "Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Dünən, 12:55 |
|
|
|
• Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Dünən, 12:53 |
|
|
|
• "Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Dünən, 12:48 |
|
|
|
• Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Dünən, 12:44 |
|
|
|
• “Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Dünən, 12:38 |
|
|
|
• ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Dünən, 12:33 |
|
|
|
• Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Dünən, 12:32 |
|
|
|
• Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Dünən, 12:30 |
|
|
|
• ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Dünən, 12:29 |
|
|
|
• Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
Dünən, 12:28 |
|
|
|
• ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Dünən, 12:11 |
|
|
|
• “Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Dünən, 12:08 |
|
|
|
• Tramp Putinlə telefon danışığına hazırlaşır – Köməkçilərinə tapşırıq verib...
Dünən, 12:05 |
|
|
|
• Əməkdar artist harada dəfn ediləcək? – Teatrdan açıqlama
Dünən, 11:52 |
|
|
|
• Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb
Dünən, 11:44 |
|
|
|
• Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... - FOTO, VİDEO
Dünən, 11:42 |
|
|
|
• Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? - MOLLA-KEŞİŞ ortaqlığı...
Dünən, 11:35 |
|
|
|
• Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur - Kamran Əliyev
Dünən, 11:34 |
|
|
|
• Ermənistana qarşı 1.5 milyardlıq İDDİA
Dünən, 11:19 |
|
|
|
• Estoniyada hərbi təlimlər başlayır
Dünən, 11:16 |
|
|
|
• İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... - GƏLİŞMƏ
Dünən, 11:07 |
|
|
|
• Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? - NƏ BAŞ VERİR?
Dünən, 11:02 |
|
|
|
• Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? - AKTUAL
Dünən, 10:56 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Dünən, 10:50 |
|
|
|
|