Türkiyə şirkəti Azərbaycan bazarından gedir .....                     Azərbaycanda şirkət nizamnamə kapitalını .....                     Zəngəzur dəhlizində “Sülh kəsişməsi” .....                     Azərbaycanın iradəsi olmadan... .....                     Bələdiyyə seçkilərində namizədlərin 50 faizi gənclərdir, .....                     Eks-nazir Paşinyanı devirməyə çağırdı .....                     Ermənistan hərbi ritorikanı artırdı .....                     Tramp prezidentliyinin doqquz günü ərzində .....                     Azərbaycanda nazir səs vermək üçün növbədə gözlədi .....                     Onlar erməni xalqını aldadırlar .....                     AZAL-ın 6 təyyarəsi girov qoyulub .....                     Penitensiar Xidmətin sabiq vəzifəli şəxsi cərimələndi .....                     Suriyanın yeni lideri Rusiyaya ŞƏRT QOYDU: .....                     "Avropa Şurası beynəlxalq qurum kimi yox ola bilər" .....                     “Paşinyan “Pandoranın qutusu”nu açıb” .....                     Azərbaycan 4 günlük iş rejiminə keçir? .....                     İran polisi milli azlığı güllələyib öldürdü .....                     Bəlkə Paşinyan həmin separatçıları “kurort zona”da görmək istəyir, .....                     "Ermənistanda olacaq Avropa çempionatı siyasi məsələdən asılıdır" .....                     Ermənistan Belarusla diplomatik münasibətləri kəsir? .....                     ABŞ 709 azərbaycanlını ölkədən deportasiya etməyə hazırlaşır .....                     Müharibə veteranlarına verilən 80 manat artacaq? .....                     Niyam Salaminin 500 minlik qalmaqalı: .....                     "Rusiya əzilməli, məhv edilməlidir" .....                     "Grand Kredit" vətəndaşın 480 min manatını qaytarmır .....                     Gürcüstan Baş naziri sabah Ermənistana səfər edəcək .....                     “MƏNƏ BORCLU OLDUĞU 58 MİN MANATI VERMİR” .....                     Səfir tərəfindən döyüldüyü iddia olunan Rəhman Şahhüseynlidöən AÇIQLAMA .....                     Suraxanı rayon İcra Hakimiyyəti hara baxır? .....                     Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirib .....                     FHN 205 minlik tenderi simsar şirkətə verdi: .....                     Fərid Qayıbovun müavini də .....                     KAPTAL BANK-ın hər türü problemlidir... .....                     AZƏRBAYANIN ŞİMAL QAPILARI YAVAŞ-YAVAŞ DÖYÜLÜR... .....                     Trampın fərmanı azərbaycanlılardan da yan keçməyib .....                     "Müharibə xəbərdarlığı Ohanyanın başından böyük sayıqlamasıdır" .....                     Naxçıvanda torpaq sahələrini suvarmaq üçün 28 milyon manatlıq su xətti çəkilir .....                     Karslon düşünüb ki, Donald Tramp... .....                     Balaəli məşhur geyim markasının adını səhv dedi, LAĞA QOYULDU .....                     Dalana dirənmiş “MTN işi” davam etdiriləcək .....                 

Sahil Babayev nəyi dəyişdi, necə dəyişdi... - Səlim Müslümova şükür...
Tarix: 28-06-2019, 15:02 | Çap et
Sahil Babayev nəyi dəyişdi, necə dəyişdi...
19 may 2018-ci il. Əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə yeni təyin olunan Sahil Babayev nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində müşavirə keçirir və bildirir ki, əlillik təyinatlarının həyata keçirilməsində mövcud olan vəziyyəti qənaətbəxş hesab etmək olmaz: “Əlilliyin qiymətləndirilməsi prosesi tam qanunvericilik çərçivəsində icra olunmalıdır. Kimin ki, qanunla əlillik qrupu almağa hüququ çatır, onların bu hüququ süründürməçiliyə yol verilmədən, onlarda narazılıq yaratmadan təmin edilməlidir. Digər tərəfdən, əlillik vəziyyətində olmayan şəxslərə bilərəkdən əsassız şəkildə əlillik qrupu təyin edilməsi hallarına yol verilməməlidir”.
22 May 2018 - ci il. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 4 rayonun Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) sədrini vəzifələrindən kənarlaşdırır. O vaxt vəzifəsinin icrasına təzəcə başlayan nazirin əmrinə əsasən, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin - Sabunçu rayon TSEK sədri – Vahid İbrahimov, Qəbələ rayon TSEK-in sədri Eldar Abbasov, Ağcəbədi-Ağdam TSEK-in sədri Yaşasın Haqverdiyev, Nərimanov TSEK-in sədri Şahin Verdiyev vəzifələrindən uzaqlaşdırılırlar.
13 Dekabr 2018-ci il. Sahil Babayev Bakı şəhəri üzrə 10 tibbi-sosial ekspert komissiyalarının (TSEK) ləğv edilməsi ilə bağlı əmr imzalayır. Nazirin digər müvafiq əmri ilə Bakı şəhəri üzrə 10 tibbi-sosial ekspert komissiyaları (TSEK) həmin andan sonra 5 tibbi-sosial ekspert komissiyası kimi fəaliyyət göstərir.
Yadınızdadırsa, əlillik təyinatı sahəsindəki nöqsanlar keçmiş nazir Səlim Müslümovun da təyinatdan sonra ilk tənqid etdiyi məsələ idi. Belə ki, 2013-cü ildə - təyinatından bir ay sonra S.Müslümov bütün rayonların tibbi-sosial ekspert komissiyaları (TSEK) sədrlərinin iştirakı ilə iclas keçirmişdi. İclasda o, Bakının Xətai, Sumqayıt, Xaçmaz, İsmayıllı-Şamaxı-Qobustan, Ağcabədi-Ağdam, Mingəçevir-Yevlax, Samux-Goranboy-Naftalan, Daşkəsən-Göygöl, Qazax-Ağstafa, Cəlilabad-Biləsuvar, Masallı-Yardımlı, Saatlı-İmişli və Salyan-Neftçala regional TSEK rəhbərlərinin işdən azad olunduğunu bildirmiş və onlardan iclasdan qovmuşdu. Lənkəran və Füzuli rayon TSEK-lərinin rəhbərləri isə işdən azad olunaraq həkim vəzifələrinə keçirilmişdi. Düzdür, sonradan bəzi TSEK rəhbərləri yenidən öz vəzifələrinə bərpa olunmağı bacardılar, lakin S.Müslümovun bu addımı hamıda əlilliyin təyinatı sahəsindəki biabırçılıqlara son qoyulacağına dair böyük ümidlər yaratmışdı. Xüsusilə Bakıda bir neçə həkimin əlillik təyinatı ilə bağlı rüşvət alarkən yaxalanmasından sonra əhali bu sahədə, nəhayət ki, rüşvətxorluğa son qoyulacağını gözləyirdi.
İnsaf naminə demək lazımdır ki, məlum iclasdan az sonra əlilliyin qiymətləndirilməsi elektronlaşdırıldı. Belə ki, bu proses səhiyyə müəssisələrinin elektron sistemə daxil etdikləri göndərişlər əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən yerinə yetirilməyə başlandı. Lakin bu elektronlaşma gözlənilən effekti vermədi - rüşvət müqabilində əlillik təyinatı mexanizmi mürəkkəbləşdi, üstəlik, saxta əlillik kağızlarının verilməsi üçün tələb olunan məbləğ də yüksəldi. Yəni elektronlaşma sistemdə şəffaflıq və ədalətli yanaşma bərqərar etmək əvəzinə rüşvətxorluğun həcmini böyütdü. Məsələn, elektronlaşmadan əvvəl 1-2 min manata başa gələn “iş” ondan sonra 3-4 min manatadək “bahalaşdı”. Bu isə ondan xəbər verirdi ki, S.Müslümovun radikal görünən addımları bir tərəfdən ictimai rəyə təsir baxımından, ikinci tərəfdən isə TSEK kimi “gəlirli” yerlərə öz komandasının yerləşdirilməsi baxımından ustalıqla düşünülmüşdü.
İndi müşahidələr göstərir ki, yeni nazir S.Babayevin də əlilliyin təyinatı ilə bağlı atdığı addımlar sələfi kimi ictimai rəyə hesablanmışdır və kampaniya xarakteri daşıyırmış. Çünki, bu çox ciddi korrupsiya mənbəyinə çevrilmiş prosesə əsl şəffaflıq gətirmək mümkün olmayıb.
Rüşvət müqabilində saxta əlillik təyinatı, status almağa haqqı çatanların rüşvət vermədiklərinə görə süründürməçiliklə üzləşməsi hallarının səngimədiyi qurumlar sırasında Beyləqan və Füzuli rayonlarının əhalisinə xidmət edən 37 saylı Tibbi-Sosial Ekspert Komissiyasıdır. Əlbəttə, əgər buna xidmət demək olarsa. TSEK-in son üç ildə fəaliyyəti ciddi araşdırılsa, çoxlu sayda komissiyaya sağlam gəlib əlil statusu ilə gedənlərin izinə düşə bilərlər. Görünür, təzə nazirin keçən il vəzifəyə başlayan kimi bu məqsədlə yaratdığı işçi qrup 37 saylı TSEK-də bu vəziyyəti lazımınca araşdırmayıb, gözdən yayınanlar çox olub. Belələrinin bir xeylisi barədə əlimizdə səhih məlumatlar vardır. Oxucularımızla irəliləyən görüşlərimizdə onların adlarını açıqlamağa hazırlaşırıq. Məsələn, onlardan biri müəllimədir. İki il əvvəl komissiya üzvlərindən birinin (həmin komissiya üzvü indi də vəzifədədir - red.) əli ilə verdiyi 2500 manat rüşvət müqabilində saxta əlillik statusu alıb. Bu status 30 illik pedaqoji stajı ilə birgə dəyərləndirilərək ona ayda 450 manat pensiya almaq hüququ qazandırıb. Belə müəllimin şagirdlərinə nə öyrədə biləcəyini, hansı əxlaq tərbiyəsi verəcəyini yəqin ki, təsəvvür etmək olar.
Onu da qeyd edək ki, 37 saylı TSEK-in "çıxdaş" etdiyi vətəndaşlar ən çox ürək xəstəliklərindən əlillik statusu alırlar. Bu müstəvidə TSEK-in etibarlı tərəf müqabili Bakıdakı 5 saylı şəhər xəstəxanasının kardologiya şöbəsidir. Şöbə də Soltan həkim əsasən rayondan gedən potensial saxtakarların pensiyaya aparan yolunu onlardan aldığı "şirinlik" müqabilində xeyli qısaldır. Təxminən üç ay çəkən sonrakı prosedurları rayon mərkəzi xəstəxanalarındakı və yerli TSEK-dəki korrupsionerlər həyata keçirirlər.
Realmediaaz.space olaraq dövlətin sosial müdafiəsinə ehtiyacı olan lakin süni maneələr səbəbindən bu qayğıdan yararlana bilməyən vətəndaşlara sağalmalarını, saxta əlillərə isə gerçəkdən zəlil olmalarını arzulayırıq. Görünən odur ki, 37 saylı TSEK-də Sahil Babayev yoxlaması azlıq edib, "Stalin yoxlaması" lazımdır.
Mövzuya qayıdacağıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Türkiyə şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 00:05
Azərbaycanda şirkət nizamnamə kapitalını - 1,5 MLN. MANAT AZALTDI
Bu gün, 00:02
Zəngəzur dəhlizində “Sülh kəsişməsi” - Yenə də erməni məntiqsizliyi
Dünən, 19:00
Azərbaycanın iradəsi olmadan... bölgədə heç bir layihə reallaşa bilməz!
Dünən, 18:58
Bələdiyyə seçkilərində namizədlərin 50 faizi gənclərdir, bu, keyfiyyətin yüksəlməsində mühüm rol oynayacaq
Dünən, 18:07
Eks-nazir Paşinyanı devirməyə çağırdı
Dünən, 18:05
Ermənistan hərbi ritorikanı artırdı – Paşinyan orduya göstəriş verdi
Dünən, 18:04
Tramp prezidentliyinin doqquz günü ərzində rekord sayda fərman imzalayıb
Dünən, 18:02
Azərbaycanda nazir səs vermək üçün növbədə gözlədi - GÜNÜN FOTOSU
Dünən, 18:01
Onlar erməni xalqını aldadırlar - Overçuk
Dünən, 18:00
AZAL-ın 6 təyyarəsi girov qoyulub - BUNA GÖRƏ...
Dünən, 17:57
Penitensiar Xidmətin sabiq vəzifəli şəxsi cərimələndi - Dustağa telefon aparıb
Dünən, 17:56
Suriyanın yeni lideri Rusiyaya ŞƏRT QOYDU: - "Bəşər Əsədi ver"
Dünən, 17:54
"Avropa Şurası beynəlxalq qurum kimi yox ola bilər" - GÖRÜNƏNİ BUDUR
Dünən, 17:53
“Paşinyan “Pandoranın qutusu”nu açıb” - Marukyan
Dünən, 17:51
Azərbaycan 4 günlük iş rejiminə keçir? – “İş saatlarını 1 saat azaltmaqla...”
Dünən, 17:14
İran polisi milli azlığı güllələyib öldürdü - ŞOK GÖRÜNTÜLƏR
Dünən, 17:13
Bəlkə Paşinyan həmin separatçıları “kurort zona”da görmək istəyir, biz bilmirik
Dünən, 17:07
"Ermənistanda olacaq Avropa çempionatı siyasi məsələdən asılıdır" - deputat
Dünən, 17:01
Ermənistan Belarusla diplomatik münasibətləri kəsir? - GƏLİŞMƏ
Dünən, 16:58
ABŞ 709 azərbaycanlını ölkədən deportasiya etməyə hazırlaşır - KİV
Dünən, 16:55
Müharibə veteranlarına verilən 80 manat artacaq? - AÇIQLAMA
Dünən, 16:54
Niyam Salaminin 500 minlik qalmaqalı: - Müğənni saxta sənədlərlə aldadıldığını iddia edir
Dünən, 16:51
"Rusiya əzilməli, məhv edilməlidir" - Simonyandan NET MÖVQE
Dünən, 16:50
"Grand Kredit" vətəndaşın 480 min manatını qaytarmır - MƏHKƏMƏ İŞİ
Dünən, 16:48
Gürcüstan Baş naziri sabah Ermənistana səfər edəcək - "ArmenPress"
Dünən, 16:42
“MƏNƏ BORCLU OLDUĞU 58 MİN MANATI VERMİR” - “Uğur İnşaat”ın rəhbəri rektordan şikayətçidir
Dünən, 16:40
Səfir tərəfindən döyüldüyü iddia olunan Rəhman Şahhüseynlidöən AÇIQLAMA - “Keçmiş qohumlar işimi hədəf alırdılar”
Dünən, 16:34
Suraxanı rayon İcra Hakimiyyəti hara baxır? - NARAZILIQ VAR...
Dünən, 16:31
Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirib
Dünən, 16:06
FHN 205 minlik tenderi simsar şirkətə verdi: - “Qafqaznet” kimə məxsusdur?
Dünən, 16:03
Fərid Qayıbovun müavini də Komitədən UZAQLAŞDIRILDI
Dünən, 15:58
KAPTAL BANK-ın hər türü problemlidir... - AXI NİYƏ?..
Dünən, 15:54
AZƏRBAYANIN ŞİMAL QAPILARI YAVAŞ-YAVAŞ DÖYÜLÜR... - Rusiyadan gələcək böyük köçə hazırıqmı?
Dünən, 15:42
Trampın fərmanı azərbaycanlılardan da yan keçməyib
Dünən, 15:39
"Müharibə xəbərdarlığı Ohanyanın başından böyük sayıqlamasıdır"
Dünən, 15:31
Naxçıvanda torpaq sahələrini suvarmaq üçün 28 milyon manatlıq su xətti çəkilir - QALİB ŞİRKƏT
Dünən, 15:24
Karslon düşünüb ki, Donald Tramp... - AKTUAL
Dünən, 15:15
Balaəli məşhur geyim markasının adını səhv dedi, LAĞA QOYULDU - VİDEO
Dünən, 15:12
Dalana dirənmiş “MTN işi” davam etdiriləcək – zərərçəkənin şikayəti
Dünən, 15:11
Paşinyan “at gedişi” etmək istədi, lakin özünü elə bir çuxura saldı ki... - GƏLİŞMƏ
Dünən, 14:02
Kartlardan oğurluğa son qoyulacaq?! - ARAŞDIRMA
Dünən, 14:00
Cavanşir Feyziyevin dərman firmasına daha bir cərimə - DETALLAR
Dünən, 13:58
Kənd təsərrüfatı naziri əkin sahələrinin azalmasının səbəbini açıqladı
Dünən, 13:09
“Bəlkə pulu yoxdur mahnı yazdırmağa, amma sənətkardır” – Nanə kimin MÜDAFİƏSİNƏ QALXDI?
Dünən, 13:00
Özbəkistan Hava Yolları Rusiya üzərindən uçuşları dayandırdı - 20 təyyarə reysini ləğv etdi
Dünən, 12:53
Bakıda məşhur restoranın rəhbəri xanım ofisantı döydü - HƏBS EDİLDİ
Dünən, 12:42
Azərbaycan yaxın vaxtlarda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqın nəticələrini açıqlayacaq - TASS
Dünən, 12:40
Vətəndaşın pulunu vermir, külli miqdarda vergi borcu var - "Mahal"ın sədrinə "stop" qoyuldu
Dünən, 12:36
Şirvanda SEÇKİ-MEÇKİ YOXDUR: bələdiyyə sədri də bilinir... özü isə deyir ki... - AÇIQLAMA
Dünən, 12:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru