QHT sədri qəza törətdi, ölən var .....                     İnsanın tərk etdiklərini... ANA TƏBİƏT BAĞRINA BASIR... .....                     Zəngəzur dəhlizi ilə bağlı ÖNƏMLİ GƏLİŞMƏ: .....                     "Mixail Qorbaçovun hələ də Nobel Sülh Mükafatı laureatı adını daşıması..." .....                     Rubiodan nə gözləyək? .....                     `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub .....                     Trampdan İrəvana qarşı gözlənilməz addım: Paşinyan narazıdır .....                     Hökumə Əliyevanın atasına qarşı törədilən kibercinayətkarlıqla bağlı cinayət işi açılıb .....                     SAXTA PLASTİK CƏRRAH İŞİ: O da hədəfə çevrildi... .....                     “Azercell” bu tarif paketlərinin adını dəyişdirib bahalaşdırır .....                     Azərbaycan və Gürcüstanın həyata keçirdiyi neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir .....                     Azərbaycanda meymunçiçəyinə yoluxma halı aşkarlandı .....                     Ağcabədidə mal kəsən “Qubadoğlu” MMC-nin Salyan Psixiatriya Xəstəxanasına 800 min manata satdığı nədir .....                     "Suraxanı Maşınqayırma Zavodu" yenidən təşkil olunub .....                     Bakıda dostların KÜTLƏVİ DAVASI: .....                     Azərbaycan və gürcü xalqları əsrlər boyu dostluq, mehriban qonşuluq və qardaşlıq şəraitində yaşayıblar .....                     QOCA KÖPƏYİN SON HƏMLƏSİ... .....                     Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı oldu: 80 min manat oğurlandı .....                     ABŞ ''rəngli inqilab''lardan İMTİNA EDİR: Qafqazı nə gözləyir? .....                     Trampın andiçmə mərasiminin yerinin dəyişdirilməsi məmurları çaş-baş salıb .....                     Hərbi vəzifəlilər ilə keçirilən təlim toplanışı davam edir .....                     Bu üç ölkənin münasibəti Qafqazın taleyində mühümdür... .....                     AQTA bu şirkətdən yenə ofis icarəyə götürdü .....                     "Balakhani Operating Company LTD" UĞRUNDA SAVAŞ BAŞLAYIB? .....                     Aktrisa 20 yanvarda ölən oğlundan danışdı: .....                     Vardanyandan Nelson Mandela “düzəltmək” istəyirlər .....                     AMEA-nın təhlükə saçan `ÖLMƏZ KAŞŞEY`i... .....                     Bakıda “Əsrin məhkəməsi” başladı: Düşmənə “fakt” verməyin! .....                     Bakıya qarşı Zəngəzur təxribatı: Erməniləri təşvişə salan xəbər yayıldı .....                     Saatlıda narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən iki nəfər həbs edilib .....                     Rauf Alməmmədovdan Prezidentə ŞİKAYƏT OLUNDU .....                     Naxçıvanda türkiyəlilərə `QARDAŞ` XİDMƏTİ? .....                     Seçkilərdə müşahidəçi olmaq istəyənlər üçün son gün .....                     Əgər Bakı, Tiflis, İrəvan birgə hərəkət etməsə... .....                     Prosesin uzanması Ermənistan üçün itkidir .....                     Avtobuslarda şagirdlər üçün güzəşt tətbiq oluna bilər... .....                     ABŞ - Ermənistan sazişinin ömrü uzun çəkməz .....                     Əyalət mollasının KÖLƏ TƏFƏKKÜRÜ .....                     Kəngərlinin icra başçısının QIŞ TƏDARÜKÜ .....                     İkinci mərhələ başladı: 3 kəndimiz geri qaytarılır! .....                 

Şair Alxasov dövlətin pullarını necə israf edir... - GİLEY
Tarix: 21-06-2019, 16:13 | Çap et
Şair Alxasov dövlətin pullarını necə israf edir...
Yamyaşıl təpələrin döşündə 16 eyni biçimdə ev ard-arda düzülüb… Bəzilərinin divarlarının boyası tökülüb. Evlər bomboşdur, hiss olunur ki, bir çoxuna tikiləndən bəri insan nəfəsi dəyməyib.

Zənnimiz bizi aldatmır, öyrənirik ki, Qusarın Qənərçay kəndində 2008-ci ildə baş vermiş sürüşmədən zərərçəkənlər üçün tikilən 16 yeni evdən təkcə birində yaşayış var.

Elə o birində ailəsi ilə məskunlaşan Adil Dəmirov 11 il öncə üzləşdikləri təbii fəlakətdən danışır. O deyir ki, xoşbəxtlikdən o vaxt ölüm-itim olmadı, amma kənd sakinlərinin çoxu kəndi tərk etməli oldu.

“Prezidentin hədiyyə kimi verdiyi evlərdə yaşamaq lazımdır”, deyən Adil Dəmirov çətinliklərin də olduğunu deyir: “Bizə təkcə 4 divar verilib. Elə vaxt olur ki, evdə odun qalamasan, şaxta olur”.
“Başqa ərazi təklif etmişdik…”
Adil Dəmirovun ailəsi sürüşmədən sonra Xudata köçüb. Özü isə kənd məktəbinin direktoru olduğundan Qənərçayda qalıb:

“Bu evlərin tikildiyi ərazi bataqlıqdır, ona görə də nəmişlik olur. Təklif etmişdik ki, evləri başqa yerdə tiksinlər. Bu evlərə 1 kilometr məsafədə əvvəllər kənd camaatının istifadə etdiyi bir yer var idi. Amma razılaşmadılar. Evlər orda tikilsəydi camaatın yolu da olardı, mal-qara saxlamağa yeri də. 6 sot yerdə kənd sakini yaşaya bilməz, mal-heyvan saxlamalıdır axı..”

BBC News Azərbaycanca bu evlərin ətraf kəndlərə, daha uzaqlara baş alıb gedən sakinlərini axtarıb. Onlardan biri, hazırda Sudur kəndində yaşayan Kərimxan Qəhrəmanov deyib ki, evini atıb getməyinin səbəbi çoxdur: “Bizim dolanışığımız mal-qaradan çıxır, yeni evlərin isə həyətyanı sahələrində əlavə tikililər, o cümlədən, tövlə yoxdur”.

Ailəsi ilə Sudur kəndində məskunlaşmış Mövlan Qasımov “boş evə necə köçüm” deyir. O danışır ki, evlərin təqdimatı zaman içərisində mebel olub, evlərə sayğac çəkilib, onlara tam təhvil veriləndə isə görüblər ki, “mebel nə gəzir”.
Mövlan Qasımovun da imkanı olmadığından ehtiyac duyduğu mebeli ala bilməyib, üstəlik, evlərin sayğacı da sökülüb.

Sakinlər evlərinə sənəd də ala bilmirmiş. Bəzi sakinlər deyir ki, sənədi olmadığına görə bu evlərdə yaşamağı doğru saymır.

Kəndin daxil olduğu Sudur inzibati ərazisi vahidinin bələdiyyə başçısı Qəzənfər Əmiraslanov evlərin boş qalmasının səbəbini sənədləşdirmədə görür: “Sakinlər evlərin onların hesabına keçirilmədiyi üçün orda yaşamır. Kimisi başqa bir mülkündə, kimisi isə kirayədə yaşayır”.

Fövqəladə Hallar Nazirliyi burda evlərin tikintisinə 2012-cü ildə başlanıb, iki ildən sonra evlər sahiblərinə təhvil verilib.

Azərtac agentliyi yazıb ki, tikilən 16 evlə yanaşı, sakinlərə 6 sot torpaq sahəsi də ayrılıb.
Bəs niyə evlərin hələ də sənədi yoxdur?
Qusar rayon İcra hakimiyyəti sənədi Fövqəladə Hallar Nazirliyinin rəyi əsasında Əmlak Komitəsinin verməli olduğunu deyir. Sakinlər isə hələ də bu rəyi ala bilmirlər.

Fövqəladə Hallar Nazirliyindən özünün tikdiyi evlərə rəy verməməsinin səbəbini öyrənmək mümkün olmayıb.

“Başqa adamın evindən bir-iki stol gətirildi”

Tikilən evlərin mebelsiz təhvilinə gəlincə, Qusar rayon icra hakimiyyəti yeni evlərdə mebellərin əvvəldən nəzərdə tutulmadığını deyir.

“Açılış vaxtı gələn qonaqlara çay süfrəsi üçün başqa adamın evindən bir-iki stol gətirilib, amma başqa otaqlarda mebel olmayıb”, icra hakimiyyətinin sözçüsü Şahid Fərəməzov deyir.

Sudur inzibati ərazi üzrə nümayəndəsi İkram Əsədov evlərin şəraitsiz olması iddiası ilə razılaşmır.

“Hər bir şəraiti var, bulaq var, işıq var, yol var. Yaşaya bilərlər”, o deyir.

“Sakinlər istəyirdilər ki, sürüşmə baş verən ərazidə tikilsin. Amma bu ərazi də sürüşməyə meyilli sayılıb, FHN, Ekologiya Nazirliyinin əməkdaşları o yerlərə baxış keçiriblər və tikinti üçün uyğun sayılmayıb”.

“Dövlət öz borcunu yerinə yetirib”
Evlərin boş qalması rayon rəhbərliyini “narahat etmir”, icra hakimiyyəti başçısının müavini Elman Mustafayev deyir ki, dövlət öz borcunu yerinə yetirib, mülki qəzalı vəziyyətə düşən vətəndaşa ev tikib verib.

“Biz vətəndaşın orada, Qusarda və ya Bakıda yaşamağına qarışa bilmərik. Dövlət ev tikib deyə vətəndaşı ömrünün sonuna qədər orada yaşamağa məcbur edə bilməz axı. Bu vətəndaşın öz işidir”.

Sürüşmədən sonra Qusarın Çubuqlu kəndinə köçən Səttar Əlimirzəyevin ailəsi yaydan-yaya bu evə gəlir. “Şəraitsizliyə görə ancaq yayda qala bilirik”, o deyir.

Səttar Əlimirzəyev ümid edir ki, qonşuları ilə birgə onun da ailəsi təkcə yaydan-yaya yox, ilboyu yaşamaq üçün doğma yerlərə qayıda biləcəklər.

DİA.AZ-a danışan rayondakı mənbə iddia edir ki, əslində bu işdə "yuxarıları" hər hansı formada ittiham etmək doğru olmazdı.

Mənbənin diaaz.space-a söylədikləri: "Təbii ki,pul paytaxtdan ayrılır. Amma icraçı yerdəkilərdir. Və bu işdə birbaşa cavabdeh şəxs məhz Şair Alxasovdur. O, İcra başçısı olaraq bütün bu şikayət doğuracaq məqamları nəzərə almalı idi"...

İddia olunanlarlabağlı müzakirələrə açığıq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
QHT sədri qəza törətdi, ölən var - TƏFƏRRÜAT
Bu gün, 11:55
İnsanın tərk etdiklərini... ANA TƏBİƏT BAĞRINA BASIR... - FOTOSESSİYA
Bu gün, 11:33
Zəngəzur dəhlizi ilə bağlı ÖNƏMLİ GƏLİŞMƏ: - İrəvanın məqsədi BƏLLİ OLDU!
Bu gün, 11:25
"Mixail Qorbaçovun hələ də Nobel Sülh Mükafatı laureatı adını daşıması..." - Bakıdan MÜRACİƏT
Bu gün, 11:14
Rubiodan nə gözləyək? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Bu gün, 11:12
`Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Bu gün, 11:07
Trampdan İrəvana qarşı gözlənilməz addım: Paşinyan narazıdır - “Hraparak”
Bu gün, 11:04
Hökumə Əliyevanın atasına qarşı törədilən kibercinayətkarlıqla bağlı cinayət işi açılıb - DİN-dən AÇIQLAMA
Bu gün, 11:00
SAXTA PLASTİK CƏRRAH İŞİ: O da hədəfə çevrildi... - Cavid Qurbanovun qohumu imiş...
Bu gün, 10:55
“Azercell” bu tarif paketlərinin adını dəyişdirib bahalaşdırır - SİYAHI
Bu gün, 10:51
Azərbaycan və Gürcüstanın həyata keçirdiyi neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir - MƏQALƏ
Bu gün, 10:48
Azərbaycanda meymunçiçəyinə yoluxma halı aşkarlandı - BİRGƏ AÇIQLAMA
Bu gün, 10:43
Ağcabədidə mal kəsən “Qubadoğlu” MMC-nin Salyan Psixiatriya Xəstəxanasına 800 min manata satdığı nədir - İcazə verin şübhələnək...
Bu gün, 10:42
"Suraxanı Maşınqayırma Zavodu" yenidən təşkil olunub
Bu gün, 10:35
Bakıda dostların KÜTLƏVİ DAVASI: - ekspertlər məhkəməyə çağırıldı
Bu gün, 10:32
Azərbaycan və gürcü xalqları əsrlər boyu dostluq, mehriban qonşuluq və qardaşlıq şəraitində yaşayıblar - İsrafil Kərimovun yazısı
Bu gün, 10:28
QOCA KÖPƏYİN SON HƏMLƏSİ... - Tramp NƏ EDƏCƏK?
Bu gün, 10:25
Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı oldu: 80 min manat oğurlandı - TƏFƏRRÜAT
Bu gün, 10:21
ABŞ ''rəngli inqilab''lardan İMTİNA EDİR: Qafqazı nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 10:19
Trampın andiçmə mərasiminin yerinin dəyişdirilməsi məmurları çaş-baş salıb - "Washington Post"
Bu gün, 10:16
Hərbi vəzifəlilər ilə keçirilən təlim toplanışı davam edir - VİDEO
Bu gün, 10:02
Bu üç ölkənin münasibəti Qafqazın taleyində mühümdür... - ŞƏRH
Bu gün, 09:56
AQTA bu şirkətdən yenə ofis icarəyə götürdü – Hər ay 116 min ödəyəcək
Bu gün, 09:54
"Balakhani Operating Company LTD" UĞRUNDA SAVAŞ BAŞLAYIB? - Keçmiş prezident məhkəməyə üz tutub...
Bu gün, 09:48
Aktrisa 20 yanvarda ölən oğlundan danışdı: - “Güllə ürəyindən dəymişdi...”
Bu gün, 09:43
Vardanyandan Nelson Mandela “düzəltmək” istəyirlər - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:41
AMEA-nın təhlükə saçan `ÖLMƏZ KAŞŞEY`i... - "Nə qədər vəzifələrini alsalar da, qurtarmır..."
Bu gün, 09:39
Bakıda “Əsrin məhkəməsi” başladı: Düşmənə “fakt” verməyin! - ÇAĞIRIŞ
Bu gün, 09:34
Bakıya qarşı Zəngəzur təxribatı: Erməniləri təşvişə salan xəbər yayıldı - NƏ BAŞ VERİR?
Bu gün, 09:32
Saatlıda narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən iki nəfər həbs edilib
Bu gün, 09:27
Rauf Alməmmədovdan Prezidentə ŞİKAYƏT OLUNDU - "Siyəzənnfet"i LƏĞV ETMƏK İSTƏYİR?
Bu gün, 09:26
Naxçıvanda türkiyəlilərə `QARDAŞ` XİDMƏTİ? - AXI NİYƏ?..
Bu gün, 09:17
Seçkilərdə müşahidəçi olmaq istəyənlər üçün son gün - DİQQƏT
Bu gün, 09:01
Əgər Bakı, Tiflis, İrəvan birgə hərəkət etməsə... - ŞƏRH
Bu gün, 08:59
Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:44
Avtobuslarda şagirdlər üçün güzəşt tətbiq oluna bilər... - AKTUAL
Bu gün, 08:42
ABŞ - Ermənistan sazişinin ömrü uzun çəkməz - GÖZLƏNTİ
Bu gün, 08:41
Əyalət mollasının KÖLƏ TƏFƏKKÜRÜ - VİDEO-ARAŞDIRMA
Bu gün, 08:35
Kəngərlinin icra başçısının QIŞ TƏDARÜKÜ - BU NƏDİ BELƏ?
Bu gün, 08:19
İkinci mərhələ başladı: 3 kəndimiz geri qaytarılır! - BUNDAN SONRA...
Bu gün, 07:12
AZƏRİQAZ-dan Qaziyə 1600 manatlıq CƏZA: '80 manat veteran pulu alıram...' - NECƏ ÖDƏSİN?
Bu gün, 06:46
AZƏRİQAZ-dan Qaziyə 1600 manatlıq CƏZA: '80 manat veteran pulu alıram...' - NECƏ ÖDƏSİN?
Bu gün, 06:44
Yaradanquliyevanın dövlətə borcu var imiş... - FOTO
Bu gün, 06:28
"Telefonlar dərs zamanı qadağan olunsa da..."
Bu gün, 06:24
Azərbaycanın “məcburetmə əməliyyatı” – Ermənistan geri çəkildi
Bu gün, 06:21
Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir - GƏLİŞMƏ
Bu gün, 00:07
Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? - GƏLİŞMƏ
Bu gün, 00:03
“Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” – AP
Bu gün, 00:00
Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Dünən, 22:42
ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Dünən, 22:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru