Fərid Səfərli Azərbaycana qaytarıldı .....                     Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir .....                     İrəvan Azərbaycandan qorxduğu üçün bunu edir .....                     AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? .....                     Meymunçiçəyi yayılır .....                     Ararat Mirzoyan sabah Moskvaya gedəcək .....                     Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub .....                     Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı .....                     Ermənistan sərhədində son durum: “Kazarmalarını söküb gedirlər” .....                     Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir .....                     Uzun, problemli və mürəkkəb proses .....                     Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb .....                     "Tanınmış insanların adından istifadə edirlər" .....                     İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. .....                     İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı .....                     Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib .....                     Ermənistan dövləti başını qaldırmamış payını almalıdır .....                     “Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? .....                     Bakıda gənc ana .....                     Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü .....                     Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... .....                     Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     "Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" .....                     Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... .....                     "Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." .....                     Seçkilərin nəticələri bu tarixdə elan olunacaq .....                     “Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... .....                     ABŞ-Ermənistan xartiyasının pərdəarxası .....                     Suriyadan Rusiya, İsrail və İrana .....                     Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... .....                     ABŞ-la münasibətləri bərpa etməyə hazırıq .....                     Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb .....                     ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu .....                     “Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib .....                     Tramp Putinlə telefon danışığına hazırlaşır .....                     Əməkdar artist harada dəfn ediləcək? .....                     Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq .....                     Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... .....                     Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? .....                 

"Dəfələrlə Siyəzən Rayon İcra Hakimiyyətinə getmişəm..." - GİLEY
Tarix: 19-06-2019, 16:04 | Çap et
"Dəfələrlə Siyəzən Rayon İcra Hakimiyyətinə getmişəm..."
“Sosial Müdafiə Fondu icra hakimiyyətinə yönəldir, onlar da mənə kömək eləməkdən boyun qaçırır” Yenikənd qəbiristanlığının lap kənarında miskin görkəmli daxma gözə dəyir. Siyəzənli Qarabağ müharibəsi əlili Natiq Dadaşov ailəsi ilə o birotaqlı komada yaşayır. Daxma bataqlıq ilə əhatə olunub.

Əlilliyi olan şəxsin həyatı

Natiq Dadaşov 3-cü qrup əlilidir. 1993-cü ilin yanvarında Kəlbəcərdə ayaqlarını don vurub. Sağ ayağının barmaqlarını, sol ayağının dabanını kəsiblər. Üç dəfə əməliyyat olunub. Ayağının hissələrini parça-parça itirib: “Soyuqlar düşən kimi ayaqlarım şişir, gömgöy olur. İynə vurdururam. Birtəhər dözürəm”. Natiq çox çətinliklə gəzir. Günün asudə vaxtında daha çox oturmağa, uzanmağa çalışır. Əlillik dərəcəsindən də narazıdır: “Heç olmasa, ikinci qrup verərdilər. İmran həkim o vaxt 160 manat pul aldı məndən, amma üçüncü qrup yazdı”. Natiqin söhbətdə adını çəkdiyi İmran Məmmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri idi. Bir müddət əvvəl o, əlillik dərəcəsinin təyin edilməsi üçün adamlardan rüşvət almaq ittihamıyla həbs olunmuşdu. Müharibə əlili qayğı görməməsindən şikayət eləyir: “Vətən yolunda canımızı qoymaq borcumuzdu. Amma sabah-birisigün uşaqlarım çöldə qalacaq. Hər qış fikirləşirəm ki, daxma bu dəqiqə uçacaq”. Natiq deyir ki, televizorda başqa yerlərdə müharibə veteranlarına, əlillərə ev verilməsini görəndə bir ayaqlarına, bir də dörd nəfərlik ailəsi ilə yaşadığı daxmaya baxır. İllərdir bu şəraitsizliyə dözürlər.

“Bircə ev məsələsi düzəlsin”

Natiq ailəsi ilə ağır şərtlər altında yaşayır. Daxma palçıq kərpicdən tikilib. Hər an uçmaq təhlükəsi var. Damına şifer vurulmayıb, sadəcə, köhnə materialla örtülüb, üstünə daş qoyulub. Danışır ki, uzun illər müxtəlif dövlət orqanlarına ayaq döyəndən sonra qəbiristanlığın kənarında bataqlıqla əhatə olan bu yarımtikilini ona veriblər: “Bu illər ərzində dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Sosial Müdafiə Fonduna yazmışam, Siyəzən Rayon İcra Hakimiyyətinə getmişəm. Baxan yoxdu. Yiyəsizəm. İcra Hakimiyyətində məni başlarından eləyirlər. Sosial Müdafiə Fondu icra hakimiyyətinə yönəldir, onlar da mənə kömək eləməkdən boyun qaçırır”.

Natiq deyir ki, onun ev məsələsi müzakirə olunanda hələ uşaqları dünyaya gəlməmişdi. İndi qızının 14, oğlunun 12 yaşı var: “Sosial yardım vermirlər. Deyirlər ki, ayağında 12 sot pay torpaq var. Nəyimə lazımdı o torpaq? Əlil adamam mən. Gəlib tiksinlər. Mənim üçün fərqi yoxdu. Əsas ev olsun. Lap kənddən kənarda da yaşamağa razıyam. Çox acınacaqlı vəziyyətdə yaşayırıq, hər şeyi demək istəmirəm”.
Kərpic kəsməklə yaşamaq

Natiq nə qədər səfalət içində yaşadıqlarını demək istəmir. Qonşular onun əvəzindən danışır. Deyirlər ki, bəlkə də, onların evində yalnız Natiq pensiya alanda qazan asılır

Qonşusu Pənah deyir ki, bir işığı çəkmədilər onun üçün. Natiq daxmanı öz gücünə bu vəziyyətə gətirib. Qazı və içməli suyu yoxdu. Qonşular su, yandırmağa odun verir.

Natiqin sözlərinə görə, icra strukturları vəziyyətinin nə qədər acınacaqlı olduğunu bilir, amma əl tutmaq istəmirlər: “Bələdiyyə yalnız özünü fikirləşir. Əvvəllər yardım verirdilər, onu da kəsdilər. Bir az ərzaq verirdilər, təzə kənd soveti gələndən sonra ləğv elətdirdi. İndi 172 manat pensiyanın ümidinə qalmışam”.

Natiq aclıqla mübarizə aparmaq üçün kərpic kəsib atır. Hərdən oğlu da ona kömək eləyir. Daxmanın arxasında kərpiclər sıra ilə düzülüb. Natiq kəsdiklərinin hamısını sata bilsə, evdə bayram olur: “Birini 20 qəpiyə satıram. Bəzən sata bilmirəm, qış gəlir, kəsdiklərim xarab olur. Bu qış 1000 kərpic sıradan çıxdı. Nə zülmlə kəsirəm, bir bilsəz…”

Natiqin daxmasının ətrafında kölgəsinə sığınacaq bir ağac belə, yoxdur. Ən adi qayğıların öhdəsindən gəlmək mümkün deyil. Amma müharibə əlilini ev qayğısı hər şeydən çox narahat eləyir: “Fikir verirsizsə, aclıqdan, dərmansızlıqdan heç danışmıram. Bircə ev versinlər…”

O, dövlətin müharibə əlilinə kömək eləyəcəyinə ümidini itirmir. Bir az uzaqlaşandan sonra arxadan səsi gəlir: “Müştəri olsa, hər gün kərpic kəsərəm…”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Fərid Səfərli Azərbaycana qaytarıldı - DTX və XİN rəsmi məlumat yaydı
Bu gün, 18:02
Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir - deputat
Bu gün, 18:00
İrəvan Azərbaycandan qorxduğu üçün bunu edir - RƏY
Bu gün, 17:58
AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? - AÇIQLAMA
Bu gün, 17:08
Meymunçiçəyi yayılır – Həkim çağırış etdi
Bu gün, 17:03
Ararat Mirzoyan sabah Moskvaya gedəcək
Bu gün, 17:00
Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub
Bu gün, 16:59
Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı
Bu gün, 16:33
Ermənistan sərhədində son durum: “Kazarmalarını söküb gedirlər” - KİV
Bu gün, 16:31
Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir - Görünəni odur ki...
Bu gün, 16:24
Uzun, problemli və mürəkkəb proses – Tələsmək olmaz
Bu gün, 16:22
Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb - VİDEO
Bu gün, 16:01
"Tanınmış insanların adından istifadə edirlər"
Bu gün, 15:59
İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. - AKTUAL
Bu gün, 15:54
İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı - Dilarə Əsgərova bu barədə məlumat...
Bu gün, 15:51
Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Bu gün, 15:46
Ermənistan dövləti başını qaldırmamış payını almalıdır - ÇAĞIRIŞ
Bu gün, 14:00
“Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? - ARAŞDIRMA
Bu gün, 13:58
Bakıda gənc ana YOXA ÇIXDI
Bu gün, 13:12
Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü - TIR onları vurdu
Bu gün, 13:06
Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... - “Hraparak”
Bu gün, 13:05
Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır - Nazirdən AÇIQLAMA
Bu gün, 13:00
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:57
"Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Bu gün, 12:55
Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Bu gün, 12:53
"Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Bu gün, 12:48
Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Bu gün, 12:44
“Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Bu gün, 12:38
ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Bu gün, 12:33
Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Bu gün, 12:32
Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Bu gün, 12:30
ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Bu gün, 12:29
Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
Bu gün, 12:28
ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Bu gün, 12:11
“Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Bu gün, 12:08
Tramp Putinlə telefon danışığına hazırlaşır – Köməkçilərinə tapşırıq verib...
Bu gün, 12:05
Əməkdar artist harada dəfn ediləcək? – Teatrdan açıqlama
Bu gün, 11:52
Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb
Bu gün, 11:44
Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... - FOTO, VİDEO
Bu gün, 11:42
Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? - MOLLA-KEŞİŞ ortaqlığı...
Bu gün, 11:35
Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur - Kamran Əliyev
Bu gün, 11:34
Ermənistana qarşı 1.5 milyardlıq İDDİA
Bu gün, 11:19
Estoniyada hərbi təlimlər başlayır
Bu gün, 11:16
İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... - GƏLİŞMƏ
Bu gün, 11:07
Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? - NƏ BAŞ VERİR?
Bu gün, 11:02
Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? - AKTUAL
Bu gün, 10:56
Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Bu gün, 10:50
Bakının Baş Planı əsasında köhnə tikililərin söküntüsü davam edir - Eldar Əzizov
Bu gün, 10:49
Rauf Alməmmədovdan Prezidentə şikayət olunur... O İSƏ... - ARAŞDIRMA
Bu gün, 10:48
Azərbaycan və İranın birgə komissiyasının iclası keçiriləcək
Bu gün, 10:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru