“Rəhbər”in dığa sevgisi - Azərbaycana qədər uzanan RİYAKARLIQ
Tarix: 6-05-2019, 11:10 | Çap et
Aqillər yaxşı deyib: “Riyakarın qiyafəti işıq, məzmunu kölgədir”. Təəssüf ki, saflığı, mənəviyyatı həyat tərzinə çevirmiş insanlar tərəfindən riyaya bürünmüş, məzmunu isə nəinki kölgə, hətta zülmət olanların fikirlərinin ehkam kimi qəbul edilməsi günümüzün acı gerçəkliyidir. Ən acınacaqlısı isə odur ki, zülmətin işıq kimi təqdim olunmasında müqəddəs dinimizdən və ondan qaynaqlanan dəyərlərdən sui-istifadə edilir. Təbii ki, belə olmasaydı torpaqlarımızın 20 faizini işğal etmiş, minlərlə azərbaycanlını, müsəlmanı, köməksiz qocaları, məsum körpələri, dinc əliyalın insanları heç də uzaq olmayan keçmişdə soyqırımına məruz qoymuş Ermənistan rəhbərliyini ən doğma, ən əziz insan kimi qarşılayan, bağrına basan, onlara hərtərəfli maddi və mənəvi dəstək göstərən “dini” liderlər bir azərbaycanlı müsəlman üçün mənəvi rəhbər qəbul oluna, ona “ağa” deyilə bilməzdi. Bu il fevralın 26-da Xocalı soyqırımının 27-ci ildönümü günü, soydaşlarımıza qarşı qətliamın və dövlət terrorunun icraçısı olan Ermənistan rəhbərliyinin İrana səfəri, ona göstərilən münasibət, hətta ali dini lider Seyid Əli Xameneyi tərəfindən doğmalar, əzizlər kimi qarşılanması, müsəlmanların mənəvi lideri olmaq iddiasında olan İslam Respublikası rəhbərliyinin, hansı prizmadan baxılır baxılsın, ruhaniyyət məqamına olduqca qalın bir kölgə, hətta deyə bilərik ki, silinməyən bir ləkə saldı. Özünü dindar kütlələrə “İmamın naibi” kimi təqdim edənlər bu davranışları ilə İslam dini və xüsusilə şiə məzhəbində ciddi önəm daşıyan, mərceyi-təqlid kimi qəbul olunan şəxslər üçün vacib sayılan “Ədalət” prinsipi ilə daban-dabana ziddiyyət təşkil edir. Bu məqamda gerçək müsəlman, əsl müntəzir əqidə prinsiplərinə zidd mövqe sərgiləyənləri mənəvi rəhbər kimi qəbul etməsi nə dərəcədə düzgündür?! Axı, müqəddəs kitabımız olan “Qurani Kərim”də açıq-aşkar buyurulur: “Allah sizə .... sizi yurdunuzdan çıxardan və çıxartmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edər. Onlarla dostluq edənlər əsl zalımlardır!”.(“Mumtəhənə” surəsi 9-cu ayə). Ermənistanla müharibə şəraitində olduğumuz son 30 ildə işğalçı ölkənin birbaşa və hərtərəfli dəstək aldığı iki ölkədən birinin İran olduğu heç kimə sirr deyil. Hətta, zaman-zaman işğalçı ölkədə İranı “həyat mənbəyi” də adlandırmışlar. Bundan əlavə hələ neçə illər əvvəl eşitdiyim bir məqam məni xüsusilə heyrətləndirmişdir. İmam Rza əleyhissəlamın müqəddəs hərəminin yerləşdiyi Məşhəd şəhərinə ziyarət etməyi hər birimiz özünə borc bilir. Sən demə, ziyarətgah “İslam Respublikası”nın nəzarətində olduğundan orada toplanan ianələrdən Ermənistanda müharibə iştirakçılarına yardım edilirmiş. Bəli, müsəlman şiə çoxluğundan ibarət Azərbaycanın torpaqlarını işğal edən qəsbkarlara müsəlmanların müqqəddəs ziyarətgahından yardım göstərilir. O, qəsbkarlara ki, İşğal altındakı ərazilərimizdə cismani zülmlərlə yanaşı bizi həm də mənəvi terrora məruz qoyublar, məscidlərimizdə heyvan saxlamaqla müqəddəsatımıza qarşı həqarət ediblər.
Bütün bu aşkar həqiqətlərin işığında nədənsə bəzi dindar həmvətənlərimiz özünü hələ də İran lideri Xameneyiyə bağlı hesab edirlər, onun hər addımına haqq qazandırır, necə deyərlər “Rəhbərlərinin dığa sevgisi”ni xoşgörüşlə qarşılayırlar. Di gəl ki, Azərbaycanda dini dəyərlər və mənəviyyata göstərilən qayğıya heç gözlərinin ucu ilə də baxmaq istəmirlər. Bəli, hər hansı ərazinin sökülərək yenidən qurulması zamanı “məscid təəssübkeşləri”, “Allah evinin müdafiəçiləri” kimi hay-küy salan bir dəstə qaragürhçular nədənsə “Hacı Cavad” məscidinin yenidən inşasına heç bir münasibət bildirmədilər, yaxud buna “ağa”larından göstəriş gəlmədi. Heç bunu gözləmək də bir az sadəlövhlük olardı. Çünki bu beyni yuyulmuşlar neçə illərdir, bir dünyəvi dövlətin başçısı tərəfindən çox sayda məscid və ziyarətgahların tikintisinə şəxsən təşəbbüs göstərilməsi, tikinti prosesinin nəzarətdə saxlanılması, yekunda ölkə rəhbərinin açılışa gəlməsini də heç görmək istəməyiblər. Əvəzində isə, Xameneyi və digər İranlı müctəhidlərin “təvəlla və təbərra”, “əmr bil məruf” çağırışlarını əsas götürərək Azərbaycanda hər şeyi qara rəngdə göstərməyə çalışıblar. İslam dininin əsas buyuruqlarından biri “Müsəlmanlar qardaşdır” çağırışıdır. Lakin özlərini mənəviyyat carçısı, “İslam keşikçisi” sayaraq “müqəddəs vəzifələrinin sərhəd tanımadığı”nı bəyan edən “ağa”lar, müqəllidlərinə məscid inşa edən müsəlman dövlətini düşmən obrazında təqdim edir, eyni zamanda da məscidlərimizi təhqir edən erməni dığaları ilə dostluğu tərənnüm edən davranışlar sərgiləyirlər. Beləliklə Xameneyi öz müqəllidlərinə “ağa ilə dığanın dostluğu”nu “təvəlla” (“Allahın sevdiyi insanı sevmək”), “əmr be məruf”, (“yaxşı işlərə dəvət etmək”) müsəlman ölkəsi olan Azərbaycanın simasında “zalim”, “düşmən” obrazı yaratmağı isə “təbərra” (“Allahın düşmənləri ilə düşmənçilik etmək”) kimi təqdim edir.
Bizim hörmətli ruhanilərimiz isə belə ədalətsizlik qarşısında nədənsə susqunluq nümayiş etdirməklə antiazərbaycan mahiyyətli “dini” təbliğatın rəvac tapmasına ən azı meydan vermiş olurlar. İranpərəstlərin sıx toplaşdığı bəzi məscidlərdə ibadətlər və dini mərasimlər zamanı oxunan xütbələrdə “lənət” sədalarından qulaq tutulur. Üstəlik də, cəmiyyətdə razılaşmadıqları məqamları qabardaraq “lənətullahi alə qaumiz-zalimin” (“Allah zalım topluma lənət etsin”) ifadəsini işlətmək az qala İslam dininin beş vacibatından da “vacib əməl” kimi yerinə yetirilir. Digər tərəfdən sosial şəbəkələrdə, o cümlədən “facebook”da İranı təbliğ etməklə, dövlət, cəmiyyət və xalq olaraq bizləri aşağılamağı özünə “müqəddəs vəzifə” seçmiş, müxtəlif adlar altında fəaliyyət göstərən “Baba Punhan”, “Mutteqi Bermeki” və s. saxta profillər də vardır ki, dindar həmvətənlərimizin dini hisslərindən sui-istifadə edirlər. Bu sui-istifadə hallarının ölkəmizdə cəmiyyətdaxili gərginlik yaratmağa, eləcə də insanların dövlətə qarşı çıxmasına hesablandığı reallıqdır. İşin acınacaqlı tərəfi odur ki, bütün bu yaramaz əməllər din adı ilə törədilir və özünü azərbaycanlı sayan, əslində İslam dini barədə bilikləri, eləcə də dünyəvi savadları İranın mollalarından, müctəhidlərindən daha geniş olan ruhanilər gərəkli mövqe nümayiş etdirmirlər.
Neçə müddətdir, Xameneyi öz müqəllidlərinə vəhdət yaratmaq barədə çağırışlar edirdi, amma bu çağırışların nəticəsi də təəccübləndirici oldu. Demək bu iranpərəst dindarlar vəhdəti Əli Kərimli və onun kimi radikal müxalifət düşərgəsi ilə yaratmaqda görür, onun ad gününü elə təbrik edirlər. O Əli Kərimli ki, Qərbin sadiq adamı kimi ateist, dindar, qeyri-dindar hər kəsi öz maraqları istiqamətində yönləndirməyə çalışır. Hətta başda Taleh Bağırovun rəhbərlik etdiyi “Müsəlman Birliyi Hərəkatı” olmaqla ölkəmizdəki bəzi dindar qruplar daha da irəli gedərək, İslam dünyasını paramparça etmiş imperialist Qərbin xas adamı Əli Kərimlini “haqsevər” adlandırmaqdan çəkinməmiş, şəninə təriflər söyləmişlər. Deyəsən Xameneyi sevərlərin nəzərində haqqın donu dəyişib, “Qərbə xidmət-Haqqa xidmət”ə çevrilib. Bu da təəccüblü deyil. Çünki, İranın mərkəzində ermənilərin Paşinyanın pişvazına “Qarabağ ermənistan torpağıdır” şüarı ilə çıxmasını təşkil edən “haqsevər”, “vəzifəsi sərhəd tanımayan” müctəhidlərin müqəllidlərindən bundan artıq nəsə gözləmək də yersiz olardı.
Ruhanilərimiz və savadlı, başbilən dindarlarımızın Azərbaycan dini mühitinə qarşı yönəlmiş bu dağıdıcı addımlar qarşısında susqun dayanması əslində məndə heç də bədbinlik yaratmır. Çünki hər şeyi zaman və insanlarımızın sayıqlığı həll edəcəyi inancındayam. Hələ 20-ci əsrin əvvəllərində yaşamış görkəmli ədibimiz Mirzə Cəlilin bir felyetonunda din adı altında yaramaz əməllər törədənlərə ünvanladığı müraciətində deyirdi:
“A mollalar niyə məni döyürsünüz.... ....heç eybi yoxdur, döyürsünüz döyünüz. Amma bunu da biliniz ki, ey mollalar ki, günlər dolanar, sular axar, zəmanə təzələnər və axırda yetim-yesir müsəlman qardaşlarım dostu ilə düşmənini tanıyıb haman yoğun dəyənəkləri əlinizdən alar və başlar... dəxi dalısını da demirəm”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb - VİDEO
Bu gün, 16:01 |
|
|
|
• "Tanınmış insanların adından istifadə edirlər"
Bu gün, 15:59 |
|
|
|
• İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. - AKTUAL
Bu gün, 15:54 |
|
|
|
• İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı - Dilarə Əsgərova bu barədə məlumat...
Bu gün, 15:51 |
|
|
|
• Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Bu gün, 15:46 |
|
|
|
• Ermənistan dövləti başını qaldırmamış payını almalıdır - ÇAĞIRIŞ
Bu gün, 14:00 |
|
|
|
• “Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? - ARAŞDIRMA
Bu gün, 13:58 |
|
|
|
• Bakıda gənc ana YOXA ÇIXDI
Bu gün, 13:12 |
|
|
|
• Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü - TIR onları vurdu
Bu gün, 13:06 |
|
|
|
• Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... - “Hraparak”
Bu gün, 13:05 |
|
|
|
• Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır - Nazirdən AÇIQLAMA
Bu gün, 13:00 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:57 |
|
|
|
• "Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Bu gün, 12:55 |
|
|
|
• Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Bu gün, 12:53 |
|
|
|
• "Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Bu gün, 12:48 |
|
|
|
• Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Bu gün, 12:44 |
|
|
|
• “Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Bu gün, 12:38 |
|
|
|
• ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Bu gün, 12:33 |
|
|
|
• Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Bu gün, 12:32 |
|
|
|
• Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Bu gün, 12:30 |
|
|
|
• ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Bu gün, 12:29 |
|
|
|
• Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
Bu gün, 12:28 |
|
|
|
• ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Bu gün, 12:11 |
|
|
|
• “Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Bu gün, 12:08 |
|
|
|
• Tramp Putinlə telefon danışığına hazırlaşır – Köməkçilərinə tapşırıq verib...
Bu gün, 12:05 |
|
|
|
• Əməkdar artist harada dəfn ediləcək? – Teatrdan açıqlama
Bu gün, 11:52 |
|
|
|
• Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb
Bu gün, 11:44 |
|
|
|
• Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... - FOTO, VİDEO
Bu gün, 11:42 |
|
|
|
• Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? - MOLLA-KEŞİŞ ortaqlığı...
Bu gün, 11:35 |
|
|
|
• Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur - Kamran Əliyev
Bu gün, 11:34 |
|
|
|
• Ermənistana qarşı 1.5 milyardlıq İDDİA
Bu gün, 11:19 |
|
|
|
• Estoniyada hərbi təlimlər başlayır
Bu gün, 11:16 |
|
|
|
• İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... - GƏLİŞMƏ
Bu gün, 11:07 |
|
|
|
• Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? - NƏ BAŞ VERİR?
Bu gün, 11:02 |
|
|
|
• Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? - AKTUAL
Bu gün, 10:56 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Bu gün, 10:50 |
|
|
|
• Bakının Baş Planı əsasında köhnə tikililərin söküntüsü davam edir - Eldar Əzizov
Bu gün, 10:49 |
|
|
|
• Rauf Alməmmədovdan Prezidentə şikayət olunur... O İSƏ... - ARAŞDIRMA
Bu gün, 10:48 |
|
|
|
• Azərbaycan və İranın birgə komissiyasının iclası keçiriləcək
Bu gün, 10:25 |
|
|
|
• Müharibə dayandırıla bilərdi, amma Blinken... - Şok faktlar
Bu gün, 10:19 |
|
|
|
• Dövlətin əvəzinə iş gördülər: BU DA BELƏ... - "...yaşadığım ev qəzalı vəziyyətə düşəcək"
Bu gün, 10:18 |
|
|
|
• Çin Sədrinin müavini və Mask ABŞ ilə ticari-iqtisadi əlaqələri müzakirə edib
Bu gün, 10:05 |
|
|
|
• Əməkdar artist Mövsüm Hüseynov vəfat edib
Bu gün, 09:39 |
|
|
|
• “Silahı xəbərləri oxuyan diktorun üzünə tuşlamışdılar, xəcalət çəkirdik...”
Bu gün, 09:32 |
|
|
|
• İkibaşlı səhiyyəmizin əlindən TİBET-ə üz tutdu... - O DA BELƏ...
Bu gün, 09:23 |
|
|
|
• Inın əsgərləri Putinin hərbçilərindən yaxşı döyüşürlər - "Washington Post"
Bu gün, 09:16 |
|
|
|
• “Bu sənədin kənd təsərüfatının inkişafına heç bir aidiyyəti yoxdur” - ŞƏRH
Bu gün, 09:13 |
|
|
|
• Moskvadan Dubaya uçan təyyarə Bakıya məcburi eniş edib
Bu gün, 09:02 |
|
|
|
• Saxta məhsul... saxta endirim... VƏ... - BU DA FAKT!
Bu gün, 09:00 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri bir neçə yaşayış məntəqəsində itirilmiş mövqelərini geri alıb - “DeepState”
Bu gün, 08:43 |
|
|
|
|