Abel Məhərrəmovun Madrid MACƏRASI - Və yaxud Allahşükür Paşazadə bu olayları niyə yasalamaqla məşğuldur?
Tarix: 29-12-2018, 11:35 | Çap et
Mənim Abel Məhərrəmovla bağlı heç bir qərəzçiliyim yoxdur və buna heç zaman əsas da olmayıb. Yazılarımı oxuyanlar da orada qərəzçilik olmadığını bildirirlər. Unversitetdə baş verən neqativ hallar haqqında 2003-cü ildən başlayaraq “Hürriyət”, “Azadlıq”, “Yeni Müsavat”, “Bizim yol”, “Müxalifət”... qəzetlərində ictimai düşüncədə bəyənilən, yaxşı qəbul olunan, bəziləri BDU-da işlədiyib zamanda olmaqla, “BDU-nun Elmi İşlər Prorektoruna”, “Abel Məhərrəmovun Avtoritarizmi”, “Bakı Devlət Universitetində Məhkəmə”, “Bakı Devlət Universitetində 37-ci il Repressiyası” adlı 20-dən aşırı ifşaedici yazı dərc elətdirmişəm, faktlar açıqlamışam. İstəmişəm, belə hallar aradan qaldırılsın. Bununla ilgili tədbirlər görüləcəyini düşünmüşəm, təəssüf, belə olmayıb. Məcbur olub 2013-cü ildə dərc elətdirdiyim “Abel Məhərrəmovun biblioqrafiyası” adlı iri həcmli yazımı poçt vasitəsilə, xəbərnamə ilə dövlət rəhbərlərinə çatdırmışam. Yenə də bir soraq çıxmayıb.
Başqa məqsədlə 2014-cü ilin oktyabrında Respublika prezidentinə, AR Milli Məclisinin sədrinə, AMEA prezidentinə göndərdiyim “Düzün Sözü” adlı kitabımda BDU haqda da üç tənqidi yazım var idi. Kitabdakı bu yazılarımın da nəzərə çarpacağını və A.Məhərrəmovun neqativ əməlləri barədə ölçü götürüləcəyini düşünürdüm...
Başqa bir cəhət. A.Məhərrəmov bir zaman Heydər Əliyevin haqqında o, Kremldə işləyərkən oraya azərbaycanlılardan tonlarla şikayət məktubunun göndərildiyini televiziya ekranlarından dedi. O zamanlar bu fikri söyləyən başqaları da ortaya çıxdı. Sözsüz, azərbaycanlılar arasında SSRİ rəhbərləri sırasında yüksək mövqeyə yüksəlmiş soydaşları haqqında belə bir iş tutmaq fikrində olan, belə bir namussuzluğa qol qoyan adam tapılmazdı. Mən çox düşündüm, A.Məhərrəmovun dediyi bu fikrin əsassız, ziyanlı olduğu qənaətinə gəldim və fikrimi mətbuat vasitəsilə yaydım.
Doğrusuna qalsa, tonlarca şikayət məktublarının yazılmasını və başqa işlərini təşkil etmək, yerinə yetirmək üçün “tonlarca” para lazım olmalı idi. Bu paraların ermənilərdə olmasına heç kimdə şübhə ola bilməzdi. Çünki 70-ci illərdədən bu yana onlar öz soydaşlarının harada yaşamasından asılı olmayaraq heç kimdən, heç nədən çəkinməyərək, onlardan hər ay para yığırdılar. Bu erməni paralarının adı çəkilən məktubların təşkili işlərinə sərf etmələri hansısa şübhə doğura bilərmi? Düşmənlərin Heydər Əliyev haqqında öz xalqı adından tonlarca şikayət məktubu göndərməkdə məqsədləri nə idi? Bu işdə onların qlobal məqsədləri Heydər Əliyevin ləkələnərək SSRİ rəhbərliyindən uzaqlaşdırılması, öz xalqı ilə arasında etimadsızlıq, inamsızlıq və düşmənçilik yaradılması idi...
A.Məhərrəmov özünün “Madrid olayları”na görə cəzalandırıldı. Respublika prezideni cənab İlham Əliyev noyabrın 6-da onu sərəncamla tutduğu vəzifədən qovub uzaqlaşdırdı. Güman edirəm, prezidentin bu sərəncamı verməsində gec də olsa, mənim yazılarımın az-çox rolu olmamış deyil. Ancaq A.Məhərrəmovun özbaşınalıqları ilə bağlı dərc olunan yazılara zamanında reaksiya verilsəydi, onun özbaşınalıqları belə böyük vüsət almazdı.
A.Məhərrəmov hazırda özünün “Madrid olayları”nı inkar etmək, Qafqaz Müsəlmanları İidarəsinin rəisi cənab Hacı Allahşükür Paşazadə də bu olayları “bir Hacı olaraq” yasalamaqla məşğuldur. Doğrudur, “Hacı və yasalama” başqa bir yazının konusudur. Ancaq AR Baş Nazirinin Birinci Yardımçısı, Abel müəllimin pusquda dayanan qudası Yaqub Eyyubov prezidentin sözünün, adı çəkilən sərəncamının təsirini azaltmağa, Abel qudasını “sudan quru çıxartmağ”a çalışır. Bu, xalqın dövlətə, onun rəhbərinin nüfuzuna təsir göstərə bilməyəcəyinə kim zəmanət verə bilər? Dövlət başçısı bir sözü bir yol deyər, bir sərəncamı da bir yol verər. Ancaq adları vurğulanan səlahiyətli şəxslər Abelimizin (deyim tərzi Hacıbala müəllimə məxsusdur) “Madrid olayları” barədə dövlət başçısının sözünü, sərəncamını ikiləşdirməyə çalışırlar. Mən bir vətəndaş olaraq bu halı yolverilməz sayıram.
Yaqub Eyyubov-Abel Məhərrəmov qudaçılığı və “sudan quru çıxartmağa” çalışma söhbətinin ortaya gətirilməsi mənə aid deyil, el arasında gəzən, hamının bildiyi, söylədiyi söhbətdir. Elin sözü yalan olmaz. Yaqub müəllim doğrudan da bu yöndə çalışmaq istəyirsə belə, onun Vətən və millətsevərliyinə, ölkə prezidentinə sadiqliyinə mənim zərrəcə inamım qalmır. Çünki öncə bu hərəkət ölkə prezidentinin sərəncamını qüvvədən salmağa xidmət edir; eləcə də prezidentin xalq arasındakı nüfuzuna mənfi təsir göstərməyə bilməz. Bir vətəndaş olaraq belə hala mən qəti etirazımı bildirirəm. Yadda saxlayın: nə qədər məmurlarımız, hacılarımız... ölkə prezidentinin fikirlərini, sərəncamlarını, fərmanlarını gücləndirmək yerinə zəiflətmək yolunu tutacaqlar, o qədər də ölkədə “ala qarğa bala çıxara” bilməyəcək.
Bir də, toplunun bildiyi kimi, hakimiyətimizdə hamı-hamının qudası, hamı-hamının yerlisi, hamı-hamının doğmasıdır. Odur, bunlar bir-birinə qanunsuz himayədarlıq edirlər, bir-birinin nöqsanlarını, cinayətlərini ört-basdır edirlər. Bununla, ziyanlı əməllərin yenidən təkrarlanmasına şərait yaranmış olur.
Qanunsuz himayədarlığın verdiyi fəsadları tənqid eləmək bunların aradan qaldırılması üçün heç də yetərli olmur. Mənə belə gəlir, himayədarlıq etmə halları üçün inzibati cəza tətbiq olunmalıdır. Bunun aşağı həddi işdən azad etmək olmalıdır. Belə olarsa, haqsız himayədarlıq edənlər də qanun qarşısında çəkinərlər.
Qəribədir, vəzifə tutanda xalqdan, ona ədalətli xidmətdən danışanlar çox zaman xalqı özününkülərə və özgələrə ayırırlar. Özününkülərə himayəçilik edirlər, “özgələr”ə isə qənim kəsilirlər. Bu, artıq bizdə adi haldır. Ölkədə hər kəs öz səlahiyyətlərindən yararlanaraq “özününkülər”i tutduğu əməllərinə görə olan qınaqdan, ittihamdan, cəzadan qurtaracaqsa, bu ölkənin gələcəyi necə olacaq? Həbsxanalarda cinayətkarlara aid olan yerləri cinayətsiz arxasızların, yazıq-yuzuqların balaları tutacaq?
Cənab Eyyubov xalqı belə-belə əməlləri ilə kükrətsə, arxasında heç zaman qudası A.Məhərrəmov dura bilməyəcək. Odur, onun Abel Məhərrəmov kimi ləkəli adamlardan uzaq durması, xalqa bel bağlaması gərəklidir. Unutmaq olmaz, nöqsan ört-basdır edilsə, o düzəlməz. Nöqsan düzəldilməyən yerdə isə, irəliləyişdən söhbət gedə bilməz.
Abel Məhərrəmovu ölkə başçısı neqativ əməllərinə görə noyabrın 15-də tutduğu (tutduğu!) vəzifədən uzaqlaşdırıb. O isə, rektorluqdan uzaqlaşdırıldıqdan sonra qanunsuz zəbt elədiyi Üzvi Kimya kafedrasının müdirliyi vəzifəsini Yaqub Eyyubov kimi “quda”larına güvənərək öz əlində saxlayır və hələ qanunsuz olaraq “kafedrası” üçün tualet də tikdirir. BDU-da təqribən, 100 kafedra varsa, əlavə olaraq 100 də tualet olmalıdır. Belə ola bilməz. Ona görə də Abel Məhərrəmovun tualetini “qanunsuz” tualet adlandırdım.
Bəhmən SULTANLI \\hurriyyet.org\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Bu gün, 12:11 |
|
|
|
• “Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Bu gün, 12:08 |
|
|
|
• Tramp Putinlə telefon danışığına hazırlaşır – Köməkçilərinə tapşırıq verib...
Bu gün, 12:05 |
|
|
|
• Əməkdar artist harada dəfn ediləcək? – Teatrdan açıqlama
Bu gün, 11:52 |
|
|
|
• Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb
Bu gün, 11:44 |
|
|
|
• Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... - FOTO, VİDEO
Bu gün, 11:42 |
|
|
|
• Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? - MOLLA-KEŞİŞ ortaqlığı...
Bu gün, 11:35 |
|
|
|
• Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur - Kamran Əliyev
Bu gün, 11:34 |
|
|
|
• Ermənistana qarşı 1.5 milyardlıq İDDİA
Bu gün, 11:19 |
|
|
|
• Estoniyada hərbi təlimlər başlayır
Bu gün, 11:16 |
|
|
|
• İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... - GƏLİŞMƏ
Bu gün, 11:07 |
|
|
|
• Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? - NƏ BAŞ VERİR?
Bu gün, 11:02 |
|
|
|
• Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? - AKTUAL
Bu gün, 10:56 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Bu gün, 10:50 |
|
|
|
• Bakının Baş Planı əsasında köhnə tikililərin söküntüsü davam edir - Eldar Əzizov
Bu gün, 10:49 |
|
|
|
• Rauf Alməmmədovdan Prezidentə şikayət olunur... O İSƏ... - ARAŞDIRMA
Bu gün, 10:48 |
|
|
|
• Azərbaycan və İranın birgə komissiyasının iclası keçiriləcək
Bu gün, 10:25 |
|
|
|
• Müharibə dayandırıla bilərdi, amma Blinken... - Şok faktlar
Bu gün, 10:19 |
|
|
|
• Dövlətin əvəzinə iş gördülər: BU DA BELƏ... - "...yaşadığım ev qəzalı vəziyyətə düşəcək"
Bu gün, 10:18 |
|
|
|
• Çin Sədrinin müavini və Mask ABŞ ilə ticari-iqtisadi əlaqələri müzakirə edib
Bu gün, 10:05 |
|
|
|
• Əməkdar artist Mövsüm Hüseynov vəfat edib
Bu gün, 09:39 |
|
|
|
• “Silahı xəbərləri oxuyan diktorun üzünə tuşlamışdılar, xəcalət çəkirdik...”
Bu gün, 09:32 |
|
|
|
• İkibaşlı səhiyyəmizin əlindən TİBET-ə üz tutdu... - O DA BELƏ...
Bu gün, 09:23 |
|
|
|
• Inın əsgərləri Putinin hərbçilərindən yaxşı döyüşürlər - "Washington Post"
Bu gün, 09:16 |
|
|
|
• “Bu sənədin kənd təsərüfatının inkişafına heç bir aidiyyəti yoxdur” - ŞƏRH
Bu gün, 09:13 |
|
|
|
• Moskvadan Dubaya uçan təyyarə Bakıya məcburi eniş edib
Bu gün, 09:02 |
|
|
|
• Saxta məhsul... saxta endirim... VƏ... - BU DA FAKT!
Bu gün, 09:00 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri bir neçə yaşayış məntəqəsində itirilmiş mövqelərini geri alıb - “DeepState”
Bu gün, 08:43 |
|
|
|
• Əlillərlə olan əmək münasibətlərinin dayandırılması... - Ekspert danışır...
Bu gün, 08:38 |
|
|
|
• Tramp Dövlət Departamentindən bəzi yüksək vəzifəli diplomatları işdən çıxaracaq
Bu gün, 08:35 |
|
|
|
• Qulağı kar adama sübut edirlər ki, eşidirsən... - GİLEY
Bu gün, 08:32 |
|
|
|
• NƏ BAŞ VERİR: "Express Bank"ın gəlirliyi azalıb... - İNCƏLƏMƏ
Bu gün, 07:26 |
|
|
|
• Araik Arutyunyan 34 yaşlı kişini işə saldı: Tapança olayı... - TƏFƏRRÜAT
Bu gün, 07:22 |
|
|
|
• “TikTok” ABŞ-a qayıtdı - “ABC News”
Bu gün, 06:25 |
|
|
|
• Azərbaycan və İran birgə komissiyanın 16-cı iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər
Bu gün, 06:21 |
|
|
|
• Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20 |
|
|
|
• "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18 |
|
|
|
• "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15 |
|
|
|
• Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12 |
|
|
|
• Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05 |
|
|
|
• “Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03 |
|
|
|
• Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02 |
|
|
|
• Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00 |
|
|
|
• Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26 |
|
|
|
• Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24 |
|
|
|
• "25 min manat verdilər getmədim"
Dünən, 22:22 |
|
|
|
• Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19 |
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33 |
|
|
|
|