"AAAF Park"dan daha bir özbaşınalıq - GİLEY
Tarix: 19-11-2018, 13:09 | Çap et
“AAAF Park” Yaşayı Kompleksində sakinlərin işıqları kəsilib, istilik sistemi isə ümümiyyətlə işləmir. "Kommersant.az" xəbər verir ki, bu haqda “AAAF Park” Yaşayış Kompleksinin sakini , ictimai fəal Tamilla Qulami noyabrın 16-da sosial şəbəkələrdə məlumat yayıb.
Deməli, AAAF Park rəhbərliyi heç bir əsas olmadan özbaşına gəlib sakinlərin işığını kəsir. Qeyd edim ki, AAAF Parkın dövlətə külli miqdarda borcu olduğu üçün hal-hazırda şəhərcikdə işıq, istilik problemi var. Qazanxana da işə düşməyib. Şəhərcik qazlaşdırılıb, amma sayğac problemi var. Sayğacları gətirib quraşdırıblar, sakinlərdən isə 772, bəzilərindən də daha çox pul istəyirlər. Kimdən nə qopardılar, qopardılar… Üstəlik də qazı da işə sala bilmirsən, çünki müqavilə və kartı vermirlər. Az nəfər zorla-güclə, birtəhər kartı əldə edə biliblər. Sayğaca tələb olunan pulu ödəmədiyin təqdirdə gəlib qəfildən ya gecəyarısı, ya da səhər tezdən işıqları kəsib gedirlər. Qışın vaxtı, istilik yox, üstəlik də işıqları gəlib kəsirlər. Borcun olmasa belə. Niyə? Təsəvvür edə bilirsinizmi? “Qaz sayğacının pulunu ver, işığını yandırım” deyirlər. Sakinlərdən kim gedib bu özbaşınalığı qaldırın, hüquq-mühafizə orqanlarına müraciət edəcəyik deyirsə, deyirlər ki, biz kimsəni saymırıq, gedin, kimə istəyirsiniz, şikayət edin. Azəriqazla da əlaqə saxladım, dedilər ki, bu özbaşınalıqdır. Sayğaclar sakinlərə pulsuz paylanır. Hüquqla işinizi həll edə bilərsiniz.
Sizə AAAF-ın daha bir özbaşınalığından yazım. Qapılarımıza elektrik ödənişi bildirişi olan çek gətirib qoyurlar. “Azərbaycan Respublikası prezidentinin 25.03.2002-ci il tarixli 893 saylı sərəncamı və Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli Qərarına əsasən vaxtında ödənilməmiş borca görə enerji təchizatı əlavə xəbərdarlıq edilmədən dayandırılacaqdır”. Nəzərinizə çatdırım ki, 6 yanvar 2010-cu il tarixli 3 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 1, maddə 49) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nda üçüncü cümlə çıxarılmış və yeni məzmunda ikinci abzas əlavə edilmiş, 8.14-cü bəndin birinci abzasında “beş bank günü ərzində” sözləri “bir ay müddətində” sözləri ilə əvəz edilmiş, ikinci və üçüncü abzasları çıxarılmışdır. Bundan öncə ödəniş 5 bank günü ərzində idi, 5 bank günü ərzində ödəmə olmadıqda 3 gün xəbərdarlıq kimi müəyyən olunmuşdu. Hal-hazırda o müddət 1 aydır. Borc olduğuna görə işığı xəbərdarlıq etmədən kəsənlərin qarşısına qanunla çıxın, dostlar” – Tamilla Qulami belə yazıb.
Tamilla Qulaminin bu yazısından sonra, “AAAF Park” rəhbərliyi onunla əlaqə saxlayaraq problemin qısa zamanda həll olunacağına söz veriblər.
Dünən isə Tamilla Qulami “AAAF Park” rəhbərlii ilə görüşüb. Bu haqda o sosial şəbəkələrdə məlumat yayıb.
“AAAF rəhbərliyindən olan səlahiyyətli nümayəndələrlə görüşümüz oldu. Amma təəssüflər olsun ki, bir neçə gün öncə yazdığım şikayətlərin demək olar ki, heç biri təmin olunmayıb. Yaxın günlərdə də olacağı görünmür.
Qazanxana ancaq rəhbərliyin otaqlarını isidir. Bir də şəhərcikdəki məktəb və baxçanı. Təbii, məktəb və baxça müzakirə mövzusu ola bilməz.
Həmin qazanxanaya 21 saylı – bizim küçə də qoşuludur, amma sakinlərə gedən xətti bağlayıblar. Halbuki bu küçənin heç bir borcu yoxdur.
Bugünkü görüşdən sonra ümid edirəm ki, qaz sayğaclarına görə sakinlərin işıqlarını kəsməklə “cəzalandırmayacaqlar”. Çünki səlahiyyətli qurumlara da şikayət olunub, gözləyirik.
Qaz, su, işıq sayğaclarına görə pul istəyirlər, 772 manat. Halbuki evi alanda vətəndaş işıq və su sayğaclarına ödəniş edib. Çeklər də var. Qaz sayğacına pul istəyirlər, deyirik pulsuzdur. Nazirliyin də rəsmi sənədi var əlimizdə, təqdim etdik. İndi də deyirlər, smart sayğaclar quraşdırırlar, ona istəyirik. Hələ alınmamış bir şeyə görə sənədsiz-sübutsuz kim pul ödəyib görəsən? Bildiyiniz kimi AAAF’ın dövlətə ya harasa olan külli miqdarda olan borcu vətəndaşdan çıxarmaq istəyirlər. Pulu da ödəmədikləri təqdirdə soyuqların bu günü işıqları da söndürürdülər ki, bəlkə qanunsuz qoyduqları sayğac pulunu alsınlar. Tutar qatıq, tutmaz ayran… Utancvericidir sadəcə” – Tamilla Qulami belə yazıb.
“AAAF Park” rəhbərliyi ilə görüşdən təqribən 4 saat sonra, şirkət əməkdaşları qanunsuz olaraq Tamilla Qulaminin mənzilinin işıqlarını kəsiblər. Bu haqda ictimai fəal sosial şəbəkələrdə məlumat yayıb.
“”AAAF Park” işçiləri gəlib işığımızı kəsiblər. İstiliyi heç bir qanuni əsas gətirmədən zatən vermədiklərini yazmışdım. İşıq kəsiminə isə deyirlər ki, xüsusilə rəhbərliyin göstərişidir! Və mənim AAAF Parka heç bir borcum yoxdur. Özü də bu hadisə məhz rəhbərliklə görüşdən sonra baş verib.”
Baş verənlərlə bağlı “AAAF Park”ın mövqeyini dərc etməyə hazırıq. avropa.info
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• NƏ BAŞ VERİR: "Express Bank"ın gəlirliyi azalıb... - İNCƏLƏMƏ
Bu gün, 07:26 |
|
|
|
• Araik Arutyunyan 34 yaşlı kişini işə saldı: Tapança olayı... - TƏFƏRRÜAT
Bu gün, 07:22 |
|
|
|
• “TikTok” ABŞ-a qayıtdı - “ABC News”
Bu gün, 06:25 |
|
|
|
• Azərbaycan və İran birgə komissiyanın 16-cı iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər
Bu gün, 06:21 |
|
|
|
• Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20 |
|
|
|
• "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18 |
|
|
|
• "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15 |
|
|
|
• Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12 |
|
|
|
• Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05 |
|
|
|
• “Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03 |
|
|
|
• Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02 |
|
|
|
• Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00 |
|
|
|
• Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26 |
|
|
|
• Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24 |
|
|
|
• "25 min manat verdilər getmədim"
Dünən, 22:22 |
|
|
|
• Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19 |
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Dünən, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Dünən, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Dünən, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Dünən, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Dünən, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Dünən, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Dünən, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Dünən, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Dünən, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Dünən, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Dünən, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Dünən, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Dünən, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Dünən, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Dünən, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Dünən, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Dünən, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Dünən, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Dünən, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Dünən, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Dünən, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Dünən, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Dünən, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Dünən, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Dünən, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Dünən, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Dünən, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Dünən, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Dünən, 09:07 |
|
|
|
|