Elman Rüstəmov nədən Eldar Mahmudova nəfəslik açır? - Rüfət Aslanlının təqdimatı ilə...
Tarix: 30-10-2018, 15:31 | Çap et
DİA.AZ: - Bu gün məlum olur ki, qeyri-leqal olaraq Eldar Mahmudovun bankı kimi tanınan və başında hətta məlum "MTN işi" qalmaqalında belə Eldar Mahmudovla dostluğundan imtina etmədiyini nümayişkaranə şəkildə ifadə edən, Çingiz Əsədullayevin dayandığı "AGBank" yenidən nəfəslik qaanıb. DİA.AZ xatırladır ki, buna qədər sözügedən bankın hətta bağlanma təhlükəsi barədə də informasiyalar yayılmaqda idi. İndi isə aydın olur ki, "AGBank" xilas edilir və bu işdə Mərkəzi Bank təj deyil.
Azərbaycan Mərkəzi Bankı (AMB) “AGBank”a borcu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) təklifi ilə ayırıb və bu vəsaitlərin çox ciddi girov əsaslarında verib. DİA.AZ xəbər verir ki, bunu AMB-nın sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında bildirib: "AMB böhran dövründə digər banklara da bu və ya digər formada yardımlar göstərib. Yəni valyuta girovları əsasında kreditlər verilib. Hazırda ehtiyacı olan banklarda da vəsaitlərimiz var. Əlavə edim ki, bu vəsaitlərin çox ciddi girov əsasları da var”.
DİA.AZ xatırladır ki, 2018-ci ilin 3-cü rübündə "AG Bank" AMB -dən 5 milyon manat borc alıb. 30 İyun 2018-ci il tarixində AMB -nın"AG Bank"a qarşı tələbləri 40 milyon manat təşkil etmişdi. 30 Sentyabr 2018-ci il tarixində bu məbləğ 45 milyon manata çatıb.
Bir daha bildirək ki, Eldar Mahmudovun və onun dəstəsinin ifşasından sonra mediada ən çox adı hallandırılanlardan biri də “Azəriqazbank”ın Müşahidə Şurasının sədri Çingiz Əsədullayevdir. Uzun illər “MTN dağı”na söykənən Əsədullayev rəhbərlik etdiyi banka əmanət olunan mal-mülkə əziyyətsiz sahiblənə bilirdi. Qanunsuz pul köçürmələri haqda da həmin illərdə xəbərlər bir-birini əvəzləyirdi. Əsədullayevin kölgəsinə sığınıb “qara işlər” gördüyü Eldar Mahmudov sonradan gözlənilməz şəkildə “vuruldu”.
Bundan sonra “Azəriqazbank”da baş verən qanunsuzluqlar, neqativ hallar, müştərilərin aldadılması, qanunsuz pul köçürmələri və digər hallar barədə, demək olar ki, hər gün mətbuatda müxtəlif yazılar dərc olunmağa başladı. Ç.Əsədullayevin adı Beynəlxalq Bankda dövlətin milyardlarla manat vəsaitinin talan edilməsinə də qarışdı. Eldar Mahmudovun qudası Cahangir Hacıyevin köməkliyi ilə qanunsuz əməllərə imza atmış Ç.Əsədullayev “Beynəlxalq Bank işi”ndə dindirilərkən çətin suallar qarşısında qalmışdı. Onun adının Beynəlxalq Bankda külli miqdarda mənimsəmə faktlarına görə hədəfə gəldiyi şübhə doğurmurdu. Bildirilirdi ki, Ə.Əsədullayevin də “maliyyə xəyanətlərində” iştirakı olub. Belə xəbərlər vardı ki, Beynəlxalq Bankdan talan olunan milyardların bir hissəsini Mahmudov-Hacıyev çetesi Ç.Əsədullayevin rəhbərlik etdiyi bank üzərindən ofşorlara transfer ediblər. Amma nədənsə Beynəlxalq Bankdakı maxinasiyalara görə həbs olunanlar sırasında Ç.Əsədullayevin adına rast gəlinmədi.
“Beynəlxalq Bank işi”ndən əvvəl də Çingiz Əsədullayevin bankı haqda sensasion ittihamlar vardı. 2014-ci ilin iyununda Kaliforniya Universitetinin (“KrebsOnSecurity”) onlayn apteklərlə bağlı apardığı araşdırmalarda bəlli olmuşdu ki, internet üzərindən qanunsuz dərman satışı ilə məşğul olan onlayn apteklərin gəlirləri “tərəfdaşlıq” proqramları vasitəsilə əsasən “Azəriqazbank”da “yuyularaq” nağdlaşdırılıb. Oxşar iddia ilə Kaliforniya Universitetinin araşdırmaçı-mütəxəssisi Deymon Mak-Koy da çıxış etmişdi. Lakin nədənsə, həmin vaxt nə hüquq-mühafizə orqanları, nə Maliyyə Nazirliyi bu faktları araşdırdı. Bank rəhbərliyi də ittihamlarla bağlı heç bir açıqlama vermədi. E.Mahmudovun “vurulmasından” sonra isə Ç.Əsədullayevə yönəlik ittihamlar daha da artdı. Öncə İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri Arif Məmmədov çirkli pulların yuyulması ilə bağlı ittihamları təsdiqləyən məlumat yaydı. O bildirdi ki, Ç.Əsədullayev dövlətin külli miqdarda vəsaitini mənimsəyib və tələb olunan zaman bu pulları geri qaytara bilməyib.
Eldar Mahmudov işdən çıxarılandan, Cahangir Hacıyev həbs ediləndən sonra onların “qara işlər”ində adı keçən Ç.Əsədullayevin ölkədən birdəfəlik getmək istəyi haqda xəbərlər dolaşırdı. Bildirilirdi ki, Ç.Əsədullayev xəstəlik adı ilə ölkədən kənara çıxıb geri qayıtmaq istəmir. Sonradan isə ona ölkədən çıxmağa imkan verdilər. Belə xəbərlər yayıldı ki, Əsədullayevin planını önləyəcək addımlar atılandan sonra ona ölkədən çıxmaq izni veriblər. Şərt də bu olub ki, əgər Əsədullayev geri dönməsə, bankı və digər siyahıya alınmış əmlakları digər şəxslərin mülkiyyətinə keçəcək. Digər bir məlumata görə, Əsədullayevin həbsdən yaxasını qurtarması istintaqla əməkdaşlığa getməsi ilə əlaqəli olub. O, “qara pul” ötürmələri haqda məlumatları istintaqa təqdim edib.
DİA.AZ bildirir ki, indi isə Elman Rüstəmov "AGBank"ı Rüfət Aslanlının təıqdimatı ilə xilas etdiyini aşkar şəkildə ifadə edir. Bu isə həm də Eldar Mahmudovun bank sektorundakı təzahürlərindən bəlkə də sonuncusu hesab olunan şəbəkəyə verilən dəstək kimi qiymətləndirilə bilər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• NƏ BAŞ VERİR: "Express Bank"ın gəlirliyi azalıb... - İNCƏLƏMƏ
Bu gün, 07:26 |
|
|
|
• Araik Arutyunyan 34 yaşlı kişini işə saldı: Tapança olayı... - TƏFƏRRÜAT
Bu gün, 07:22 |
|
|
|
• “TikTok” ABŞ-a qayıtdı - “ABC News”
Bu gün, 06:25 |
|
|
|
• Azərbaycan və İran birgə komissiyanın 16-cı iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər
Bu gün, 06:21 |
|
|
|
• Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20 |
|
|
|
• "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18 |
|
|
|
• "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15 |
|
|
|
• Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12 |
|
|
|
• Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05 |
|
|
|
• “Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03 |
|
|
|
• Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02 |
|
|
|
• Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00 |
|
|
|
• Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26 |
|
|
|
• Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24 |
|
|
|
• "25 min manat verdilər getmədim"
Dünən, 22:22 |
|
|
|
• Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19 |
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Dünən, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Dünən, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Dünən, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Dünən, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Dünən, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Dünən, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Dünən, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Dünən, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Dünən, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Dünən, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Dünən, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Dünən, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Dünən, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Dünən, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Dünən, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Dünən, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Dünən, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Dünən, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Dünən, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Dünən, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Dünən, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Dünən, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Dünən, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Dünən, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Dünən, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Dünən, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Dünən, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Dünən, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Dünən, 09:07 |
|
|
|
|