Kürdəmriin icra başçısı ilə bağlı ilginc iddialar... - Hesabat iclasında söyüşlər havada uçuşub...
Tarix: 19-10-2018, 15:10 | Çap et
Kürdəmirin icra başçısı Ceyhun Cəfərov rayona icra hakimi təyin olunduğu vaxtdan etibarən mediada ancaq neqativ əməlləri ilə gündəmə gəlib. Paytaxt.org realliq.info-ya istinadən xəbər verir ki, uzun müddət Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov tərəfindən himayə olunan Ceyhun Cəfərov mətbuatda Kürdəmirin tarixinin ən tamahkar icra başçısı kimi təqdim olunur. Rayonda əhalinin sosial tələblərinə laqeyd yanaşan icra başçısı bununla da narazılığın daha da artmasına rəvac verir. O, rayonu xəracyığma sistemilə idarə edir.
Mediada yazılanlara inansaq, vətəndaşların icra başçısından şikayətləri kifayət qədərdir, hətta bunu Prezident administrasiyası da təsdiqləyə bilər. Hətta Kürdəmirdə artıq vəziyyət o yerə çatıb ki, rayonun yerli məmurları onun əlindən təngə gəlib. Belə ki, yerli məmurların hər biri Ceyhun Cəfərovun aylıq şərtlərini yerinə yetirməlidir.
Mediada dərc olunmuş və Kürdəmir rayon İca hakimiyyəti tərəfindən təkzib olunmayan xəbərlərdə bildirilir ki, hər ay rayonun mərkəzi xəstəxanası 4000 manat, Su melorasiya idarələri 10000 manat, DSMF idarəsi 10000 manat, "Komxoz" idarəsi 3000 manat, Bələdiyyə 5000 manat və s. İcra nümayəndələrindən tutmuş, təhsil idarəsinə kimi bir sözlə "məmə" yeyəndən "pəpə" yeyənə kimi hərənin öz rüsumu var.
Məlumatlara görə, kimsə bu haqqı ayin sonu çatdırmasa, icra başçısının hesabat iclasında 18+ söyüşlərə məruz qalır. Rayonda adi xadimədən tutmuş müəllimə kimi hər kəsi Ceyhun Cəfərov işə təyin edir...
Qeyd edək ki, Ceyhun Cəfərov Vidadi Zeynalovla qohumdur. Maraqlıdır ki, yeznə-qayın arasında münasibətlərin təkcə qohumluq ənənələrinə söykənmədiyi və arada ciddi biznes ilişgilərinin olması barədə mətbuatda çoxsaylı məlumatlar yayılmasına baxmayaraq, Ceyhun Cəfərov "məşəl ayağına” çəkilməyib. Lakin artıq heç kesə sirr deyil ki, C. Cəfərovun vəzifə karyerası bilavasitə V.Zeynalov tərəfindən qurulub. Biz iki qohumun əməkdaşlığı nəticəsində ərsəyə gəldiyi bildirilən çoxsaylı obyektlərdən bəhs etmək istəmirik. Təkcə Vidadi Zeynalovun Kürdəmir rayonunda 300 hektar dövlət torpağını uzunmüddətli icarəyə götürməsi deyilənləri sübut edir.
Ceyhun Cəfərov tərcümeyi-halı
O, 1965-ci ildə Yevlax rayonunda anadan olub. 1992-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Diqqət etdinizmi? 2007-ci il. C.Cəfərov Dövlət İqtisad Universitetinə qəbul olunanda, yəni 2002-ci ildə, universitetin rektoru Əli Abbasov, prorektoru isə Vidadi Zeynalov olub. Ceyhun Cəfərovun Kürdəmirdəki özbaşınalıqları məmurları da təngə gətirib C.Cəfərov 1983-1984-cü illərdə Konstruktor-Texnoloji Bürosunda texnik vəzifəsində işləyib, 1984-1986-cı illərdə həqiqi hərbi xidmətdə olub. 1986-1991-cı illərdə Nəsimi rayon İstilik-İstismar sahəsində çilingər, 1991-1993-cü illərdə Konstruktor-Texnoloji Bürosunda texnik, 1993-cü ildə "Pərviz” firmasında iqtisadçı-əmtəəşünas, 1993-1994-cü illərdə Maddi-texniki Təchizat idarəsində baş mühəndis, 1994-1995-ci illərdə "Azərbərpa” İstehsalat Birliyində rəis müavini, 1995-1996-cı illərdə Nərimanov Rayon İcra Hakimiyyətinin Kommunal Təsərrüfat şöbəsində müdir müavini, 1996-cı ildə Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində Texniki Nəzarət şöbəsində müdir, 1996-1999-cu illərdə Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində rəis, 2000-2006-cı illərdə Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində rəis, 2006-2011-ci illərdə Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, 2011-2014-cü illərdə isə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. 16 aprel 2014-cü ildə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.
Xatırladaq ki, Ceyhun Cəfərov hələ Tərtər rayonun icra başçısı işlədiyi vaxtlarda adı vahibilərlə iş birliyində tez tez hallanırdı. Həmin zamanlar bölgələrdə "vəhabi"lərin aktivləşməsi müşahidə edilirdi və əhalini ətraflarına toplamağa səy göstərirdilər. Hətta o da məlum idi ki,Tərtərdə o vaxt, ciddi kapitala sahib olan vəhabilər rayonlarda fermer təsərrüfatı yaratmaqla yüzlərlə şəxsi həm də maddi baxımdan öz təsir dairələrində saxlayırdılar. Mətbuat bu işdə də Ceyhun Cəfərovu ittiham etmiş idi. Belə ki, "vəhabi"lərə icra başçısının dəstək verməsinin isə əsas səbəbi kimi onların yaratdığı ticarət obyektlərində Ceyhun Cəfərovun yaxın adamlarının şərikliyi imiş.
Bu arada qeyd edək ki, bir-neçə ay əvvəl Ceyhun Cəfərov Kürdəmirin Tirli kəndində ona məxsus toxumçuluq zavodunda qaynaq işləri görən işçilərin pulunu vermədiyi üçün növbəti dəfə mediada tənqid olunmuşdu. Xəbərdə deyilirdi ki, işçilər almalı olduqları 5500 manat pulu almaq üçün dəfələrlə Kürdəmir icra hakimiyyətinə dəfələrlə getsələr də icra başçısı Ceyhun Cəfərov onları qəbul etməyib. Maraqlıdır ki, narazı Kürdəmir sakinləri də icra başçısının qəbuluna düşə bilmirlər. Bu səbəbdən də Kürdəmir rayonundan müvafiq qurumlara edilən şikayətlərin sayı artmaqda davam edir.
Göründüyü kimi, Ceyhun Cəfərov ona edilən etimadi doğrultmur və ölkədə aparılan sosial-iqtisadi islahatları sabotaj edərək vətəndaşları hakimiyyətdən narazı salır... Kürdəmir rayonunda baş verən məmur özbaşınalıqları və eləcə də Ceyhun Cəfərovun həyata keçirdiyi maxinasiyaları ilə bağlı araşdırmalarımız davam edir. Yaxın günlərdə bununla bağlı geniş məlumat verəcəyik. Paytaxt.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20 |
|
|
|
• "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18 |
|
|
|
• "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15 |
|
|
|
• Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12 |
|
|
|
• Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05 |
|
|
|
• “Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03 |
|
|
|
• Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02 |
|
|
|
• Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00 |
|
|
|
• Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26 |
|
|
|
• Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24 |
|
|
|
• "25 min manat verdilər getmədim"
Dünən, 22:22 |
|
|
|
• Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19 |
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Dünən, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Dünən, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Dünən, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Dünən, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Dünən, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Dünən, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Dünən, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Dünən, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Dünən, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Dünən, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Dünən, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Dünən, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Dünən, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Dünən, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Dünən, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Dünən, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Dünən, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Dünən, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Dünən, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Dünən, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Dünən, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Dünən, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Dünən, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Dünən, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Dünən, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Dünən, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Dünən, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Dünən, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Dünən, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Dünən, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Dünən, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Dünən, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Dünən, 01:43 |
|
|
|
|