Erməni diasporuna son "hədiyyə" .....                     "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." .....                     "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.." .....                     Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq .....                     Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ .....                     “Welcome back Trump”: .....                     Fransanın gizli təlimi: .....                     Qanlı 20 Yanvar faciəsindən 35 il ötür .....                     Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb .....                     Samir Abasov yenə öz ampluasında .....                     "25 min manat verdilər getmədim" .....                     Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI .....                     "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm" .....                     Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi .....                     "Həmin şəxslər ora təhrik edilərək gətirilib" .....                     Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi .....                     İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü .....                     Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi .....                     Ermənistan maşınları yolda qaldı .....                     Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən .....                     "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." .....                     Ermənistan ordusu qadınların ümidinə qalır .....                     Professor Nizaməddin Şəmsizadə komaya düşüb .....                     Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır .....                     İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib .....                     Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada .....                     Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... .....                     Obamanın etdiyi vicdansızlıq idi .....                     HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR .....                     İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... .....                     "Yas mərasimi üçün kredit götürürlər" .....                     Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? .....                     Pezeşkian ondan elə bir şey xahiş etdi ki... .....                     AYNA-nın yaratdığı xaos BÖYÜYÜR .....                     Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır .....                     "Space"nin keçmiş rəhbərinə vəzifə verildi .....                     İrana zərbə halında Tehranın cavabı necə olacaq? .....                     "Bu hökumət belə bir addım atsa..." .....                     Tramp hamının planını pozub... .....                     ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb .....                 

Səfər Mehdiyev sabiq MTN şefinin adamına vəzifə verib - Eldar Mahmudovun kadrları "dirilir":
Tarix: 4-10-2018, 12:33 | Çap et
Səfər Mehdiyev sabiq MTN şefinin adamına vəzifə verib
Yəqin ki, Eldar Mahmudov ismi uzun zaman insanların hafizəsindən silinməyəcək. Özünü “Qara kəmər” əməliyyatı ilə qəhrəman elan edən, ancaq xüsusilə, iş adamlarına qarşı amansızlığı ilə seçilən Mahmudovla bağlı cinayətlər işıq üzünə çıxarkən, iki şəxsin adı ön plana çıxırdı: Akif Çovdarov və Vidadi Məmmədov.

Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin sabiq rəisi Vidadi Məmmədov Eldar Mahmudovun Vergilər Nazirliyindəki “sağ əli” kimi təqdim olunurdu. Eldar Mahmudovla ”OBXSS"də bir yerdə işləyən Məmmədovla bağlı bildirilirdi ki, 2007-ci ildə Vidadi Məmmədov Vergilər Nazirliyinə gəlib və 2012-ci ildə Eldar Mahmudovun əli ilə general rütbəsi alıb. Belə ki, Vidadi Məmmədov Vergilər Nazirliyində uzun illərdən bəri MTN şefi olan Eldar Mahmudovun adamı kimi fəaliyyət göstərib. Vidadi Məmmədovun iş adamlarını öz otağına çağıraraq, istədiyi rüşvəti ala bilmədiyinə görə qandallatdıra da bilməsi Vergilər Nazirliyinin rəhbərliyi tərəfindən dəfələrlə narahatlıqda qarşılanıb və ona özünü yığışdırması haqda göstərişlər verilsə də, vergi generalının “qoruyucu mələyi” Eldar Mahmudov araya girərək onu hər dəfə xilas edə bilib.

Maraqlıdır ki, Vidadi Məmmədov Eldar Mahmudov “vurulduq”dan sonra Vergilər Nazirliyindəki tutduğu vəzifədən uzaqlaşdırılsa da, “görünməz əl” onu həbsdən qorudu. Belə ki, o da Eldar Mahmudov kimi sərbəst gəzməyə başladı. Hətta sabiq nazirdən fərqli olaraq, o, hər gün Dənizkənarı Parkdakı idmanından da geri qalmadı. Dəstəsi də bir müddət kölgəyə çəkildi.

Səfər Mehdiyev sabiq MTN şefinin adamına vəzifə verib

Hazırda isə PİA.az-a daxil olan məlumata görə V.Məmmədov və “sağ əli” Elmir Şirinov yenidən aktivləşiblər. Maraqlıdır ki, hər iki şəxsin Eldar Mahmudov çətəsi ilə əlaqəsinə dair cinayət işi materiallarında kifayət qədər məqam olsa da, Vergilər Nazirliyindəki qrup hazırda fəaliyyətini başqa qurumlarda davam etdirirlər.

Belə ki, ironik səslənsə də, Vidadi Məmmədov hazırda Milli Elmlər Akademiyasında ümumi işlər üzrə direktor müavinidir. Belə ki, AMEA Memarlıq və İncəsənət İnstitutunun fəlsəfə doktorları arasında Vidadi Qoca oğlu Məmmədov da var. Bu yetməmiş kimi, V.Məmmədov direktor müavini təyin olunub. Fəaliyyətinə parodiya kimi “Korrupsyaya qarşı mübarizənin problem məsələləri” dissertasiyası üzrə müdafiə etmiş Vidadi Məmmədovun elmi əsərləri bölməsində isə bunlar göstərilib:

Elmi əsərlərinin adları

1.Korrupsiyaya qarşı mübarizənin problem məsələləri.
2.Vergi cinayətləri.

Yəni, V.Məmmədov öz fəaliyyətindən, sahibkarlara qarşı necə divan tutmasından bəhs etsəydi, bu “əsərlər” “memuar” kimi əldən-ələ gəzərdi.

Vidadi Məmmədovun yenidən yüksəlişi sayılan bu vəzifəyə təyinatının arxasında qohumu Eldar Həsənovun yoxsa başqa gücün olması sual altındadır. Lakin görünən odur ki, Vidadi Məmmədovun iş adamlarının siyahısını verdiyi MTN-nin sabiq idarə rəisi Sübahir Qurbanov 14 il azadlıqdan məhrum edilsə də, V.Məmmədova gözün üstə qaşın var deyən olmayıb.

Təkcə, “vergi cəlladı” olaraq, ad çıxarmış Vidadi Məmmədov deyil, onun Vergilər Nazirliyindəki ən yaxını olan Elmir Şirinov da yüksələnlər arasındadır. Belə ki, ən son Polis Akademiyasında özünə yer tapsa da, polisimizin sayıqlığı nəticəsində oradan uzaqlaşdırılan Şirinov hazırda Dövlət Gömrük Komitəsində özünə iş yeri tapıb. Burada da sevilmli işi olan iş adamlarına qan uddurmağa davam etmək niyyətindədir.

DGK bağırsaqlarını rüşvətxor məmurlardan, köhnəliyin qalıqlarından təmizləmək istədiyi bir vaxtda adı Eldar Mahmudovla bağlı cinayət işlərində keçən, Vergilər Nazirliyində sahibkarlara qan udduran Elmir Şirinovun Gömrük Komitəsinin İstintaq İdarəsinə müstəntiq təyin olunması doğrudan da anlaşılmazdır.

Maraqlıdır ki, Dövlət Gömrük Komitəsi son aylarda rüşvətxor işçilərini həbs etdirmək, daxilini təmizləmək məsələsində digər qurumlardan xeyli fərqlənir. Yəni, DGK başqa qurumun onun daxilinə nüfuz etməsinə imkan vermədən, özü “çürüklər”i çıxdaş edir. Elə dünən iki gömrük əməkdaşı qaçaqmalçılıq suçlaması ilə gömrük orqanlarından çıxarılıb.

Belə ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inspektoru Ariz Behbud oğlu Hüseynlinin qulluq mövqeyindən istifadə etməklə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin digər əməkdaşı, post rəisi Rəhman Qasım oğlu Əliyev ilə birlikdə 500 ABŞ dolları müqabilində dəyəri külli miqdar təşkil edən ətriyyat və kosmetik ləvazimatlarının, o cümlədən mobil telefonların gömrük nəzarətindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə şərait yaratdıqları üzə çıxıb.

Bu səbəbdən də, sədrin müvafiq əmrinə əsasən Ariz Behbud oğlu Hüseynli və Əliyev Rəhman Qasım oğlu dərhal tutduqları vəzifədən azad edilərək sərəncama götürülüblər və vəzifə səlahiyyətlərindən sui-istifadə edən gömrük əməkdaşları barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materialların Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi məqsədilə xidməti araşdırmaya başlanılıb.
Ancaq Vergilər Nazirliyindən bu suçdan daha betərlərinin icraçısı olmuş Elmir Şirinov hansısa yollarla fəaliyyətini Gömrük Komitəsində davam etdirməkdədir.

Bu yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq..










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20
"Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18
"Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15
Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12
Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05
“Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03
Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02
Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00
Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26
Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24
"25 min manat verdilər getmədim"
Dünən, 22:22
Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19
"Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36
Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35
"Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33
Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Dünən, 16:31
İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Dünən, 16:29
Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Dünən, 13:59
Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Dünən, 13:55
Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Dünən, 13:48
"O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Dünən, 13:44
Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Dünən, 13:39
Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Dünən, 13:34
Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Dünən, 13:02
İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Dünən, 12:52
Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Dünən, 12:15
Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Dünən, 12:13
Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Dünən, 12:02
HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Dünən, 11:59
İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Dünən, 11:57
"Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Dünən, 11:43
Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Dünən, 11:41
Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Dünən, 10:49
AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Dünən, 10:45
Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Dünən, 10:35
"Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 10:33
İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Dünən, 10:28
"Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Dünən, 10:25
Tramp hamının planını pozub... - "Washington Post"
Dünən, 10:02
ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Dünən, 09:59
Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Dünən, 09:40
"İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:37
Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Dünən, 09:16
Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Dünən, 09:14
"Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Dünən, 09:10
ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Dünən, 09:07
“Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Dünən, 07:11
İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Dünən, 07:08
Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Dünən, 07:05
Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Dünən, 01:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru