7 aya yazılan doktorluq dissertasiyası və… – “Həqiqi alimlərin dissertasiyalarının təsdiqi 40 ay yubadılır”
Tarix: 3-09-2018, 15:34 | Çap et
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında yol verilən özbaşınalıqlar, qanunları saymamazlıq haqda neçə müddətdir ki, yazılır, danışılır
Məlumata görə, vəziyyət o həddə çatıb ki, iqtisadiyat üzrə Ekspert Şurasının 5 üzvü ölkə başçısı İlham Əliyevə məktubla müraciət edib.
“Ekspert Şurasının üzvlərinə təzyiqlər edərək, səviyyəsiz işlərə müsbət rəy yazdırır”
Onlar yazırlar: “Biz AAK-ın iqtisadiyyat elmləri üzrə Ekspert Şurasının üzvləriyik. Vəli Hüseynov sədr vəzifəsini müvəqqəti icra edəndən bu quruma elm ictimaiyyəti tərəfindən nifrət dözülməz həddə çatıb. Müəyyən qədər müqavimət göstərməyimizə baxmayaraq, onun özünü elm adamı deyil, “bazar adamı” kimi aparması bizi bu addımı atmağa məcbur etdi. Vəli Hüseynov davamlı olaraq Ekspert Şurasının üzvlərinə təzyiqlər edərək, səviyyəsiz, savadsız işlərə müsbət rəy yazdırır. Konfliktə getməmək, abır-həyamızı gözləmək naminə dözürdük. Son iclaslarda isə ekspert üzvləri olaraq təzyiqlərə dözməyərək ardı-arası kəsilmədən, açıq şəkildə öz etirazlarımızı bildirirdik.
Diqqət edin: 2 iyul 2018-ci il tarixdə Ekspert Şurasının iclasında iddiaçı Əliyev Ruslan Yusif oğlunun (SOCAR-ın “Azəriqaz” İB Baş direktorunun satış üzrə müavini) “Azərbaycanda mənzil sferasının inkişafının təşkilatı-iqtisadi problemləri” mövzusunda elmlər doktoru elmi dərəcəsi alması üçün təqdim edilmiş dissertasiya işi müzakirəyə çıxarılıb. Bu dissertasiya işinə Ekspert Şurasının 25 iyun 2018-ci il tarixli iclasında rəy yazmaq, ekspert, professor Ədalət Əliyevə tapşırılmışdı.
Lakin sonradan Vəli Hüseynovun təkidi ilə dissertasiya işinə rəy vermək hansı səbəbdənsə ekspert Şəfa Əliyevə tapşırıldı və bu da iclasda verilən kollegial qərara hörmətsizlik və qanun pozuntusu idi. Dissertasiya işinin 2017-ci ilin son aylarında təsdiq olunması ilə yazılmasının arasında isə cəmi 7 ay vaxt çəkib”.
7 aya yazılan doktorluq dissertasiyası müzakirəyə çıxarılıb!
Ekspert Şurasının üzvləri haqlı olaraq qeyd edirlər ki, elm və təhsil idarələrində çalışanlar elmlər doktoru dissertasiyasını 10 ilə güclə başa çatdırırlar. Vəli Hüseynov isə 7 aya yazılan işi müzakirəyə çıxarır. Bundan başqa Əsasnaməyə görə doktorluq işləri üçün iddiaçının AAK-ın tələb etdiyi nəşrlərdə 20 məqaləsi çap olunmalıdır. Ruslan Əliyevin isə cəmi 15 məqaləsi olub.
“Özbaşınalığın dərəcəsinə fikir verin: Vəli Hüseynov 4 iyul 2018-ci il tarixdə AAK-ın Rəyasət Heyətinin iclasında bu qanunsuzluğa etiraz edən ekspertləri cəzalandırmaq məqsədilə Rəyasət Heyətinin üzvlərinə onları tərkibdən kənarlaşdırmaq təklifini vermişdir. Bu təklifə ciddi müqavimət olsa da, Vəli Hüseynov Rəyasət Heyətinin üzvlərinə yalan informasiya verərək, guya bütün bunları ekspert şurasının sədri ilə razılaşdırdığını bildirmişdir. Ekspert Şurasının sədri isə bildirib ki, heç bir üzvün tərkibdən çıxarılması haqda nə yazılı, nə də şifahi razılıq verməyib”.
Prezidentə şikayət edənlər daha sonra konkret faktlar göstərirlər. Məsələn:
Vəli Hüseynovun idarəçiliyi dövründə yazılan müsbət rəylərin çoxu qeyri-qanuni olaraq gizli rəylərə göndərilib və mənfi rəy alınıb, ya da mənfi rəy yazılanlar müsbət həll olunub. Bu, kütləvi hal alıb və növbəti mərhələlərdəki proseslərdən Ekspert Şurasının üzvlərinin xəbəri olmayıb.
– Mərhum akademik Arif Mehdiyevin sədr olduğu dövrdə 2 dəfə Ekspert Şurasında imtina olunmuş işlər Vəli Hüseynov tərəfindən yenidən müzakirəyə çıxarılıb (halbuki 2 dəfə imtina olunmuş işlərə baxmaq olmaz). Bu faktın araşdırılması xeyli neqativ halların ortaya çıxmasına səbəb ola bilər.
- Kənd təsərrüfatı sahəsində olan müdafiə şurasında ayda bir neçə dissertasiya işi müdafiə edilir (yəni normadan artıq). Hansı ki, 2 fəlsəfə doktorundan və ya bir elmlər doktorundan artıq müdafiə təşkil etmək «Əsasnamə»yə ziddir.
Bu şurada hətta profilə uyğun olmayan, məsələn, turizm, neft-qaz sənayesi, maliyyə və s. sahələrdə müdafiələr təşkil olunub. Bu şuradan Ali Attestasiya Komissiyasına gələn bütün işlər Vəli Hüseynovun müxtəlif istiqamətli təkidləri ilə qısa bir zamanda təsdiq olunub. Bu şurada müdafiə edənlərin əksəriyyəti isə elm və təhsildə çalışmırlar, özəl sektorda işləyirlər.
Həqiqi alimlərin dissertasiyalarının təsdiqi 40 ay yubadılır, amma…
“Ali Attestasiya Komissiyasının əsasnaməsinə görə, doktorluq dissertasiyaları 6 ay ərzində müsbət, yaxud mənfi şəkildə həllini tapmalıdır. Bir neçə alimin Vəli Hüseynovun rəhbərliyi dövründə dissertasiyalarının müdafiə və təsdiq tarixlərinə nəzər salaq:
1. ADNSU-nun dosenti Gülgəzli Ələsgər Səməd oğlu 07.02.2014 tarixdə texnika üzrə doktorluq dissertasiyası müdafiə edib. 01.12 2017 tarixdə təsdiq olunub (təsdiq müddəti 46 ay).
2. Texniki Universitetin dosenti Əmirov Fariz Qaçay oğlu 22.09.2015 tarixdə texnika üzrə doktorluq dissertasiyası müdafiə edib. 22.09 2017 tarixdə təsdiq olunub (təsdiq müddəti 24 ay).
3. İqtsad Universitetinin dosenti Aslanov Zabit Yunus oğlu 10.02.2016 tarixdə texnika üzrə doktorluq dissertasiyası müdafiə edib. 23.02.2018 tarixdə təsdiq olunub (təsdiq müddəti 24 ay).
4. AMEA Kibernetika İnstitutunun elmi işcisi Rüstəmov Yasin İsmayıl oğlu 22.09.2015 tarixdə texnika üzrə doktorluq dissertasiyası müdafiə edib. 17.02 2017 tarixdə təsdiq olunub (təsdiq müddəti 17 ay).
5. Aviasiya Akademiyasının dosenti İsmayılov Balaəmi Qasım oğlu 27.11.2015 tarixdə texnika üzrə doktorluq dissertasiyası müdafiə edib. 10.02 2017 tarixdə təsdiq olunub (təsdiq müddəti 15 ay).
Təhsil müəssisələrində və akademiyada işləyən bu alimlər Ali Attestasiya Komissiyasınin Ekspert Şurasına dəfələrlə cağırılıb və müsbət qərarlar alsalar da, Vəli Hüseynovun doktorluq dissertasiyasından fərqli olaraq, doktorluq dissertasiyasına qoyulan tələblərdən 10 məqalə az yox, çox çap etsələr də, dissertasiyalarının təsdiqı 10-40 ay yubadılıb.
Lakin bəzi “vacib” adamların doktorluq dissertasiyalarının təsdiq tarixlərinə diqqət edək:
1. “Azərtunelmetrotikinti” ASC-nin İstehsalat Texniki Komplektləşdirmə İdarəsinin rəisi Abdullayev Qasım İsrafil oğlu 04.07.2016 tarixdə texnika üzrə doktorluq dissertasiyası müdafiə edib. Nəzərinizə çatdıraq ki, dissertasiyalar müdafiə edildikdən 1 ay ərzində Ali Attestasiya Komissiyasına təqdim edilir. Ali Attestasiya Komissiyası 01 iyuldan-14 sentyabr tarixinə qədər işləmədiyindən dissertasiya sənədləri Ali Attestasiya Komissiyasına ən tezi 15.09.2016 tarixdə verilib və 22.09. 2016 tarixdə təsdiq olunub (təsdiq müddəti 5-6 gün).
Hansisa səbəbdən Abdullayev Qasım İsrafil oğlunun avtoreferatı Ali Attestasiya Komissiyasının saytında yoxdur.
2. SOCAR-in Elmi Tədqiqat İnstitutunun direktoru İsmayilov Fəxrəddin Səttar oğlu 28.03.2018 tarixdə texnika üzrə doktorluq dissertasiyası müdafiə edib və 2 ay ərzində təsdiq olunub. Qeyd edək ki, İsmayılov Fəxrəddin Səttar oğlu İnstitut direktoru olduqdan sonra qısa vaxt ərzində namizədlik və doktorluq dissertasiyaları müdafiə edib və təsdiqini alıb.
3. Vəli Hüseynovun himayəçiliyi ilə AAK-da texnika sahəsinin kuratoru olan Kələntərli Nailə Merac qızı mexanika üzrə doktorluq dissertasiyasını 13.05.2016 tarixdə müdafiə edib, 22.09.2016 tarixdə təsdiqini alıb (1 ay müddətinə). Yuxarıda qeyd edildiyi kimi, 01 iyuldan-14 sentyabr tarixinə qədər Ali Attestasiya Komissiyası işləmir.
Bütün bunlar Ali Attestasiya Komissiyasında baş verən özbaşınalıqların kiçik bir hissəsidir. Görəsən nə zaman Dövlətin mühüm strateji bir sahəsini elmdən kənar, ekspert rəylərinə, kollegial qərarlara məhəl qoymayan, vaxtilə çox böyük nüfuza malik olan bir qurumu öz ambisiyalarına qurban verən Vəli Hüseynovun əməllərinə qiymət verilməsinin vaxtı çatacaq? Burada hər gün baş verənlər Azərbaycan elminə həqarətdir…“AzPolitika.info”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20 |
|
|
|
• "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18 |
|
|
|
• "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15 |
|
|
|
• Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12 |
|
|
|
• Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05 |
|
|
|
• “Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03 |
|
|
|
• Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02 |
|
|
|
• Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00 |
|
|
|
• Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26 |
|
|
|
• Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24 |
|
|
|
• "25 min manat verdilər getmədim"
Dünən, 22:22 |
|
|
|
• Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19 |
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Dünən, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Dünən, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Dünən, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Dünən, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Dünən, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Dünən, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Dünən, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Dünən, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Dünən, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Dünən, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Dünən, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Dünən, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Dünən, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Dünən, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Dünən, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Dünən, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Dünən, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Dünən, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Dünən, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Dünən, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Dünən, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Dünən, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Dünən, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Dünən, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Dünən, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Dünən, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Dünən, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Dünən, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Dünən, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Dünən, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Dünən, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Dünən, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Dünən, 01:43 |
|
|
|
|