Erməni diasporuna son "hədiyyə" .....                     "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." .....                     "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.." .....                     Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq .....                     Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ .....                     “Welcome back Trump”: .....                     Fransanın gizli təlimi: .....                     Qanlı 20 Yanvar faciəsindən 35 il ötür .....                     Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb .....                     Samir Abasov yenə öz ampluasında .....                     "25 min manat verdilər getmədim" .....                     Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI .....                     "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm" .....                     Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi .....                     "Həmin şəxslər ora təhrik edilərək gətirilib" .....                     Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi .....                     İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü .....                     Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi .....                     Ermənistan maşınları yolda qaldı .....                     Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən .....                     "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." .....                     Ermənistan ordusu qadınların ümidinə qalır .....                     Professor Nizaməddin Şəmsizadə komaya düşüb .....                     Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır .....                     İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib .....                     Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada .....                     Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... .....                     Obamanın etdiyi vicdansızlıq idi .....                     HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR .....                     İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... .....                     "Yas mərasimi üçün kredit götürürlər" .....                     Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? .....                     Pezeşkian ondan elə bir şey xahiş etdi ki... .....                     AYNA-nın yaratdığı xaos BÖYÜYÜR .....                     Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır .....                     "Space"nin keçmiş rəhbərinə vəzifə verildi .....                     İrana zərbə halında Tehranın cavabı necə olacaq? .....                     "Bu hökumət belə bir addım atsa..." .....                     Tramp hamının planını pozub... .....                     ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb .....                 

Qubada fermerlərin halına ağlayan lazımdır... - GİLEY
Tarix: 7-07-2018, 15:12 | Çap et
Qubada fermerlərin halına ağlayan lazımdır...
Bu mövzuya bəlkə də qayıtmayacaqdıq. Fikirləşirdik ki, Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev və hüquq-mühafizə orqanlarının rəhbərləri “Qubada yaylaq korrupsiyası” və “Quba rayon icra hakimiyyətində çobanla razborka” materiallarındakı qaldırılan məsələləri araşdıracaq, qanuni tədbirlər görəcəklər. Bir çox saytların da yaydığı (həmin saytlara materialları dərc etdiklərinə görə təşəkkürümüzü bildiririk) hər iki yazı respublika prokurorluğuna, kənd təsərrüfatı nazirliyinə və ədliyyə nazirliyinə də ünvanlanmışdı. Hər şey tərsinə oldu. Bu günlərdə Quba rayonunun təcrübəli fermeri, “Barlı” MMC-nin direktoru Hacı Mirnağı Adıgözəlova məxsus Əlik bələdiyyəsindəki 367 hektar yaylaq sahəsinin əkinə yararlı 300 hektarı ondan alındı və əraziyə başqa bir adamın qoyun sürüsü yerləşdirildi(bu haqda sonra). Məcburiyyət qarşısında qalan təsərrüfatçı daxili işlər nazirliyinin 102 qaynar xəttinə telefon açıb, başına gətirilənləri danışıb və Əlik bələdiyyəsinin sədri Nadir Məmmədovun onun 2019-cu ilin mayınadək müvəqqəti istifadəsində olan yaylağı əlindən aldığını bildirib. Sonra məlum olub ki, məsələ araşdırılmaq üçün Quba rayon polis şöbəsinin təhqiqat bölməsinin əməkdaşı Səməd adlı şəxsə həvalə edilib.

İndi keçək əsas mətləbə. Qarşı tərəfin çobanlarının iddiasına görə, həmin sahəyə əslində Qubada yerləşən “Retro” istirahət mərkəzinin təmsilçisi olduğu deyilən İlqar adlı şəxs nəzarət edir. Bütün işlər də Faiq adlı bir nəfərə həvalə olunub. Bələdiyyə sədri Nadir Məmmədovla mövsümi müqaviləni isə Mehrabov Ağasəlim adlı Əlik sakini imzalayıb. Sənəddə torpaq sahəsinin aprel ayından icarəçiyə verildiyi əskini tapıb. Qeyd olunub ki, həmin ərazi tərəvəz bitkiləri(?!) əkmək üçün verilib. “Və” sözündən öncə isə boşluq saxlanılıb. İlqarın Hacı Mirnağının oğlu Kamilə vatsapla göndərdiyi müqavilənin birinci səhifəsində heç bir yaylaqdan söhbət getmir. Əgər M. Adıgözəlova verilmiş torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamədə və onunla imzalanmış müqavilədə “Böyük güney” adlı yay otlaq sahəsindən söhbət gedirsə, yeni müqavilədə yerin adı göstərilməyib. Bilmək olmur ki, söhbət hansı yay-otlaq sahəsindən gedir. Başqa bir maraqlı məsələ də var. Əlik bələdiyyəsinin sədri Nadir Məmmədov iyunun 5-də fermerə məktubunda ondan ərazini boşaltmasını tələb edib. Səbəb kimi də müqavilə müddətinin bitməsini, son iki ildə guya dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq müqavilə müddətinin artırılmasına təşəbbüs göstərmədiyini yazır. Lakin Hacı Mirnağı qətiyyətlə bildirir ki, bu onun bələdiyyə başçısından aldığı ilk məktubdur. Həm də müddətin bitməsinə hələ çox qaldığına görə yeni sənədin imzalanması üçün müraciətə lüzum görməyib. Təəccüblüdür, yeni müqavilə bu ilin aprelində imzalandığı halda bələdiyyə sədri xəbərdarlıq məktubunu niyə iyun ayında göndərib? Digər tərəfdən, Nadir Məmmədov iddia edib ki, guya fermer ona borcludur. Görəsən nə üçün məhkəməyə müraciət etməyib? Niyə qeyri-qanuni olaraq yaylaq sahəsində Hacı Mirnağıya şərait yaradıb? Çünki həqiqət belə deyil. M. Adıgözəlov dövlətin ona verdiyi qanuni torpaqdan istifadə edib. Bir neçə gün bundan qabaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Xaçmazdakı 13 saylı ərazi şöbəsindən alınan məlumata əsasən, yaylaq sahəsinin 2019-cu ilin mayınadək M.Adıgözəlova məxsus olması bu qurumun informasiya sistemində əksini tapıb. Necə olur ki, Nadir Məmmədov tərsinə danışır? Kim haqlıdır, komitə yoxsa bələdiyyə sədri? Təbii ki, komitə haqlıdır. Qeyd edək ki, qanunvericiliyə əsasən, müqavilə yalnız şəhadətnamə alındıqdan sonra imzalana bilər, bundan sonra isə yaylaq sahəsi heç kəsə verilə bilməz. Deməli, şəhadətnamə daha üstün hüquqi sənəddir. Bəs onda Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev hansı əsasla dövlət sənədini şübhə altına alır? Görünür, sifarişçilər onun üçün daha ciddi əhəmiyyət kəsb edirlər...

Biz ötən yazımızda Quba rayon icra hakimiyyəti başçısının müavini Nəsrulla Vəliyev və hüquq şöbəsinin müdiri Hikmət Yasinova bir neçə sual ünvanlamışdıq. Təəssüf ki, onlara cavab ala bilmədik. İndi açıq yazmağa məcburuq. M. Adıgözəlovun yaylaq sahəsi başqasına verilməyə bilərdi. Əgər fermer icra başçısı adından Hikmət müəllim vasitəsi ilə ona çatdırılan şərti qəbul etsəydi. Bu barədə hələ də açıq yazmırıq. Çünki Hikmət müəllim nə dediyimizi yaxşı başa düşür. Lakin mütləq məsələyə qayıdacağıq. Belə çıxır ki, M. Adıgözəlov Hikmət müəllimin qanunsuz tələbini yerinə yetirsəydi, özünə məxsus yaylaq sahəsində qala bilərdi.

İndi keçək İlqar müəllimin göndərdiyi müqaviləyə. Onun qoyun sürüsünə cavabdeh Faiq adlı şəxslə telefon əlaqəsi saxladıq. Müsahibimiz dedi ki, əllərində qanuni müqavilə var. Bələdiyyə sədri bildirib ki, M. Adıgözəlovla bağlanmış müqavilədə düzəliş edilib, həm də icarə müddəti bitib. Sonda onu da bildirdi ki, mübahisəli məsələ fermerlə bələdiyyə sədri arasında həll edilməlidir. Bəs niyə həll edilmir? Çünki icra başçısı problemin yoluna qoyulmasında maraqlı deyil. Elə rayon polis şöbəsinin təhqiqat bölməsi də. Hamı bilir ki, artıq yaylaq vaxtının bitməsinə çox qalmayıb. İcra başçısı, bələdiyyə sədri və təhqiqat bölməsi də məsələni süründürməçiliyə salıblar. Təki vaxt bitsin, yeni sahib yerində qalsın. Aldığımız son məlumatlara görə, M. Adıgözəlovun oğlu və qanuni nümayəndəsi Kamil rayon prokurorluğuna müraciət edib. Görək bu qurumdan nə səs çıxacaq?

Problemdən bəhs edərkən bir hadisəni də xatırlatmaq istəyirik. M. Adıgözəlov icra başçısının qəbuluna gedərkən başına bir hadisə gəlib. Rəhbərin kabinetinə daxil olan fermer qapını açan kimi ona salam verib. Lakin başçı salamı qəbul etməyərək acıqla Hacıdan niyə gəldiyini soruşub. M. Adıgözəlovsa Ziyəddin Əliyevə yaxınlaşaraq ona əl uzadıb. Başçı könülsüz əl uzatsa da belə cavab verib: “Salamlaşmamaq da olardı”. Fermerin cavabı da özünü gözlətməyib: “Mən belə ailə tərbiyəsi görmüşəm...” Hə, bu da icra başçısının qəbuluna gələn vətəndaşa, özü də ağsaqqal bir insana göstərdiyi münasibət. Hacı da gözləyir ki, bu şəxs onun problemini həll edəcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sahibkarlara böyük güzəştlər edib. Dövlət orqanlarına birmənalı olaraq tapşırılıb ki, bu təbəqənin nümayəndələrinə lazım olan bütün dəstəyi versinlər. Cənab prezident dönə-dönə deyib ki, sahibkarların fəaliyyətinə müdaxilə yolverilməzdir. Dövlət başçısının bu göstərişlərindən və verdiyi sərəncamlardan Ziyəddin Əliyev də xəbərdar olmamış deyil. Ola bilsin ki, onun öz “qanunları” var. Mirnağı Adıgözəlovun başına gətirilənlər göstərir ki, Qubada sahibkarların fəaliyyətinə “köhnə qaydalarla” yanaşılır. Şərt “Pepsi” şüşəsinə bənzər yerüstü keçid tikməkdə deyil. Əsas odur ki, kənd təsərrüfatı rayonu olan Qubada aqrar islahatlarla bağlı prezident sərəncamları və göstərişləri təxirə salınmadan həyata keçirilsin. Lakin əsaslı dönüş görmürük. Ziyəddin Əliyevdən bunu gözləmək olarmı? Hələlik bilinən budur ki, şimal regionunun paytaxtı sayılan Qubanın bəxti icra başçısı sarıdan gətirmir ki, gətirmir.

Yazı hazırlanarkən məlum oldu ki, İlqar müəllim Mirnağı Adıgözəlovun problemi ilə bağlı yaranan vəziyyətə aydınlıq gətirmək üçün onun vəkilinə daha bir neçə sənəd göndərib. Biz onlarla tanış olduq və heç nə başa düşmədik. Bilinən təkcə bu oldu ki, yazdıqlarımızda haqlıyıq. Qubada yaylaq sahələri ilə bağlı qeyri-qanuni sərəncamlar verilib, müqavilələr imzalanıb. Həmin sənədləri təhlil edib oxuculara çatdıracağıq.

Mövzuya qayıdacağıq.

Qarşı tərəflərin mövqelərini dərc etməyə hazırıq.

Qeyd: Yeni müqavilənin birinci səhifəsinin və artıq zəbt olunmuş yaylaq sahəsinin fotolarını sizlərə çatdırırıq.
“Şimal xəbərləri”


Qubada fermerlərin halına ağlayan lazımdır...
Qubada fermerlərin halına ağlayan lazımdır...
Qubada fermerlərin halına ağlayan lazımdır...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20
"Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18
"Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15
Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12
Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05
“Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03
Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02
Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00
Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26
Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24
"25 min manat verdilər getmədim"
Dünən, 22:22
Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19
"Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36
Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35
"Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33
Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Dünən, 16:31
İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Dünən, 16:29
Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Dünən, 13:59
Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Dünən, 13:55
Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Dünən, 13:48
"O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Dünən, 13:44
Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Dünən, 13:39
Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Dünən, 13:34
Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Dünən, 13:02
İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Dünən, 12:52
Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Dünən, 12:15
Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Dünən, 12:13
Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Dünən, 12:02
HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Dünən, 11:59
İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Dünən, 11:57
"Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Dünən, 11:43
Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Dünən, 11:41
Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Dünən, 10:49
AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Dünən, 10:45
Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Dünən, 10:35
"Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 10:33
İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Dünən, 10:28
"Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Dünən, 10:25
Tramp hamının planını pozub... - "Washington Post"
Dünən, 10:02
ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Dünən, 09:59
Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Dünən, 09:40
"İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:37
Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Dünən, 09:16
Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Dünən, 09:14
"Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Dünən, 09:10
ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Dünən, 09:07
“Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Dünən, 07:11
İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Dünən, 07:08
Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Dünən, 07:05
Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Dünən, 01:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru