Mikayıl Cabbarovun Beyləqandakı MÖCÜZƏSİ - Dövlət puluna qurulan oliqarxiya
Tarix: 11-10-2016, 11:52 | Çap et
Azərbaycanda yüksək və orta səviyyəli məmurların dövlətin imkanları hesabına varlandığı, lüks həyat tərzi sürdüyü heç kimə sirr deyil. Ölkə prezidentinin xalqa xidmət etməyi dəfələrlə tapşırdığı məmurlar çox təəssüf ki, vəzifə başına keçən kimi bir tərəfdən büdcə vəsaitlərini talayır, bir tərəfdən isə rəhbərlikləri altında çalışan insanlardan zorla pul toplayır, iş yeri satır, rüşvət alır və yüz cür qanunsuz əməllərlə məşğul olaraq özlərinin həm yaşayış səviyyələrini rəb şeyxləri səviyyəsinə çatdırdıqları, eyni zamanda şəxsi bizneslərini dövlətdən talanan vəsaitlərlə çiçəkləndirdikləri heç kimə sirr deyil. Bu Azərbaycanın sosial-iqtisadi mənzərəsidir. Və bir daha vurğulayırıq ki, çox təəssüf ki, məmurlar ölkə prezidenti cənab İlham Əliyevin tapşırıq və xəbərdarlıqlarını məhəl qoymurlar və dövlət vəsaitlərini talamaqla faktiki olaraq ölkəinin sosial-iqtisadi inkişafına birbaşa mane olurlar. Prezidentin dəfələrlə xəbərdarlıq etməsinə, eyni zamanda bir çox iri çaplı məmurları sərt şəkildə cəzalandırmasına baxmayaraq, məmur özbaşınalığı və talanı davam edir…
Mətbuatın gündəmindən düşməyən məmurlardan biri də Beyləqan Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmovadır. Bu xanım cəmi 4 aydır ki, bu vəzifəyə təyinat almasına baxmayaraq, ölkə mətbuatında ən qalmaqallı məmurlardan birinə çevrilib. Bu xanımın adını sadəcə “GOOGLE”də yazmaq kifayət edir ki, əlaqədar qurumlar onun 4 aylıq məmur fəaliyyətini araşdırsınlar. Son olaraq isə Beyləqan Təhsil Şöbəsinin müdirəsi oğluna 100 min manatlıq avtomobil almaqla gündəmə gəlib. Sıravi insanlar sual edirlər ki, bir müddət əvvəl Beyləqan Təhsil Şöbəsinin müdir vəzifəsini almaq üçün rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevə 100 min manat verdiyini söyləyən bu xanım ən qısa müddətdə növbəti 100 min manatı hardan tapıb? Maraqlı sualdır və yəqin ki, bu sualın cavabı əlaqədar qurumları, o cümlədən təhsil naziri cənab Mikayıl Cabbarovu da düşündürməlidir.
Beyləqandan MilliYol.Az-a daxil olan məlumata görə, cəmi 4 ay əvvəl Təhsil Şöbəsinə müdir təyin olunan Xuraman Rüstəmova oğluna 100 min manata (70 min dollar) “Lexus LX 570” markalı avtomobili avtomobil alıb. Məlumatda bildirilir ki, hazırda 90 OC 099 dövlət nişanlı yeni model “Lexus LX 570” markalı avtomobili Xuraman Rüstəmovanın kiçik oğlu Tural Əliyev sürür. Daha doğrusu Xuraman xanımın kiçik oğlu ağır sosial şəraitdə yaşayan Beyləqan sakinlərinə “toz atır”. Onu da qeyd edək ki, 70 min dollarlıq avtomobilin 90 OC 099 seriyalı nömərəsinin də minimum qiyməti 7-8 min manatdır.
Məlumatda qeyd olunur ki, şöbə müdirinin oğlu Tural Əliyev Beyləqan rayonunda “Polisə Dəstək” İctimai Birliyində işləyir və maaşı cüzidir. Yəni Tural Əliyev yeməsə-içməsə və maaşını 10 il toplasa, o maşını almağa yetməz. Amma buna baxmayaraq Xuraman Rüstəmovanın oğlu hər gün 100 min manatlıq maaşla Beyləqanda avtoşluq edir. Bəzən onu böyük qardaşları da əvəz edirlər. Şöbə müdirinin 100 min manata “Lexsus” almasından cuşa gələn digər oğlanlar Elgün və Yasin Əliyevlər də gecə yarısı Beyləqan şəhərinin mərkəzi küçələrində əməlli-başlı avtomobil şousu yaradırlar. Məlumatda deyilir ki, Xuraman Rüstəmovanın digər oğlanları Elgün Əliyev Beyləqan rayon Məhkəməsində və digər oğlu Yasin Əliyev isə Dövlət Təhlükəsizlik Xidmətinin rayon şöbəsində çalışırlar.
Bildirək ki, Xuraman Rüstəmova təhsil şöbəsinin müdiri vəzifəsinə 4 aydır təyin olunsa da, medianın gündəmindən düşmür. İndi isə şöbə müdirinin oğlanlarına 100 min manata “Lexsus LX 570” alması hər kəsi təcübləndirib. Çünki Xuraman xanımın maaşı 600 manat, oğlanlarının maaşı isə daha azıdır. Buna baxmayaraq, Xuraman xanımın ailəsi Beyləqanda “şah balası” kimi yaşayır. Bunu hər kəs də görür.
Görünür Beyləqan İcra başçısı Vaqif Abdullayevə arxalanan Xuraman Rüstəmova təhsil şöbəsinin çapıb-talamaqla məşğuldur. Aldığımız məlumata görə, şöbə müdiri 1 ay bundan öncə məktəb direktorlaırndan 1500-2000 manat arası vəsait yığdırıb ki, buda Beyləqan rayonu üzrə 52 məktəbdən təxminən 70 min manat edir.
Onu da qeyd edək ki, Xuraman Rüstəmovanın ailəsində daha 3 avtomobil var.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “ÜZÜMÜZƏ TÜPÜRÜRLƏR...” -“İrana birbaşa quru dəhlizi açmalıyıq”
Bu gün, 12:42 |
|
|
|
• Səhvən başqasının kartına pul göndərəndə nə etmək lazımdır? - AKTUAL
Bu gün, 12:28 |
|
|
|
• Ermənistanla vacib razılaşma: Gürcüstandan İrana qədər sərhədlər belə müəyyənləşir… - GƏLİŞMƏ
Bu gün, 12:22 |
|
|
|
• "Bu, namərdlik deyil? Utanıb ölmədiniz?" - ETİRAZ VAR...
Bu gün, 12:20 |
|
|
|
• Bakı gömrüyündə DÖVLƏTƏ QARŞI SABOTAJ - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 12:13 |
|
|
|
• Rusiyanın bəzi hakimiyyət dairələri qəza ilə bağlı informasiya dolaşıqlığı yaratmağa cəhd göstərir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:05 |
|
|
|
• Sabirabadda seçki BAZARLIĞI... - İcra başçısının adından ALVER GEDİR...
Bu gün, 12:03 |
|
|
|
• QHT sədri qəza törətdi, ölən var - TƏFƏRRÜAT
Bu gün, 11:55 |
|
|
|
• İnsanın tərk etdiklərini... ANA TƏBİƏT BAĞRINA BASIR... - FOTOSESSİYA
Bu gün, 11:33 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı ÖNƏMLİ GƏLİŞMƏ: - İrəvanın məqsədi BƏLLİ OLDU!
Bu gün, 11:25 |
|
|
|
• "Mixail Qorbaçovun hələ də Nobel Sülh Mükafatı laureatı adını daşıması..." - Bakıdan MÜRACİƏT
Bu gün, 11:14 |
|
|
|
• Rubiodan nə gözləyək? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Bu gün, 11:12 |
|
|
|
• `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Bu gün, 11:07 |
|
|
|
• Trampdan İrəvana qarşı gözlənilməz addım: Paşinyan narazıdır - “Hraparak”
Bu gün, 11:04 |
|
|
|
• Hökumə Əliyevanın atasına qarşı törədilən kibercinayətkarlıqla bağlı cinayət işi açılıb - DİN-dən AÇIQLAMA
Bu gün, 11:00 |
|
|
|
• SAXTA PLASTİK CƏRRAH İŞİ: O da hədəfə çevrildi... - Cavid Qurbanovun qohumu imiş...
Bu gün, 10:55 |
|
|
|
• “Azercell” bu tarif paketlərinin adını dəyişdirib bahalaşdırır - SİYAHI
Bu gün, 10:51 |
|
|
|
• Azərbaycan və Gürcüstanın həyata keçirdiyi neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir - MƏQALƏ
Bu gün, 10:48 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə yoluxma halı aşkarlandı - BİRGƏ AÇIQLAMA
Bu gün, 10:43 |
|
|
|
• Ağcabədidə mal kəsən “Qubadoğlu” MMC-nin Salyan Psixiatriya Xəstəxanasına 800 min manata satdığı nədir - İcazə verin şübhələnək...
Bu gün, 10:42 |
|
|
|
• "Suraxanı Maşınqayırma Zavodu" yenidən təşkil olunub
Bu gün, 10:35 |
|
|
|
• Bakıda dostların KÜTLƏVİ DAVASI: - ekspertlər məhkəməyə çağırıldı
Bu gün, 10:32 |
|
|
|
• Azərbaycan və gürcü xalqları əsrlər boyu dostluq, mehriban qonşuluq və qardaşlıq şəraitində yaşayıblar - İsrafil Kərimovun yazısı
Bu gün, 10:28 |
|
|
|
• QOCA KÖPƏYİN SON HƏMLƏSİ... - Tramp NƏ EDƏCƏK?
Bu gün, 10:25 |
|
|
|
• Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı oldu: 80 min manat oğurlandı - TƏFƏRRÜAT
Bu gün, 10:21 |
|
|
|
• ABŞ ''rəngli inqilab''lardan İMTİNA EDİR: Qafqazı nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 10:19 |
|
|
|
• Trampın andiçmə mərasiminin yerinin dəyişdirilməsi məmurları çaş-baş salıb - "Washington Post"
Bu gün, 10:16 |
|
|
|
• Hərbi vəzifəlilər ilə keçirilən təlim toplanışı davam edir - VİDEO
Bu gün, 10:02 |
|
|
|
• Bu üç ölkənin münasibəti Qafqazın taleyində mühümdür... - ŞƏRH
Bu gün, 09:56 |
|
|
|
• AQTA bu şirkətdən yenə ofis icarəyə götürdü – Hər ay 116 min ödəyəcək
Bu gün, 09:54 |
|
|
|
• "Balakhani Operating Company LTD" UĞRUNDA SAVAŞ BAŞLAYIB? - Keçmiş prezident məhkəməyə üz tutub...
Bu gün, 09:48 |
|
|
|
• Aktrisa 20 yanvarda ölən oğlundan danışdı: - “Güllə ürəyindən dəymişdi...”
Bu gün, 09:43 |
|
|
|
• Vardanyandan Nelson Mandela “düzəltmək” istəyirlər - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:41 |
|
|
|
• AMEA-nın təhlükə saçan `ÖLMƏZ KAŞŞEY`i... - "Nə qədər vəzifələrini alsalar da, qurtarmır..."
Bu gün, 09:39 |
|
|
|
• Bakıda “Əsrin məhkəməsi” başladı: Düşmənə “fakt” verməyin! - ÇAĞIRIŞ
Bu gün, 09:34 |
|
|
|
• Bakıya qarşı Zəngəzur təxribatı: Erməniləri təşvişə salan xəbər yayıldı - NƏ BAŞ VERİR?
Bu gün, 09:32 |
|
|
|
• Saatlıda narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən iki nəfər həbs edilib
Bu gün, 09:27 |
|
|
|
• Rauf Alməmmədovdan Prezidentə ŞİKAYƏT OLUNDU - "Siyəzənnfet"i LƏĞV ETMƏK İSTƏYİR?
Bu gün, 09:26 |
|
|
|
• Naxçıvanda türkiyəlilərə `QARDAŞ` XİDMƏTİ? - AXI NİYƏ?..
Bu gün, 09:17 |
|
|
|
• Seçkilərdə müşahidəçi olmaq istəyənlər üçün son gün - DİQQƏT
Bu gün, 09:01 |
|
|
|
• Əgər Bakı, Tiflis, İrəvan birgə hərəkət etməsə... - ŞƏRH
Bu gün, 08:59 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:44 |
|
|
|
• Avtobuslarda şagirdlər üçün güzəşt tətbiq oluna bilər... - AKTUAL
Bu gün, 08:42 |
|
|
|
• ABŞ - Ermənistan sazişinin ömrü uzun çəkməz - GÖZLƏNTİ
Bu gün, 08:41 |
|
|
|
• Əyalət mollasının KÖLƏ TƏFƏKKÜRÜ - VİDEO-ARAŞDIRMA
Bu gün, 08:35 |
|
|
|
• Kəngərlinin icra başçısının QIŞ TƏDARÜKÜ - BU NƏDİ BELƏ?
Bu gün, 08:19 |
|
|
|
• İkinci mərhələ başladı: 3 kəndimiz geri qaytarılır! - BUNDAN SONRA...
Bu gün, 07:12 |
|
|
|
• AZƏRİQAZ-dan Qaziyə 1600 manatlıq CƏZA: '80 manat veteran pulu alıram...' - NECƏ ÖDƏSİN?
Bu gün, 06:46 |
|
|
|
• AZƏRİQAZ-dan Qaziyə 1600 manatlıq CƏZA: '80 manat veteran pulu alıram...' - NECƏ ÖDƏSİN?
Bu gün, 06:44 |
|
|
|
• Yaradanquliyevanın dövlətə borcu var imiş... - FOTO
Bu gün, 06:28 |
|
|
|
|