"Fəxrəddin Manafov Zaurdan fərqli olaraq, dəlicəsinə sevə və eşqi uğrunda hər şeyindən, hətta canından belə keçməyə hazır adamdır"
Tarix: 4-08-2016, 09:38 | Çap et
Xəbər verdiyimiz kimi, avqustun 2-si Azərbaycanın xalq artisti Fəxrəddin Manafovun doğum günüdür. "Evləri köndələn yar", "İşgüzar səfər", "Park", "Şeytan göz qabağında", "Ölsəm... bağışla", "Təhminə", "Otel otağı", "Dronqo", "Qraf Krestovski", "Əlvida, cənub şəhəri", "Hökmdarın taleyi", "Sübhün səfiri", "Mahmud və Məryəm" kimi ekran işlərilə tamaşaçıların qəlbinə yol tapmış aktyor 60 illik yubileyini qeyd edib.
Sevilən aktyorun son çəkildiyi filmlər "Əli və Nino", eləcə də "Son Səhnə" gələn il ekranlara çıxacaq.
diaaz.space Buro247.az-a istinadən xalq artistinin müsahibələrindən ən yaxşı sitatları seçib.
Əgər məndən soruşurlarsa, neçənci ildə anadan olmusan, mən ikinci dəfə başqa bir jurnalistə yalandan deyə bilmərəm ki, mən 2 avqustda yox, 14 yanvarda dünyaya gəlmişəm. Sual verirlər, "necə oldu sənətə gəldiniz?". Cavab verirəm: sağ qapıdan gəldim, gördüm sol qapı açıqdır,bax beləcə də sənətə gəldim.
Məndə pafosun olmaması çox təbiidir. Pafos olan yerdə özümü çox pis hiss edirəm, qaçıram o yerdən, çünki qeyri-səmimiliyi xoşlamıram. Mən çox səmimi insanam.
Təklik, tənhalıq mənim həyat obrazımdı. İnsan tək gəlir bu həyata, tək də gedir.
Hərdən deyirlər ki, filankəs "xarizmatik" bir insandır. Mənim üçün xarizma insanın üzündə, gözündədir - əgər insanın daxili mədəniyyəti, düşüncəsi, ağlı, zəkası simasında cəmlənibsə, o, xarizmatik adamdır. Əgər bu şeyləri gizlədibsə, təbii ki, o, xarizmatik adam deyil. Səmimi adamlar çox xarizmatik olur. Çünki o, cəmiyyət arasında da, özü ilə tək qalanda da, eynidir, dəyişməyə ehtiyac görmür.
Keçmişə qayıtmaqla aram yoxdur. Zəhləm gedir. Amma uşaqlığımdakı bəzi anları unutmaq olmur. Əsgəran qalasına gedib, əllərimi qalanın divarlarına qoymağı çox sevirdim. Qocalardan kimsə bizə demişdi ki, qulağınızı qalanın divarına dayasanız, qılınc və qışqırıq səslərini eşidərsiniz. Biz də qulağımızı saatlarla qalanın divarına dayayırdıq. Doğrudan da səslər gəlirdi... Onu eşitmək istəyirdik, ona görə də eşidirdik. Bir-birimizə deyirdik ki, mən bunu eşitdim, mən onu eşitdim. Sonra yadıma gəlir, zoğal yığırdıq... Uşaqlıq xatirələri gözəldir.
Uşaqlıqda biz dörd qardaş "kino-kino" oynamağı çox xoşlayırdıq. Məhəllə uşaqları da bizə qoşulurdu. Seçdiyimiz bir filmdən epizodları aramızda bölüşürdük. Obrazları oynayırdıq, əks tərəf çalışardı ki, kimi canladırdığımızı tapsın. Nədənsə məndə hər şey yaxşı alınırdı. Göstərdiyim səhnəcikləri tapırdılar. Ona görə də adımı artist qoymuşdular.
Mən inqilabı və inqilabçıları qəbul etmirəm. Mədəniyyəti, iqtisadiyyatı, mənəviyyatı, hər şeyi dağıdırlar, yerinə heç nə gətirmirlər.
Ən böyük arzum, bəlkə də, o idi ki, futbolçu olum. Amma türklər demişkən, maləsəf, tale elə gətirdi ki, mən aktyor oldum...
Gözümü qırpmadan müharibəyə gedərəm - Qarabağı almağa.
Mən bu yaşda birdən vurulsam, Allah göstərməsin, onun altından çıxmaq çox çətin şeydir.
Qadın yerlə-göy arasındakı vasitədir.
Qadınlar diqqət istəyir. Mən banal şeylər deməyəcəm, məsələn, sevgi kimi. Çünki qadınla sevgi birdir, qadın özü kosmosdur.
Mən hətta sevmədiyim qadınları da qısqanıram.
Qadınların məni sevməsi xoşuma gəlir.
Qadın səndən, məndən, ümumiyyətlə, kişi xeylağından bütün sirlərini alandan sonra, sənin haqqında bütün məlumatları əldə etdikdən sonra sənə olan marağı itir. Ondan sonra nə şeir, nə fəlsəfə, nə romantika köməyə gəlir.
İnsanlar nağılı çox sevirlər, çünki bu gerçəklik deyil. Bütün həyatımız boyu - gözümüzü açandan yumana qədər gerçəkliyi də çalışırıq nağıl eləyək. Yaşayışımızı da, davranışımızı da, hətta evdə mübahisə olandan sonra da çalışırıq onun sonunu nağıla çevirək ki, axırı yaxşı qurtarsın. Bu baxımdan "Təhminə" yaddaqalan bir film oldu. Hər kəs orda nağıl gözləyirdi və nağıl da oldu. Bəs nəyə görə nağıl oldu, baxmayaraq ki, Təhminə ölür, Zaur başqası ilə evlənir? Filmin sonunda Zaurun arvadının verdiyi siyahını oxumasında nağıl elementləri var idi.
Zaur - bu gün də bizimlə olan tipajdır. Biz azadlığın dadını bilməyən və bilmək istəməyən belə zaurlarla əhatə olunmuşuq. Bu, onların ən böyük faciəsidir.
Fəxrəddin Manafov Zaurdan fərqli olaraq, dəlicəsinə sevə və eşqi uğrunda hər şeyindən, hətta canından belə keçməyə hazır adamdır.
Meral (türk aktrisa Meral Konrat-red.) 20 il əvvəl həyatında böyük sevgi yaşayırdı. O, həmin şəxsə dəlicəsinə aşiq olmuşdu və bütün boş vaxtını, pullarını telefon danışıqlarına sərf edirdi. Peterburqda çəkiliş aparılanda onun yuxusuzluqdan necə əziyyət çəkdiyini indiyədək xatırlayıram. Meralın başqa bir kişiyə dəlicəsinə aşiq olması məni özümdən çıxarmışdı. Onu özümə aşiq etməyi elə çox istəyirdim ki... Bunun əvəzində Meralın sevgisi çox gözəl şəkildə rolunda öz əksini tapdı.
Əgər bir adam mütaliə ilə bağlı sual verirsə, qarşısındakının IQ səviyyəsini - sevmirəm bu ifadəni - yoxlayır. Elə adamlar var ki, minlərlə kitab oxuyur, amma oturub söhbət eləmək olmur. Mən çox oxuyuram və əlimə keçəni oxuyuram. Bir şey ki, kağız üzərinə yazıldı, o artıq maraqlıdı. Mən bu gün əlifbanı da oxuyuram.
Tanıdığınız mən və iç dünyamdakı Fəxrəddin o qədər fərqlidirlər ki... Nə o mənə güc gəlir, nə də mən ona. Hər ikisinə böyük hörmətim var, hər ikisini çox istəyirəm, biri digərindən incisə, ikisindən də zəhləm gedər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şamaxıda da anım mərasimi keçirildi
Bu gün, 19:02 |
|
|
|
• Aynişanın adından dələduzluq
Bu gün, 18:59 |
|
|
|
• Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib
Bu gün, 18:56 |
|
|
|
• Fərid Səfərli Azərbaycana qaytarıldı - DTX və XİN rəsmi məlumat yaydı
Bu gün, 18:02 |
|
|
|
• Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir - deputat
Bu gün, 18:00 |
|
|
|
• İrəvan Azərbaycandan qorxduğu üçün bunu edir - RƏY
Bu gün, 17:58 |
|
|
|
• AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? - AÇIQLAMA
Bu gün, 17:08 |
|
|
|
• Meymunçiçəyi yayılır – Həkim çağırış etdi
Bu gün, 17:03 |
|
|
|
• Ararat Mirzoyan sabah Moskvaya gedəcək
Bu gün, 17:00 |
|
|
|
• Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub
Bu gün, 16:59 |
|
|
|
• Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı
Bu gün, 16:33 |
|
|
|
• Ermənistan sərhədində son durum: “Kazarmalarını söküb gedirlər” - KİV
Bu gün, 16:31 |
|
|
|
• Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir - Görünəni odur ki...
Bu gün, 16:24 |
|
|
|
• Uzun, problemli və mürəkkəb proses – Tələsmək olmaz
Bu gün, 16:22 |
|
|
|
• Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb - VİDEO
Bu gün, 16:01 |
|
|
|
• "Tanınmış insanların adından istifadə edirlər"
Bu gün, 15:59 |
|
|
|
• İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. - AKTUAL
Bu gün, 15:54 |
|
|
|
• İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı - Dilarə Əsgərova bu barədə məlumat...
Bu gün, 15:51 |
|
|
|
• Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Bu gün, 15:46 |
|
|
|
• Ermənistan dövləti başını qaldırmamış payını almalıdır - ÇAĞIRIŞ
Bu gün, 14:00 |
|
|
|
• “Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? - ARAŞDIRMA
Bu gün, 13:58 |
|
|
|
• Bakıda gənc ana YOXA ÇIXDI
Bu gün, 13:12 |
|
|
|
• Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü - TIR onları vurdu
Bu gün, 13:06 |
|
|
|
• Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... - “Hraparak”
Bu gün, 13:05 |
|
|
|
• Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır - Nazirdən AÇIQLAMA
Bu gün, 13:00 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:57 |
|
|
|
• "Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Bu gün, 12:55 |
|
|
|
• Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Bu gün, 12:53 |
|
|
|
• "Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Bu gün, 12:48 |
|
|
|
• Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Bu gün, 12:44 |
|
|
|
• “Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Bu gün, 12:38 |
|
|
|
• ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Bu gün, 12:33 |
|
|
|
• Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Bu gün, 12:32 |
|
|
|
• Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Bu gün, 12:30 |
|
|
|
• ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Bu gün, 12:29 |
|
|
|
• Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
Bu gün, 12:28 |
|
|
|
• ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Bu gün, 12:11 |
|
|
|
• “Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Bu gün, 12:08 |
|
|
|
• Tramp Putinlə telefon danışığına hazırlaşır – Köməkçilərinə tapşırıq verib...
Bu gün, 12:05 |
|
|
|
• Əməkdar artist harada dəfn ediləcək? – Teatrdan açıqlama
Bu gün, 11:52 |
|
|
|
• Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb
Bu gün, 11:44 |
|
|
|
• Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... - FOTO, VİDEO
Bu gün, 11:42 |
|
|
|
• Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? - MOLLA-KEŞİŞ ortaqlığı...
Bu gün, 11:35 |
|
|
|
• Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur - Kamran Əliyev
Bu gün, 11:34 |
|
|
|
• Ermənistana qarşı 1.5 milyardlıq İDDİA
Bu gün, 11:19 |
|
|
|
• Estoniyada hərbi təlimlər başlayır
Bu gün, 11:16 |
|
|
|
• İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... - GƏLİŞMƏ
Bu gün, 11:07 |
|
|
|
• Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? - NƏ BAŞ VERİR?
Bu gün, 11:02 |
|
|
|
• Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? - AKTUAL
Bu gün, 10:56 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Bu gün, 10:50 |
|
|
|
|