Bu MTK-dan ev almayın - NARAZILIQ VAR...
Tarix: 26-07-2016, 11:17 | Çap et
"Hara gediriksə, deyirlər, "ağlınız olaydı, ordan ev almayaydınız". Axı burdan ev alanların heç də hamısı bənna, mühəndis, rəngsaz, mütəxəssis deyil ki, aldığı evin divarlarının qısa müddətdən sonra çat verəcəyini əvvəldən bilsin. Sonuncu qəpiyimizə qədər xərcləyib ev alıb, təmir edib içərisinə girmişik. İndi binaların ayıbları üzə çıxmağa başlayıb".
diaaz.space Marja-ya istinadən xəbər verir ki, Toğrul Məcidov 3 il əvvəl Masazırdakı "Yeni Bakı" yaşayış kompleksindən mənzil alıb. Deyir, indi binanın divarlarındakı çatları görüb qorxuya düşüb:
"Sonradan bilmişəm ki, buranın yeri əvvəllər göl olub, binaların çökmə təhlükəsi var. Evi sata bilmirəm. Gələn müştəri binalardakı çatı görüb geri qayıdır".
Bina sakini Sabir Kazımov isə deyib:"Ötən həftə Fövqəladə Hallar Nazirliyinin nümayəndələri gəldi, binalara baxış keçirdilər. Şifahi şəkildə bildirdilər ki, şəhərcikdəki 1-ci və 2-ci "P" şəkilli binaların, eləcə də bu binalarla üzbəüz səkkiz təkbloklu binanın Nazirlikdən istismara qəbul aktı var. Biz bunu ilk dəfə onlardan eşidirdik.
Həm də şifahi… Tələb edirik ki, "Yeni Bakı"da istismara qəbul aktı olan binaların sayını və nömrələrini bizə yazılı şəkildə bildirsinlər. Həmin binaların sakinləri kimi həmin aktların bir nüsxəsi də bizdə olmalıdır. Əslində məqsəd bəllidir, biz binaların keyfiyyətsizliyindən məhkəməyə müraciət edəndə həmin aktları da məhkəməyə təqdim edə bilərik və FHN çıxılmaz durumda qalar. Ona görə də "istismara qəbul aktı var" deyib ötməklə kifayətlənirlər". Yaşayış kompleksi deyil, əsl həbsxanadır
"Yeni Bakı" yaşayış kompleksini "İlin Dörd Fəsli" MMC inşa edib. Sakinlər deyirlər, MMC ilə əvvəl işıq, sonra mənzillərə "Çıxarış" davasına çıxıblar. Bu davalar bitməmiş binalar çat verməyə başlayıb. Ancaq bunlar bir tərəfə, Sabir Kazımovun dediyinə görə, binanı inşa etmiş MMC-nin əməkdaşları sakinlərlə, az qala, həbsxana işçisi kimi davranırlar:
"Çıxarış vermirlər ki, sakinlər mənzillərə olan mülkiyyət hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestrdində qeydiyyata aldıra bilsinlər. Özünü "İlin dörd fəsli" MMC-nin təmsilcisi kimi təqdim edən şəxs ortalığa mühafizəçi və işçilərini buraxıb, girirlər binalara, kommunal pulu, su, işıq pulu tələb edirlər, ödəməyənlərin işığını kəsir, sayğaçlarını qoparıb tullayırlar. Binanın liftini qəsdən xarab edirlər ki, sakinlər istifadə edə bilməsinlər. Binanın qanuni idarəedilməsini həyata keçirən "Abşeron-1" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin lövhəsini binanın divarından söküb atırlar. Görün, nə dərəcədə özbaşınalıqdır ki, binanın girişinə qapı və domafon qoymağımıza da fiziki güc tətbiq etməklə imkan vermirlər. Sakinlərlə əl-qolu bağlı dustaq kimi davranırlar, sanki həbsxanadır".
Abşeron rayon icra hakimiyyətindən bildirilib ki, qurumun əməkdaşları binadakı vəziyyətlə tanış olarkən divarlarda çatlar və binada çökmə əlamətləri müşahidə ediblər:
"Ancaq o binaların yaşayış üçün təhlükəlilik dərəcəsini biz yox, bu işlə məşğul olan Fövqəladə Hallar Nazirliyi müəyyən edə bilər. Səbəblər də həmin Nazirlik tərəfindən araşdırılmalıdır. Elə məsələlər var ki, onu da Ekologiya və Təbii Sərvətlər Nazirliyi araşdırmalıdır — məsələn, kompleksin yerləşdiyi torpağın xassəsini və sair…" "Yeni Bakı" sakinləri fövqəladə hallar naziri Kəmaləddin Heydərova belə bir məzmunda müraciət ünvanlayıblar:
"Cənab nazir, "Yeni Bakı" Yaşayış Kompleksindəki vəziyyəti şəxsi nəzarətinizə götürməyinizi xahiş edirik. Binalardakı çatlarla bağlı mətbuatda dərc olunan yazılardan sonra əl-ayağa düşən komendantlıq işçiləri çat yerlərini suvayıb boyamaqla ictimaiyyəti aldatmağa çalışır. Sabah bu binalar çöksə, insanlar tələf olsa, prezidentə kim, nə üzlə cavab verəcək?"
Şirkət isə təkzib edir və sakinləri məhkəmə ilə hədələyir
"İlin dörd fəsli" tikinti şirkətinin adını çəkməyən əməkdaşı məsələyə belə münasibət bildirib:
"Biz o məsələlərə aydınlıq gətirmişik, boş söhbətlərdir, o şikayətlərin heç bir əsası yoxdur. Hər şeyə sənədlərlə aydınlıq gətirmişik. Şayiələri yayanlar da məhkəməyə veriləcək."
Şirkətin əməkdaşı qeyd edib ki, onların əlində sənədlər var və o sənədlərə görə, heç bir binada çat yoxdur, hansısa binanın çökmə təhlükəsi də həmçinin.
Şirkət nümayəndəsi Fövqəladə Hallar Nazirliyinin onlara binanın istifadəyə yararlı olduğu barədə sənəd verdiyini də qeyd edib.
Çıxarışlara gəlincə, şirkət nümayəndəsi deyib ki, çıxarışlar hazırlanır və yaxın vaxtlarda sakinlərə veriləcək.
Sözügedən şəxs şirkət əməkdaşlarının sakinlərlə qanundankənar davranışlarını da təkzib edib. Deyib ki, "bunlar yalan söhbətdir, bizim belə əməkdaşlarımız yoxdur".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:44 |
|
|
|
• Avtobuslarda şagirdlər üçün güzəşt tətbiq oluna bilər... - AKTUAL
Bu gün, 08:42 |
|
|
|
• ABŞ - Ermənistan sazişinin ömrü uzun çəkməz - GÖZLƏNTİ
Bu gün, 08:41 |
|
|
|
• Əyalət mollasının KÖLƏ TƏFƏKKÜRÜ - VİDEO-ARAŞDIRMA
Bu gün, 08:35 |
|
|
|
• Kəngərlinin icra başçısının QIŞ TƏDARÜKÜ - BU NƏDİ BELƏ?
Bu gün, 08:19 |
|
|
|
• İkinci mərhələ başladı: 3 kəndimiz geri qaytarılır! - BUNDAN SONRA...
Bu gün, 07:12 |
|
|
|
• AZƏRİQAZ-dan Qaziyə 1600 manatlıq CƏZA: '80 manat veteran pulu alıram...' - NECƏ ÖDƏSİN?
Bu gün, 06:44 |
|
|
|
• Yaradanquliyevanın dövlətə borcu var imiş... - FOTO
Bu gün, 06:28 |
|
|
|
• "Telefonlar dərs zamanı qadağan olunsa da..."
Bu gün, 06:24 |
|
|
|
• Azərbaycanın “məcburetmə əməliyyatı” – Ermənistan geri çəkildi
Bu gün, 06:21 |
|
|
|
• Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir - GƏLİŞMƏ
Bu gün, 00:07 |
|
|
|
• Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• “Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” – AP
Bu gün, 00:00 |
|
|
|
• Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Dünən, 22:42 |
|
|
|
• ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Dünən, 22:38 |
|
|
|
• İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Dünən, 22:14 |
|
|
|
• Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Dünən, 22:12 |
|
|
|
• "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Dünən, 21:45 |
|
|
|
• Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Dünən, 20:43 |
|
|
|
• Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Dünən, 20:36 |
|
|
|
• Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Dünən, 20:30 |
|
|
|
• İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Dünən, 19:16 |
|
|
|
• "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Dünən, 19:02 |
|
|
|
• Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Dünən, 19:00 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58 |
|
|
|
• Erməni deputatdan sərsəm iddialar - KİV
Dünən, 18:09 |
|
|
|
• "Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Dünən, 18:07 |
|
|
|
• Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Dünən, 18:04 |
|
|
|
• “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Dünən, 17:54 |
|
|
|
• İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Dünən, 17:52 |
|
|
|
• Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Dünən, 17:49 |
|
|
|
• Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Dünən, 17:44 |
|
|
|
• Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Dünən, 17:39 |
|
|
|
• ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Dünən, 17:36 |
|
|
|
• Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Dünən, 17:34 |
|
|
|
• Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Dünən, 17:32 |
|
|
|
• "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Dünən, 17:18 |
|
|
|
• İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:09 |
|
|
|
• Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Dünən, 17:08 |
|
|
|
• "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Dünən, 17:01 |
|
|
|
• Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Dünən, 16:57 |
|
|
|
• “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Dünən, 16:53 |
|
|
|
• Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Dünən, 16:51 |
|
|
|
• "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Dünən, 16:48 |
|
|
|
• “Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Dünən, 16:42 |
|
|
|
• Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Dünən, 16:37 |
|
|
|
• Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Dünən, 16:31 |
|
|
|
• Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Dünən, 16:28 |
|
|
|
• “Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Dünən, 16:19 |
|
|
|
|