İkinci mərhələ başladı: 3 kəndimiz geri qaytarılır! .....                     AZƏRİQAZ-dan Qaziyə 1600 manatlıq CƏZA: '80 manat veteran pulu alıram...' .....                     Yaradanquliyevanın dövlətə borcu var imiş... .....                     "Telefonlar dərs zamanı qadağan olunsa da..." .....                     Azərbaycanın “məcburetmə əməliyyatı” .....                     Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir .....                     Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? .....                     “Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” .....                     Yeni virus öldürücüdür? .....                     ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? .....                     İxtisarlarla bağlı məlumat doğru deyil .....                     Araik Harutyunyan məhkəmədə üzr istədi .....                     "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" .....                     Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir .....                     Şadlıq sarayında Renkaya qarşı kobudluq .....                     Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib .....                     İran Ermənistanı belə cəzalandıracaq .....                     "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, .....                     Paşinyan dalana dirəndi: .....                     Prosesin uzanması Ermənistan üçün itkidir .....                     Erməni deputatdan sərsəm iddialar .....                     "Bu savaş tezliklə bitməyəcək" .....                     Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi .....                     “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” .....                     İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? .....                     Azərbaycanda növbəti super nazirlik yaradılır? .....                     Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir .....                     Prokuror 7 il 10 ay 15 gün iş istədi .....                     ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb .....                     Prokuror məşhur tiktokerə .....                     Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir .....                     "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." .....                     İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin .....                     Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? .....                     "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" .....                     Azərbaycan USAİD-i niyə istəmir? .....                     Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? .....                     “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib .....                     Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? .....                     "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" .....                 

Lənkəran Dövlət Universitetində “rüşvət rüzgarı”... - İTTİHAM VAR
Tarix: 2-06-2016, 11:41 | Çap et
Lənkəran Dövlət Universitetində “rüşvət rüzgarı”...
Rektor əvəzi Nizami Yusifov xələfinin yaratdığı mühiti daha da çiçəkləndirir, sabiq həmkarı Qorxmaz Ağayevin taleyindən isə nəticə çıxarmır

Artıq yay mövsümü açıq elan olunub və tələbələrə “5” 150 manata yazılır; Prezident Administrasiyasına anonim məktublar ünvanlanıb Ölkənin iki aparıcı şəhərində ali məktəblər Yusifovlar istibdadı altında inildəyir. Rektor əvəzi sanki postunun əvəzedici olduğunu hiss etdiyi üçün bu fürsəti qaçırmaq istəmir. N.Yusifovun yaratdığı mühit Asəf İsgəndərova rəhmət oxutdurur. Tələbələrin dərisini soyan universitetin tədris işləri üzrə prorektor Nizami Yusifov deyəsən sabiq həmkarı Qorxmaz Ağayevin taleyindən nəticə çıxarmayıb. Hər halda “Gündəm-xəbər”ə ünvanlanan müraciət və şikayətlərdən belə qənaətə gəlmək olar ki, LDU-də dəyişən heç nə yoxdur, varsa da rüşvətin məbləğinin qalxmasıdır. LDU rəhbərliyi devalvasiya və digər xərcləri bəhanə edərək tələbələr üçün semestr imtahanlarında yeni tariflər müəyyən edib. Bu haqq-hesabın ödənilməsində nə rektor, nə dekanlar iştirak edir. Müəllimləri bu işə səfərbər edən LDU rəhbərliyi yekunda onların tələbələrdən topladığı rüşvətin paket şəklində böyük bir faizini tələb edir. Təbii ki, illərdir davam edən bu vəziyyət hər yeni gələn tələbə üçün ilk vaxtlarda təəccüblü görünsə də, bir qədər sonra vərdiş edirlər. Məşhur reklamdakı bir devizə düzəliş etsək beəl alınar: rüşvətin dəyişməz ünvanı - Lənkəran Dövlət Universiteti. N.Yusifovdan təhsil nazirinə və Prezident Administrasiyasına da anonim məktublar ünvanlanıb. PA-ya çatan müraciətlərdə N.Yusifovun əməlləri de-şifrə olunur, rektor vəzifəsinə uyğun olmadığı deyilir. Onun LDU-nu daha da fəlakətə aparacağı iddia olunur. Rüşvət aldığı yerdən yaxalanarkən pulları qusan prorektor olayı əslində, bu ali məktəbi xeyli dərəcədə gözdən salıb. Artıq təhsil ocağında rəhbərliyə etimad qalmayıb. Odur ki, bu məktublar Yusifovun işini daha da çətinləşdirir. “Gündəm-xəbər”ə gələn məlumatlarda bildirilir ki, artıq yay mövsümü da açıq elan olunub və tələbələrdən sezon rüşvəti alınmasına start verilib. Rektorun “sərəncamına” əsasən “3” qiymət 40 manat, “4” qiymət 80-90 manat, “5” üçün isə 150 manat tələb edilir.
Təbii ki, rüşvət üzərində qurulan təhsil keyfiyyətsiz və yararsız materiala bənzəyər. Bəli, bu gün Lənkəran Dövlət Universiteti acınacaqlı günlərini yaşayır. 3 min manatı olan istənilən şəxs universitetdə lobarant işi ilə təmin edilə bilər. Məlumatlarda o da vurğulanır ki, illərlə universitetdə çalışmış müəllim kollektivi işdən azad olunaraq yerlərinə əslən Lerik rayonundan olan müəllimlər sifariş edilir. Universitetin daxilindən sızan məlumatlara inansaq A. İsgəndərov “təqdirəlayiq” işlərini bir neçə müəllimə həvalə edib. Dekan Məlahət müəllimə (bioloq), Kamran Kazımov (fioloq) və Rəşad müəllim (coğrafiyaşı) olduğu bildirilir. Asəf İsgəndərov prezidentin müvafiq qərarı ilə daşıdığı vəzifəsindən azad olunsa da, onun təhsil sahəsindəki səmərəli fəaliyyəti unudulmadı. Ancaq etirazlar başlanıb və LDU rəhbərliyi bu dəfə tərəddüdlə davranır. Üstəlik, cəbhə bölgəsində baş verən son hadisələr zamanı Lənkəran şəhərinə ilk olaraq üç şəhid göndərilir ki, həmin gün Yusifov tələbələri şəhidlərin dəfninə buraxmır. Bu detal ciddi üsyan həddinə çatdırıb. Belə bir yanaşma dövlət başçısından tutmuş sıravi vətandaşadək hər kəs tərəfindən nümayiş etdirildiyi halda, görəsən Nizami Yusifovun bu cür yanaşması üzücü haldır. Hətta Nizami Yusifov ayrı-ayrılıqda görüşlərdə bildirib ki, “mən rektor təsdiq olunana qədər hər bir addım şəffaf olacaq, sonra isə hər iş “öz axarı ilə gedəcək”. O, başqa bir açıqlamasında da bildirib ki, “Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Universitetin daxili işlərinə olduqca müdaxilələr edir, bu da heç cür yolverilməz haldır. Bütün bunlardan əlavə o, qeyri- rəsmi kluarlarda vurğulayıb ki, “11 aprel 2016-cı il tarixdə təhsil naziri cənab Mikayıl Cabbarovla görüşüm olacaq və görüş zamanı rektor təyin olunmağım əsas müzakirə mövzusuna çevriləcək. Düzdür, mən Lənkəran Dövlət Universitetinə yox, Azərbaycan Texniki Universitetinə rektor təyin olunmaq istəyirəm. Amma, Lənkərandan olduğum üçün, nazir məni bu təhsil ocağına rektor təyin etmək istəyir”. Nizami Yusifov müəllimlərlə görüşündə isə bildirir ki, “mən rektor təyin olunduqdan sonra, bu universitetdə ancaq lənkəranlılar dərs deyə biləcəklər, digər bölgələrdən olan müəllimlər indidən özləri üçün tədbir görsünlər. Lənkəran Dövlət Universitetində açıq bazar elan olunub. Keçən il prorektor Qorxmaz Ağayevin rüşvətə görə həbs olunmasından sonra universitetdə pul yığımına son qoyulmuşdu. Düzdür buna baxmayaraq, müəllimlər gizli də olsa rüşvət alırdılar. İndi Universitet əvvəlki vəziyyətinə geri dönür. Yəni universitetdə yığılan rüşvət rektor, prorektor, dekan və müəllimlər arasında bölünür. Bu universiteti tez-tez “elm ocağı” adlandırırlar. Lənkəran Dövlət Universitetində təhsillə bağlı heç bir iş görülmür. Burada yalnız rüşvət yığmağın qaydaları öyrədilir. Xatırladaq ki, sözügedən universitetin rektoru Asəf İsgəndərovun köməkçisi Qorxmaz Ağayev Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməkdaşları tərəfindən rüşvət alan yerdə həbs edilmişdi. Bundan bir neçə il öncə - 2011-ci ilin avqust ayında isə Lənkəran Dövlət Universitetinin rektor köməkçisi Emin Şəhzadə fırıldaqçılıqla məşğul olduğuna görə həbs olunmuşdu. Saxlanılan şəxs ayrı-ayrı vətəndaşları Lənkəran Dövlət Universitetinə və digər dövlət qurumlarına işə düzəltmək adı ilə 16 min manat pul alaraq aldatmışdı. Ümumilikdə 2007-ci ildən dəfələrlə universitetdəki rüşvət halları ilə bağlı mətbuatda silsilə yazılar dərc olunur. Bütün bu hallara baxmayaraq LDU-da vəziyyət dəyişmək bilmir. Təbii ki, məktəb rəhbərliyi konkret şikayətçi və ya müraciət olarsa araşdırmağa hazır olduğunu bəyan edir. Amma reallıq budur ki, hər hansı tələbə açıq şəkildə şikayət mətni ilə çıxış edə bilməz. Pərviz Əzimov nümunəsi yetərlidir ki, yekunda nə baş verdiyini xatırlayasan. Hansısa tələbənin şikayət etməsi onun təzyiqlə üzləşməsi deməkdir. Bu baxımdan ümumi şikayətlər ünvanlanır və media da bu anonimliyi qorumalı olur. P.Əzimovun sözlərinə görə o qış imtahan sessiyası ərəfəsində, 25 yanvar 2009-cu il tarixində universitetdə mövcud vəziyyət haqda “Alma” qəzetinə və “Qaynar info” ya yazdığı məqaləyə (\"Lənkəran Dövlət Universitetində Korrupsiya qalmaqalı\") görə dəfələrlə universitet rəhbərliyi tərəfindən təqib və təzyiqlərə məruz qalıb: “Təhsilimlə ilə bağlı heç bir problem tapa bilməyən universitet rəhbərliyi mənə qarşı qeyri-obyektiv mövqe nümayiş etdirərək guya universitet daxilində dava saldığını əsas gətirərək məni universitetdən xaric ediblər. Belə ki, universitetin iqtisadiyyat fakültəsinin dekanı Vəlixan Bədəlov məni universitetdən azad etmək üçün bu işi təşkil edib. Həmin fakültənin tələbələrdən birini Elnur Rüstəmovu mənimlə mübahisə etmək üçün göndərib. O məni itələdiyi halda, aktlaşdırıblar ki, guya mən Elnuru döymüşəm. Bunu əsas gətirərək də məni universitetdən azad etdilər. Elnur səhvini başa düşüb mənim onu vurduğuma dair yazdığı izahatı geri götürüb, ancaq buna heç kim baxmır. Universitetin rektoru Asəf İsgəndərov mənə deyir ki, əmrin yazılıb qovulmalısan. Məsələ ilə əlaqədar Təhsil Nazirliyinə də getdik, araşdırdılar, ancaq rektor qərarın dəyişmədi”. Ancaq Əzimovun jurnalist olması və məsələnin böyüməsi nəticəsində onu yenidən universitetə bərpa etdilər. Bu faktı görən hansı tələbəyə cürət edər ki, rektorla münaqişəyə girsin?! Beləliklə, özbaşınalıqlar nəticəsində bu universitetdə təhsilin səviyyəsinin kəskin şəkildə aşağı düşdüyü bildirilir. Təsadüfi deyil ki, Prezident Admnistrasiyasının rəhbəri Ramiz Mehdiyev müşavirələrin birində ölkədə savadlı kadrların çatışmazlığından danışmış, tənqidi fikirlər səsləndirmişdi. Mənbə bildirir ki, dekanların tələbələrdən açıq şəkildə pul tələb etməsi, prorektorların çəkinmədən semester alverinə getməsi məhz rektorun onları arxayınlaşdırmasından irəli gəlir. Hətta sabiq rektorun dövründən qalan bəzi dekanlar razılıq edirlər. Çünki onlara əvvəlki dövrdə belə açıq bazar açmağa imkan verilməyib. Burda hər kəs bilirdi ki, prorektor Qorxmaz Ağayev Lənkəran Dövlət Universitetinin rüşvət generalı idi, xəzinədarı idi, rektorun kassiri idi, çirkin pulları yuyan idi... Cürbəcür adları var idi onun. Lakin nə onun həbsi, nə də yeni təhsil nazirinin təyin edilməsi heş bir şeyi dəyişdirmədi. İmtahan sessiyası gedir. Yenə də tələbələrin evdən gətirdiyi bir qarın çörək pulu, ev kirayəsi pulu, yol pulu əlindən alınır. Hər şey əvvəlki qaydada, köhnə üsullarla. Prorektor tutulandan sonra korrupsiya ilə mübarizə idarəsindən çoxlu adamlar gəlib, bir dünya suallar verdilər. Adlar, məbləğlər, pulun yığılma yollarını öyrəndilər ve getdilər. Bu qədər... Demək belə çıxır ki, bu işləri bir tutulan prorektor görürmüş və onu da tutandan sonra görüləcək başqa iş qalmadı, bütün problemlər də həll olundu... Nəticə - yenə “Köhnə hamam, köhnə tas”.
Rafiq Qara










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İkinci mərhələ başladı: 3 kəndimiz geri qaytarılır! - BUNDAN SONRA...
Bu gün, 07:12
AZƏRİQAZ-dan Qaziyə 1600 manatlıq CƏZA: '80 manat veteran pulu alıram...' - NECƏ ÖDƏSİN?
Bu gün, 06:44
Yaradanquliyevanın dövlətə borcu var imiş... - FOTO
Bu gün, 06:28
"Telefonlar dərs zamanı qadağan olunsa da..."
Bu gün, 06:24
Azərbaycanın “məcburetmə əməliyyatı” – Ermənistan geri çəkildi
Bu gün, 06:21
Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir - GƏLİŞMƏ
Bu gün, 00:07
Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? - GƏLİŞMƏ
Bu gün, 00:03
“Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” – AP
Bu gün, 00:00
Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Dünən, 22:42
ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Dünən, 22:38
İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Dünən, 22:14
Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Dünən, 22:12
"Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Dünən, 21:45
Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Dünən, 20:43
Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Dünən, 20:36
Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Dünən, 20:30
İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Dünən, 19:16
"Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Dünən, 19:02
Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Dünən, 19:00
Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58
Erməni deputatdan sərsəm iddialar - KİV
Dünən, 18:09
"Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Dünən, 18:07
Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Dünən, 18:04
“Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Dünən, 17:54
İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Dünən, 17:52
Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Dünən, 17:49
Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Dünən, 17:44
Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Dünən, 17:39
ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Dünən, 17:36
Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Dünən, 17:34
Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Dünən, 17:32
"Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Dünən, 17:18
İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:09
Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Dünən, 17:08
"Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Dünən, 17:05
Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Dünən, 17:01
Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Dünən, 16:57
“Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Dünən, 16:53
Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Dünən, 16:51
"Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Dünən, 16:48
“Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Dünən, 16:42
Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Dünən, 16:37
Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Dünən, 16:31
Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Dünən, 16:28
“Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Dünən, 16:19
Azərbaycanda mənzillər 10 % bahalaşıb
Dünən, 16:18
Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:01
Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Dünən, 15:58
Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Dünən, 15:41
Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Dünən, 15:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru