Azərbaycanın şirniyyat şirkəti səhmdarlarını .....                     Rüşvətə görə işdən qovulan məktəb direktoru həm də seçki komissiyasının sədri imiş... .....                     Hindistan Azərbaycanı HƏDƏLƏDİ: Cavabı BELƏ VERİLDİ .....                     "Budurmu SOCAR-da İSLAHAT? Budurmu SOCAR-da QƏNAƏT?" .....                     Dələduzluq edən “Sukanal” İdarəsinin vəzifəli şəxsi ilə bağlı qərar verildi .....                     “Kəpəz Mehmanxana” ASC-nin səhmdarları .....                     “Azərboru”nun rəhbərliyi yenidən formalaşacaq .....                     Həbsdəki Qarabağ Qazisinin gözündəki yara irinləyib... .....                     “Almet” ASC-yə məxsus bina və qurğular İcra Hakimiyyəti tərəfindən söküləcək .....                     GÜNÜN FOTOSU: .....                     Dollardan İMTİNA: Azərbaycan nə edəcək? .....                     Prezidentin mesajı: Qələbə sadəcə hərbi deyil, siyasi iradədir .....                     Bağça müəllimlərini söyəni döyən “Kösü” ləqəbli şəxs məhkəmə zalından həbs edildi .....                     "Bu tikinti yığıb bizi boğaza..." .....                     İki türk dövləti Ermənistanla eyni layihədə .....                     Bakı istintaqın ən qısa zamanda bitməsini istəyir, Moskva isə.. .....                     ETN özü rüşvətə RƏVAC VERİR... .....                     Şərur rayon mərkəzi xəstəxanasında BAZAR AÇIBLAR .....                     Müharibədə qalib, müharibəyə qalib .....                     Tramp İstanbul danışıqlarına bu halda qoşulacaq .....                     "Bu barədə parlamentdə danışdım, Sahibə xanım əsəbiləşdi" .....                     “Zatulinə psixi yardım lazımdır" .....                     Avtobus və metroda gedişhaqqı yeniliyi: Qiymət dəyişir? .....                     Ərdoğan Rusiya ilə Ukrayna arasında vasitəçi kimi uğur qazana bilər .....                     NATO-nun eks-baş katibi Trampı Qrenlandiyaya görə tənqid edib .....                     Şəhid atası vəfat etdi .....                     Sülh üçün 22 şərt: amma əvvəlcə atəşkəs tələbi .....                     Bu qanun məmur təzyiqinə görə qəbul olunmur? .....                     Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş .....                     Yasamal icra hakimiyyəti HARA BAXIR? .....                     “Hədiyyələr” ASC səhmdarlarını .....                     'Analar Günü' 'ifşa olunan' MAMA... .....                     “5-10 ilin məktəb direktorları 100-150 minlik maşın sürür” .....                     “Şirvanşahlar Residence” Baş nazirin adından istifadə edir? .....                     Müəllimlər üçün “imtahan sürprizi” hazırlanır? .....                     “Sumqayıt Tikinti Xidmət” ASC -də səhmdarların toplantısı keçiriləcək .....                     4 ildir ki, kompensasiya ala bilmirlər... .....                     Bakı təklifi üç dəfə rədd etdi, Kreml prosesi başlatdı .....                     İcra başçısı bacanağını bu fakta görə vəzifədən azad edib? .....                     "Bir də görürəm ki, 2 saatdır oradayam" .....                 

QHT-DƏN XƏBƏRSİZ ONUN QANUNUNU DƏYİŞMƏK OLAR?
Tarix: 7-07-2012, 13:40 | Çap et
QHT-DƏN XƏBƏRSİZ ONUN QANUNUNU DƏYİŞMƏK OLAR?

QANUNU QHT SÜZGƏCİNDƏN NECƏ KEÇİRMƏLİ

“Ancaq 2 qanunun ictimai müzakirəsində iştirak etmişəm və gördüm ki, vaxtımı boş yerə sərf etmişəm. Adətən mən bütün mesajlarımı KİV vasitəsi ilə ötürürəm. Bu ən səmərəli yoldur”. Qeyri Hökümət Təşkilatlarının (QHT) qanunların qəbulunda iştirakının vəziyyətinə münasibət bildirən Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova belə deyir. Əzizova deyir ki, ümumiyyətlə ictimai müzakirələr formal xarakterli tədbirlərdir. “Bildirək ki, demokratik idarəetmədə istər qərarların qəbulunda istərsə, icrasında QHT-lərə xüsusi rol verilir. Bununla da idarəetmədə vətəndaş cəmiyyətinin iştirakı təmin edilir”,-deyə o bildirdi.

Avropa Şurası Nazirlər Kimitəsinin “Avropada qeyri-hökumət təşkilatlarının hüquqi statusu haqqında” tövsiyyəsndə göstərilir ki, bütün səviyyələrdə dövlət və kvazidövlət mexanizmləri dövlət siyasətinin məqsədləri ilə və dövlət siyasətinə dair qərarlarla bağlı dialoq və məsləhətləşmələrdə QHT-lərin ayrıseçkilik qoyulmadan səmərəli iştirakını təmin etməlidir. Belə iştirak cəmiyyətin fəaliyyəti ilə bağlı insanların fikir müxtəlifliyinin azad ifadəsini təmin etməlidir. Bu iştiraka və əməkdaşlığa rəsmi məlumatların müvafiq qaydada açıqlanmasını və ya əlçatan olmasını təmin etmək vasitəsilə şərait yaradılmalıdır.

Qeyd edək ki, Milli Məclisdə bəzi qanun layihələri, o cümlədən “İnformasiya əldə etmək haqqında” və “Kütləvi informasiya vasitələri haqqında” Qanunlara dəyişikliklər barədə layihələr QHT təmsilçilərinin də daxil olduğu işçi qruplar tərəfindən hazırlanıb. Bundan başqa, “Damazlıq heyvandarlıq haqqında”, “Arıçılıq haqqında”, “Atçılıq haqqında” qanun layihələri müvafiq profil üzrə QHT-lərin yaxından iştirakı ilə hazırlanıb. Ancaq QHT rəhbərləri bunu yetərli saymırlar. Onların sözlərinə görə, ümumiyyətlə 2005-ci ildən sonra bu ənənədən uzaqlaşılıb. Millət vəkili Fazil Mustafa deyir ki, Azərbaycanda cəmiyyətin hər hansı təbəqəsinin fikrini soruşmaq ənənəsi yoxdur: “Ölkədə olan problemlərin admnistrativ üsullarla həllinə üstünlük verilir. Ona görə də, nə QHT-lərin, nə də siyasi partiyaların fikirləri nəzərə alınmır”.

Mustafa hesab edir ki, əgər QHT-lərin rəyləri nəzərə alınsa, bir sıra mənfi hallar aradan qalxar: “İnanmıram ki, hansısa, ağlı başında olan QHT dəniz sahilinin hasarlanmasına, yollara bu qədər pul xərclənməsinə müsbət yanaşacaq. İçtimaiyyətin rəyi olsa bunlar baş verməz”.

Millət vəkili deyir ki, əgər belə bir ənənə başlasa, bunu müsbət qiymətləndirəcək. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə isə bildirir ki, Milli Məclisdə QHT-lərin maraqları dairəsində olan qanunların qəbulu ilə əlaqədar QHT nümayəndələri komitə iclaslarına dəvət edilir və müzaklirələrdə aktiv iştirak edirlər: “Yeni qanun layihələrinin müzakirəsi, qanunlara əlavə və dəyişikliklərlə bağlı müzakirələrdə QHT təmsulçilərinin dəyərli təklifləri dinlənilir və müzakirə edilir. Belə hesab edirəm ki, QHT-lərlə əməkdaşlıq və dialoq daha geniş tərkibdə və davamlı olmalıdır. Bu əməkdaşlıq cəmiyyət və dövlət üçün çox önəmlidir”.

Həm deputat, həm QHT rəhbəri

Məlum olduğu kimi hal-hazırda bir neçə QHT rəhbəri, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiyasının prezident Elxan Süleymanov, “Azərbaycan Dil Qurumu” İctimai Birliyinin sədri Sabir Rüstəmxanlı, “Lider Qadınlar” İctimai Birliyi sədri Məlahət İbrahimqızı, Vətəndaş Hüquqları Müdafiə Fondu rəhbəri Rəbiyyət Aslanova, Azərbaycan Hüquqşünaslar Konfederasiyası prezident Əli Hüseynli və başqaları eyni zamanda Milli Məclis deputatı olaraq qanun layihələrinin hazırlanmasında, müzakirəsində iştirak edirlər. Bu vəziyyəti QHT-lərin qanun yaradıcılığında iştirakı kimi qiymətləndirmək olarmı? Hüquqşünas Ələsgər Məmmədli bu barədə deyir: “ Təəssüf ki, bizdə bəzi deputatlar fərqinə varmadan QHT yaradırlar, onun rəhbəri kimi çıxış edirlər və dövlətin donor təşkilatından - konkret, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasından maliyyə yardımı alırlar. Deputat bir siyasi fiqurdur və bir dövlət qurumunun üzvüdür. O, həm də qeyri-hökumət təşkilatında necə ola bilər? Həm hakimiyyətin bir qolunda təmsil olunmaq, həm də qeyri-hakimiyyət sektorunda iştirak bir-biri ilə təzad təşkil edir. Yaxud, deputat ola-ola dövlətin qeyri-hökumət təşkilatları üçün ayırdığı büdcədən necə vəsait almaq olar? Bəlkə də o deputatlar ölkədən kənar donorlardan maliyyə vəsaiti cəlb edə bilsələr, bunu qəbul etmək olar. Bundan başqa, bu cür fəaliyyət bir növ korrupsiya halıdır. Deputat donor təşkilatını təhdid edə bilər ki, mənim təşkilatıma pul ayırmasan, sənin fəaliyyətini parlamentdə çıxışımda tənqid edəcəm. Ona görə də bu məsələnin ciddiyə alınmasına ehtiyac var. Adam iki sahədən birini seçməlidir, ya deputatlıq, ya da QHT rəhbəri”.

Qənizadə isə hesab edir ki, QHT rəhbərinin parlamentdə təmsil olunması olduqca önəmlidir: “Biz parlamentdə QHT sektoru ilə dövlət arasında bir növ körpü rolunu oynayırıq. Eyni zamanda QHT-lərin mövqeyini müdafiə edirik. Misal üçün, Azərbaycan Respublikasının 2012-ci il üçün Dövlət Büdcəsi müzakirə edilərkən millət vəkili Azay Quliyev və mənim təkidli və əsaslı çıxışlarımızdan sonra QHT-lərə Dövlət Dəstəyi Şurasına ayrılan maliyyə vəsaiti bir qədər artırıldı. Biz parlamentdə həm də ayrı-ayrı vətəndaşları qəbul edir, onların hüquqlarını qoruyur, müxtəlif problemlərin həllində onlara köməklik göstəririk. QHT rəhbəri və həm də deputat olmaq nə qədər çətin olsa da, belə hesab edirəm ki, bu iki iş bir-birinə mane ola bilməz”.

Xatırladaq ki, Çingiz Qənizadə eyni zamanda Demokratiya və İnsan Hüquqları Komitəsinin sədridir.

Millət vəkili Fazul Mustafa da deputatın həm də QHT rəhbəri olmasını müsbət qiymətləndirməsə də, paralel vəzifə bölüşən vəziyyətlərdən təhlükəsiz olduğunu deyir.

QHT-dən xəbərsiz onun qanunu dəyişmək olar?

Avropa Şurasının yuxarıda qeyd olunan tövsiyyəsində göstərilir ki, QHT-lərin statusuna, maliyyələşdirilməsinə və ya fəaliyyət sahəsinə aidiyyatı olan əsas və yardımçı qanunvericiliyin hazırlanması zamanı QHT-lərlə məsləhətləşmələr aparılmalıdır. Ancaq, Azərbaycanda bunun əksi olan təcrübə var. Belə ki, 2009-cu ildə QHT sektoru ilə məsləhətləşmədən, “Qeyri-hökümət təşkilatları (ictimai birliklər və fondlar)” haqqında qanuna dəyişikləri nəzərdə tutan qanun layihəsi Milli Məclisə təqdim olundu. Sözügedən layihədə üç müddəa daha ciddi narazılığa səbəb olub. Belə ki, layihədə QHT-lərin maliyyyələşməsinin 50/50-yə prinsipilə aparılması irəli sürülürdü. Yəni qrant layihələrinə ayrılan vəsaitin yalnız yarısı xarici donorlar vasitəsilə maliyyələşə bilər. Yerdə qalan hissə isə hökmən daxildən maliyyələşməlidir. Başqa bir tərəfdən, ölkə üzrə fəaliyyət göstərən QHT-lərin bölgələrin ən azı üçdə birində fəaliyyəti olmalıdır. Üçüncü müddəaya görə isə, fəaliyyəti qadağan edilən QHT təsisçisi 5 il müddətinə yenidən ictimai təşkilat yaratmaq hüququndan məhrum edilir. Ancaq, söügedən qanun layihəsi QHT sektorunun təpkisi ilə gündəlikdən çıxarıldı. Həmin vaxt layihənin keçməməsi üçün fəallıq göstərən, iqtisadçı-ekspert Qubad İbadoğlu təsdiq edir ki, qanun layihəsi barədə yalnız Milli Məclisə təqdim edildikdən sonra xəbər tuttular.

İbadoğlu xatırladır ki, sonradan QHT-lərlə sözügedən qanuna dəyişiklər barədə müzakirələr aparıldı: “Ancaq, bu gecikmiş addım idi. Layihə qanunvercilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim olunmadan qabaq müzakirə aparılmalı idi”.

“Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov da xatırladır ki, QHT-lərin qanun qəbulunda iştirakına dair qayda nəzərdə tutan hər hansı birbaşa müddəa yoxdur: “Yalnız ayrı-ayrı qanunlarda ümumi qanunvericilik prosesində QHT -lərin iştirakını nəzərdə tutan normalar təsbit olunub. Məsələn, QHT-lər haqqında QHT-lərin qanunvericiliyin təkmilləşdirilməsi təklifləri ilə çıxış etmək hüququ nəzərdə tutulub. Bu normalar QHT-lərin həm də QHT qanunvericiliyində iştirakına imkan yaradır”.

Həsənov vurğulayır ki, bu normalar QHT qanunvericiliyinin dəyişdirilməsində QHT-lərin mütəq iştirak etməsini nəzərdə tutmur və bu barədə praktika da formalaşmayıb.

İştirak mexanizmi necə olmalıdır

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyir ki, qanun qəbulunda QHT-lərin iştirakı ilə bağlı müəkkəmməl mexanizmlərdən biri, ABŞ örnəyidir. Onun sözlərinə görə, bu proses 2 istiqamət üzrə həyata keçirilir: “Birincisi, büdcə və digər maliyyə işləri ilə bağlı qərarlarda mütləq QHT-lər iştirak edir. Bu məcburi qaydadır”.

Bayramov deyir ki, ikinci yol, ABŞ-da bir adət kimi formalaşıb: “Belə ki, qanun layihələri adətən Konqresə gəlmədən öncə, QHT-lərdən rəy və təkliflər alınır. Məsələn, Obamanın təklif etdiyi, “İcbari Sığorta” haqqında qanun qəbul olunmadan öncə 5 QHT-nin rəyi nəzərə alındı”.

QHT-lərin ictimai rolu

QHT- lərin oynadığı rol, daşıdığı funksiya əsasən ictimai xarakter daşıyır. Üzvlərin aktivliyindən və siyasi sistemdən asılı olaraq QHT-lər cəmiyyətin həyatında özəl sektorun və dövlətin icra etmədiyi və ya edə bilmədiyi bir çox funksiyaları yerinə yetirir. Bu funksiyaları aşağıdakı kimi xarakterizə etmək olar:

QHT-lər cəmiyyətdə, siyasi sistemdə alternativ strukturlar yaradır. Beləliklə, QHT-lər cəmiyyətdə əhəmiyyətli məsələlər barədə müzakirələrin artmasına, insanların öz bacarıqlarından daha səmərəli istifadə etməsinə, təşəbbüskarlığın artmasına, bütövlükdə demokratiya və plüralizmin inkişafına səbəb olan platforma rolunu oynayırlar;

QHT-lər özündə sosial institutların optimal fəaliyyətini ifadə edir. İctimai-siyasi və iqtisadi plüralizmin olduğu ölkələrdə QHT-lər dövlətin sosial siyasətində çatışmazlıqların tamamlayıcısı kimi çıxış edirlər. Belə hallarda dövlət orqanları QHT-lərlə əməkdaşlığa can atır, bəzi dövlətlərdə isə bu məqsədlə xüsusi dövlət orqanları yaradılır. Məsələn, 1983-cü ildə Fransada yaradılmış Milli Şura QHT-lər və dövlət arasında məşvərətçi rolunu oynayır. Bu orqan QHT-lərin inkişafı ilə bağlı məsələlərlə hökümətə təklif vermək hüququna malikdir;

QHT-lər öz fəaliyyəti ilə kifayət qədər inkişaf etməmiş dövlət orqanlarının fəaliyyətindəki çatışmazlıqları aradan qaldırır;

Bəkir Nərimanoğlu

“Bu yazı “Demokratiyanı Öyrənmə” İB tərəfindən Avropa Birliyinin dəstəyilə həyata keçirilən Vətəndaş Cəmiyyəti Layihəsi çərçivəsində elan olunmuş müsabiqəyə təqdim edilir”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanın şirniyyat şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:45
Rüşvətə görə işdən qovulan məktəb direktoru həm də seçki komissiyasının sədri imiş... - İLGİNC FAKT
Bu gün, 09:39
Hindistan Azərbaycanı HƏDƏLƏDİ: Cavabı BELƏ VERİLDİ - TƏFƏRRÜAT
Bu gün, 09:32
"Budurmu SOCAR-da İSLAHAT? Budurmu SOCAR-da QƏNAƏT?" - ETİRAZ VAR...
Bu gün, 09:30
Dələduzluq edən “Sukanal” İdarəsinin vəzifəli şəxsi ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:07
“Kəpəz Mehmanxana” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 09:00
“Azərboru”nun rəhbərliyi yenidən formalaşacaq
Bu gün, 08:52
Həbsdəki Qarabağ Qazisinin gözündəki yara irinləyib... - Saxlandığı yerdə...
Bu gün, 08:50
“Almet” ASC-yə məxsus bina və qurğular İcra Hakimiyyəti tərəfindən söküləcək
Bu gün, 08:47
GÜNÜN FOTOSU: - ÖL, AY KASIB...
Bu gün, 08:35
Dollardan İMTİNA: Azərbaycan nə edəcək? - AKTUAL
Bu gün, 08:30
Prezidentin mesajı: Qələbə sadəcə hərbi deyil, siyasi iradədir - İNCƏLƏMƏ
Bu gün, 08:28
Bağça müəllimlərini söyəni döyən “Kösü” ləqəbli şəxs məhkəmə zalından həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 08:23
"Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
Bu gün, 08:17
İki türk dövləti Ermənistanla eyni layihədə - MALƏSƏF...
Bu gün, 08:13
Bakı istintaqın ən qısa zamanda bitməsini istəyir, Moskva isə.. - Rusiya Azərbaycanı itirir
Bu gün, 08:03
ETN özü rüşvətə RƏVAC VERİR... - "Şirinlik təklif edən kimi yer tapırlar"
Bu gün, 07:57
Şərur rayon mərkəzi xəstəxanasında BAZAR AÇIBLAR - "Məcbur qalıb ödəniş etdim..."
Bu gün, 07:48
Müharibədə qalib, müharibəyə qalib - Bahəddin Həzi yazır...
Bu gün, 07:06
Tramp İstanbul danışıqlarına bu halda qoşulacaq - AÇIQLANDI
Bu gün, 07:03
"Bu barədə parlamentdə danışdım, Sahibə xanım əsəbiləşdi" - Aqil Abbas
Bu gün, 06:30
“Zatulinə psixi yardım lazımdır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:23
Avtobus və metroda gedişhaqqı yeniliyi: Qiymət dəyişir? - GƏLİŞMƏ
Bu gün, 06:19
Ərdoğan Rusiya ilə Ukrayna arasında vasitəçi kimi uğur qazana bilər - İsazadə
Bu gün, 05:04
NATO-nun eks-baş katibi Trampı Qrenlandiyaya görə tənqid edib - "Politico"
Bu gün, 04:43
Şəhid atası vəfat etdi
Bu gün, 04:42
Sülh üçün 22 şərt: amma əvvəlcə atəşkəs tələbi - NƏ BAŞ VERİR?
Bu gün, 04:36
Bu qanun məmur təzyiqinə görə qəbul olunmur? - Komitə sədri ekspertlərə cavab verdi
Bu gün, 04:32
Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş - AZCON-da yeni təyinatın sirri
Bu gün, 04:28
Yasamal icra hakimiyyəti HARA BAXIR? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 04:22
“Hədiyyələr” ASC səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 04:18
'Analar Günü' 'ifşa olunan' MAMA... - FOTOFAKT
Bu gün, 04:13
“5-10 ilin məktəb direktorları 100-150 minlik maşın sürür” - FAKT BUDUR!
Bu gün, 04:09
“Şirvanşahlar Residence” Baş nazirin adından istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 04:06
Müəllimlər üçün “imtahan sürprizi” hazırlanır? - AKTUAL
Bu gün, 04:01
“Sumqayıt Tikinti Xidmət” ASC -də səhmdarların toplantısı keçiriləcək
Bu gün, 03:59
4 ildir ki, kompensasiya ala bilmirlər... - GİLEY
Bu gün, 03:56
Bakı təklifi üç dəfə rədd etdi, Kreml prosesi başlatdı – Azərbaycanlılar üçün çətin vəziyyət
Bu gün, 03:52
İcra başçısı bacanağını bu fakta görə vəzifədən azad edib? - Maraqlı iddia yayıldı
Bu gün, 00:16
"Bir də görürəm ki, 2 saatdır oradayam"
Bu gün, 00:13
Siyasi partiyalar dövlətdən NƏ QƏDƏR MADDİ DƏSTƏK ALIR? - ARAŞDIRMA
Bu gün, 00:11
Azərbaycanda gizli dini şəbəkə təhlükəsi – XƏBƏRDARLIQ
Bu gün, 00:09
PKK da “Artsax”ın yolunu getdi: “Kürd kartı”nın sonu gəldi - AKTUAL
Bu gün, 00:06
Təyyarə terroru ilə araşdırma DALANA DİRƏNİB - GƏLİŞMƏ
Bu gün, 00:03
Neft ölkələri üçün həyəcan təbili - Üçüncü böhran yaranır
Dünən, 19:00
Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır
Dünən, 18:58
"Kişi efirdə belə davranmamalıdır" - Faiq Ağayev
Dünən, 18:02
“Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti - DƏLİXANADIR, VALLAH...
Dünən, 18:00
Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb - ÇÜNKİ...
Dünən, 17:58
“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı
Dünən, 17:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru