"ASC-nin rəhbərliyi əsassız bəhanələr gətirir" - ŞİKAYƏT VAR
Tarix: 6-02-2016, 12:37 | Çap et
Dünən redaksiyamıza Bakının Nizami rayonu, Qara Qarayev prospekti, 41 ünvanında yerləşən binanın sakinləri tərəfindən imzalanmış şikayət ərizəsi daxil olub. Ərizədə bildirilir ki, bir müddət bundan əvvəl binanın istilik sistemi burada yaşayan sakinlərin öz vəsaitləri hesabına, “Azəristiliktəhcizat” ASC-nin müvafiq qurumları tərəfindən yenilənib. Buna baxmayaraq, binanın qızdırılması hələ də həyata keçirilmir. ASC-nin rəhbərliyinə dəfələrlə olunan müraciətlərə verilən cavablarda əsassız bəhanələr gətirilir. Gah deyilir ki, guya binanın yalnız bəzi mənzillərinin daxili xətlərində problemlər var və digər mənzillərdə istiliklə bağlı problem yoxdur. Gah da bildirilir ki, problem binaya gələn ümumi xətdə olan nasazılıqla bağlıdır. Sakinlər isə iddia edirlər ki, məsələ sadəcə mənzillərdə yerləşdirilmiş qızdırıcı qurğulara isti suyun əvəzinə soyuq suyun verilməsilə bağlıdır. Yeri gəlmişkən, oxşar problemlər paytaxtın bir çox binalarında da yaşanmaqdadır. Hələ ötən ilin noyabr ayının əvvəllərində bu işlərə məsul olan “Azəristiliktəhcizat” ASC-nin rəsmiləri açıqlama verərək bəyan etmişdilər ki, bu problemin əhalinin abunə pullarını ödəməməsi ilə əlaqəsi var. Lakin Qara Qarayev prospekti, 41 ünvanında yerləşən binanın sakinləri tam məsuliyyətlə bəyan edirlər ki, onlar hələ almadıqları istiliyin pulunu vaxtlı-vaxtında ödəyirlər. Maraqlıdır ki, bir müddət əvvəl “Azəriqaz” rəhbərliyi də açıqlama verərək, “Azəristiliktəhcizat”ın onlara 78 milyon manat borcu olduğunu bəyan etmişdi. Amma bütün bunlara baxmayaraq, yenidən “Azəristiliktəhcizat” ASC-yə təbii qazın verilişini bərpa etmişdi. Bununla belə, binalardakı mənzillər yenə də istiliksiz qalmaqdadır. O cümlədən redaksiyamıza müraciət etmiş sakinlər də artıq uzun müddətdir ki, soyuqdan əziyyət çəkirlər. Onların bildirdiyinə görə, xüsusilə uşaqları və qocaları soyuqdəymə ilə bağlı xəstəliklərdən qorumaq çətindir: “Böyüklər yenə birtəhər özünü idarə edir. Körpəsi olanlar var, ahıl qocalar var, onları soyuqdan necə qorumaq olar? Bunlarda insaf deyilən bir şey qalmayıb”. Bu arada isə, “Azəristiliktəhcizat” ASC-nin tabeliyində olan 4-cü sahənin müdiri Vüqar Həsənov binanın sakinlərinə problemin “yeganə” həlli yolunu təklif edir. Sakinlər bildirirlər ki, bu məmur binaya istiliyin verilməsi üçün onlardan əlavə olaraq 3000 (üç min) manat pul yığılıb verilməsini tələb edir. Bu barədə aldığımız məlumatda deyilir: “Vüqar adlı bu şəxs kimsəni saymır və şikayətlərə də məhəl qoymur. Bizə də deyir ki, əgər 3000 manat pul yığıb ona verməsək, binaya bir qətrə də olsun isti su verməyəcək. Bunu da belə əsaslandırıb ki, həmin pulun yığılması birbaşa “Azəristiliktəhcizat”ın rəhbərinin tələbidir. Hər il təmir pulu adı altında ASC rəsmiləri camaatdan pul yığırlar. Elə keçən yay da təmir işləri aparacaqlarını bəyan edən qurumun rəhbərliyi, bu ad altında sakinlərdən yığdığı pulları hara xərcləyib, məlum deyil”. Qeyd edək ki, bəzi mənbələr, paytaxt Bakıda yaşayış binalarına istilik verilmədiyinə görə bir müddətdir ki, sərt tənqid atəşinə tutulan “Azəristiliktəchizat” ASC-nin rəhbərliyi tərəfindən dövlət büdcəsi hesabına həyata keçirilməli olan satınalmalarda da müəyyən qanun pozuntularına yol verildiyini iddia edirlər. Bildirilir ki, bu satınalmaların böyük əksəriyyəti əsasız olaraq eyni bir şirkətə “HTM Holdinq” adlı MMC-yə həvaləolunur...
Qarşı tərəfi də dinləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İkibaşlı səhiyyəmizin əlindən TİBET-ə üz tutdu... - O DA BELƏ...
Bu gün, 09:23 |
|
|
|
• Inın əsgərləri Putinin hərbçilərindən yaxşı döyüşürlər - "Washington Post"
Bu gün, 09:16 |
|
|
|
• “Bu sənədin kənd təsərüfatının inkişafına heç bir aidiyyəti yoxdur” - ŞƏRH
Bu gün, 09:13 |
|
|
|
• Moskvadan Dubaya uçan təyyarə Bakıya məcburi eniş edib
Bu gün, 09:02 |
|
|
|
• Saxta məhsul... saxta endirim... VƏ... - BU DA FAKT!
Bu gün, 09:00 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri bir neçə yaşayış məntəqəsində itirilmiş mövqelərini geri alıb - “DeepState”
Bu gün, 08:43 |
|
|
|
• Əlillərlə olan əmək münasibətlərinin dayandırılması... - Ekspert danışır...
Bu gün, 08:38 |
|
|
|
• Tramp Dövlət Departamentindən bəzi yüksək vəzifəli diplomatları işdən çıxaracaq
Bu gün, 08:35 |
|
|
|
• Qulağı kar adama sübut edirlər ki, eşidirsən... - GİLEY
Bu gün, 08:32 |
|
|
|
• NƏ BAŞ VERİR: "Express Bank"ın gəlirliyi azalıb... - İNCƏLƏMƏ
Bu gün, 07:26 |
|
|
|
• Araik Arutyunyan 34 yaşlı kişini işə saldı: Tapança olayı... - TƏFƏRRÜAT
Bu gün, 07:22 |
|
|
|
• “TikTok” ABŞ-a qayıtdı - “ABC News”
Bu gün, 06:25 |
|
|
|
• Azərbaycan və İran birgə komissiyanın 16-cı iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər
Bu gün, 06:21 |
|
|
|
• Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20 |
|
|
|
• "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18 |
|
|
|
• "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15 |
|
|
|
• Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12 |
|
|
|
• Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05 |
|
|
|
• “Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03 |
|
|
|
• Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02 |
|
|
|
• Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00 |
|
|
|
• Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26 |
|
|
|
• Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24 |
|
|
|
• "25 min manat verdilər getmədim"
Dünən, 22:22 |
|
|
|
• Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19 |
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Dünən, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Dünən, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Dünən, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Dünən, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Dünən, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Dünən, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Dünən, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Dünən, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Dünən, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Dünən, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Dünən, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Dünən, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Dünən, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Dünən, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Dünən, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Dünən, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Dünən, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Dünən, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Dünən, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Dünən, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Dünən, 10:28 |
|
|
|
|