Bəzi məmurlar işsizlər ordusunu yaratmaqda maraqlı görünür - Böhran bzi hara aparır?
Tarix: 4-02-2016, 10:38 | Çap et
Son vaxtlar bəzi məmurların fəaliyyəti hökumətə qarşı yeni narazılar ordusu yetişdirməyə yönəlib. Bu sırada xüsusilə dövlət qurumlarında aparılan ixtisarlardan sonra ixtisara düşənlər və bağlanan bankların minlərlə müştərisi üstünlük təşkil edir.
Sonunculardan başlayaq. Məsələ burasındadır ki, Azərbaycan Mərkəzi Bankının (AMB) bir neçə bankı bağlamasından sonra (xatırlatma: son bir ay ərzində Mərkəzi Bank ölkə üzrə 7 bankın lisenziyasının dayandırılması barədə qərar verib. Bağlanan bankların sırasında "Gəncə Bank" ASC, "Bank of Azerbaijan", “Yunayted Kredit Bank” ASC və “NBCBank” ASC, “Qafqaz İnkişaf Bankı” ASC, “Atrabank” ASC, “Texnikabank” ASC və “NBC Bank” ASC-nin adları çəkilir) həmin bankların yüzlərlə işçisi ilə bərabər, çoxsayda müştərisi də ciddi problemlərlə üz-üzə qalıb. Belə ki, bağlanan bankların müştəriləri hesablarındakı pulun aqibəti ilə bağlı heç kimdən dürüst məlumat ala bilmədiklərini, bankomatların möhürləndiyini və plastik kartlarla əməliyyatların dayandırıldığını, həmçinin bankların bağlanmasından öncə həyata keçirdikləri bəzi ödənişlərin sona çatmadığını bildirirlər. Məsələn, Mingəçevir sakini Xaqani Məmmədov bir neçə gün öncə “Texnikabank” ASC vasitəsi ilə ölkədən xaricə göndərilmiş pulun yoxa çıxdığını bildirir: “Gürcüstanda olduğum zaman mənim adıma pul göndərmişdilər. Amma gəlib çatmadı. Burada isə həmin köçürmənin taleyi barədə konkret bir məlumat verə bilmirlər, yenidən Gürcüstana getməyi məsləhət görürlər”. Bağlanan bankların telefonları işləmir və müştərilərə heç bir cavab verilmir. Məlumatsız qalan müştərilər problemləri ilə bağlı Mərkəzi Banka müraciət etdikdə isə onlara hüquq şöbəsinə zəng etməyi məsləhət görürlər. Həmin şöbədə belə müştərilərə yalnız bir telefon nömrəsi xidmət edir. Buna görə də bağlanan bankların müştəriləri saatlarla həmin nömrəyə düşə bilmirlər. Beləliklə, son günlərdə bağlanmış bankların müştərilərinin “Banklar haqqında” qanunda təsbit olunmuş hüquqları pozulur. Qanuna görə, bankın lisenziyasının alınmasından sonra Mərkəzi Bank bu obyektə müvəqqəti inzibatçı təyin edir. Qanuna görə, müvəqqəti inzibatçı təyin olunduğu gündən bankın idarəedilməsi ilə bağlı idarəetmə orqanlarının səlahiyyətləri dayandırılır və idarəetmə orqanlarının səlahiyyətləri müvəqqəti inzibatçıya keçir. “Bankın müvəqqəti inzibatçısı bankın satılması, yenidən təşkili və ləğvi haqqında qərarlar qəbul edə bilməz. Bankın satılması və yenidən təşkili yalnız məhkəmənin qərarı əsasında həyata keçirilə bilər”,- deyə maddədə bildirilir. Yəni qanunda banka müvəqqəti inzibatçı təyin olunan gün bankın fəaliyyətinin dayanması ilə bağlı heç bir göstəriş yoxdur. Əksinə, müvəqqəti inzibatçı 60 gün ərzində bankın vəziyyəti barədə məlumat hazırlayaraq Mərkəzi Banka təqdim etməlidir. Həmçinin lisenziyanın ləğv edilməsinə qədər bankın bütün öhdəlikləri qüvvədə qalır. Yəni bağlanan banklar müvvəqqəti inzibatçınin idarəsi altında fəaliyyətini tam davam etməlidir. Banklar tam bağlanana və başqa banklarla birləşdirilənə qədər müştərilərə dolğun məlumat verilməlidir. Bütün bunların təmin olunmaması isə müştərilərdə narazılıq əhval-ruhiyyəsi yaradır. AMB məmurlarının qəbul etdikləri qərarların bu cür nəticəsinə isə bütövlükdə hökumət qatlaşmaq məcburiyyətindədir. Bir sıra dövlət qurumlarında aparılan genişmiqyaslı ixtisarlar da ölkədə işsizlər ordusunun sıralarını genişləndirməklə bərabər hökumətdən narazılıq iedənlərin çoxalmasına gətirib çıxarır. Məsələn, hazırda Etibar Pirverdiyevin rəhbərlik etdiyi “Azərenerji” ASC-də, Saleh Məmmədovun rəhbəri olduğu “Azəryolservis” ASC-də, həmçinin Rövnəq Abdullayevin prezidenti olduğu ARDNŞ-də, Ramiz Həsənovun sədrlik etdiyi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində və s. aparılan ixtisarlar xeyli insanı işsiz qoyub. Nəticədə isə onlar öz etirazlarını daha çox hökumətə yönəldirlər. Əlbəttə, ölkənin iqtisadi böhranla üzləşdiyi bir vaxtda həmin ixtisarları başa düşmək olar. Amma bir çox ekspertlər haqlı olaraq vurğulayırlar ki, belə genişçaplı ixtisarlara ehtiyacın yaranması həm də bəzi məmurların vaxtilə işçi sayını lüzumsuz yerə şişirtməsinin nəticəsidir. İndi isə onları ixtisara saldıqda bu müəyyən narazılıqlara rəvac verir. Bir sözlə, ayrı-ayrı məmurların vaxtilə yol verdikləri səhvlər indi bütövlükdə hökuməti tənqid hədəfinə çevirir. Odur ki, belə məmurların tənbeh edilməsi vacibdir ki, onlar oxşar səhvləri nə vaxtsa təkrarlamasınlar.\\unikal.org\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İkibaşlı səhiyyəmizin əlindən TİBET-ə üz tutdu... - O DA BELƏ...
Bu gün, 09:23 |
|
|
|
• Inın əsgərləri Putinin hərbçilərindən yaxşı döyüşürlər - "Washington Post"
Bu gün, 09:16 |
|
|
|
• “Bu sənədin kənd təsərüfatının inkişafına heç bir aidiyyəti yoxdur” - ŞƏRH
Bu gün, 09:13 |
|
|
|
• Moskvadan Dubaya uçan təyyarə Bakıya məcburi eniş edib
Bu gün, 09:02 |
|
|
|
• Saxta məhsul... saxta endirim... VƏ... - BU DA FAKT!
Bu gün, 09:00 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri bir neçə yaşayış məntəqəsində itirilmiş mövqelərini geri alıb - “DeepState”
Bu gün, 08:43 |
|
|
|
• Əlillərlə olan əmək münasibətlərinin dayandırılması... - Ekspert danışır...
Bu gün, 08:38 |
|
|
|
• Tramp Dövlət Departamentindən bəzi yüksək vəzifəli diplomatları işdən çıxaracaq
Bu gün, 08:35 |
|
|
|
• Qulağı kar adama sübut edirlər ki, eşidirsən... - GİLEY
Bu gün, 08:32 |
|
|
|
• NƏ BAŞ VERİR: "Express Bank"ın gəlirliyi azalıb... - İNCƏLƏMƏ
Bu gün, 07:26 |
|
|
|
• Araik Arutyunyan 34 yaşlı kişini işə saldı: Tapança olayı... - TƏFƏRRÜAT
Bu gün, 07:22 |
|
|
|
• “TikTok” ABŞ-a qayıtdı - “ABC News”
Bu gün, 06:25 |
|
|
|
• Azərbaycan və İran birgə komissiyanın 16-cı iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər
Bu gün, 06:21 |
|
|
|
• Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20 |
|
|
|
• "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18 |
|
|
|
• "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15 |
|
|
|
• Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12 |
|
|
|
• Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05 |
|
|
|
• “Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03 |
|
|
|
• Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02 |
|
|
|
• Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00 |
|
|
|
• Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26 |
|
|
|
• Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24 |
|
|
|
• "25 min manat verdilər getmədim"
Dünən, 22:22 |
|
|
|
• Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19 |
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Dünən, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Dünən, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Dünən, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Dünən, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Dünən, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Dünən, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Dünən, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Dünən, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Dünən, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Dünən, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Dünən, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Dünən, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Dünən, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Dünən, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Dünən, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Dünən, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Dünən, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Dünən, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Dünən, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Dünən, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Dünən, 10:28 |
|
|
|
|