Etirazlara səbəb olan deputatın işi prezidentin masasında - "Karmen" qiymətləri qaldırmasaydı...
Tarix: 18-01-2016, 10:58 | Çap et
Deputat Əsabil Qasımovun un bazarında yaratdığı monopoliya və ajiotaj, ardınca buna etiraz olaraq əyalətlərdə başlanan kütləvi aksiyalar başına bəla açıb. VİZUAL.az-a daxil olan məlumata görə, "Karat” holdinq sahibinə deputat həmkarı Fəzail Ağamalının da sərt təpki göstərməsi, onu inhisarçı adlandırması və rayonlardakı aksiyalara görə ittiham etməsi Ə.Qasımovun vəziyyətini ağırlaşdırıb. Biznesmen deputatın un məmulatlarını süni şəkildə bahalaşdırmasına görə Ağcabədi, Füzuli, İmişli, Quba və digər regionlarda etiraz aksiyaları keçirilib. Deputatın ölkə başçısının və dövlətin iqtisadi siyasətinə zidd fəaliyyəti onun işini çətinləşdirib. Ə.Qasımovun barəsində dosye hazırlandığı və prezidentin masasına təqdim olunduğu iddia edilir. Hətta ona ciddi xəbərdarlıq edildiyi deyilir. Məlumatda deyilir ki, deputat manatın devalvasiyası fonunda yaranmış gərginlik ərəfəsində süni qiymət artımına yol verməsi və əhalini hakimiyyətin üzərinə qaldırması onun adını "qara siyahı”ya salıb. Ölkədə gedən mürəkkəb siyasi və iqtisadi proseslərin cərəyan etdiyi bir vaxtda Ə.Qasımovun un şirkətinin qiymətləri qaldırması xalqla hökuməti üz-üzə qoyub. Bu bağışlanmaz xətası və əsassız addımına görə deputat hökumətin yuxar eşalonunda qəzəblə qarşılanıb. Ölkə başçısının süni bahalaşmaya gedənlərin cəzalandırılacağı haqda xəbərdarlığına məhəl qoymayan Ə.Qasımovun şirkəti böhrandan mənfəətlə çıxmağı hesablayıb.
Bu da azmış kimi, deputat biznesi olduğunu da ictimaiyyətdən gizlətməyib. Halbuki, deputat mandatı olan şəxsin bizneslə məşğul olması qanunla qadağandır. Onun böyük biznes şəbəkəsinə malik olduğu, bir neçə gəlirli sahəni inhisarında saxlaması artıq heç kimə sirr deyil. Halbuki qüvvədə olan müvafiq qanunvericiliyə görə, millət vəkillərinin, dövlət məmurlarının, vəzifəli şəxslərin şəxsi bizneslə məşğul olmaları qəti qadağandır. Lakin Əsabil Qasımov və onun kimi düşünən digər vəzifə sahibləri, dövlət qulluqçuları hələ də qanunlara məhəl qoymadan biznes fəaliyyətilə məşğul olurlar. Halbuki millət vəkilinin birbaşa işi, üzərinə düşən əsas vəzifəsi parlamentdə vətəndaşların, seçicilərinin problemlərini, vətəndaşların sosial narazılıqlarının həllilə məşğul olmaq, həmin problemləri gündəmə gətirməklə dövlətin aidiyyəti orqanların diqqətini onların həllinə yönəltməkdir. Əsabil Qasımovun oğlu Taleh Qasımov tərəfindən idarə olunan "Karat Holdinq" özəl sektorda öz mövqelərini günü-gündən gücləndirir. Ə.Qasımovun rəhbəri olduğu və oğlu tərəfindən idarə edilən "Karat Holdinq” MMC devalvasiyadan qabaq 18 manata olan 50 kiloluq unu 27,50 manata qaldırmışdı. Un bazarında panika və hegemonluq yaradan deputatın şirkəti prezidentin tapşırıqlarına qarşı gəlməkdədir. Ə.Qasımov isə özünəarxayın şəkildə süni qiymət artımına yol verməkdən çəkinməyib. Prezidentə çatdırılan materiallarda son hadisələrdən hansı monopolist oliqarx və məmurların sui-istifadə etdiyi haqda faktlar toplanıb.Qaynağımız qeyd edir ki, siyahıda Ə.Qasımovun şirkəti də yer alıb. Deputatın ölkə başçısının göstərişlərinə əks olaraq addım atması və ağır situasiyada "Kərbəlayı İsmayıl” statusunda olması, sabotajla məşğul olması mərkəzi dairələrin diqqətindən yayınmayıb. Daxil olan məlumatda iddia olunur ki, ölkə başçısı süni ajiotaj yaradan və kəmfürsətlik edən məmurlar haqda ölçü götürəcək. Ə.Qasımovun un bazarında təşviş yaratması, əhalini çətinə salması və belə vaxtda narazı kütləni aktivləşdirməsi hökumətin iqtisadi siyasətinə xəyanət kimi qiymətləndirilir. Qeyd edək ki, Ə.Qasımov müsahibəsində bunları söyləyib: "Biz unu 27-yə satmırıq. Əvvəla, bütün zavodlar 25.50-26 manata satır.Bu, İqtisadi İnkişaf Nazirliyi ilə razılaşdırılıb, əhalinin vəziyyəti, devalvasiyanın həcmi nəzərə alınıb.
Əslində, baha satılmalıdır, ancaq satılmır. Bəli, un 18.50-yə, yaxud 19 AZN-ə idi. Təbii ki, keyfiyyətindən asılı olaraq.Əvvəllər, yəni 18.50 AZN-i 1.05-ə bölürdük, edirdi 17.60 AZN.İndi bunu 1.56-ya vurmalıyıq - 27.48 olur.Əvvəlki qiymətlə müqayisədə vəziyyət belə olmalıdır. Bu gün bazar tamamilə açıqdır.Azərbaycanda 30-dan da çox zavod var. O zavodlara da heç kəs mane olmur.Un bazarında monopoliya adında şey yoxdur. Azərbaycanda 30 zavod un istehsal edir. 30 zavod məhsul istehsal edirsə, burda monopoliyadan söhbət gedə bilərmi?Mənim biznesimdə, un istehsalımda nə monopoliya, nə maneə var”. Deputat biznesi olduğunu qeyd edir və üstəlik, monopoliya yaratmadığını iddia edir. Gəlin baxaq "Karat Holdinq”in tərkibinə hansı şirkətlər daxildir:"Karat” MTK, "İdeal” MMC, "İzmir” MMC (tikinti şirkətləri); "Azinvest” tikinti şirkəti; "Everest-M”, "Şin Servis” (armatur alğı-satqısı); "Karmen” MMC (dəyirman və un alqı-satqısı); Hökməlidə makaron fabriki; Hökməlidə kisə fabriki; "ASTEL” MMC (Məhəmmədi, Mehdiabad və Şamaxıda quşçuluq fabrikləri); taxıl anbarları və dəyirman kompleksləri (Şəkidə, Kürdəmirdə, Marneulidə və Gürcüstanın müxtəlif bölgələrində); "Gəncə Fatoğlu” (un dəyirmanı); Bakı şəhəri, Zərifə Əliyeva küçəsində 18 mərtəbəli iki "Marina Plaza” oteli; Zərifə Əliyeva küçəsində iki mərtəbəli restoran; Bakı şəhəri, Səməd Vurğun küçəsində "Ağ saray” binası; Bakı şəhəri, Xan Şuşinski küçəsi, 12, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi, 21 və Süleyman Rüstəm küçəsi, 61-də yerləşən 18 mərtəbəli dörd bina; İzmir küçəsi, 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina; Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina; Süleyman Rüstəm küçəsi 61-də yerləşən "Premium Market” və s.
Bunlar sadəcə bizə məlum olan şirkət, fabrik və binalardır.Lakin deputat Əsabil Qasımovun bunlardan başqa saysız-hesabsız əmlaka və mülklərə də sahib olduğu hər kəsə məlumdur. Bu iddialarla bağlı deputatın mövqeyini dərc etməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20 |
|
|
|
• "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18 |
|
|
|
• "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15 |
|
|
|
• Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12 |
|
|
|
• Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05 |
|
|
|
• “Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03 |
|
|
|
• Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02 |
|
|
|
• Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00 |
|
|
|
• Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26 |
|
|
|
• Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24 |
|
|
|
• "25 min manat verdilər getmədim"
Dünən, 22:22 |
|
|
|
• Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19 |
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Dünən, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Dünən, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Dünən, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Dünən, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Dünən, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Dünən, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Dünən, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Dünən, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Dünən, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Dünən, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Dünən, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Dünən, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Dünən, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Dünən, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Dünən, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Dünən, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Dünən, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Dünən, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Dünən, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Dünən, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Dünən, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Dünən, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Dünən, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Dünən, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Dünən, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Dünən, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Dünən, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Dünən, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Dünən, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Dünən, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Dünən, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Dünən, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Dünən, 01:43 |
|
|
|
|